20 may 11:32Yazar

Eyibləri üzə çıxaran pandemiya

Ukraynanın prezidenti Vladimir Zelenski ali kürsüyə əyləşməsinin bir ili münasibətiylə yerli telekanallara müsahibə verib. Dövlət başçısı öz müsahibəsində koronavirus pandemiyası və ölkə səhiyyəsinin bu virusla apardığı mübarizədən də danışıb: “Hazırda bizim tibb sektorumuz ciddi islahatlara ehtiyac duyur. Bu sahədə bir çox açıq suallar var. Koronavirus göstərdi ki, islahatlar qaçılmazdı. Xəstəxanalar bu vəziyyətə hazır deyildi, xəstə yataqları infeksiyaya yoluxanları yerləşdirmək üçün yetərli olmadı. Ümumiyyətlə, səhiyyə infrastrukturu yox dərəcəsindədi”. Koronavirus pandemiyası sözün əsl mənasında dünyanın bütün ölkələrində səhiyyə sistemi və tibb işçiləri üçün əsl sınaq oldu. Gözlə görünməyən “taclı virus”u təkcə müasir tibb avadanlıqları ilə yox, həkimlərin fədakarlığı, çalışqanlığı və öz işinə vicdanla yanaşması sayəsində məğlub etmək mümkündü. Təkcə Ukrayna yox, Avropanın bir çox inkişaf etmiş ölkələri, eləcə də sıravi azərbaycanlıların xilaskar kimi baxdığı İran səhiyyəsi koronavirusla başabaş mübarizə aparmağa çətinlik çəkdi.
Pandemiya ilə mübarizədə Azərbaycan dövlətinin qətiyyətli mövqeyi, həkimlərimizin fədakarlığı çoxlarına nümunə oldu. Ölkəmizin təcrübəsini öyrənənlər də var, bizdən məsləhət alanlar da. Deməli, Azərbaycan səhiyyəsi düşündüyümüz qədər də pis vəziyyətdə deyilmiş. Əksinə, çətin məqamlarda toparlanmağı, özünü yaxşı mənada göstərməyi də bacarırmış. Bizdə belə bir xasiyyət var ki, özümüzdə olanı qiymətləndirmirik, daim gözümüz orda-burda olur. Bu mənada AFFA xüsusilə fərqlənir. Zaman-zaman AFFA başbilənlərinə “Allah xasiyyətinizi kəssin” deyib, azərbaycanlılara bu cür yanaşmanın yanlış olduğunu isbatlamışıq. Elxan Məmmədovun xeyir-duasıyla AFFA bütün yığmalara əcnəbi mütəxəssislər doldurur, hətta futbolçuları da həvəslə “milliləşdirirlər”. Bu azmış kimi, nəzarətlərində saxladıqları telekanala baş direktoru xaricdən gətirirlər. Hələ millinin həkimi də “importnu”du. Özü də hardan? Bəli, öz prezidentlərinin də həkimlərindən, səhiyyə sistemindən narazılıq etdiyi Ukraynadan.
Sanki bu boyda Azərbaycanda millinin futbolçularının səhhətinin qayğsına qalmağa, onların zədəsini sağaltmağa yerli həkim yoxdu, bunun üçün də ukraynalını gətirib, ona da bir ətək pul ödəyirik. Pandemiya ilə bağlı gedən proseslər təkcə Ukraynadakı həkimlərin eyiblərini üzə çıxarmadı, həm də bizim millinin həkiminin əsl səviyyəsini üzə çıxardı. Sözümün canını izah etmək üçün bir neçə nüansa diqqətinizi çəkim. Mayın 13-də AFFA-nın rəsmi saytında hakimlərin koronavirus (COVID-19) testi verəcəyi haqda məlumat verildi. Həmin məlumatın sonunda isə maraqlı bir qeyd yer alırdı: “Bununla yanaşı, AFFA premyer-liqa klublarına futbolçu və məşqçi heyətinin müvafiq testdən keçirilməsini tövsiyə edib”. “Xoruzun quyruğu” burda görünür. Həmin məlumatdan sonra millinin həkimi Vyaçeslav Xomenko mətbuata açıqlama verir: “Məndə olan məlumata görə, premyer-liqanın bütün klubları öz komanda üzvlərinin koronavirus testindən keçirilmələri üçün müxtəlif klinikalarla danışıqlar aparır. Test komanda üzvləri – futbolçular və məşqçiləri əhatə edəcək. Lakin hansısa klub digər əməkdaşlarının da yoxlanılmasını istəyərsə, bu, onların səlahiyyətinə aid olan məsələdi”. Bu açıqlamalardan sonra premyer-liqa klubları həvəslə test verməyə başlayır, bir-birinin ardınca koronavirus yoxlaması aparılır. Təxmini hesablamalara görə təkcə klubların testdən keçməsi prosesinə azı 40 min manat pul xərclənib.
Mən bu prosesdən sonra Xomenkonun tibb sahəsinin mütəxəssisi olmasına, koronavirusun yayılma prosesini öyrənməsinə şübhə ilə yanaşmağa başladım. Çünki Xomenkonun açıqlama verdiyi gün AFFA-nın saytı premyer-liqa hakimlərinin testdən keçirildiyini yazdı. Tutaq ki, həmin hakimlərdən biri testdən “təmiz” çıxdı. Lakin testi verdikdən sonra Bakı metrosuna mindi, orda koronavirus daşıyıcısının əylədişiyi vaqonda xəstəliyə yoluxdu. Bundan kim, necə xəbər tutacaq? Xomenko həmin hakimi görən kimi onun xəstələndiyini müəyyənləşdirə biləcəkmi? Adam içdiyi “Hippokrat andı”na sadiq qalmalı, AFFA-nın bu israfçılığına qarşı çıxmalı, klubların heç bir əhəmiyyəti olmayan yoxlamaya göndərilməsini əngəlləməliydi. Bununla da AFFA 100 min manata yaxın əlavə xərcdən qurtulacaqdı. Çünki çempionatın nə vaxt başlayacağı bilinmir. Nə futbolçular nəzarət altındadı, nə də hakimlər. Onlar təlim-məşq toplanışına başlayıb, eyni düşərgədə qalsaydılar, belə bir testin də mənası olardı. Belədə futbolçular və hakimlər karantin rejimində saxlanılar, ətraf aləmdən təcrid olunardılar. İndi testdən keçirilənlər gərək məşqlər başlayanda bir daha test versinlər. Bu isə AFFA-nın birinci mərhələdəki xərcinin havaya sovrulmasıdı. Elə əcnəbilərə verilən maaş kimi. Koronavirus AFFA-nın daha bir ayıbını üzə çıxardı. Kaş ki bu ayıblarını örtməyə çalışaydılar...
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
25-05-2020, 17:50 U-19 liqasının formatında dəyişiklik olmayacaq 25-05-2020, 17:49 İcraiyyə Komitəsi növbəti həftə yığışacaq 25-05-2020, 17:48 Foqts yığmamızın sayəsində liderlər sırasındadı 25-05-2020, 17:36 Futbolumuzun əcnəbiləri bir çatışmazlığı qeyd etdilər 25-05-2020, 17:34 “Təəssüf ki, “Bakı”nın bazası ilə bağlı belə məsələlər oldu” 25-05-2020, 17:26 Aftandil Hacıyev mövsümün bərpasını istəmir 25-05-2020, 13:43 Yaşar Bəşirov lisenziya müəmmasına aydınlıq gətirdi 25-05-2020, 13:31 “Azərbaycan millisini seçdiyimə görə valideynlərimə Bakının mərkəzində mənzil verilməyib” 25-05-2020, 13:29 Aydan ulduZa Türkiyə futbolu 25-05-2020, 13:20 “Nə göz-qaş edirsən, baş məşqçi artıq yatıb, istirahət etmək istəyirəm” 24-05-2020, 11:13 Yayın ilk keçidi Amin Seydiyev oldu 24-05-2020, 10:56 Agentlər Aminin ölkə xaricinə yollanacağını düşünürlər 24-05-2020, 10:47 EFA, “Fireland Football Club”, “Dortmund Bakı”, yox bir qaşqaldaq… 24-05-2020, 10:28 Koronavirus olmasaydı... 24-05-2020, 10:25 “Futbolu qaldırsa, veteranlar qaldıracaq” 23-05-2020, 11:14 Əməkdar məşqçi ölüm-qalım mübarizəsi aparır 23-05-2020, 11:02 “Qəbələ”nin elitada ilk qolunun müəllifi dükan işlədirmiş 23-05-2020, 10:58 AFFA-da qanvermə aksiyası 23-05-2020, 10:57 Bakı UEFA-ya təminat verib 23-05-2020, 10:54 “Ximki”: elita əvəzinə 2-ci dəstəyə 22-05-2020, 16:41 “Stəkan bir yana, əl altında olan hər şey paltardəyişmə otağında uçurdu!” 22-05-2020, 16:32 “Neftçi” bilərəkdən “Bəhramov”a sürgün edildi” 22-05-2020, 11:33 Kurtinaytis 300 nəfər qonaq üçün qəsr icarəyə götürüb 22-05-2020, 11:30 Kamran “Ximki”nin ən məhsuldar futbolçusudu 22-05-2020, 11:29 “Qarabağ”ın həkimi fikir bildirməkdə çətinlik çəkir 22-05-2020, 11:26 Yaşar Vahabzadə “Kəpəz”in futbolçularına kökəlməməyi tapşırıb 22-05-2020, 11:23 Mehman Allahverdiyev cəzalı ola-ola meydana çıxıb 22-05-2020, 11:21 Elxan müəllim, bəs qərar açıqlanacaqdı? 22-05-2020, 11:17 PFL növbəti videkonfransa qatıldı 22-05-2020, 11:16 “Kəpəz”lə “Turan Tovuz” istənilən qərara razı olacaq 22-05-2020, 11:13 “Xaqani Məmmədovun sanki sumqayıtlı hakimlərə qarşı allergiyası var idi” 20-05-2020, 11:30 AFFA divizionda və liqalarda mövsümü erkən bitirir 20-05-2020, 11:27 “Sumqayıt”da 55 nəfər testdən keçdi, “Qəbələ” isə gözləyir 20-05-2020, 11:25 Rövşən Hüseynli birbaşa pley-offa keçməyi təklif etdi 20-05-2020, 11:24 Futzal çempionatında durum futboldakından fərqlidi 20-05-2020, 11:20 Jurnalistlər yerli məşqçinin tərəfdarıdı 20-05-2020, 11:18 Nazarovun qol sevinci yadda qaldı 20-05-2020, 11:17 Millət vəkillləri çempionatın bərpasını istəyir 20-05-2020, 11:14 İsmayıllı Olimpiya İdman Kompleksindən məhkəməyə şikayət olundu 20-05-2020, 11:12 “Futbolla vidalaşandan sonra yəqin ki fermada yaşayacam” 20-05-2020, 11:10 UEFA təxirə saldı, PFL-in rəisi maraqlı şərh yazdı 20-05-2020, 11:09 Brifinqdə yenə futbol unudulmadı 20-05-2020, 11:05 Ploeştidə meydandan qovulan Ramin Nəsibov imiş… 18-05-2020, 14:27 Şahin Diniyev yığmanın baş məşqçisiz qalmasını məqsədəuyğun sayır 18-05-2020, 14:26 Ramin Musayev müalicə aldığına görə videokonfransa qatılmayıb 18-05-2020, 14:13 Yığma üzvlərinin maaşı aprelin sonunda ödənilib 18-05-2020, 14:10 “Qurban Qurbanova “deputatsan, toxunulmazlığın var, futbolçunu itələyərlər də” dedim” 18-05-2020, 14:07 Futzal niyə yada düşmədi? 18-05-2020, 14:05 Şensoy Konkovu təbrik etməyəcək 18-05-2020, 13:59 “Avrokuboklara gedəcək klublar indidən hazırlaşmalı, məşq etməlidilər” 18-05-2020, 13:57 Futbolçular yeniliyi müsbət qarşıladılar 18-05-2020, 13:53 Mətbuat Şehiçi “yoluxdurdu” 18-05-2020, 13:37 “Azərbaycandakı iqlim qazon saxlamaq üçün əlverişli deyil” 18-05-2020, 13:32 Futbolla bağlı qadağa bu həftə götürüləcək 17-05-2020, 11:28 Türk şahmatçı Mahir Məmmədovun FIDE-də çalışmasını düzgün saymır 17-05-2020, 11:26 Karlsen bizimkiləri “görmür” 17-05-2020, 11:20 Beş əvəzləmənin müsbət və mənfi tərəfləri Bütün xəbərlər
Ən çox oxunanlar