23 may 10:52Yazar

Gözəl oyun ətrafında gözəlləmə

Demək olar ki, hər həftə hansısa nazirin və ya icra başçısının kitabının bağlandığı ölkədə biz də az qala hər gün futbolun bərpasının zəruriliyindən danışır və yazırıq. AFFA və PFL rəhbərliyi bu mövzuda ağzına su alaraq oturub ki, bəyləri anlamaq mümkündü. Hansısa yersiz tarix səsləndirmək ya yuxarıların qəzəbinə düçar olmaqla nəticələnəcək, ya da medianın dilinə düşməklə. Bu üzdən hadisələri qabaqlamaq əvəzinə ümimi axara düşüb gözləmə mövqeyi tutmaqda, Operativ Qərargahdan gələsi xoş xəbərlərin ümidi ilə yaşamaqda da məntiq var. Bütün hallarda mənə elə gəlir ki, bu ayın sonuna qədər futbol qadağası da götürüləcək və artıq növbəti ay azarkeşlər ölkədaxili yarışların həyəcanının yaşayacaqlar. Dilim necə öyrəşibsə, az qala yazacaqdım ki, azarkeşlər sevincək stadionun yolunu tutacaqlar. Sonra yadıma düşdü ki, əvvəla, azarkeşlər stadiona buraxılmayacaq, ikincisi, buraxılsalar da, bu sevgi məqamı yetərincə şübhəlidi. Ölkədə azarkeş ordusunun məhdud kontingenti var, həmin qrup bütün önəmli məqamlarda varlığını göstərməyə çalışır, yayın cırhacır istisində, yəni avrokuboklara görə əcnəbilər ölkəmizə qonaq gələndə ordunun canlı qüvvəsi artır, komandalarımızın taleyi müəyyənləşəndən sonra da yenə hər kəs öz komasına, daha doğrusu, çayxanaya, pivəxanaya və başqa əyləncəli xanalara yollanır.
Düzdü, beynimi qarışdıran, içimi silkələyən daha bir duyğu var. Düşünürəm ki, bəlkə uzunmüddətli futbol həsrəti azərbaycanlı futbolsevərlərin qəlbinə işləyə, onları futbol və həyat məsələlərinə yeni gözlə baxmağa məcbur edə, kəsəsi, həsrət sevgini, qovuşma istəyini artıra? Təbii, bunlar canlılar arasında yaranan, gerçək sevgi münasibətlərini xarakterizə edən anlayışlardı. Amma nə olsun, düşünürəm də! Düşüncə azadlığına ki yasaq qoyulmayıb!
...Açığını deyim ki, mən bəzi elita məşqçilərinin belə uzunmüddətli fasilənin futbolçuların idman formasına təsirsiz ötüşməyəcəyinə dair fikirlərinə inanır, bölüşməsəm də, Tərlan Əhmədovla Ayxan Abbasovun hətta mövsümü bitirmək dərəcəsində radikal baxışına da diqqət yetirirəm. Faktiki “avrokubok” zonasında yerləşən “Keşlə” ilə “Sumqayıt”ın çalışdırıcılarının mövqeyi “nağdı qoyub, nisyənin dalınca düşməmək” prinsipinə söykənir. Yəni ki mövsüm üçün vəzifənin öhdəsindən gəlmişik, bizə dəyməyin. Belələrinin əlində artıq qitənin 8 ölkəsinin çempionatı vaxtından əvvəl bitirmək qərarı da tutarqa ola bilər. Amma təbii ki, bu sonuncu həlledici meyar deyil. Dövlətə rəhbərlik edənlərə inansaq, ölkədə pandemik durum nəzarətdədi və koronavirusun 2-ci dalğası məhz elə bu həcmdə olmalıymış.
Çox inanmaq istərdim ki, uzunmüddətli fasilə yalnız ayrı-ayrı futbolçuların formasında iz buraxacaq, daha sabah, yəni avrokuboklarda mümkün uğursuzluq halında azərbaycanlı məşqçilərə göydəndüşmə bəhanə qazandırmayacaq. Bizimkilərdən nə desən, çıxar. Güman edirsiz ki, “Avropa futbolu hamılıqla eyni problemi yaşayıb” dəlilini qəbul edəcəklər. Yox, qətiyyən, dərhal deyəcəklər ki, başqaları kiçik qruplar şəklində məşq edib, bizə isə bu imkan yaradılmayıb. Uzun sözün qısası, bütün bu bəhanələrin, mülahizələrin sonunu gətirmək üçün ölkədaxili yarışlar bərpa olunmalıdı. Çempionu və mükafatçıları ədalətli oyun prinsipləri əsasında, yaşıl meydanda müəyyənləşdirməkdən gözəl nəticə yoxdu. Əks halda sonradan o qədər söz-söhbət yaranır, o qədər minnət eşidirik ki, adam futboldan iyrənir. Futbol isə... Elə gözəldi ki, insanlıq hələ ondan gözəl idman növü yarada bilməyib!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 15:16 “Şahdağ”ın prezidentinin futboldan anlayışı yoxdu Dünən, 15:12 Kamran Ağayev Elxan Məmmədovla telefonda danışıb Dünən, 15:10 Vaqif Sadıqov: “Namizədlər arasında yerli məşqçilərin adının olmasını məqsədəuyğun sayıram” Dünən, 14:51 Böhranın BOS-a aidiyyatı yoxdu Dünən, 14:49 Ruslanla “Keşlə” arasında qırğın davam edir Dünən, 14:48 Üçü hazırdı, “Keşlə” fikrə dalıb Dünən, 14:46 PFL dünən 90 medal təqdim etdi Dünən, 14:44 “Avropaya yollanmaq variantı olsa, dəyərləndirəcəm” Dünən, 14:41 Kamal Quliyev onu futbola qaytaranlara təşəkkür etdi Dünən, 14:37 “Universitatya” Sezarın yolunu gözləmir 9-07-2020, 11:45 Rəhbərlik “Şahdağ”ın futbolçularının maaşını vermir 9-07-2020, 11:41 “Keşlə”nin Ruslan Qurbanova borcu yoxdu 9-07-2020, 11:40 Klublar Bakını tərk edəcəklər 9-07-2020, 11:38 Avrokuboka qatılanlar avqustda hazır olmalıdı 9-07-2020, 11:36 Avrokubok iştirakçıları önündə “yaşıl işıq yandırıldı” 9-07-2020, 11:34 Tural Bayramlı “Keşlə”dən pula görə ayrılıb 9-07-2020, 11:28 Prosineçkinin uğur formulu 9-07-2020, 11:27 Mahir uçacaq? Ay uçdu a... 9-07-2020, 11:24 Qəbələ avrokubok təmsilçilərini qarşılamağa hazırdı 9-07-2020, 11:21 “Sumqayıt”ın ispan məşqçisi vətəninə getmək istəməyib 9-07-2020, 11:19 “Zirə” gözləmə mövqeyindədi 9-07-2020, 11:17 Messi, “Real”, Nicat və ...acgöz bizimkilər 7-07-2020, 21:20 “Zirə” Turalla Şəhriyarı istəyir 7-07-2020, 21:18 “Qarabağ” rəhbərliyi ispanlara yardım əlini uzadıb 7-07-2020, 21:17 Bu gedişlə yığmanı yerli mütəxəssis çalışdıracaq 7-07-2020, 21:16 KİVDF-nin qərarı narazılıq doğurdu 7-07-2020, 20:53 “Təslim olsaq, bizim üçün faciə yaşanacaq” 7-07-2020, 20:50 “Sabah” Sopiçi yola saldı 7-07-2020, 20:49 İsayevə ən çox pul təklif edən “Sabah”dı 7-07-2020, 20:48 Zaur Həşimovun gedişi Məqsədi pis vəziyyətdə qoyub 7-07-2020, 20:46 “Keşlə” Ruslan Qurbanova çatacaq pulu vermir 7-07-2020, 20:44 Elmar Baxşıyev büdcənin təsdiqlənməsini gözləyir 7-07-2020, 20:41 Nicat ikinci qolunu vurdu 7-07-2020, 20:40 Şəmkirdə “Kəpəz”in futbolçularına yuxu dərmanı veriblər 7-07-2020, 20:37 AFFA və PFL əməkdaşları işə çıxa bilmirlər 4-07-2020, 12:32 Ramiz Mirzəzadə "İdman TV"ni "CBC Sport"a dəyişdi 4-07-2020, 12:24 “Azərbaycanda futbol öldü, qızım” 4-07-2020, 12:18 Məşqçilər Komitəsi Kinin namizədliyindən xəbərsizdi 4-07-2020, 12:14 “Keşlə”nin adı gələndə tüklərim biz-biz olur” 4-07-2020, 12:07 “Çempionatdakı nəticələr və Avroliqaya vəsiqə qazana bilməməyimiz qərarda rol oynamadı” 4-07-2020, 12:03 Miçel və Romero qardaşları İspaniyaya uçdu 4-07-2020, 09:23 “Sumqayıt” gərək “çox sağ ol, koronavirus” desin” 4-07-2020, 09:18 PFL təqvimin bir neçə variantı üzərində işləyir 4-07-2020, 08:55 “Futbol+”in “rəmzi yığma”sına 105 futbolçu düşüb 4-07-2020, 08:48 “Sumqayıt” Türkiyədən maska sifariş edəcək 4-07-2020, 08:45 “Forza Neftçi” Geryeyə ismarıc göndərdi 4-07-2020, 08:40 “Qarabağ”la anlaşan Gerye azarkeşlərə səsləndi 4-07-2020, 08:37 “Vəziyyət belə davam etsə, avrokuboklarda bizi son 10 ildə görmədiymiz uğursuzluq gözləyir” 4-07-2020, 08:28 1 manata nə düşür ki?! 3-07-2020, 12:31 FIDE sentyabra kimi onlayn turnirlərlə kifayətlənəcək 3-07-2020, 12:30 “Azərikimya” rəhbərliyi Riad Rəfiyevi məyus yola salıb 3-07-2020, 12:27 FİFA “Sumqayıt” Futbol Akademiyasını nəzarətə götürüb 3-07-2020, 12:25 Avrokubok iştirakçıları ölkəni tərk etməyəcək 3-07-2020, 12:11 “Zirə” Zaur Həşimovla yolları ayırdı 3-07-2020, 12:09 AFFA “Lernayin Artsax” mövzusunda gözləmə mövqeyi tutur 3-07-2020, 12:07 Dabo Azərbaycana təşəkkür etdi 3-07-2020, 12:05 Cavid “Keşlə”yə havayı başa gəlib? Bütün xəbərlər
Ən çox oxunanlar