22 may 11:27Yazar

Essyenin arzuları

38 il əvvəl, 1982-ci il dekabrın 3-də Qananın paytaxtı Akkrada bir uşaq dünyaya gəldi. Həftənin bazar ertəsi anadan olduğuna görə adına Kodjo sözünü də əlavə ediblər. Qanalıların dilində Kodjo bazar ertəsi deməkdi. Bütün qanalı uşaqlar kimi Maykl Kodjo Essyen də futbola maraq göstərir və 18 yaşını Fransanın “Bastiya” klubunun futbolçusu kimi qeyd edir. Üç mövsüm bu komandanın formasını geyən yarımmüdafiəçi sərt oyunu ilə seçilir və təkbətək mübarizələrdən birmənalı olaraq qalib çıxmasıyla məşhurlaşır. Təsadüfi deyil ki, Essyen qısa müddətdə “Bastiya”nın əvəzolunmas liderlərindən birinə çevrilir. Məhz onun sayəsində “Bastiya” Fransanı həmin vaxt UEFA kuboku adlanan yarışda təmsil etmək hüququ qazanır. Ümumilikdə Essyen “Bastiya”nın formasında 66 oyuna çıxır və 11 dəfə qol müəllifi kimi adını tabloya yazdırır. Amma vurduğu qollardan daha çox lider və məğlub olmağı sevməyən yarımmüdafiəçi kimi komandasına fayda verir.
Daha sonra Essyenin “Lion” səhifəsi açılır. 20 yaşlı futbolçunun keçidi yeni komandasına 7,8 milyon avroya başa gəlir. Amma “Lion” rəsmiləri əmin idilər ki, bu məbləğ istedadlı gənc üçün heç də çox deyil və tezliklə həmin pulu artıqlamasıyla çıxaracaqlar. Elə bu cür də olur. Essyen 71 oyunda “Lion”un formasını geyir və 7 qola imza atır. Onun sərgilədiyi oyun “Çelsi”nin skautlarını özünə cəlb edir və “zadəganlar” pul kisəsinin ağzını səxavətlə açırlar. 2005-ci ildə Essyenin Lion şəhərindən Londona köçməsi Roman Abromoviçə 47 milyon dollara başa gəlir. Bu isə o deməkdi ki, qanalı futbolçu cəmi iki il ərzində öz qiymətini 6 dəfəyə yaxın artırmağı bacarmışdı. İkiqat Fransa çempionu adını qazanmış Essyen cəmi bir il sonra “Çelsi”nin ən yaxşı futbolçusuna çevrilir. 2007-ci ildə London klubu onunla yeni müqavilə imzalayır. Növbəti beş il müddətinə hesablanmış müqavilənin şərtlərinə görə Essyen həftədə 90 min funt qazanacaqdı. Cəmi 25 yaşı olan afrikalı futbolçu üçün bu rəqəm fantastik idi.
Düz 9 il mavi formada çıxış edən Essyen “Çelsi”nin rəmzlərindən birinə çevrilmişdi. Onun qazandığı saysız-hesabsız uğurlara çoxları həsəd aparırdı. Fiziki baxımdan xeyli artıran futbolçu müdafiənin bütün cinahlarında etibarlı çıxış etməyi bacarır, tez-tez hücumlara qoşularaq uzaqdan “çərçivə”ni nişan alır, girdiyi təkbətək mübarizələrin mütləq əksəriyyətindən qalib ayrılırdı. Bunun da sayəsində Qana millisinin də kapitan sarğısı ona həvalə olunmuşdu. 12 il Qana millisində çıxış edən Essyen ölkəsində də xeyli sevilirdi. Məhz onun və komanda yoldaşlarının zəhməti sayəsində Qana millisi 2006-cı ildə Almaniyada keçirilən dünya çempionatında mundialın ən sevilən komandalarından biri hesab olunurdu. Qanalıların oyunu azarkeşləri heyran edirdi, neytral futbolsevərlər Essyenin komandasına könül verməyə başlayırdılar.
Onun növbəti dayanacağı Madrid “Real”ı oldu. Amma yaş artıq öz sözünü deməyə başlamışdı. Təsadüfi deyil ki, 2012-ci ildə “Çelsi” öz ulduzunu “Real”a icarəyə verməyə etiraz etmədi. Essyen nə Madriddə qərar tuta bildi, nə də azad agent kimi yollandığı “Milan”da. Onun 2015-ci ildə Afinaya yollanıb, “Panatinaikos”la müqavilə imzalaması da batmaqda olan günəşin son dəfə parıldamasına bənzəyirdi. Bir vaxtlar “zadəganlar”ın göz bəbəyi olan qanalı futbolçu Yunanıstanın paytaxtında çox qalmadı. Cəmi bir mövsümə sığan 13 oyun və bir qol Essyenin karyerasındakı sürətli enişinin nümunəsiydi. Essyen gözdən itir, unudulmağa başlayırdı, yəni qocalırdı. Amma özü bununla razılaşmaq istəmirdi. Belə olmasaydı, butslarını sakitcə mismardan asar, azarkeşlərin yaddaşında “Çelsi”dəki döyüşkən sərkərdə kimi qalmağa razı olardı. Ya oynamaq həvəsi güc gəlir, ya da pul qazanmağa davam etmək. Onun İndoneziya çempionatında peyda olması daha çox ikinci arzudan xəbər verirdi. Çoxları düşünürdü ki, “Persib Bandunq” Essyenin peşəkar karyerasında sonuncu klub olacaq. Elə özü də bu qərarı vermişdi. Çətin ki, düşdüyü bu səviyyədən sonra yenidən hansısa klub onu heyətində görmək istəyərdi. Sən demə, var imiş. Ağlımıza gəlməsə də, başımıza gəldi.
Essyen Bakıya 2019-cu ilin martında karyerasını bitirmiş futbol veteranı kimi “Ulduzların finalı”nda iştirak etməyə gəlmişdi. Onunla birlikdə gələnlər də çoxdan veteran hesab olunurdular, karyeralarını rəsmən bitirmişdilər. Nə baş verdisə, Bakıda baş verdi. Kimlərsə Essyenin məşhur adıyla həm reklam olunmaq, həm də pul qazanmaq həvəsinə düşdülər. Məhz bunun da nəticəsində Essyen yenidən Bakıya gəldi. Bu dəfə başqa bir şounun iştirakçısına çevrilmək üçün. Ötən ilin martında “Səbail”lə müqavilə bağlayan yarımmüdafiəçinin maaşı rəsmən açıqlanmasa da, ortada ciddi rəqəmlərin olduğu şübhə doğurmur. Aldığı pulun qarşılığında Mayklın “Səbail”ə meydanda hansısa fayda verməsindən isə danışmağa dəyməz. Buralar Essyenin çox xoşuna gəlib, Bakını tərk etməyi heç düşünmür də. Bu yaxınlarda növbəti arzusunu da açıqlayıb: “Addım-addım bu işin sirlərini öyrənirəm, məşqçi olmaq gələcək planlarıma daxildi”. Özü açıqlamasa da, bunu da elə Bakıda edəcək. Əfsanəyə çevrildiyi “Çelsi”də ona bu imkanı kim yaradacaq? Deyirəm, dünyanın işinə bax e...
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
25-05-2020, 17:50 U-19 liqasının formatında dəyişiklik olmayacaq 25-05-2020, 17:49 İcraiyyə Komitəsi növbəti həftə yığışacaq 25-05-2020, 17:48 Foqts yığmamızın sayəsində liderlər sırasındadı 25-05-2020, 17:36 Futbolumuzun əcnəbiləri bir çatışmazlığı qeyd etdilər 25-05-2020, 17:34 “Təəssüf ki, “Bakı”nın bazası ilə bağlı belə məsələlər oldu” 25-05-2020, 17:26 Aftandil Hacıyev mövsümün bərpasını istəmir 25-05-2020, 13:43 Yaşar Bəşirov lisenziya müəmmasına aydınlıq gətirdi 25-05-2020, 13:31 “Azərbaycan millisini seçdiyimə görə valideynlərimə Bakının mərkəzində mənzil verilməyib” 25-05-2020, 13:29 Aydan ulduZa Türkiyə futbolu 25-05-2020, 13:20 “Nə göz-qaş edirsən, baş məşqçi artıq yatıb, istirahət etmək istəyirəm” 24-05-2020, 11:13 Yayın ilk keçidi Amin Seydiyev oldu 24-05-2020, 10:56 Agentlər Aminin ölkə xaricinə yollanacağını düşünürlər 24-05-2020, 10:47 EFA, “Fireland Football Club”, “Dortmund Bakı”, yox bir qaşqaldaq… 24-05-2020, 10:28 Koronavirus olmasaydı... 24-05-2020, 10:25 “Futbolu qaldırsa, veteranlar qaldıracaq” 23-05-2020, 11:14 Əməkdar məşqçi ölüm-qalım mübarizəsi aparır 23-05-2020, 11:02 “Qəbələ”nin elitada ilk qolunun müəllifi dükan işlədirmiş 23-05-2020, 10:58 AFFA-da qanvermə aksiyası 23-05-2020, 10:57 Bakı UEFA-ya təminat verib 23-05-2020, 10:54 “Ximki”: elita əvəzinə 2-ci dəstəyə 22-05-2020, 16:41 “Stəkan bir yana, əl altında olan hər şey paltardəyişmə otağında uçurdu!” 22-05-2020, 16:32 “Neftçi” bilərəkdən “Bəhramov”a sürgün edildi” 22-05-2020, 11:33 Kurtinaytis 300 nəfər qonaq üçün qəsr icarəyə götürüb 22-05-2020, 11:30 Kamran “Ximki”nin ən məhsuldar futbolçusudu 22-05-2020, 11:29 “Qarabağ”ın həkimi fikir bildirməkdə çətinlik çəkir 22-05-2020, 11:26 Yaşar Vahabzadə “Kəpəz”in futbolçularına kökəlməməyi tapşırıb 22-05-2020, 11:23 Mehman Allahverdiyev cəzalı ola-ola meydana çıxıb 22-05-2020, 11:21 Elxan müəllim, bəs qərar açıqlanacaqdı? 22-05-2020, 11:17 PFL növbəti videkonfransa qatıldı 22-05-2020, 11:16 “Kəpəz”lə “Turan Tovuz” istənilən qərara razı olacaq 22-05-2020, 11:13 “Xaqani Məmmədovun sanki sumqayıtlı hakimlərə qarşı allergiyası var idi” 20-05-2020, 11:30 AFFA divizionda və liqalarda mövsümü erkən bitirir 20-05-2020, 11:27 “Sumqayıt”da 55 nəfər testdən keçdi, “Qəbələ” isə gözləyir 20-05-2020, 11:25 Rövşən Hüseynli birbaşa pley-offa keçməyi təklif etdi 20-05-2020, 11:24 Futzal çempionatında durum futboldakından fərqlidi 20-05-2020, 11:20 Jurnalistlər yerli məşqçinin tərəfdarıdı 20-05-2020, 11:18 Nazarovun qol sevinci yadda qaldı 20-05-2020, 11:17 Millət vəkillləri çempionatın bərpasını istəyir 20-05-2020, 11:14 İsmayıllı Olimpiya İdman Kompleksindən məhkəməyə şikayət olundu 20-05-2020, 11:12 “Futbolla vidalaşandan sonra yəqin ki fermada yaşayacam” 20-05-2020, 11:10 UEFA təxirə saldı, PFL-in rəisi maraqlı şərh yazdı 20-05-2020, 11:09 Brifinqdə yenə futbol unudulmadı 20-05-2020, 11:05 Ploeştidə meydandan qovulan Ramin Nəsibov imiş… 18-05-2020, 14:27 Şahin Diniyev yığmanın baş məşqçisiz qalmasını məqsədəuyğun sayır 18-05-2020, 14:26 Ramin Musayev müalicə aldığına görə videokonfransa qatılmayıb 18-05-2020, 14:13 Yığma üzvlərinin maaşı aprelin sonunda ödənilib 18-05-2020, 14:10 “Qurban Qurbanova “deputatsan, toxunulmazlığın var, futbolçunu itələyərlər də” dedim” 18-05-2020, 14:07 Futzal niyə yada düşmədi? 18-05-2020, 14:05 Şensoy Konkovu təbrik etməyəcək 18-05-2020, 13:59 “Avrokuboklara gedəcək klublar indidən hazırlaşmalı, məşq etməlidilər” 18-05-2020, 13:57 Futbolçular yeniliyi müsbət qarşıladılar 18-05-2020, 13:53 Mətbuat Şehiçi “yoluxdurdu” 18-05-2020, 13:37 “Azərbaycandakı iqlim qazon saxlamaq üçün əlverişli deyil” 18-05-2020, 13:32 Futbolla bağlı qadağa bu həftə götürüləcək 17-05-2020, 11:28 Türk şahmatçı Mahir Məmmədovun FIDE-də çalışmasını düzgün saymır 17-05-2020, 11:26 Karlsen bizimkiləri “görmür” 17-05-2020, 11:20 Beş əvəzləmənin müsbət və mənfi tərəfləri Bütün xəbərlər
Ən çox oxunanlar