19 apr 20:02Yazar

Ümidlərin bitdiyi yerdə də “Qarabağ” var

Əslində “Qarabağ” qızıl medalların taleyini 25-ci turda həll etmişdi. Respublika stadinonunda, “Qəbələ” ilə oyunda. Dəyərli Roman Qriqorçuka, meydanda tər tökən futbolçulara, “kadr arxasında” qalan klub nümayəndələrinə bəslədiyim bütün hörmətimə rəğmən, bunu deməliyəm. “Qarabağ” layiq olduğu, haqq etdiyi çempionluğu qazandı. Fevralın 19-da Qəbələdə keçirilən qarşılaşmaya qədər hər iki komandanın çempionluq şansı bərabər qiymətləndirilirdi. Həmin o gərginliyi və baxımlılığı ilə diqqətləri üzərinə çəkən oyundan sonra çox şey “Qəbələ”nin xeyrinə dəyişdi. Artıq çoxları belə hesab edirdi ki, “qırmızı-qaralar” əllərinə düşən tarixi fürsəti dəyərləndirəcək və mövsümün sonunda Azərbaycan çempionu adını məhz onlar qazanacaqlar. “Qarabağ” “Qəbələ”nin ardınca “İnter”ə də uduzunca belə düşünənlərin sırası xeyli genişlənmişdi. Hətta “Qurban Qurbanov və yetirmələri çempionluqdan doyublar, sonadək mübarizə aparmırlar, intiriqanı bilərəkdən öldürürlər” deyənlər də tapılırdı.
Hər şey bir andaca dəyişdi. Sanki “Qəbələ” bütün bu söz-söhbətlərdən, yaxın olduğu qızıl medalların parıltısından özünü itirdi. Ard-arda baş verən xal itkiləri, uğursuz oyunlar “Qəbələ”nin psixoloji cəhətdən də çempionluğa hazır olmamasına işarə idi. “Qarabağ” isə sakitcə öz işini görür, xalları hesabına yazırdı. Belə yerdə adamın məşhur deyimi “siz saydığınızı sayın, görün “Qarabağ” nə sayır”a çevirməyi gəlirdi. Bəzən Qurban Qurbanovun “biz öz oyunlarımızı düşünürük, sona qədər mübarizə aparırıq, rəqiblərimizi düşünsək, bizə mane olar” sözlərini qəribçiliyə salırıq. Amma fakt göz qabağındadı. Artıq yetərincə təcrübə toplanmış Qurban bəy bu sözləri boşuna demirmiş. “Qəbələ”nin xal itkiləri “Qarabağ”ı nə rahatlatdı, nə də izafi gərginliyə saldı. “Köhlən atlar” addım-addım, qarış-qarış zirvəyə doğru irəlilədi və ələ keçirdiyi zirvəni bir daha rəqibinə güzəştə getmədi. “Qarabağ”ın mövsum ərzində qalib gələ bilmədiyi “İnter”in qapısına həlledici oyunda 3 top vurması da həmin əzmin və mükəmməl motivasiyanın göstəriciydi. “Qəbələ”nin Gəncədə uduzması da əlavə psixoloji yükə, tələskənlik və ya rahatlığa bəhanə verməmişdi. Beləcə “Qarabağ” ardıcıl 4-cü çempionluğunu rəsmiləşdirməklə adını bir daha Azərbaycan futbolunun tarixinə yazdırmağı bacardı.
Sözsüz ki, bu uğur təkcə “İnter”lə oyunda 3 dəfə fərqlənən futbolnçuların, yaxud da “Qəbələ” ilə qarşılaşmada rəqibin fərqlənməsinə imkan verməyənlərin zəhmətinin bəhrəsi deyil. “Qarabağ”dan söz düşəndə, hər kəs klubda sistemin düzgün qurulduğunu, seleksiya siyasətinin, idarəçilik mexanizminin ideala yaxın təşkil edildiyini deyir. Bu mənada “Qarabağ” Azərbaycanın başqa klubları üçün də yaxşı bir nümunə yaradıb. Təsadüfi deyil ki, uğursuzluğa düçar olan çalışdırıcılar da çətin məqamda “Qarabağ” örnəyindən yapışır, “Qurban Qurbanov “Qarabağ”ı bir günə bu səviyyəyə çatdırmayıb” deyirlər. Deməli, uğurun təməli klub rəhbərliyinin çalışdırıcıya göstərdiyi etimadla və Qurban bəyin həmin etimaddan düzgün yararlanmasıyla qoyulub. Baxmalı, öyrənməli və tətbiq etməli nümunədi. İstəsələr, çalışsalar, başqa klublarımız da uğurları sıralaya, azarkeşlərin ürəklərini beləcə fəth edə bilərlər.
“Qarabağ”ın əvəzediciləri liderdən cəmi bir xal geri qalır. Rəşad Sadıqovun çalışdırdığı U-19-un da qızıl medalları qazanmaq üçün əla şansı var. Deməli, bəhs etdiyimiz sistem öz bəhrəsini göstərməkdə, uğur qazanmağa qadir yeni nəsil “Qarabağ”lılar yetişməkdədi. Amma tək əldən səs çıxmadığı kimi, “Qarabağ”ın da bütöv Azərbaycan futbolunu təkbaşına xilas etməsi, ağır yükü çiyinlərində daşıması mümkünsüzsü.
Nəzərə alaq ki, bu mövsüm Azərbaycan futbolu üçün xüsusilə ağır keçdi. Tribunalarımız bir az da boşalıb, çempionatımıza maraq əhəmiyyətli dərəcədə azalıb. “Xəzər Lənkəran”la “Bakı”nın səhnədən getməsi, “İnter”in başı üzərini almış qara buludlar, “Neftçi”nin adına yaraşman günə salınması, elitada cəmi 8 klubun qalması cidi mənada neqativ görüntü yaradb. Bunun fonunda ayaqda qalmaq, komandanı motivasiya etmək, iddiaları qoruyub səviyyəli legionerləri formada saxlaya bilmək xeyli çətindi. “Qarabağ”la “Qəbələ”nin əsas problemlərindən biri də məhz bu idi. Bəlkə də “Qəbələ”nin sonadək davam gətirə bilməməsində bu sadaladıqlarımın da təsiri var. Qurban Qurbanov komandasını həmin böhrandan, acınacaqlı durumun gətirdiyi süstlükdən qoruya bildi. Məhz bu səbəbdən də yazının başlığında Ağdam təmsilçisini Azərbaycan futbolunun ümidi kimi təqdim etmişəm. Ölkə futbolundan soyumağa başladığımız, ruhdan düşdüyümüz, gələcəyə ümidlərimizi itirdiyimiz anda “Qarabağ”ın uğurlarıyla qəflət yuxusundan oyanmışıq. Əmin olmuşuq ki, Azərbaycan təmsilçisi də avrokuboklarda adlı-sanlı rəqiblərlə başabaş mübarizə apara bilər. Artıq bu yay yeni dalğanı başlatmağın, tarixə yeni səhifəni yazmağın vaxtıdı. “Qarabağ” çiyinlərinə götürdüyü çempionluq yükünü qitənin ən nüfuzlu klub turnirinə qədər daşımalıdı. Çemionlar Liqasının qrupunda görüşənədək!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:16 AÇ üçün heyət açıqlandı Dünən, 23:15 Ölkə çempionatı başa çatdı Dünən, 23:14 Ukrayna ilə bacarmadıq Dünən, 23:13 Nağı Səfərova yenə etimad göstərildi Dünən, 23:12 Bakıda “Red Bull”dan əzələ nümayişi Dünən, 23:10 Kamran Şahsuvarlı finalda Dünən, 23:08 Əliyar Ağayev “Rusenborq”un oyununa təyinat aldı Dünən, 23:07 UEFA-nın MDB üzrə əlaqələndiricisi “Futbol+”ə danışdı Dünən, 23:05 “Zirə”nin oyununda təcrübəsiz qazax Dünən, 22:56 “Qarabağ” oyuna çıxır, “Samtredia” hücumçuyla gücləndi Dünən, 22:55 “Neftçi” rəsmisi gördüyü işdən danışmaq istəmədi Dünən, 22:44 “Zirə”də yayın məsələsində qeyri-müəyyənlikdi Dünən, 22:43 “Dalğa Arena” avrokubok oyunlarına hazırdı Dünən, 22:42 Patrik Klyuvert “Vətən”ə təşəkkür edib Dünən, 22:37 Sloveniyada AÇ-yə gerisayım başlayır Dünən, 22:36 Fransa millisinin sabiq yarımmüdafiəçisi “Qəbələ”də Dünən, 22:34 Futzal millimiz yenə braziliyalıya tapşırılacaq Dünən, 22:33 Yığmamız qrupda qaldı Dünən, 22:31 BOK prezidenti MOK-a məktub göndərdi Dünən, 22:30 Ayxan Abbasov “Zirə”ni Avroliqaya hazır sayır Dünən, 22:27 "Zirə" rumın müdafiəçi transfer etdi Dünən, 22:09 TRANSFER DOSYESİ Dünən, 22:07 Zirə azarkeşləri oyunun Mərdəkanda keçirilməsindən razıdı Dünən, 22:06 “Sumqayıt” jurnalistlər üçün iftar süfrəsi açdı Dünən, 22:03 “Zirə”nin legionerləri Türkiyədə ləngidi 23-06-2017, 20:23 Avropa Yay Olimpiya Festivalına lisenziya qazandılar 23-06-2017, 20:22 Otellərin sayı artsa, Bakıya daha çox “Formula-1” azarkeşi gələcək 23-06-2017, 20:20 Ronaldoya millinin forması hədiyyə olundu 23-06-2017, 20:17 Emil Balayev “Səbail”ə keçərkən Qurban Qurbanovla danışmayıb 23-06-2017, 20:14 “Zirə” biletlərin qiymətini açıqladı 23-06-2017, 20:12 Əliyar FİFA karyerasına sıfırdan başlayır... 23-06-2017, 20:09 “Samtredia” ilə ilk oyunun başlama vaxtı dəqiqləşdi 23-06-2017, 20:08 “İnter”in rəqibi son çempionu məğlub etdi 23-06-2017, 20:06 Avroliqanın debütantı mübarizəyə hazırdı 23-06-2017, 20:00 Sumqayıtda mükafatlandırma 23-06-2017, 19:56 Yığmanın baş məşqçisi Ermənistanla oyundan danışdı 23-06-2017, 19:55 Avroliqada ikinci dövrə başlayır 23-06-2017, 19:52 Divizionda çıxış edəcək “Binə”nin büdcəsi 150 min manatdı 23-06-2017, 19:47 Stamenkoviç “Mladost”un bəxtinin gətirmədiyini düşünür 23-06-2017, 19:44 Fanklub rəhbərləri “Milan” azarkeşlərinə haqq qazandırdı 23-06-2017, 19:42 “Fənərbaxça”nın baş məşqçisi Antalya kampından danışdı 23-06-2017, 19:40 Millinin heyəti açıqlandı 22-06-2017, 19:21 Subaşiç “Mladost” haqda gizli heç nə qoymadı 22-06-2017, 19:18 “İnter” “Mladost”u “Dalğa Arena”da sınağa çəkəcək 22-06-2017, 19:17 Zaur Axundov Azərbaycana söz verdi 22-06-2017, 19:15 “Axmat” “Qarabağ”ı da bir qolla üstələdi 22-06-2017, 19:13 “Zirə” vətənə məğlub döndü 22-06-2017, 19:11 “İnter” və “Zirə” siyahını açıqladı 22-06-2017, 19:10 Vyana “Qarabağ”ının Bakıda fanklubu olacaq 22-06-2017, 19:08 “Mladost”la oyunu böyük ümidlərlə gözləyirik” 22-06-2017, 19:06 “Bursa BB”də qaldı 22-06-2017, 19:05 Erməni baş məşqçidən etiraf 22-06-2017, 19:03 Əsgərlərə açıq məktub yazdılar 22-06-2017, 19:00 Çimərlik futbolu yığması Belarusa gedir 22-06-2017, 18:58 Hakimlərimizdən videotəkrara fərqli yanaşma 22-06-2017, 18:57 “Səbail” Emil Balayevi saxladı 22-06-2017, 18:55 Elnur Cəfərov da “Neftçi”ylə müqavilə bağladı Bütün xəbərlər
Ən çox oxunanlar