24 in 12:16Yazar

Şanssız kapitan

Heç kimin ağlına gəlməzdi ki, yarımçıq başa çatan çempionatın 20-ci turunda “Keşlə”yə qarşı oyun Rəşad Sadıqovun futbolçu karyerasında sonuncu olacaq və o futbolu bu şəkildə - vida oyunu keçirmədən, səssiz-səmirsiz tərk edəcək. Bəlkə də nə vaxtsa olacaq, amma hər şey isti ikən gözəldi. Faktiki kapitan futboldan getdiyini açıqladı. Nə tədbir oldu, nə yoldaşlıq görüşü, nə də azarkeş izdihamı.
Şənbə günü çempionluq tədbirindən sonra müsahibə vermək üçün “Azərsun Arena”nın konfrans salonunda jurnalistlərin önünə çıxan Rəşadın üzündəki məyusluğu görəndə 2017-nin payızı yadıma düşdü. Onda millidən gedirdi. Yığma bu görüşə qədər Robert Prosineçkinin rəhbərliyi altında uğursuz çıxış etmiş, Çexiya ilə Bakıdakı qarşılaşmanın əhəmiyyəti qalmamışdı. AFFA isə sanki bilərəkdən Sadıqovun təmtəraqlı şəkildə yola salınmaması üçün mənasız oyunu Olimpiya stadionuna salmışdı. Əzəmətli arenanın boş tribunaları önündə kapitanın millidəki sonuncu oyunu idi. Görüş qurtardı, yığma uduzdu və belədə Rəşad formasını 100-dən artıq matçda geydiyi yığmadan getdi. O gündən yadda qalan tribunada açılan böyük şəkil və AFFA prezidenti Rövnəq Abdullayevin xatirə hədiyyəsi oldu.
Sanki şanssızlıq bu adamın alın yazısıdı. Azərbaycan futbolu və futbolçusu deyəndə ağla sənin adın gələ, Türkiyədə ən çox oyun keçirən azərbaycanlı olasan, xarakterin, mərdliyin, vətənpərvərliyin göz önündən çəkilməsin, futbolçu kimi “Qarabağ”ın avrokuboklardakı uğurlarının memarı və səbəbkarlarından biri, bəlkə də birincisi olasan, bir açıqlamanla Aleksandr Səmədovu ayağına gəlməyə məcbur edəsən, 35 yaşında “Qarabağ”ın əvəzedicilərini baş məşqçi kimi “Atletiko”ya qarşı meydana çıxarıb, bir neçə saat sonra futbolçu kimi ispanların əsas komandasına qarşı oynayasan, 36 yaşında U-21-in baş məşqçisi olmağı sənə həvalə etsinlər, qısası, 20 ilə yaxın müddətdə adın dillərdə gəzsin, yekunda yığmadan və futboldan səssiz-səmirsiz ayrıl. Bilirsiz, nə qədər ağırdı? Bir ananın böyütdüyü övladları tərəfindən atılması, kimsəsiz qalması qədər. Bəlkə ondan da artıq.
O, müstəqil futbol tariximizin mayakı sayılırdı. Vəli Qasımov, Nazim Süleymanov, Yunis Hüseynov, Vidadi Rzayev kimi istedadlardan sonra Rəşad xilaskar gözündə görülürdü. Təəssüf ki, yığmada tək bacarmadı. Təəssüf ki, Mahir Şükürov, Kamran Ağayev, Elnur Allahverdiyev kimilər onun qədər xarakter sahibi olmadı, milli ruhun, formanın qiymətinin nə demək olduğunu onun qədər dərk etmədilər. Digər tərəfdən də AFFA-nın uğursuz siyasəti nəticəsində millilərin bədbəxt olması.
O, tək futbolçu deyildi. Böyük şəxsiyyət olmaq üçün tanrı ona xarakter hədiyyəsi göndərmişdi. Ağzından çıxan hər sözün mənasına önəm verər, qarşısındakından da özü qədər diqqətli olmağı tələb edərdi. Gənc ikən görüb-götürdüyü böyük-kiçik nümunəsini gələcək nəsillərə aşılayar, özündən yaşca kiçiklərə uğurun yolunu göstərərdi. Onu meydanda kapitan edən, kapitan kimi sevdirən də bu idi. Xarakteri olmasaydı, nə qolundakı sarğının önəmi qalar, nə də adı gələndə ətrafındakılar özlərinə çəki-düzən verərdilər. İnsan kimi insan, kapitan kimi kapitan.
O yığmadan gedəndən sonra daxildəki ab-hava göz önündədi. Dmitri Nazarov özünü Allah bilir, Eddi İsrafilov kefi istədiyini edib Ramil Şeydayevin təzyiqi ilə üzləşir və bilmədiyimiz daha nələr. Rəşadın vaxtında paltardəyişmə otağında milçəyin vızıltısı qulaq deşərdi, böyük danışanda kiçik dinləyərdi. Eyni sözlər “Qarabağ”a da aiddi. Təbii, orda Qurban Qurbanov amili də az rol oynamır. Amma söhbət baş məşqçinin olmadığı mühitdən və futbolçulara, xüsusən də gəlmələrə “Qarabağ” formasının mənasını aşılamaqdan gedirsə, Sadıqov amili xüsusi qabardılmalıdı.
Bundan sonra futbolçu kimi saqqallı “14 nömrə”ni yaşıl meydanlarda təsəvvür etməmək adama ağır gəlir. Özü də buna inana bilmir, qəbul etməsi çətindi. Adım kimi əminəm ki, bəzi səbəblər olmasaydı, daha bir neçə il top dalınca qaçmaq, komandasına kömək etmək istəyərdi. Lakin bəzən hər şey heç də istədiyimiz kimi olmur. Ayrılığa, yoxluğa barışmağa borcluyuq. Hər imkanda kapitanın yeri görünəcək. Rəqib stadionlarda erməni bayrağı açılanda, hakimlər bizimkiləri sıxanda, legionerlər “at oynadanda”, gənclər əl-qol açanda. Bax, onda “hardasan, ay Rəşad” deyiləcək.
İnanaq və ümid edək ki, futbolçu kimi itkisinə üzüldüyümüz Rəşad Sadıqovu məşqçi kimi qazanacaq, Qurban Qurbanovdan sonra daha bir bacarıqlı mütəxəssisin uğurlarına sevinəcəyik. Yeni sınaqlar səni gözləyir, kapitan! Bu son deyil, başlanğıcdı.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
4-07-2020, 12:32 Ramiz Mirzəzadə "İdman TV"ni "CBC Sport"a dəyişdi 4-07-2020, 12:24 “Azərbaycanda futbol öldü, qızım” 4-07-2020, 12:18 Məşqçilər Komitəsi Kinin namizədliyindən xəbərsizdi 4-07-2020, 12:14 “Keşlə”nin adı gələndə tüklərim biz-biz olur” 4-07-2020, 12:07 “Çempionatdakı nəticələr və Avroliqaya vəsiqə qazana bilməməyimiz qərarda rol oynamadı” 4-07-2020, 12:03 Miçel və Romero qardaşları İspaniyaya uçdu 4-07-2020, 09:23 “Sumqayıt” gərək “çox sağ ol, koronavirus” desin” 4-07-2020, 09:18 PFL təqvimin bir neçə variantı üzərində işləyir 4-07-2020, 08:55 “Futbol+”in “rəmzi yığma”sına 105 futbolçu düşüb 4-07-2020, 08:48 “Sumqayıt” Türkiyədən maska sifariş edəcək 4-07-2020, 08:45 “Forza Neftçi” Geryeyə ismarıc göndərdi 4-07-2020, 08:40 “Qarabağ”la anlaşan Gerye azarkeşlərə səsləndi 4-07-2020, 08:37 “Vəziyyət belə davam etsə, avrokuboklarda bizi son 10 ildə görmədiymiz uğursuzluq gözləyir” 4-07-2020, 08:28 1 manata nə düşür ki?! 3-07-2020, 12:31 FIDE sentyabra kimi onlayn turnirlərlə kifayətlənəcək 3-07-2020, 12:30 “Azərikimya” rəhbərliyi Riad Rəfiyevi məyus yola salıb 3-07-2020, 12:27 FİFA “Sumqayıt” Futbol Akademiyasını nəzarətə götürüb 3-07-2020, 12:25 Avrokubok iştirakçıları ölkəni tərk etməyəcək 3-07-2020, 12:11 “Zirə” Zaur Həşimovla yolları ayırdı 3-07-2020, 12:09 AFFA “Lernayin Artsax” mövzusunda gözləmə mövqeyi tutur 3-07-2020, 12:07 Dabo Azərbaycana təşəkkür etdi 3-07-2020, 12:05 Cavid “Keşlə”yə havayı başa gəlib? 3-07-2020, 12:04 Tərlan Əhmədovu gizlənməyə vadar edən nədi? 3-07-2020, 12:03 “Demək olar ki, Tərlan Əhmədovun əlində böyümüşəm, məni “Neftçi”dən tanıyır” 3-07-2020, 12:01 “Səbail”də büdcəni müəyyənləşdirməkdə çətinlik çəkirlər 3-07-2020, 11:58 Kin AFFA-dan yüksək maaş istəməyib 3-07-2020, 11:57 “Turun sitatı”nda Qurban Qurbanov hamını qabaqlayıb 3-07-2020, 11:54 “Narva Trans”ın baş məşqçisi Nurlan Novruzovu danlayıb 3-07-2020, 11:50 “Ertsgebirge”nin prezidenti Nazarovu fərqləndirdi 30-06-2020, 22:52 Rövşən Əhmədov fəhlə işlədiyi məktəbdə müəllimlik edəcək 30-06-2020, 22:49 Yığmanın Millətlər Liqasında oyun günləri müəyyənləşdi 30-06-2020, 22:47 PFL rəsmiləri Tovuza getməyi düşünmür 30-06-2020, 22:43 “Keşlə”nin Cavid İmamverdiyev sevdası 30-06-2020, 22:41 Dabonun vəkili “Neftçi”yə məktub yazıb 30-06-2020, 22:39 Stamenkoviç daha bir il “Sabah”da 30-06-2020, 22:35 Nurlan qol vurdu və qovuldu 30-06-2020, 22:33 UEFA ilə məsləhətləşmələr bitib 30-06-2020, 22:31 “Bu göstərici “Qəbələ”nin nə tarixinə, nə də ənənəsinə yaraşır” 30-06-2020, 22:28 Aftandil Hacıyev yeniyetmələri “kötəkləyən” “Soçi”ni qınadı 30-06-2020, 22:26 62 stadion, 4874 oyun - “Tofiq Bəhramov” liderdi 30-06-2020, 21:47 Amiti Moldovaya əcnəbi agent aparıb 30-06-2020, 21:42 “Qarabağ”: Araz gedir, Abbas qalır 30-06-2020, 21:41 "Keşlə" daha 5 futbolçu ilə vidalaşdı 30-06-2020, 21:38 Adil Ağayev dünyasını dəyişdi 30-06-2020, 21:30 Bordin Füzuli Məmmədovu təbrik etməyib 29-06-2020, 12:13 Teymur Rəcəbov “Chessable Masters”də iz qoyub 29-06-2020, 12:12 “Sumqayıt”ın rəsmi qəbulu hələ planda yoxdu 29-06-2020, 12:11 Ermənilər “Lernayin Artsax” kartından əl çəkmir 29-06-2020, 12:09 PFL “Qarabağ”a 45 medal verib 29-06-2020, 12:06 Slavik “Sabah”ı seçdi 29-06-2020, 12:04 Kərim Diniyev “Sabah”dan ayrılacağını bilirmiş 29-06-2020, 12:02 Mircavadovla Qasımov məsləhətçi rolunda 29-06-2020, 12:00 UEFA ilkin təsdiq cavabı göndərdi 29-06-2020, 11:59 “Sumqayıt”dan ayrılan Süleymanov özünü yeni çağırışa hazır sayır 29-06-2020, 11:57 Novruz Əzimov AFFA-nın əcnəbi sevgisini “qamçıladı” 29-06-2020, 11:54 Azarkeş sayındakı biabırçılıq: hər oyuna 1007 nəfər 29-06-2020, 11:53 Amit Quluzadə Moldovaya “köçdü” Bütün xəbərlər
Ən çox oxunanlar