24 may 10:50Yazar

Bəhlul, Amin... Təki “Qəbələ” yaşasın!

“Qəbələ”nin yaxşı günləri elə də uzaq keçmişdə qalmayıb. 2007-ci ilin avqustunda “Gilan”ın adı “Qəbələ”yə dəyişəndən sonra Azərbaycanın bu gözəl rayonunda da “böyük futbol”un isti nəfəsi hiss olunmağa başladı. Elə həmin il Qəbələdə ilk Futbol Akademiyasının təməli qoyuldu, Azərbaycan futbolunun gələcəyi üçün böyük işlərin görüləcəyinə inandıq. Toni Adams, Yuri Syomin kimi tanınmış mütəxəssislərin Azərbaycanın bölgə klubunda çalışması heç də kiçik hadisə deyildi. Adlı-sanlı mütəxəssislər Bakıdan 225 kilometr uzaqda yerləşən bu rayona ayaq açır, özləriylə birlikdə tanınmış futbolçuları da Qəbələyə gətirirdilər. Sözsüz ki, bütün bunlar bizə “Qəbələ”nin parlaq gələcəyi haqda daha nikbin düşünməyə ciddi əsaslar verirdi. Təkcə ona görə yox ki, “Qəbələ”nin əsas komandasında tanınmış məşqçilər işləyir, klubun qara-qırmızı formasını məşhur futbolçular geyirdilər. Bölgə klubu aşağı yaş qruplarına, infrastruktura böyük diqqət ayırırdı ki, bir çox belə göstəricilərə görə “Qəbələ”nin etdikləri Azərbaycanda ilk idi.
Bu yaxınlarda ölkəmizi tərk etməyə hazırlaşan Filip Şarples Azərbaycana ilk dəfə məhz “Qəbələ”nin dəvətiylə gəlib. Onun rəhbərliyi altında eyniadlı rayonda bir-birindən gözəl 10-dan çox təbii örtüklü futbol meydanı salındı. İngiltərəli mütəxəssisin bilik və bacarığından Bakıda da yararlandıq. Tofiq Bəhramovun adını daşıyan Respublika stadionunun qazonu onun əli dəyəndən sonra hər yay qurumaqdan, səhraya çevrilməkdən qurtuldu. Eyni zamanda “Azərsun Arena”nın və Bakı Olimpiya Stadionun ot örtüyünə də Filip Şarples nəzarət edirdi. Sonda hamımız bu dəyərli mütəxəssisin nəzarətinin nə olduğunu görə bildik. İngilis Şarples vətəninə qayıdır, amma özünün dediyi kimi, hazırda Bakıda onun sertifikat verdiyi xeyli sayda yerli mütəxəssis var. Həmin mütəxəssislər əcnəbinin yoxluğunda da qazonlarımızın qayğısına qalacaqlar. Buna görə də minnətdar olacağımız ilk ünvan “Qəbələ” futbol klubu və onun rəhbərliyidi.
Az əvvəl vurğuladığım kimi, “Qəbələ”nin Azərbaycan futboluna verdiyi fayda təkcə əsas komanda, tanınmış mütəxəssislərin və legionerlərin bölgəyə gətirilməsi ilə yekunlaşmır. “Qırmızı-qaralar” ardıcıl iki mövsüm birinci təsnifat mərhələsindən mübarizəyə başlayıb, Avropa Liqasının qrup mərhələsinə yüksəlməyi bacarıb. Bu göstəriciyə görə “Qəbələ”ylə müqayisə olunacaq ikinci bir klub “köhnə qitə”də yoxdu. Mən bu böyük uğuru da bir kənara qoyub, diqqətləri Qəbələdə yaradılan akademiyaya yönəltmək istəyirəm. Sizin də yadınızda olar, 2011-ci ilin yayından etibarən Qəbələdə tanınmış klubların aşağı yaş qruplarının iştirakıyla turnirlər keçirilirdi. “Liverpul”un, “Qalatasaray”ın, “Fənərbaxça”nın, “Feyenoord”un yetirmələri Azərbaycana gəlir, bu turnirdə iştirak edirdilər. Qazancımız o olurdu ki, “Qəbələ” ilə yanaşı, “Qarabağ” və “Neftçi”nin azyaşlı futbolçuları “Qəbələ Cup”da bu komandalara qarşı oynayırdı. Azərbaycanlı balaları əsl futbolun həyəcanını yaşayır, tanınmış klublara qarşı oynamaq imkanı qazanırdılar. Bu həyəcan qarışıq təcrübə onlar üçün əvəzsiz qənimət idi. Belə turnirlərdə qazanılan təcrübə böyük futbolçu olmaq yolunda ilk addımlarını atan uşaqların həyatında, gələcək karyerasında böyük rol oynayırdı.
Hərdən ukraynalı məşqçi Roman Qriqoruçuka acığım tutur. Fikirləşirəm ki, onun rəhbərliyi altında “Qəbələ” heç olmasa, ölkə kubokunu qazana bilsəydi, indiki ağır günləri yaşamazdı. “Keşlə”ylə final qarşılaşmasındakı uğursuzluq, Qriqorçukun düşdüyü şokdan donmuş üz ifadəsiylə keçirdiyi brifinq hələ də gözlərimin önündədi. Məhz həmin finaldan sonra sponsorlar “Qəbələ”yə ayırdığı büdcəni əhəmiyyətli dərəcədə azaltdılar, Tale Heydərov yavaş-yavaş sevimli klubundan soyumağa başladı. Amma dərindən fikirləşəndə Qriqoruçuku da çox qınamaq olmur. Ötən il “Qəbələ” Azərbaycan kubokunu qazandı və muzeyinə ilk ciddi qənimətini apardı. Bununla belə, arxasınca boylandığımız illər, daha doğrusu, “Qəbələ”yə ayrılan milyonlar geri gəlmədi. Deməli, həmin finalda kubokun qazanılıb-qazanılmaması ciddi mənada nəyisə dəyişməyəcəkdi. Kluba sponsorluq edən Heydərovların iqtisadi qüdrətinin azalması “Qəbələ” üçün həlledici amildi. Xərcləri azaltmağa çalışan iş adamlarının ilk növbədə heç bir gəlir gətirməyən futbol sahəsindən qənaət etməyə başlamasında qəribə nəsə yoxdu. Bütün bunların fonunda hələ “Qəbələ”nin bugünkü vəziyyətinə də şükür. Yaxşı ki, klubu tam buraxmayıb, akademiyasının da qapısına qıfıl vurmayıblar.
Bu gün “Qəbələ” özünü futbolçu fabriki rolunu oynayan “Ayaks”, “Altınordu” kimi aparır. Onlar yetişdirir, müəyyən mərhələyə çatdırır. Sonra da yetişdirdikləri futbolçunu satıb, bundan gəlir əldə etməyə çalışırlar. Komanda hansısa mərhələdə zəifləsə də, olar. “Qəbələ”nin qarşısında bu gün böyük hədəflər dayanmır. Amma klubu, akademiyanı ayaqda saxlamaq lazımdı. Ötən ilin iyununda Bəhlul Mustafazadə “Qəbələ”ni “Sabah”a dəyişəndə də eyni hissləri keçirmişdik. Özü də həmin vaxt klubu xeyli aparıcı futbolçu tərk etmişdi. Amma “Qəbələ” toparlandı, yaşamağa, mübarizə aparmağa davam etdi. İndi Amin Seydiyev “Qəbələ”ni “Sabah”a dəyişib. Sanki bu keçidlərin özündə də bir mistika, rəmzi əlamətlər var. Gənc futbolçular yeni həyata “Sabah”da başlayırlar. Biz də “Qəbələ”nin sabahından narahat oluruq. Təki qorxulası heç nə baş verməsin. Bəhlul getdi, Amin getdi, bu gedişlərdən büdcəyə pul gəldi, bəzi xərclər qarşılandı. Əsas odu ki, “Qəbələ” yaşasın!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 11:45 Rəhbərlik “Şahdağ”ın futbolçularının maaşını vermir Dünən, 11:41 “Keşlə”nin Ruslan Qurbanova borcu yoxdu Dünən, 11:40 Klublar Bakını tərk edəcəklər Dünən, 11:38 Avrokuboka qatılanlar avqustda hazır olmalıdı Dünən, 11:36 Avrokubok iştirakçıları önündə “yaşıl işıq yandırıldı” Dünən, 11:34 Tural Bayramlı “Keşlə”dən pula görə ayrılıb Dünən, 11:28 Prosineçkinin uğur formulu Dünən, 11:27 Mahir uçacaq? Ay uçdu a... Dünən, 11:24 Qəbələ avrokubok təmsilçilərini qarşılamağa hazırdı Dünən, 11:21 “Sumqayıt”ın ispan məşqçisi vətəninə getmək istəməyib Dünən, 11:19 “Zirə” gözləmə mövqeyindədi Dünən, 11:17 Messi, “Real”, Nicat və ...acgöz bizimkilər 7-07-2020, 21:20 “Zirə” Turalla Şəhriyarı istəyir 7-07-2020, 21:18 “Qarabağ” rəhbərliyi ispanlara yardım əlini uzadıb 7-07-2020, 21:17 Bu gedişlə yığmanı yerli mütəxəssis çalışdıracaq 7-07-2020, 21:16 KİVDF-nin qərarı narazılıq doğurdu 7-07-2020, 20:53 “Təslim olsaq, bizim üçün faciə yaşanacaq” 7-07-2020, 20:50 “Sabah” Sopiçi yola saldı 7-07-2020, 20:49 İsayevə ən çox pul təklif edən “Sabah”dı 7-07-2020, 20:48 Zaur Həşimovun gedişi Məqsədi pis vəziyyətdə qoyub 7-07-2020, 20:46 “Keşlə” Ruslan Qurbanova çatacaq pulu vermir 7-07-2020, 20:44 Elmar Baxşıyev büdcənin təsdiqlənməsini gözləyir 7-07-2020, 20:41 Nicat ikinci qolunu vurdu 7-07-2020, 20:40 Şəmkirdə “Kəpəz”in futbolçularına yuxu dərmanı veriblər 7-07-2020, 20:37 AFFA və PFL əməkdaşları işə çıxa bilmirlər 4-07-2020, 12:32 Ramiz Mirzəzadə "İdman TV"ni "CBC Sport"a dəyişdi 4-07-2020, 12:24 “Azərbaycanda futbol öldü, qızım” 4-07-2020, 12:18 Məşqçilər Komitəsi Kinin namizədliyindən xəbərsizdi 4-07-2020, 12:14 “Keşlə”nin adı gələndə tüklərim biz-biz olur” 4-07-2020, 12:07 “Çempionatdakı nəticələr və Avroliqaya vəsiqə qazana bilməməyimiz qərarda rol oynamadı” 4-07-2020, 12:03 Miçel və Romero qardaşları İspaniyaya uçdu 4-07-2020, 09:23 “Sumqayıt” gərək “çox sağ ol, koronavirus” desin” 4-07-2020, 09:18 PFL təqvimin bir neçə variantı üzərində işləyir 4-07-2020, 08:55 “Futbol+”in “rəmzi yığma”sına 105 futbolçu düşüb 4-07-2020, 08:48 “Sumqayıt” Türkiyədən maska sifariş edəcək 4-07-2020, 08:45 “Forza Neftçi” Geryeyə ismarıc göndərdi 4-07-2020, 08:40 “Qarabağ”la anlaşan Gerye azarkeşlərə səsləndi 4-07-2020, 08:37 “Vəziyyət belə davam etsə, avrokuboklarda bizi son 10 ildə görmədiymiz uğursuzluq gözləyir” 4-07-2020, 08:28 1 manata nə düşür ki?! 3-07-2020, 12:31 FIDE sentyabra kimi onlayn turnirlərlə kifayətlənəcək 3-07-2020, 12:30 “Azərikimya” rəhbərliyi Riad Rəfiyevi məyus yola salıb 3-07-2020, 12:27 FİFA “Sumqayıt” Futbol Akademiyasını nəzarətə götürüb 3-07-2020, 12:25 Avrokubok iştirakçıları ölkəni tərk etməyəcək 3-07-2020, 12:11 “Zirə” Zaur Həşimovla yolları ayırdı 3-07-2020, 12:09 AFFA “Lernayin Artsax” mövzusunda gözləmə mövqeyi tutur 3-07-2020, 12:07 Dabo Azərbaycana təşəkkür etdi 3-07-2020, 12:05 Cavid “Keşlə”yə havayı başa gəlib? 3-07-2020, 12:04 Tərlan Əhmədovu gizlənməyə vadar edən nədi? 3-07-2020, 12:03 “Demək olar ki, Tərlan Əhmədovun əlində böyümüşəm, məni “Neftçi”dən tanıyır” 3-07-2020, 12:01 “Səbail”də büdcəni müəyyənləşdirməkdə çətinlik çəkirlər 3-07-2020, 11:58 Kin AFFA-dan yüksək maaş istəməyib 3-07-2020, 11:57 “Turun sitatı”nda Qurban Qurbanov hamını qabaqlayıb 3-07-2020, 11:54 “Narva Trans”ın baş məşqçisi Nurlan Novruzovu danlayıb 3-07-2020, 11:50 “Ertsgebirge”nin prezidenti Nazarovu fərqləndirdi 30-06-2020, 22:52 Rövşən Əhmədov fəhlə işlədiyi məktəbdə müəllimlik edəcək 30-06-2020, 22:49 Yığmanın Millətlər Liqasında oyun günləri müəyyənləşdi 30-06-2020, 22:47 PFL rəsmiləri Tovuza getməyi düşünmür Bütün xəbərlər
Ən çox oxunanlar