24 in 12:11Yazar

Bu mövsüm ləğv olundu, bəs sonrası?!

İtaliyalı infeksionist həkim Matteo Basseti koronavirusun getdikcə zəiflədiyi barədə açıqlama verib. Basseti bildirib ki, COVID-19 pandemiyası hətta peyvənd icad olunmadan belə öz təsirini azalda, zamanla yox ola bilər. O dediklərini əsaslandırmaq üçün nümunələr də göstərib. Məsələn, bir ay əvvəl İtaliyada koronavirusa yoluxan yaşlı insanlar süni nəfəs aparatı olmadan yaşaya bilmirmiş, təcili tibbi müdaxilə tələb edirmişlər. İndi isə vəziyyət fərqlidi, xəstələr virusa qarşı daha dözümlü olurlar, hətta ən kritik anlarda belə özlərini idarə edə bilirlər. İnsan cəmiyyəti koronavirus bəlasından o qədər bezib, qorxu altında yaşayıb ki, adi bir ümidverici xəbər belə hər kəsi həvəsləndirir, gələcəyə ümid yaradır. Avropalıları yaşadan, ayaqda saxlayan xüsusiyyət də elə budu. Son günlər “köhnə qitə”dən gələn məlumatlar onu deməyə əsas verir ki, avropalılar yavaş-yavaş normal həyata geri dönürlər.
Bizdə isə vəziyyət fərqlidi. İlk günlər Avropanın düşdüyü duruma baxıb, əlimizi yelləyirdik. Öz səhiyyəmiz, dövlətimizin koronavirus pandemiyası ilə apardığı mübarizə ilə fəxr edirdik. Bizə elə gəlirdi ki, virus Azərbaycana gəlib çatmayacaq, lap çatsa belə, onun fəsadlarını ciddi şəkildə hiss etməyəcəyik. İndi düşdüyümüz hala baxın. Avropada təkcə iş yerləri, mağazalar açılmır, futbol da normal həyatın başqa sahələri kimi geri dönür. Artıq Almaniyanın, İtaliyanın, İspaniyanın, İngiltərənin, İsveçrənin yaşıl meydanlarında futbolçular top qovur. Biz də uzaqdan olsa belə, baxırıq, bundan həzz alırıq. Öz stadionlarımızın qapısını qıfıllamışıq, 8 komandalı premyer-liqamızda da mövsümü vaxtından əvvəl bitirmişik. AFFA İcraiyyə Komitəsinin üzvləri, assosiasiyanın başbilənləri, klub rəhbərləri, futbolçular rahat nəfəs ala bilərlər. Onlardan yayın istisində tər tökmək, əlavə xərcə düşmək, istirahət planlarını pozmaq tələb olunmayacaq. Alan alıb, satan satıb, hamı həyatından razıdı.
Bəs növbəti mövsüm necə olacaq? İtalyan həkim Matteo Basseti ilə eyni gündə Azərbaycanın baş infeksionisti Cəlal İsayev də danışıb. Maşallah olsun, “ağzından gül tökülüb”, yaşamaq həvəsimizi “artırıb”. Sitat: “Yoluxma sayında artım dinamikası davam edəcəksə, elə bir gün gələcək ki, süni nəfəs aparatları çatmayacaq”. Yaxın oturun, birlikdə ağlayaq. İsayevin dediklərindən belə çıxır ki, İtaliyadakından fərqli bizdə koronavirus hələ inkişafdadı. Xəstələndirməyə, ödürməyə (Allah göstərməsin) davam edəcək. Bu həm də o deməkdi ki, azərbaycanlıların normal həyata dönüşü hələ yaxın aylarda gözlənilmir. Yaxşı, bunu Azərbaycan futbolunun başbilənləri də nəzərə alıblarmı? Deyək ki, mövsümü bitirdiz, mükafatçıların adlarını açıqladız. Lap yaxşı, biz də mükafatçıları təbrik edirik. Onsuz da ilk “üçlük”də yer alanların adına böyük ölçüdə aydınlıq gəlmişdi. Hələ aylar öncədən yazmışdıq ki, “Neftçi”nin “Qarabağ”la arasındakı 8 xallıq fərq əriməz, nə də “Keşlə” 2-ci pilləyə yüksəlməyi bacarmaz. Yeganə mübahisəli məqam avrokuboklara yollanacaq 4-cü komandanın kimliyi idi. Bu mübahisəni də AFFA Elxan Məmmədovun dost-doğma klubu “Sumqayıt”ın xeyrinə həll etdi. Riad Rəfiyev “Sumqayıt”ı Avropaya “aparan” ilk prezident kimi adını “gənclik şəhəri” təmsilçisinin tarixinə yazdı.
Di gəl ki, bununla bütün problemlər həll olunmayıb. İndiyə qədərki müşahidələrimiz onu deməyə əsas verir ki, AFFA ilə Nazirlər Kabineti yanında Operativ Qərargah arasında elə də sıx ünsiyyət yoxdu. Elxan Məmmədovun orda-burda diplomatlıq etməyinə baxmayın. Yuxarı dairələrə Azərbaycan futbolu üçün ağız açmaq, hansısa problemi həll etmək, çətin məqamda güzəşt qazanmaq onların bacaracağı iş deyil. Deməli, klublarımız da avqustun 1-nə qədər Biləcəridən o tərəfə keçə bilməyəcəklər. Çünki sərhədlər bağlıdı, təyyarələrin uçuşuna icazə yoxdu. Bu həm də o deməkdi ki, “Qarabağ” son illərdə ilk dəfə yayı Alp dağlarının ətəyində yox, Azərbaycanda keçirməli olacaq. “Neftçi”, “Sumqayıt”, “Keşlə” də Qızılcahamamda sərinlənə bilməyəcəklər. Söhbət təkcə xaricdəki təlim-məşq toplanışlarının ləğv edilməsindən getmir. Müqavilələri davam edən əcnəbilər öz vətənlərinə yollana bilməyəcəklər, istirahətlərini ürəkləri istəyən kimi keçirməyəcəklər. Üstəlik, yeni transferlərin Azərbaycana gəlməsi də mümkün olmayacaq. Hardan gətirəcəklər, necə gətirəcəklər? Operativ Qərargah klublarımızın yeni transferləri üçün çarter reysinə icazə verən deyil ki. Beləcə bu problemlərin içində avqustun əvvəlində start götürməli olan avrokuboklara hazırlaşmalı, orda Azərbaycan futbolunu layiqincə (?!) təmsil etməyi bacarmaq lazımdı. Bacaracaqsızmı?! Cavabsız suallar o qədərdi ki, sayını-hesabını bilmək çətindi. Heç onlara cavab verəcək kimisə tapmaq da. Deməli, mövsümü yarımçıq, tez-tələsik bitirmək heç də can rahatlığı deyilmiş. Daha “gözəl günlər” irəlidədi...
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
4-07-2020, 12:32 Ramiz Mirzəzadə "İdman TV"ni "CBC Sport"a dəyişdi 4-07-2020, 12:24 “Azərbaycanda futbol öldü, qızım” 4-07-2020, 12:18 Məşqçilər Komitəsi Kinin namizədliyindən xəbərsizdi 4-07-2020, 12:14 “Keşlə”nin adı gələndə tüklərim biz-biz olur” 4-07-2020, 12:07 “Çempionatdakı nəticələr və Avroliqaya vəsiqə qazana bilməməyimiz qərarda rol oynamadı” 4-07-2020, 12:03 Miçel və Romero qardaşları İspaniyaya uçdu 4-07-2020, 09:23 “Sumqayıt” gərək “çox sağ ol, koronavirus” desin” 4-07-2020, 09:18 PFL təqvimin bir neçə variantı üzərində işləyir 4-07-2020, 08:55 “Futbol+”in “rəmzi yığma”sına 105 futbolçu düşüb 4-07-2020, 08:48 “Sumqayıt” Türkiyədən maska sifariş edəcək 4-07-2020, 08:45 “Forza Neftçi” Geryeyə ismarıc göndərdi 4-07-2020, 08:40 “Qarabağ”la anlaşan Gerye azarkeşlərə səsləndi 4-07-2020, 08:37 “Vəziyyət belə davam etsə, avrokuboklarda bizi son 10 ildə görmədiymiz uğursuzluq gözləyir” 4-07-2020, 08:28 1 manata nə düşür ki?! 3-07-2020, 12:31 FIDE sentyabra kimi onlayn turnirlərlə kifayətlənəcək 3-07-2020, 12:30 “Azərikimya” rəhbərliyi Riad Rəfiyevi məyus yola salıb 3-07-2020, 12:27 FİFA “Sumqayıt” Futbol Akademiyasını nəzarətə götürüb 3-07-2020, 12:25 Avrokubok iştirakçıları ölkəni tərk etməyəcək 3-07-2020, 12:11 “Zirə” Zaur Həşimovla yolları ayırdı 3-07-2020, 12:09 AFFA “Lernayin Artsax” mövzusunda gözləmə mövqeyi tutur 3-07-2020, 12:07 Dabo Azərbaycana təşəkkür etdi 3-07-2020, 12:05 Cavid “Keşlə”yə havayı başa gəlib? 3-07-2020, 12:04 Tərlan Əhmədovu gizlənməyə vadar edən nədi? 3-07-2020, 12:03 “Demək olar ki, Tərlan Əhmədovun əlində böyümüşəm, məni “Neftçi”dən tanıyır” 3-07-2020, 12:01 “Səbail”də büdcəni müəyyənləşdirməkdə çətinlik çəkirlər 3-07-2020, 11:58 Kin AFFA-dan yüksək maaş istəməyib 3-07-2020, 11:57 “Turun sitatı”nda Qurban Qurbanov hamını qabaqlayıb 3-07-2020, 11:54 “Narva Trans”ın baş məşqçisi Nurlan Novruzovu danlayıb 3-07-2020, 11:50 “Ertsgebirge”nin prezidenti Nazarovu fərqləndirdi 30-06-2020, 22:52 Rövşən Əhmədov fəhlə işlədiyi məktəbdə müəllimlik edəcək 30-06-2020, 22:49 Yığmanın Millətlər Liqasında oyun günləri müəyyənləşdi 30-06-2020, 22:47 PFL rəsmiləri Tovuza getməyi düşünmür 30-06-2020, 22:43 “Keşlə”nin Cavid İmamverdiyev sevdası 30-06-2020, 22:41 Dabonun vəkili “Neftçi”yə məktub yazıb 30-06-2020, 22:39 Stamenkoviç daha bir il “Sabah”da 30-06-2020, 22:35 Nurlan qol vurdu və qovuldu 30-06-2020, 22:33 UEFA ilə məsləhətləşmələr bitib 30-06-2020, 22:31 “Bu göstərici “Qəbələ”nin nə tarixinə, nə də ənənəsinə yaraşır” 30-06-2020, 22:28 Aftandil Hacıyev yeniyetmələri “kötəkləyən” “Soçi”ni qınadı 30-06-2020, 22:26 62 stadion, 4874 oyun - “Tofiq Bəhramov” liderdi 30-06-2020, 21:47 Amiti Moldovaya əcnəbi agent aparıb 30-06-2020, 21:42 “Qarabağ”: Araz gedir, Abbas qalır 30-06-2020, 21:41 "Keşlə" daha 5 futbolçu ilə vidalaşdı 30-06-2020, 21:38 Adil Ağayev dünyasını dəyişdi 30-06-2020, 21:30 Bordin Füzuli Məmmədovu təbrik etməyib 29-06-2020, 12:13 Teymur Rəcəbov “Chessable Masters”də iz qoyub 29-06-2020, 12:12 “Sumqayıt”ın rəsmi qəbulu hələ planda yoxdu 29-06-2020, 12:11 Ermənilər “Lernayin Artsax” kartından əl çəkmir 29-06-2020, 12:09 PFL “Qarabağ”a 45 medal verib 29-06-2020, 12:06 Slavik “Sabah”ı seçdi 29-06-2020, 12:04 Kərim Diniyev “Sabah”dan ayrılacağını bilirmiş 29-06-2020, 12:02 Mircavadovla Qasımov məsləhətçi rolunda 29-06-2020, 12:00 UEFA ilkin təsdiq cavabı göndərdi 29-06-2020, 11:59 “Sumqayıt”dan ayrılan Süleymanov özünü yeni çağırışa hazır sayır 29-06-2020, 11:57 Novruz Əzimov AFFA-nın əcnəbi sevgisini “qamçıladı” 29-06-2020, 11:54 Azarkeş sayındakı biabırçılıq: hər oyuna 1007 nəfər 29-06-2020, 11:53 Amit Quluzadə Moldovaya “köçdü” Bütün xəbərlər
Ən çox oxunanlar