30 may 09:27Yazar

Sən gəlməz oldun…

Deyirdin baharda görüşərik biz
Bahar gəldi keçdi, sən gəlməz oldun…
(Ələkbər Tağıyevin Mədinə Gülgünün sözlərinə bəstələdiyi mahnıdan)

Dünən ölkəmin sevincli günü idi – Xalq Cümhuriyyətinin qurulmasının 102 illiyini qeyd edirdik. Hər kəs bu münasibətlə ürəyindən keçən ən xoş sözləri deyir və yazırdı, bayram təntənələrinə qoşulmaq istəyirdi. Mən heç nə yaza bilmədim. Mayın 21-də – ermənilər Şuşada qondarma qurumlarının prezidenti üçün andiçmə mərasimi keçirdikləri gün necə lal olmuşdumsa, dünən də səssizliyi qorudum. Bəli, bir həftə əvvəl az qala utancdan özünü öldürmək istəyənlər dünən çox pafoslu göründü. İctimai rəydəki belə ziqzaqlara heyranam da, vallah… O necə də sürüşkən, necə də tez-tez dəyişən anlayışdı. Kütlə psixologiyası bir gün səni zirvəyə qaldıra, sabah isə sorğu-sualsız ayaqları altına alıb əzə bilər.
Əslində ictimai rəyin belə kükrəməsinin, kütləvi pafosun gerçək səbəbi mənə aydındı. Telekanallarda bəzi tarixi şəxsiyyətlərin rolu ilə bağlı yersiz təbliğat, az qala bütün bayramların inhisara alınması istər-istəməz qıcıq doğurur, adamlarda alterniv axtarmaq həvəsini oyadır. Belə ağır, həssas, müzakirəsi bu gün oxucuya heç nə qazandırmayacaq məqamın üzərində çox dayanmayıb, Vətənimin daim çiçəklənməsi, zəngin, gəlişmiş olması, bütün dünya azərbaycanlılarının varlığı ilə qürur duyacağı evə çevrilməsi arzusu ilə …futbola keçirəm.
Kimsə “heç futbolun yeridi” deyirsə, onun da canı sağ olsun, ən azı 102 yaşa çatsın. Amma ortada narahatlıq doğuran məqam var axı. Üç-beş jurnalist, məşqçi, azarkeş və fanat – gördüyüm qədəri ilə ölkənin futbolsuz qalmasından narazılıq edən, qeyri-müəyyənliyə aydınlıq gətirilməsini istəyən adamların sırası bundan o yana getmir. Futbol qurumları ilə bağlı məsələ aydındı – gündəlik statistikaya əsaslanıb bir neçə yersiz açıqlama verəndən, videokonfrans təşkil edəndən, bəzi texniki detallar ilə bağlı klublarla məsləhətləşmədən sonra anladılar ki, “Roma papasından artıq katolik olmaq” riskdi, sözlərin arxasında iş dayanmalıdı. Operativ Qərargahın xeyir-duası olmadan ictimaiyyətə ölkədaxili yarışların bərpası ilə bağlı ümidverici açıqlama vermək artıq işdi, ora ilə də işgüzar ünsiyyət yoxdu.
Uzunmüddətli Ramazan tətili üzündən ölkədə istirahət günlərinin davam etməsi kimi, futboldakı pat vəziyyəti də günümüzün reallığıdı. Hər ötən gün Operativ Qərargahın futbol önündə “yaşıl işıq yandıracağı” ilə bağlı ümidlərlə açılır, gün bitəndə də ümidlər ölür. Qeyri-müəyyənliyin davam etməsi artıq Region Liqasını, AFFA-nın aşağı yaşlılar arasında keçirdiyi liqaları tarixə qovuşdurdu. Heç olmasa, liqalarda çempionu élan etdilər, Region Liqası isə başlı-başına buraxıldı. Ağlı başında, pulu cibində olan hansı sponsor bundan sonra adı çəkilən turnirə komanda buraxar – qoy bu sual üzərində AFFA-da oturan bəylər düşünsün. Məni düşündürən başqa məqamdı. Çox tezliklə legionerlər də belə qeyri-müəyyənliyə etiraz etməyə, evin yolunu tutmağa çalışacaqlar. Bu gün onların önündə dayanan əsas əngəl uçuşlara qoyulan qadağadı. Qadağa götürülən kimi hərə bir bəhanə ilə aradan çıxmaq istəyəcək. Onları buna görə suçlamaq da çətindi. Azərbaycandan dəfələrlə çətin durumda olan, ölü sayı üçrəqəmli, dördrəqəmli ədədlərlə ölçülən ölkələrin hər birində futbol yarışlarının bərpa tarixi açıqlanıb ki, bu yöndə xəbərləri və yazıları “Futbol+”in hər sayında oxuyursuz.
…Bəs bizdə? İyunun 1-i də qapının kandarındadı, amma futbolla bağlı heç nə dəqiqləşməyib. Bəzən mənə elə gəlir ki, 2000-lərin əvvəlinə - futbol idarəçiliyi ilə bağlı qalmaqal üzündən düşdüyümüz mühitə, ikilliyə Avropa futbol ailəsindən ayrı qaldığımız dönəmə dönürük. Futbolun tarixi, statistikası ilə yaxından maraqlanan adamlar hər belə olayın sonradan səlnaməçilikdə hansı boşluqlar yaratdığını, yarımçıq qalan hər yarışın izlərinin silinməyəcək dərəcədə daşlaşdığını bilirlər. Odu ki, futbol qurumları hökumətlə ölkədaxili yarışların bərpasıyla bağlı ünsiyyəti intensivləşdirməli, daha ciddi, inandırıcı dəlillər tapmalıdılar. Yoxsa…
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 14:32 “Qarabağ” iyulun 14-də Qəbələyə yollanır Bu gün, 14:29 “Keşlə” Şamaxıya 11 günlük gedir Bu gün, 14:26 Kənarda qalanlar da məşqlərə başlamaq istəyir Bu gün, 14:24 Rövşən Binnətli “Yeni klinika”da müalicə alır Bu gün, 14:09 Firuz Abdulla “Tofiq Bəhramov”da Lövü itiribmiş... Bu gün, 14:05 “Sabah” Aleksey İsayevi transfer etdi Bu gün, 13:56 Lənkəranlı futbolsevərlər üçün acı və xoş gün Bu gün, 13:52 “Neftçi” “Qafqaz Sport”u seçdi Bu gün, 13:47 Xaricdəki legionerlərimiz: hərə bir şeyin dalınca qaçıb 10-07-2020, 15:16 “Şahdağ”ın prezidentinin futboldan anlayışı yoxdu 10-07-2020, 15:12 Kamran Ağayev Elxan Məmmədovla telefonda danışıb 10-07-2020, 15:10 Vaqif Sadıqov: “Namizədlər arasında yerli məşqçilərin adının olmasını məqsədəuyğun sayıram” 10-07-2020, 14:51 Böhranın BOS-a aidiyyatı yoxdu 10-07-2020, 14:49 Ruslanla “Keşlə” arasında qırğın davam edir 10-07-2020, 14:48 Üçü hazırdı, “Keşlə” fikrə dalıb 10-07-2020, 14:46 PFL dünən 90 medal təqdim etdi 10-07-2020, 14:44 “Avropaya yollanmaq variantı olsa, dəyərləndirəcəm” 10-07-2020, 14:41 Kamal Quliyev onu futbola qaytaranlara təşəkkür etdi 10-07-2020, 14:37 “Universitatya” Sezarın yolunu gözləmir 9-07-2020, 11:45 Rəhbərlik “Şahdağ”ın futbolçularının maaşını vermir 9-07-2020, 11:41 “Keşlə”nin Ruslan Qurbanova borcu yoxdu 9-07-2020, 11:40 Klublar Bakını tərk edəcəklər 9-07-2020, 11:38 Avrokuboka qatılanlar avqustda hazır olmalıdı 9-07-2020, 11:36 Avrokubok iştirakçıları önündə “yaşıl işıq yandırıldı” 9-07-2020, 11:34 Tural Bayramlı “Keşlə”dən pula görə ayrılıb 9-07-2020, 11:28 Prosineçkinin uğur formulu 9-07-2020, 11:27 Mahir uçacaq? Ay uçdu a... 9-07-2020, 11:24 Qəbələ avrokubok təmsilçilərini qarşılamağa hazırdı 9-07-2020, 11:21 “Sumqayıt”ın ispan məşqçisi vətəninə getmək istəməyib 9-07-2020, 11:19 “Zirə” gözləmə mövqeyindədi 9-07-2020, 11:17 Messi, “Real”, Nicat və ...acgöz bizimkilər 7-07-2020, 21:20 “Zirə” Turalla Şəhriyarı istəyir 7-07-2020, 21:18 “Qarabağ” rəhbərliyi ispanlara yardım əlini uzadıb 7-07-2020, 21:17 Bu gedişlə yığmanı yerli mütəxəssis çalışdıracaq 7-07-2020, 21:16 KİVDF-nin qərarı narazılıq doğurdu 7-07-2020, 20:53 “Təslim olsaq, bizim üçün faciə yaşanacaq” 7-07-2020, 20:50 “Sabah” Sopiçi yola saldı 7-07-2020, 20:49 İsayevə ən çox pul təklif edən “Sabah”dı 7-07-2020, 20:48 Zaur Həşimovun gedişi Məqsədi pis vəziyyətdə qoyub 7-07-2020, 20:46 “Keşlə” Ruslan Qurbanova çatacaq pulu vermir 7-07-2020, 20:44 Elmar Baxşıyev büdcənin təsdiqlənməsini gözləyir 7-07-2020, 20:41 Nicat ikinci qolunu vurdu 7-07-2020, 20:40 Şəmkirdə “Kəpəz”in futbolçularına yuxu dərmanı veriblər 7-07-2020, 20:37 AFFA və PFL əməkdaşları işə çıxa bilmirlər 4-07-2020, 12:32 Ramiz Mirzəzadə "İdman TV"ni "CBC Sport"a dəyişdi 4-07-2020, 12:24 “Azərbaycanda futbol öldü, qızım” 4-07-2020, 12:18 Məşqçilər Komitəsi Kinin namizədliyindən xəbərsizdi 4-07-2020, 12:14 “Keşlə”nin adı gələndə tüklərim biz-biz olur” 4-07-2020, 12:07 “Çempionatdakı nəticələr və Avroliqaya vəsiqə qazana bilməməyimiz qərarda rol oynamadı” 4-07-2020, 12:03 Miçel və Romero qardaşları İspaniyaya uçdu 4-07-2020, 09:23 “Sumqayıt” gərək “çox sağ ol, koronavirus” desin” 4-07-2020, 09:18 PFL təqvimin bir neçə variantı üzərində işləyir 4-07-2020, 08:55 “Futbol+”in “rəmzi yığma”sına 105 futbolçu düşüb 4-07-2020, 08:48 “Sumqayıt” Türkiyədən maska sifariş edəcək 4-07-2020, 08:45 “Forza Neftçi” Geryeyə ismarıc göndərdi 4-07-2020, 08:40 “Qarabağ”la anlaşan Gerye azarkeşlərə səsləndi 4-07-2020, 08:37 “Vəziyyət belə davam etsə, avrokuboklarda bizi son 10 ildə görmədiymiz uğursuzluq gözləyir” Bütün xəbərlər
Ən çox oxunanlar