27 may 18:13Yazar

Biz axı niyə beləyik?

Eynən indi olduğu kimi 27-28 il əvvəl – orta məktəbin son siniflərində oxuyanda da sərlövhəyə çıxardığım sual məni girinc etmişdi. Cəlil Məmmədquluzadənin, Mirzə Ələkbər Sabirin, Mirzə Fətəli Axundovun millətin eyiblərini faş edən əsərləri içimə hopur, yeniyetmə ədası ilə qəzəblənir, az qala bu mütəfəkkirlərə cavab yazmaq istəyirdim. Onda fikirləşirdim, elə indi də fikirləşirəm ki, bir millətin tərəqqisinə nail olmağın doğru yolu onu bu qədər aşağılamaqdan yox, hansısa üstün keyfiyyətindən yapışıb tərifləməkdən, maarifləndirməkdən keçir.
Zaman irəlilədi, yaşa dolduq, həyat gerçəkliklərinə daha yetkin nəzərlərlə baxmağa başladıq, özünü bəyənməməyin əsasən tarixdə heç vaxt böyük imperiya qurmamaqdan, öz gücünə inanmamaqdan doğan kompleks olduğunu anladıq. Nə yazıq ki bizim belə komplekslə yaşamağımız həm də erməninin, rusun, farsın, gürcünün əlinə işləyən kartdı. Onlara elə gəlir ki, hər şeydə bizdən üstündülər, bu regionun tarixini yazıblar, biz isə arzuolunmaz qonaq kimi süfrənin bir kənarında oturmuşuq.
Heyf, amma futbolda da bu eybəcər tendensiya hökm sürür. Bütün böyük uğurlarımıza kölgə salır, çamur atır, hansısa pərdəarxası məqamlar ilə izah etməyə çalışırıq. Üstündən 54 il keçib, amma bu gün də “Neftçi”nin SSRİ çempionatındakı yeganə medalının parıltısından kor olan həmvətənlərimiz var. Halbuki belə medalların sayı bir yox, üç-dörd olmalıydı. Elə özümüzkülər hansısa rus, ukraynalı veteranın sözlərinə söykənib, almaq-satmaq olaylarından danışırlar. Bilirsiz, adam həmin o rus, ukraynalı veteranı tutub, hansı həqiqəti yedirər? Ukraynanın bütün klublarının “Dinamo”ya, Rusiyanın bütün klublarının “Spartak”a işləməsi ilə bağlı həqiqəti! “Neftçi” hansısa oyunlarda iştirak edibsə belə, yaxşı edib! “Ararat”, Tiflis “Dinamo”su saxtakarlıq edəndə yaxşı idi, “Neftçi” edəndə pis? “Neftçi”nin Moskvada Nikita Simonyan kimi hamisi var idi? Həmin Simonyan ki, hətta qocalıqda da yorğalıq etməkdən çəkinmirdi, Azərbaycana bağlı olan istənilən futbolçunun bizim yox, Rusiya yığmasının formasını geyməsi üçün hər cür hoqqbazlığa əl atırdı. Mənə inanmırsızsa, Vəli Qasımovdan, Nazim Süleymanovdan və başqalarından soruşun.
Bir dəfə yazmışam, indi yenə vurğulayıram: “erməni futbolu” fenomeni varsa, müstəqillik dönəmində yığma və klub səviyyəli yarışlarda özünü göstərməliydi. Göstərdimi? Müstəqillik dönəmində bizim üzərimizdə bircə qələbələri varmı? Kim kimin önündən qaçıb? Özü də böyük qardaşın qucağında – Moskvada otura-otura.
İndi ölkəmizdə yeni növ hoqqabazlar peyda olub. “Neftçi”nin 2012-də Avroliqanın qrupuna düşməsinə də şəbədə qoşurlar, guya bu da pulla alınıb. Vallah, adam həm xəcalət çəkir, həm də utandığından ölüm arzulayır. “Neftçi” elə səviyyəli legionerlərlə Avroliqanın qrupuna niyə düşməməliydi ki? Məgər APOEL Bakıda “ağ-qaralar”dan yaxşı oynamışdı? Bədbəxtik, özümüzə və gücümüzə inanmayan bədbəxt! Yaxşı, hər il qrupa düşən “Qarabağ”, Qurban Qurbanov nümunəsi nədi? Bu komanda uğurların əsasını yerli futbolçularla qoymadımı? Rusiya və Ukraynanı çıxmaq şərti ilə postsovet məkanında belə sabit oynayan komandaların sayı bir əlin barmaqlarından o yana keçirmi?
İndi də bir ağıldankəm rumın peyda olub – Katalin Likioyu. Hansı yuxunu görübsə, 15 il əvvəl “Xəzər Lənkəran”ın onun formasını geydiyi “Nistru”ya UEFA kubokunun oyununu “vermək” üçün 250 min dollar təklif etdiyini deyib. Nə bir ad var, nə də sövdələşmənin təfsilatı. Sadəcə, deyir ki, azərbaycanlılar bu qədər pul təklif etdi, biz də boyun qaçırdıq. Güman edirəm ki, həmin oyunlar hər kəsin yadındadı. Əvvəla, nəinki ilk oyundan əvvəl, hətta lənkəranlılar evə 1:3 hesablı məğlubiyyətlə dönəndən sonra da böyük əksəriyyət bizimkilərin mərhələ adlayacağını düşünürdü. Çünki Ataki “Nistru”su sözün bütün mənalarında kənd komandası idi. “Sükan arxasında” bacarıqsız Rasim Kara yox, istənilən normal mütəxəssis olsaydı, “Nistru”nu məğlub edəcəkdi. Amma “Xəzər Lənkəran” rəhbərliyinin çox-çox mənasız qərarlarından biri də Rasim Kara idi. İkincisi, fırıldaqçılıq, xüsusən də pulla bağlı olan fırıldaqçılıq sənətdisə, moldovalılar onun ən yüksək pillələrində qərarlaşıblar, doğrudan da, bu mənada biz onlara aşağıdan yuxarı baxırıq. Üçüncüsü, lap axmaq Likioyu ağlına gələni deyir, onun dediyini yerli-yersiz tirajlamağa, bütün “Xəzər Lənkəran” camiəsini suçlamağa dəyərmi? Orda fırıldaqçıların kim olduğu hər kəsə bəllidi ki, onların də əməlinin cəzasını “Xəzər Lənkəran” tarixə qovuşmaqla çəkdi. Dördüncüsü, hansısa rumının ittihamı məgər bütün futbol uğurlarımıza kölgə salmağa, özümüzü ləkələməyə əsas verirmi? Biz axı niyə beləyik?
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 11:45 Rəhbərlik “Şahdağ”ın futbolçularının maaşını vermir Dünən, 11:41 “Keşlə”nin Ruslan Qurbanova borcu yoxdu Dünən, 11:40 Klublar Bakını tərk edəcəklər Dünən, 11:38 Avrokuboka qatılanlar avqustda hazır olmalıdı Dünən, 11:36 Avrokubok iştirakçıları önündə “yaşıl işıq yandırıldı” Dünən, 11:34 Tural Bayramlı “Keşlə”dən pula görə ayrılıb Dünən, 11:28 Prosineçkinin uğur formulu Dünən, 11:27 Mahir uçacaq? Ay uçdu a... Dünən, 11:24 Qəbələ avrokubok təmsilçilərini qarşılamağa hazırdı Dünən, 11:21 “Sumqayıt”ın ispan məşqçisi vətəninə getmək istəməyib Dünən, 11:19 “Zirə” gözləmə mövqeyindədi Dünən, 11:17 Messi, “Real”, Nicat və ...acgöz bizimkilər 7-07-2020, 21:20 “Zirə” Turalla Şəhriyarı istəyir 7-07-2020, 21:18 “Qarabağ” rəhbərliyi ispanlara yardım əlini uzadıb 7-07-2020, 21:17 Bu gedişlə yığmanı yerli mütəxəssis çalışdıracaq 7-07-2020, 21:16 KİVDF-nin qərarı narazılıq doğurdu 7-07-2020, 20:53 “Təslim olsaq, bizim üçün faciə yaşanacaq” 7-07-2020, 20:50 “Sabah” Sopiçi yola saldı 7-07-2020, 20:49 İsayevə ən çox pul təklif edən “Sabah”dı 7-07-2020, 20:48 Zaur Həşimovun gedişi Məqsədi pis vəziyyətdə qoyub 7-07-2020, 20:46 “Keşlə” Ruslan Qurbanova çatacaq pulu vermir 7-07-2020, 20:44 Elmar Baxşıyev büdcənin təsdiqlənməsini gözləyir 7-07-2020, 20:41 Nicat ikinci qolunu vurdu 7-07-2020, 20:40 Şəmkirdə “Kəpəz”in futbolçularına yuxu dərmanı veriblər 7-07-2020, 20:37 AFFA və PFL əməkdaşları işə çıxa bilmirlər 4-07-2020, 12:32 Ramiz Mirzəzadə "İdman TV"ni "CBC Sport"a dəyişdi 4-07-2020, 12:24 “Azərbaycanda futbol öldü, qızım” 4-07-2020, 12:18 Məşqçilər Komitəsi Kinin namizədliyindən xəbərsizdi 4-07-2020, 12:14 “Keşlə”nin adı gələndə tüklərim biz-biz olur” 4-07-2020, 12:07 “Çempionatdakı nəticələr və Avroliqaya vəsiqə qazana bilməməyimiz qərarda rol oynamadı” 4-07-2020, 12:03 Miçel və Romero qardaşları İspaniyaya uçdu 4-07-2020, 09:23 “Sumqayıt” gərək “çox sağ ol, koronavirus” desin” 4-07-2020, 09:18 PFL təqvimin bir neçə variantı üzərində işləyir 4-07-2020, 08:55 “Futbol+”in “rəmzi yığma”sına 105 futbolçu düşüb 4-07-2020, 08:48 “Sumqayıt” Türkiyədən maska sifariş edəcək 4-07-2020, 08:45 “Forza Neftçi” Geryeyə ismarıc göndərdi 4-07-2020, 08:40 “Qarabağ”la anlaşan Gerye azarkeşlərə səsləndi 4-07-2020, 08:37 “Vəziyyət belə davam etsə, avrokuboklarda bizi son 10 ildə görmədiymiz uğursuzluq gözləyir” 4-07-2020, 08:28 1 manata nə düşür ki?! 3-07-2020, 12:31 FIDE sentyabra kimi onlayn turnirlərlə kifayətlənəcək 3-07-2020, 12:30 “Azərikimya” rəhbərliyi Riad Rəfiyevi məyus yola salıb 3-07-2020, 12:27 FİFA “Sumqayıt” Futbol Akademiyasını nəzarətə götürüb 3-07-2020, 12:25 Avrokubok iştirakçıları ölkəni tərk etməyəcək 3-07-2020, 12:11 “Zirə” Zaur Həşimovla yolları ayırdı 3-07-2020, 12:09 AFFA “Lernayin Artsax” mövzusunda gözləmə mövqeyi tutur 3-07-2020, 12:07 Dabo Azərbaycana təşəkkür etdi 3-07-2020, 12:05 Cavid “Keşlə”yə havayı başa gəlib? 3-07-2020, 12:04 Tərlan Əhmədovu gizlənməyə vadar edən nədi? 3-07-2020, 12:03 “Demək olar ki, Tərlan Əhmədovun əlində böyümüşəm, məni “Neftçi”dən tanıyır” 3-07-2020, 12:01 “Səbail”də büdcəni müəyyənləşdirməkdə çətinlik çəkirlər 3-07-2020, 11:58 Kin AFFA-dan yüksək maaş istəməyib 3-07-2020, 11:57 “Turun sitatı”nda Qurban Qurbanov hamını qabaqlayıb 3-07-2020, 11:54 “Narva Trans”ın baş məşqçisi Nurlan Novruzovu danlayıb 3-07-2020, 11:50 “Ertsgebirge”nin prezidenti Nazarovu fərqləndirdi 30-06-2020, 22:52 Rövşən Əhmədov fəhlə işlədiyi məktəbdə müəllimlik edəcək 30-06-2020, 22:49 Yığmanın Millətlər Liqasında oyun günləri müəyyənləşdi 30-06-2020, 22:47 PFL rəsmiləri Tovuza getməyi düşünmür Bütün xəbərlər
Ən çox oxunanlar