20 may 11:07Yazar

Pat və ehtiraslı etiraz

Nazirlər Kabineti yanında Operativ Qərargahın ötən cümə təşkil etdiyi və futbolsevərlərdən başqa az qala hamını sevindirən brifinqindən sonra sosial şəbəkələr yenidən dalğalandı. Həftəsonu Xəzər də dalğalı idi, ləpələrin hündürlüyü bəzi yerlərdə 4 metrə çatırdı – sanki təbiətin qəzəbi futbolsevərlərin, xüsusən də futboldan yazan jurnalistlərin qəlbi ilə həmahəngdi. Xəzər o tərəfdən coşur, Azərbaycan klublarını iş başında görmək istəyən həmkarlarım da bu biri tərəfdən...
Düzdü, bundesliqa başladı və səviyyəli futbol görmək istəyənlərin bir qisminin etiraz dalğası sakitləşdi. Futbol istəmirdiz, buyurun, nə qədər istəyirsiz, baxın!
Zarafat bir yana, doğrudan da, futbolumuzun canlanması, yəni ölkədaxili yarışların bərpası yönündə əməlli-başlı pat vəziyyəti yaranıb. AFFA, PFL, Klublar Komitəsi, klub nümayəndələri videokonfrans keçirir, bütün aktual məsələləri müzakirəyə çıxarır, ölkənin ali futbol qurumu testdən keçmək üçün klublara pul ayırır və sonra aydın olur ki, bütün bunlar hadisələri qabaqlamaq cəhdindən başqa bir şey deyilmiş. Əslində bu test məsələsində hələ də gözləmə mövqeyi tutan, “konkret qərar yoxdusa, hara tələsirik” deyən “Qəbələ”nin baxışı mənə daha məntiqli görünür. Təbii ki, qərardan dərhal sonra testdən keçmək və iki, ya üç həftə çəkən bərpa məşqlərinə başlamaq doğru yol olardı. Testdən indi keçən klub personalı cəmi bir neçə gündən sonra yenidən eyni prosedura ehtiyac duya bilər.
Ümumiyyətlə, futbolun bərpası ilə bağlı ümummilli müzakirələrdə bir tendensiya açıq-aşkar sezilir. Adamlar arzularını gerçəklik kimi qələmə verməyə çalışırlar ki, bu yolda əsas tutarqaları da başqa ölkələrin təcrübəsidi. Biri deyir ki, Almaniyada bu qədər yoluxan-ölən var, niyə başlayırlar, o biri Türkiyənin, üçüncü Belarusun adını çəkir. Özünü lap çoxbilmiş sayanlar metrodakı və avtobuslardakı sıxlıq ilə boş stadionların ab-havası arasında ziddiyyət axtarır, futbolun canlanmamasına görə Operativ Qərargahı, dolayısı ilə hökuməti az qala topa tuturlar.
Mənə qalsa, konkret koronavirus problemində hər ölkə öz taleyini yazmalı, öz təcrübəsinə əsaslanmalıdı. Dünyada intizam rəmzi sayılan Almaniya ilə Azərbaycanı tərəzinin eyni gözünə qoymaq, yaxud qitənin sonuncu diktatorlarından sayılan Aleksandr Lukaşenkodan örnək götürmək bizə nə qazandıracaq? Birmənalı şəkildə futbol spesifik idman növüdü və bizə zahirən adi görünən məqamlar sanitar-epidemioloji durumun pisləşməsi baxımından önəmli rol oynaya bilər. Görünən mənzərə odu ki, AFFA ilə hökumət arasında bu yöndə hansısa müzakirələr gedir. Dünəndən başlayan yumşalma qərarının yaradacağı yeni reallıqlar da futbolun taleyinin müəyyənləşməsi baxımından həlledici rol oynaya bilər. Yoluxanlarla sağalanların sayındakı mümkün müsbət balans elə bu həftə Operativ Qərargahın futbolun önündə “yaşıl işıq yandırmasına” yol aça bilər.
Dəfələrlə vurğulamışam, bu gün lazımsa, bir daha vurğulaya bilərəm ki, Azərbaycan çempionat və kubok oyunlarını bitirmək baxımından ən yaxşı durumda olan ölkələrdəndi. Rusiya da çempionatın 8 turu, kubokun yarımfinal və final oyunları üçün cəmi 35 günə ehtiyac duyur. Ölkəmizin, daha doğrusu, PFL-in yarışları bərpa etmək baxımından hələ ayyarım vaxtı var. UEFA-da oturanlar da gözəl anlayırlar ki, daxili yarışları iyulun sonuna qədər bitirmək heç cür mümkün olmayacaq. Ona görə bu yöndə qərarı tezləşdirməli, amma başlamamağa tələsməməliyik.
Onsuz da hamı bilir ki, dünya futbolu cari mövsümü fors-major şəraitində keçirir, heç də hər yerdə hər şeyin ideal olması, narazılıqlarsız ötüşmək əsla mümkün deyil. Bir də məsələnin başqa tərəfinə baxaq. Azarkeşlar stadiona buraxılmayacaqsa, onların hiss-həyəcanı, ehtirası mübarizəyə rəng qatmayacaqsa, hara tələsirik? Hökumət futbol yarışlarının bərpasına ciddi əngəl görsəydi, bunu da hansısa şəkildə futbolu idarə edən qurumlara çatdırardı. Dünənki brifinq bir daha göstərdi ki, karantin rejimindən mərhələli çıxış planında futbola da yer tapılacaq. Daha bir neçə gün gözləyək.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
25-05-2020, 17:50 U-19 liqasının formatında dəyişiklik olmayacaq 25-05-2020, 17:49 İcraiyyə Komitəsi növbəti həftə yığışacaq 25-05-2020, 17:48 Foqts yığmamızın sayəsində liderlər sırasındadı 25-05-2020, 17:36 Futbolumuzun əcnəbiləri bir çatışmazlığı qeyd etdilər 25-05-2020, 17:34 “Təəssüf ki, “Bakı”nın bazası ilə bağlı belə məsələlər oldu” 25-05-2020, 17:26 Aftandil Hacıyev mövsümün bərpasını istəmir 25-05-2020, 13:43 Yaşar Bəşirov lisenziya müəmmasına aydınlıq gətirdi 25-05-2020, 13:31 “Azərbaycan millisini seçdiyimə görə valideynlərimə Bakının mərkəzində mənzil verilməyib” 25-05-2020, 13:29 Aydan ulduZa Türkiyə futbolu 25-05-2020, 13:20 “Nə göz-qaş edirsən, baş məşqçi artıq yatıb, istirahət etmək istəyirəm” 24-05-2020, 11:13 Yayın ilk keçidi Amin Seydiyev oldu 24-05-2020, 10:56 Agentlər Aminin ölkə xaricinə yollanacağını düşünürlər 24-05-2020, 10:47 EFA, “Fireland Football Club”, “Dortmund Bakı”, yox bir qaşqaldaq… 24-05-2020, 10:28 Koronavirus olmasaydı... 24-05-2020, 10:25 “Futbolu qaldırsa, veteranlar qaldıracaq” 23-05-2020, 11:14 Əməkdar məşqçi ölüm-qalım mübarizəsi aparır 23-05-2020, 11:02 “Qəbələ”nin elitada ilk qolunun müəllifi dükan işlədirmiş 23-05-2020, 10:58 AFFA-da qanvermə aksiyası 23-05-2020, 10:57 Bakı UEFA-ya təminat verib 23-05-2020, 10:54 “Ximki”: elita əvəzinə 2-ci dəstəyə 22-05-2020, 16:41 “Stəkan bir yana, əl altında olan hər şey paltardəyişmə otağında uçurdu!” 22-05-2020, 16:32 “Neftçi” bilərəkdən “Bəhramov”a sürgün edildi” 22-05-2020, 11:33 Kurtinaytis 300 nəfər qonaq üçün qəsr icarəyə götürüb 22-05-2020, 11:30 Kamran “Ximki”nin ən məhsuldar futbolçusudu 22-05-2020, 11:29 “Qarabağ”ın həkimi fikir bildirməkdə çətinlik çəkir 22-05-2020, 11:26 Yaşar Vahabzadə “Kəpəz”in futbolçularına kökəlməməyi tapşırıb 22-05-2020, 11:23 Mehman Allahverdiyev cəzalı ola-ola meydana çıxıb 22-05-2020, 11:21 Elxan müəllim, bəs qərar açıqlanacaqdı? 22-05-2020, 11:17 PFL növbəti videkonfransa qatıldı 22-05-2020, 11:16 “Kəpəz”lə “Turan Tovuz” istənilən qərara razı olacaq 22-05-2020, 11:13 “Xaqani Məmmədovun sanki sumqayıtlı hakimlərə qarşı allergiyası var idi” 20-05-2020, 11:30 AFFA divizionda və liqalarda mövsümü erkən bitirir 20-05-2020, 11:27 “Sumqayıt”da 55 nəfər testdən keçdi, “Qəbələ” isə gözləyir 20-05-2020, 11:25 Rövşən Hüseynli birbaşa pley-offa keçməyi təklif etdi 20-05-2020, 11:24 Futzal çempionatında durum futboldakından fərqlidi 20-05-2020, 11:20 Jurnalistlər yerli məşqçinin tərəfdarıdı 20-05-2020, 11:18 Nazarovun qol sevinci yadda qaldı 20-05-2020, 11:17 Millət vəkillləri çempionatın bərpasını istəyir 20-05-2020, 11:14 İsmayıllı Olimpiya İdman Kompleksindən məhkəməyə şikayət olundu 20-05-2020, 11:12 “Futbolla vidalaşandan sonra yəqin ki fermada yaşayacam” 20-05-2020, 11:10 UEFA təxirə saldı, PFL-in rəisi maraqlı şərh yazdı 20-05-2020, 11:09 Brifinqdə yenə futbol unudulmadı 20-05-2020, 11:05 Ploeştidə meydandan qovulan Ramin Nəsibov imiş… 18-05-2020, 14:27 Şahin Diniyev yığmanın baş məşqçisiz qalmasını məqsədəuyğun sayır 18-05-2020, 14:26 Ramin Musayev müalicə aldığına görə videokonfransa qatılmayıb 18-05-2020, 14:13 Yığma üzvlərinin maaşı aprelin sonunda ödənilib 18-05-2020, 14:10 “Qurban Qurbanova “deputatsan, toxunulmazlığın var, futbolçunu itələyərlər də” dedim” 18-05-2020, 14:07 Futzal niyə yada düşmədi? 18-05-2020, 14:05 Şensoy Konkovu təbrik etməyəcək 18-05-2020, 13:59 “Avrokuboklara gedəcək klublar indidən hazırlaşmalı, məşq etməlidilər” 18-05-2020, 13:57 Futbolçular yeniliyi müsbət qarşıladılar 18-05-2020, 13:53 Mətbuat Şehiçi “yoluxdurdu” 18-05-2020, 13:37 “Azərbaycandakı iqlim qazon saxlamaq üçün əlverişli deyil” 18-05-2020, 13:32 Futbolla bağlı qadağa bu həftə götürüləcək 17-05-2020, 11:28 Türk şahmatçı Mahir Məmmədovun FIDE-də çalışmasını düzgün saymır 17-05-2020, 11:26 Karlsen bizimkiləri “görmür” 17-05-2020, 11:20 Beş əvəzləmənin müsbət və mənfi tərəfləri Bütün xəbərlər
Ən çox oxunanlar