25 may 17:30Yazar

Dörd il keçib, “Xəzər Lənkəran” hələ də yoxdu…

Aşagıda oxuyacağınız sətirləri 2016-cı il mayın 22-də qələmə almışdım. Yalnız “feysbuk”da paylaşdığımdan qəzetimizin oxucuları tanış olmaya bilər. Söhbət 2015/16 mövsümdə yaşananlardan gedir. 10 komandanın 4 dövrədə mübarizə apardığı premyer-liqaya mayın 20-də yekun vuruldu. 36-cı turun bütün oyunları eyni gündə baş tutdu. Mövsümü bərbad keçirən “Xəzər Lənkəran” şansını son tura saxlamışdı. Amma “cənub mirvarisi” “Rəvan”la səfər görüşündə 2:2 hesablı heç-heçəyə razılaşaraq istəyinə çata, son pillədən qurtula bilmədi. Bir müddət sonra isə klubun ölkə futbol səhnəsindən uzaqlaşdığı məlum oldu...
“Xəzər Lənkəran” 36 oyunda 3 qələbə qazanıb, 6 heç-heçə edib, 27 dəfə uduzub. “Xəzər Lənkəran” 36 oyunda 16 qol vurub, qapısında 51 qol görüb. “Xəzər Lənkəran” 36 oyunda cəmi 15 xal qazanıb: əzəmətli “Fırtınalar meydanı”nda 8, səfərdə 7. “Xəzər Lənkəran” mövsüm ərəfəsində transfer etdiyi futbolçuların xidmətindən məlum səbəblərdən (sanksiya tətbiq olunmuşdu) yararlana bilməyib. “Xəzər Lənkəran”ın milyonlarla ölçülən borcu var. “Xəzər Lənkəran” borca görə növbəti mövsüm premyer-liqada oynamaq üçün lisenziya ala bilməyib...
Yəqin ki, bütün bunlara görə kim(lər)sə məsuliyyət daşıyır və çıxıb klubun sadiq azarkeşlərinə cavab verməlidi. Bütün bunlara görə dar ağacına çəkiləsi adamlar var. Bəs əslində nə baş verir? Kos-koca klubu aglar günə qoyanlar qalıb kənarda, millət düşüb AFFA-nın, PFL-in, Xaqani Məmmədovun və Ramil Diniyevin uzərinə. Hakim xətalıdı, hətta qərəzlidi, deyək ki, sifariş yerinə yetirib. Bunu gördük və bildik. Bəs yuxarıda sadaladıqlarımı kimin ayağına yazaq? Ən bahalı futbolçuları və mütəxəssisləri transfer edəndə, milyonları onların başından səpəndə fikirləşmək lazım idi bu günləri. Özü yıxılan ağlamaz, bəylər! Özü yıxılan kənarda səbəb(kar) axtarmaz! Mübariz Mənsimovun səxavətindən sui-istifadənin acı sonudu bu! Cəsarətiniz varsa, çıxın ortaya, buraxdığınız bağışlanmaz səhvləri etiraf edin və bu komandaya könül verən sədaqətli azarkeşlərdən üzr istəyin. Özü də 1 yox, 1001 dəfə! Onlar sizi bağışlayacaqmi? Bax, əsas məsələ budu. Əsas məsələ “Rəvan”la oyunda yaşananlar yox, ondan çox-çox öncə olanlardı.
P.S. Ürək ağrıdan və bulandıran məqamlardan biri də bəzi jurnalistlərin yorulmaq bilmədən, nəfəs dərmədən - üzr istəyirəm ifadəmə görə - eşşəyi qoyub palanı döyəcləmələridi. Obyektiv olun, qələminizə hörmət qoyun, “cənub mirvarisi”nin, çempionata rəng qatan bir komandanın miskin duruma düşməsində birbaşa rolu olan “Xəzər Lənkəran” rəsmilərinin yaxasından yapışın, hesabat tələb edin. “Feysbuk”da hədəfi yayındırmaqdan basqa məqsəd daşımayan kampaniyadan uzaq olun. Vallah, kənardan çox pis görünür(süz).
P.P.S. Dörd il keçib, heç nə dəyişməyib. “Xəzər Lənkəran” hələ də yoxdu…
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 11:45 Rəhbərlik “Şahdağ”ın futbolçularının maaşını vermir Dünən, 11:41 “Keşlə”nin Ruslan Qurbanova borcu yoxdu Dünən, 11:40 Klublar Bakını tərk edəcəklər Dünən, 11:38 Avrokuboka qatılanlar avqustda hazır olmalıdı Dünən, 11:36 Avrokubok iştirakçıları önündə “yaşıl işıq yandırıldı” Dünən, 11:34 Tural Bayramlı “Keşlə”dən pula görə ayrılıb Dünən, 11:28 Prosineçkinin uğur formulu Dünən, 11:27 Mahir uçacaq? Ay uçdu a... Dünən, 11:24 Qəbələ avrokubok təmsilçilərini qarşılamağa hazırdı Dünən, 11:21 “Sumqayıt”ın ispan məşqçisi vətəninə getmək istəməyib Dünən, 11:19 “Zirə” gözləmə mövqeyindədi Dünən, 11:17 Messi, “Real”, Nicat və ...acgöz bizimkilər 7-07-2020, 21:20 “Zirə” Turalla Şəhriyarı istəyir 7-07-2020, 21:18 “Qarabağ” rəhbərliyi ispanlara yardım əlini uzadıb 7-07-2020, 21:17 Bu gedişlə yığmanı yerli mütəxəssis çalışdıracaq 7-07-2020, 21:16 KİVDF-nin qərarı narazılıq doğurdu 7-07-2020, 20:53 “Təslim olsaq, bizim üçün faciə yaşanacaq” 7-07-2020, 20:50 “Sabah” Sopiçi yola saldı 7-07-2020, 20:49 İsayevə ən çox pul təklif edən “Sabah”dı 7-07-2020, 20:48 Zaur Həşimovun gedişi Məqsədi pis vəziyyətdə qoyub 7-07-2020, 20:46 “Keşlə” Ruslan Qurbanova çatacaq pulu vermir 7-07-2020, 20:44 Elmar Baxşıyev büdcənin təsdiqlənməsini gözləyir 7-07-2020, 20:41 Nicat ikinci qolunu vurdu 7-07-2020, 20:40 Şəmkirdə “Kəpəz”in futbolçularına yuxu dərmanı veriblər 7-07-2020, 20:37 AFFA və PFL əməkdaşları işə çıxa bilmirlər 4-07-2020, 12:32 Ramiz Mirzəzadə "İdman TV"ni "CBC Sport"a dəyişdi 4-07-2020, 12:24 “Azərbaycanda futbol öldü, qızım” 4-07-2020, 12:18 Məşqçilər Komitəsi Kinin namizədliyindən xəbərsizdi 4-07-2020, 12:14 “Keşlə”nin adı gələndə tüklərim biz-biz olur” 4-07-2020, 12:07 “Çempionatdakı nəticələr və Avroliqaya vəsiqə qazana bilməməyimiz qərarda rol oynamadı” 4-07-2020, 12:03 Miçel və Romero qardaşları İspaniyaya uçdu 4-07-2020, 09:23 “Sumqayıt” gərək “çox sağ ol, koronavirus” desin” 4-07-2020, 09:18 PFL təqvimin bir neçə variantı üzərində işləyir 4-07-2020, 08:55 “Futbol+”in “rəmzi yığma”sına 105 futbolçu düşüb 4-07-2020, 08:48 “Sumqayıt” Türkiyədən maska sifariş edəcək 4-07-2020, 08:45 “Forza Neftçi” Geryeyə ismarıc göndərdi 4-07-2020, 08:40 “Qarabağ”la anlaşan Gerye azarkeşlərə səsləndi 4-07-2020, 08:37 “Vəziyyət belə davam etsə, avrokuboklarda bizi son 10 ildə görmədiymiz uğursuzluq gözləyir” 4-07-2020, 08:28 1 manata nə düşür ki?! 3-07-2020, 12:31 FIDE sentyabra kimi onlayn turnirlərlə kifayətlənəcək 3-07-2020, 12:30 “Azərikimya” rəhbərliyi Riad Rəfiyevi məyus yola salıb 3-07-2020, 12:27 FİFA “Sumqayıt” Futbol Akademiyasını nəzarətə götürüb 3-07-2020, 12:25 Avrokubok iştirakçıları ölkəni tərk etməyəcək 3-07-2020, 12:11 “Zirə” Zaur Həşimovla yolları ayırdı 3-07-2020, 12:09 AFFA “Lernayin Artsax” mövzusunda gözləmə mövqeyi tutur 3-07-2020, 12:07 Dabo Azərbaycana təşəkkür etdi 3-07-2020, 12:05 Cavid “Keşlə”yə havayı başa gəlib? 3-07-2020, 12:04 Tərlan Əhmədovu gizlənməyə vadar edən nədi? 3-07-2020, 12:03 “Demək olar ki, Tərlan Əhmədovun əlində böyümüşəm, məni “Neftçi”dən tanıyır” 3-07-2020, 12:01 “Səbail”də büdcəni müəyyənləşdirməkdə çətinlik çəkirlər 3-07-2020, 11:58 Kin AFFA-dan yüksək maaş istəməyib 3-07-2020, 11:57 “Turun sitatı”nda Qurban Qurbanov hamını qabaqlayıb 3-07-2020, 11:54 “Narva Trans”ın baş məşqçisi Nurlan Novruzovu danlayıb 3-07-2020, 11:50 “Ertsgebirge”nin prezidenti Nazarovu fərqləndirdi 30-06-2020, 22:52 Rövşən Əhmədov fəhlə işlədiyi məktəbdə müəllimlik edəcək 30-06-2020, 22:49 Yığmanın Millətlər Liqasında oyun günləri müəyyənləşdi 30-06-2020, 22:47 PFL rəsmiləri Tovuza getməyi düşünmür Bütün xəbərlər
Ən çox oxunanlar