20 may 11:22Yazar

Baş infeksionistdən cavab gözləyirəm

Azərbaycanın baş infeksionisti Cəlal İsayev dünən report.az portalına açıqlama verib. Cəlal bəy idman, o cümlədən futbol ilə bağlı qadağanın nə vaxt aradan qaldırılacağı haqda sualı belə cavablayıb: “Mövcud vəziyyətdə təkcə idman yox, başqa kütləvi tədbirlərin keçirilməsi də qadağandı. Hər ölkənin özünəməxsus xüsusiyyəti və mübarizə tədbirləri var. Hələlik bizdə və dünyanın bir çox ölkəsində belə şeylərə icazə verilmir. Görürsüz ki, son vaxtlar Azərbaycanda yoluxma sayında artım var. Bu da ölkə xaricindən gələn insanlarla bağlıdı. Nə vaxt yoluxma sayı və başqa göstəricilər bizə imkan verəcək, o zaman da kollegial qərar qəbul olunacaq ki, kütləvi idman tədbirlərinə icazə verilsin və ya verilməsin. Məşqlər, idman yarışları bərpa olunduqdan sonra Operativ Qərargahın bütün tövsiyələrinə əməl etmək lazımdı".
Görəsən, Cəlal bəy dediyi fikirləri sonradan özü oxuyurmu?
Adama deyərlər, ay hörmətli baş infeksionist, ölkədə yoluxma sayı artırsa, son yumşalma qərarları nəyə hesablanıb? Bəlkə ictimai nəqliyyatda, dünən açılan kafe və restoranlarda sosial məsafə gözlənilir, bizim xəbərimiz yoxdu...
Və yaxud onun “son vaxtlar Azərbaycanda yoluxma sayında artım var. Bu da ölkə xaricindən gələn insanlarla bağlıdı” cümləsi ətrafında saatlarla baş sındırdım, müxtəlif mənbələrə göz gəzdirdim, arxivi qurdaladım, ancaq idmanla, o cümlədən futbolla əlaqəsini tapa bilmədim. Bəyəm ölkə xaricindən vətənə dönən və koronavirusa yoluxan həmvətənlərimiz hava limanından birbaşa stadionlara üz tutacaqlar ki, baş infeksionist idmana qadağanın aradan qaldırılmamasını bununla əsaslandırır? Ola bilsin, İsayev futbol deyəndə “Barselona” – “Real”, “Qalatasaray” – “Fənərbaxça” oyunlarını göz önünə gətirir, tribunalardakı anşlaqı xatırlayır. Görəsən, idmanla, futbolla bağlı kollegial qərar verilməsini gözləyən Cəlal bəy ömründə bir dəfə də Azərbaycan premyer-liqasının oyununu stadiondan canlı izləyibmi? Çox güman, baş infeksionistin yolu heç vaxt bizim stadionlardan düşməyib. Düşsəydi, bilərdi ki, bu gün bəlkə də Azərbaycanda koronavirusa ən az yoluxma ehtimalı olan yer stadionlardı. Cəlal bəy ömründə bir dəfə premyer-liqa qarşılaşmasını tribunadan canlı izləsəydi, bilərdi ki, tur ərzində baş tutan 4 görüşu canlı izləyənlərin sayı eyni anda bir metro qatarında olan sərnişinlərin sayı qədər olmur. Metrodan istifadəyə icazə verildiyi halda Cəlal bəy futbolu az qala pandemiyanın mənbəyi sayır. İsayev bəlkə də topun yumru, meydanın düzbucaqlı şəklində olduğunu bilir. Ancaq onu bilmir ki, “Səbail” – “Zirə” qarşılaşmasında tribunadan izləyənlərin sayı axşam saatlarında Bakı kəndlərinə gedən avtobusun salonunda olan sərnişinlərin dörddə biri qədər olmur. SMS icazəsi aradan qalxandan sonra gəzmək üçün paytaxtın Nizami küçəsinə (Torqovı) çıxanları eyni anda bir yerə yığsan, premyer-liqada çıxış edən klubların bütün üzvlərindən dəfələrlə çox olar. Onlardan fərqli bütün klublar futbolçularla yanaşı, əməkdaşlarını da koronavirus testindən keçiriblər və heç kimdə problem yaşanmayıb. Necə olur ki, testdən keçməyən minlərlə insana çöldə-bayırda sərbəst gəzməyə imkan yaradılır, ancaq həkimlər tərəfindən müayinə olunanlara yaşıl meydana çıxmağa icazə verilmir? Hörmətli baş infeksionist, xahiş edirəm, bu suallarımı cavablayın...
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
25-05-2020, 17:50 U-19 liqasının formatında dəyişiklik olmayacaq 25-05-2020, 17:49 İcraiyyə Komitəsi növbəti həftə yığışacaq 25-05-2020, 17:48 Foqts yığmamızın sayəsində liderlər sırasındadı 25-05-2020, 17:36 Futbolumuzun əcnəbiləri bir çatışmazlığı qeyd etdilər 25-05-2020, 17:34 “Təəssüf ki, “Bakı”nın bazası ilə bağlı belə məsələlər oldu” 25-05-2020, 17:26 Aftandil Hacıyev mövsümün bərpasını istəmir 25-05-2020, 13:43 Yaşar Bəşirov lisenziya müəmmasına aydınlıq gətirdi 25-05-2020, 13:31 “Azərbaycan millisini seçdiyimə görə valideynlərimə Bakının mərkəzində mənzil verilməyib” 25-05-2020, 13:29 Aydan ulduZa Türkiyə futbolu 25-05-2020, 13:20 “Nə göz-qaş edirsən, baş məşqçi artıq yatıb, istirahət etmək istəyirəm” 24-05-2020, 11:13 Yayın ilk keçidi Amin Seydiyev oldu 24-05-2020, 10:56 Agentlər Aminin ölkə xaricinə yollanacağını düşünürlər 24-05-2020, 10:47 EFA, “Fireland Football Club”, “Dortmund Bakı”, yox bir qaşqaldaq… 24-05-2020, 10:28 Koronavirus olmasaydı... 24-05-2020, 10:25 “Futbolu qaldırsa, veteranlar qaldıracaq” 23-05-2020, 11:14 Əməkdar məşqçi ölüm-qalım mübarizəsi aparır 23-05-2020, 11:02 “Qəbələ”nin elitada ilk qolunun müəllifi dükan işlədirmiş 23-05-2020, 10:58 AFFA-da qanvermə aksiyası 23-05-2020, 10:57 Bakı UEFA-ya təminat verib 23-05-2020, 10:54 “Ximki”: elita əvəzinə 2-ci dəstəyə 22-05-2020, 16:41 “Stəkan bir yana, əl altında olan hər şey paltardəyişmə otağında uçurdu!” 22-05-2020, 16:32 “Neftçi” bilərəkdən “Bəhramov”a sürgün edildi” 22-05-2020, 11:33 Kurtinaytis 300 nəfər qonaq üçün qəsr icarəyə götürüb 22-05-2020, 11:30 Kamran “Ximki”nin ən məhsuldar futbolçusudu 22-05-2020, 11:29 “Qarabağ”ın həkimi fikir bildirməkdə çətinlik çəkir 22-05-2020, 11:26 Yaşar Vahabzadə “Kəpəz”in futbolçularına kökəlməməyi tapşırıb 22-05-2020, 11:23 Mehman Allahverdiyev cəzalı ola-ola meydana çıxıb 22-05-2020, 11:21 Elxan müəllim, bəs qərar açıqlanacaqdı? 22-05-2020, 11:17 PFL növbəti videkonfransa qatıldı 22-05-2020, 11:16 “Kəpəz”lə “Turan Tovuz” istənilən qərara razı olacaq 22-05-2020, 11:13 “Xaqani Məmmədovun sanki sumqayıtlı hakimlərə qarşı allergiyası var idi” 20-05-2020, 11:30 AFFA divizionda və liqalarda mövsümü erkən bitirir 20-05-2020, 11:27 “Sumqayıt”da 55 nəfər testdən keçdi, “Qəbələ” isə gözləyir 20-05-2020, 11:25 Rövşən Hüseynli birbaşa pley-offa keçməyi təklif etdi 20-05-2020, 11:24 Futzal çempionatında durum futboldakından fərqlidi 20-05-2020, 11:20 Jurnalistlər yerli məşqçinin tərəfdarıdı 20-05-2020, 11:18 Nazarovun qol sevinci yadda qaldı 20-05-2020, 11:17 Millət vəkillləri çempionatın bərpasını istəyir 20-05-2020, 11:14 İsmayıllı Olimpiya İdman Kompleksindən məhkəməyə şikayət olundu 20-05-2020, 11:12 “Futbolla vidalaşandan sonra yəqin ki fermada yaşayacam” 20-05-2020, 11:10 UEFA təxirə saldı, PFL-in rəisi maraqlı şərh yazdı 20-05-2020, 11:09 Brifinqdə yenə futbol unudulmadı 20-05-2020, 11:05 Ploeştidə meydandan qovulan Ramin Nəsibov imiş… 18-05-2020, 14:27 Şahin Diniyev yığmanın baş məşqçisiz qalmasını məqsədəuyğun sayır 18-05-2020, 14:26 Ramin Musayev müalicə aldığına görə videokonfransa qatılmayıb 18-05-2020, 14:13 Yığma üzvlərinin maaşı aprelin sonunda ödənilib 18-05-2020, 14:10 “Qurban Qurbanova “deputatsan, toxunulmazlığın var, futbolçunu itələyərlər də” dedim” 18-05-2020, 14:07 Futzal niyə yada düşmədi? 18-05-2020, 14:05 Şensoy Konkovu təbrik etməyəcək 18-05-2020, 13:59 “Avrokuboklara gedəcək klublar indidən hazırlaşmalı, məşq etməlidilər” 18-05-2020, 13:57 Futbolçular yeniliyi müsbət qarşıladılar 18-05-2020, 13:53 Mətbuat Şehiçi “yoluxdurdu” 18-05-2020, 13:37 “Azərbaycandakı iqlim qazon saxlamaq üçün əlverişli deyil” 18-05-2020, 13:32 Futbolla bağlı qadağa bu həftə götürüləcək 17-05-2020, 11:28 Türk şahmatçı Mahir Məmmədovun FIDE-də çalışmasını düzgün saymır 17-05-2020, 11:26 Karlsen bizimkiləri “görmür” 17-05-2020, 11:20 Beş əvəzləmənin müsbət və mənfi tərəfləri Bütün xəbərlər
Ən çox oxunanlar