18 may 14:31Yazar

Dünya ilə Azərbaycanın müqayisəsi

İstanbulun “Fənərbaxça” klubunun baş katibi Burak Qızılxan koronavirusa yoluxub. Özü də yoluxma hələ bir həftə əvvəl aşkarlanıbmış. 36 yaşlı klub rəsmisi artıq karantin dövrünün yarısını arxada qoyub. Hər şey yolunda getsə, növbəti həftənin sonunda Burak bəy dəhşətli xəstəliyin əsarətindən qurtulmuş olacaq. “Fənərbaxça”nın baş katibi qardaş Türkiyədə koronavirusa yoluxan yeganə futbol adamı deyil. Təxminən bir ay əvvəl “Qalatasaray”ın baş məşqçisi Fatih Terim və “sarı-qırmızılar”ın vitse-prezidenti Abdurrahim Albayrak da “taclı virus”un qəzəbinə tuş gəlmiş, sevənlərini həyəcanlandırmışdı. Terimlə Albayraq üçün həyəcanlı günlər arxada qalıb, hər ikisi virusa qalib gəlməyi bacarıblar. “Qalatasaray”ın prezidenti Mustafa Cengiz də bugünlərdə xəstəxanaya düşmüşdü. Aprelin 30-da xəstəxanaya aparılan Mustafa bəy iki gün əvvəl evə buraxılıb. Amma onun xəstə yatağında qalmasının səbəbi koronavirus yox, başqa xəstəlik idi.
“Beşiktaş”ın prezidenti Ahmet Nur Çəbi isə məhz koronavirusa yoluxduğuna görə həkimlərin köməyinə ehtiyac duyub. Bəli, 61 yaşlı klub prezidenti özünü qorxulu pandemiyadan qoruya bilməyib. Klubdan verilən məlumatda bildirilir ki, prezidentdən başqa daha səkkiz nəfərdə yoluxma təsdiqlənib və onların müalicəsi davam edir. Ümumiyyətlə, Türkiyə futbolunda yoluxma hallarının sayı-hesabı çoxdan itib. Hamısını yazmağa başlasaq, qəzetimizin səhifələri yetməz. Məşqləri bərpa etməkdə öncüllərdən olan “Ərzurumspor”da vəziyyət daha acınacaqlıdı. Futbolçuların bir çoxunda və klub rəsmilərində virusun simptomlarına rast gəlinib. Elə bu səbəbdən də Ərzurum şəhərinin səhiyyə idarəsinin işçiləri klubun bazasını dezinfeksiya ediblər, bundan sonra isə bazanın qapıları qıfıllanıb. Yaxın 14 gündə bazadan istifadə etmək qadağandı. Nə kimsənin girişinə icazə veriləcək, nə də çıxışına.
Digər qonşumuz Rusiyadan da həyəcanlı xəbərlər gəlir. “Spartak”ın prezidenti Leonid Fedunun koronavirusa yoluxduğu artıq təsdiqlənib. Həm də “Lukoil” şirkətinin vitse-prezidenti olan Fedunun sağlıq durumu ilə bağlı ətraflı məlumat verilmir. Bununla belə, təxmin etmək çətin deyil ki, “xalq komandası”nın tanınmış prezidenti indi ağır günlər keçirir. Koronavirusa yoluxanların hansı çətinliklərlə üzləşdiyini hamımız bilirik. Hərarət, təngənəfəslik, halsızlıq, öskürək xəstəni əldən salır. Vaxtında müdaxilə edilməsə və immunitet zəif olsa, xəstənin süni tənəffüs aparatına ehtiyacı yaranır, ən pis halda isə ağciyərlər sıradan çıxır. Bu həddə gəlib çatan xəstənin sağalmaq şansı azdı. Hər halda, koronavirusla bağlı oxuduqlarımız, eşitdiklərimiz bizdə bu təsəvvürü yaradıb.
Bununla belə, qorxulu vəziyyət nə türklərin, nə də rusların futbola sevgisini azaldıb. Artıq hər iki ölkədə futbol çempionatlarının nə vaxt bərpa olunacağıyla bağlı konkret qərarlar da var. Türkiyəli qardaşlarımız iyunun 12-dən yaşıl meydanaları canlandıracaqlar. Məlum məsələdi ki, bu qərar Azərbaycanda yaşayan xeyli azarkeşi də sevindirəcək. Çünki ölkəmizdə “Qalatasaray”ın, “Beşiktaş”ın, “Fənərbaxça”nın və “Trabzonspor”un yetərincə fanatı var. Onlar iyunun 12-ni iplə çəkir, günləri sayırlar. Elə şimal qonşumuz Rusiyada da oxşar vəziyyətdi. Düzdü, ruslar çempionatın bərpasını bir qədər sonraya nəzərdə tutublar. Türkiyədən bir həftə sonra Rusiyada da çempionat bərpa olunacaq, komandalar meydana çıxacaq. Ukraynada da oxşar qərar alınıb. Şevçenkonun həmyerliləri də futbol oynamaq, azarkeşləri həyəcanlandırmaq həvəsindədi. Hər kəs koronavirusla bacardığı səviyyədə savaşmağa, ona məğlub olmamağa çalışır.
Avropanın qərbində də eyni vəziyyətdi. Orda da yoluxanların sayını-hesabını çoxdan itirmişik. Xeyli insan qorxulu virusun qurbanına çevrilib. Amma yavaş-yavaş normal həyata dönməyə çalışan avropalılar futbolu bir kənara tullamayıb, almanların cığıraçan rolunu üzərlərinə götürüblər. Allaha şükürlər olsun ki, Azərbaycanın futbol ictimaiyyətində koronavirusa yoluxan yoxdu. Sərt tədbirlər virusu nəzarət altına almağımıza kömək edib, futbolçular və başbilənlər özlərini qorxulu virusdan qorumağı bacarıblar. Bununla belə, futbolun demirəm, heç məşqlərin bərpasıyla bağlı konkret qərar yoxdu. Dünən Nazirlər Kabineti yanında Operativ Qərargah xüsusi karantin rejiminin yumşaldılması ilə bağlı qərarlar verdi. Amma futbol yenə də yaddan çıxdı. Hələ də nəyin necə olacağı bilinmir. Ötən yazımda dediyim kimi, bizə futbol lazım deyil!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
25-05-2020, 17:50 U-19 liqasının formatında dəyişiklik olmayacaq 25-05-2020, 17:49 İcraiyyə Komitəsi növbəti həftə yığışacaq 25-05-2020, 17:48 Foqts yığmamızın sayəsində liderlər sırasındadı 25-05-2020, 17:36 Futbolumuzun əcnəbiləri bir çatışmazlığı qeyd etdilər 25-05-2020, 17:34 “Təəssüf ki, “Bakı”nın bazası ilə bağlı belə məsələlər oldu” 25-05-2020, 17:26 Aftandil Hacıyev mövsümün bərpasını istəmir 25-05-2020, 13:43 Yaşar Bəşirov lisenziya müəmmasına aydınlıq gətirdi 25-05-2020, 13:31 “Azərbaycan millisini seçdiyimə görə valideynlərimə Bakının mərkəzində mənzil verilməyib” 25-05-2020, 13:29 Aydan ulduZa Türkiyə futbolu 25-05-2020, 13:20 “Nə göz-qaş edirsən, baş məşqçi artıq yatıb, istirahət etmək istəyirəm” 24-05-2020, 11:13 Yayın ilk keçidi Amin Seydiyev oldu 24-05-2020, 10:56 Agentlər Aminin ölkə xaricinə yollanacağını düşünürlər 24-05-2020, 10:47 EFA, “Fireland Football Club”, “Dortmund Bakı”, yox bir qaşqaldaq… 24-05-2020, 10:28 Koronavirus olmasaydı... 24-05-2020, 10:25 “Futbolu qaldırsa, veteranlar qaldıracaq” 23-05-2020, 11:14 Əməkdar məşqçi ölüm-qalım mübarizəsi aparır 23-05-2020, 11:02 “Qəbələ”nin elitada ilk qolunun müəllifi dükan işlədirmiş 23-05-2020, 10:58 AFFA-da qanvermə aksiyası 23-05-2020, 10:57 Bakı UEFA-ya təminat verib 23-05-2020, 10:54 “Ximki”: elita əvəzinə 2-ci dəstəyə 22-05-2020, 16:41 “Stəkan bir yana, əl altında olan hər şey paltardəyişmə otağında uçurdu!” 22-05-2020, 16:32 “Neftçi” bilərəkdən “Bəhramov”a sürgün edildi” 22-05-2020, 11:33 Kurtinaytis 300 nəfər qonaq üçün qəsr icarəyə götürüb 22-05-2020, 11:30 Kamran “Ximki”nin ən məhsuldar futbolçusudu 22-05-2020, 11:29 “Qarabağ”ın həkimi fikir bildirməkdə çətinlik çəkir 22-05-2020, 11:26 Yaşar Vahabzadə “Kəpəz”in futbolçularına kökəlməməyi tapşırıb 22-05-2020, 11:23 Mehman Allahverdiyev cəzalı ola-ola meydana çıxıb 22-05-2020, 11:21 Elxan müəllim, bəs qərar açıqlanacaqdı? 22-05-2020, 11:17 PFL növbəti videkonfransa qatıldı 22-05-2020, 11:16 “Kəpəz”lə “Turan Tovuz” istənilən qərara razı olacaq 22-05-2020, 11:13 “Xaqani Məmmədovun sanki sumqayıtlı hakimlərə qarşı allergiyası var idi” 20-05-2020, 11:30 AFFA divizionda və liqalarda mövsümü erkən bitirir 20-05-2020, 11:27 “Sumqayıt”da 55 nəfər testdən keçdi, “Qəbələ” isə gözləyir 20-05-2020, 11:25 Rövşən Hüseynli birbaşa pley-offa keçməyi təklif etdi 20-05-2020, 11:24 Futzal çempionatında durum futboldakından fərqlidi 20-05-2020, 11:20 Jurnalistlər yerli məşqçinin tərəfdarıdı 20-05-2020, 11:18 Nazarovun qol sevinci yadda qaldı 20-05-2020, 11:17 Millət vəkillləri çempionatın bərpasını istəyir 20-05-2020, 11:14 İsmayıllı Olimpiya İdman Kompleksindən məhkəməyə şikayət olundu 20-05-2020, 11:12 “Futbolla vidalaşandan sonra yəqin ki fermada yaşayacam” 20-05-2020, 11:10 UEFA təxirə saldı, PFL-in rəisi maraqlı şərh yazdı 20-05-2020, 11:09 Brifinqdə yenə futbol unudulmadı 20-05-2020, 11:05 Ploeştidə meydandan qovulan Ramin Nəsibov imiş… 18-05-2020, 14:27 Şahin Diniyev yığmanın baş məşqçisiz qalmasını məqsədəuyğun sayır 18-05-2020, 14:26 Ramin Musayev müalicə aldığına görə videokonfransa qatılmayıb 18-05-2020, 14:13 Yığma üzvlərinin maaşı aprelin sonunda ödənilib 18-05-2020, 14:10 “Qurban Qurbanova “deputatsan, toxunulmazlığın var, futbolçunu itələyərlər də” dedim” 18-05-2020, 14:07 Futzal niyə yada düşmədi? 18-05-2020, 14:05 Şensoy Konkovu təbrik etməyəcək 18-05-2020, 13:59 “Avrokuboklara gedəcək klublar indidən hazırlaşmalı, məşq etməlidilər” 18-05-2020, 13:57 Futbolçular yeniliyi müsbət qarşıladılar 18-05-2020, 13:53 Mətbuat Şehiçi “yoluxdurdu” 18-05-2020, 13:37 “Azərbaycandakı iqlim qazon saxlamaq üçün əlverişli deyil” 18-05-2020, 13:32 Futbolla bağlı qadağa bu həftə götürüləcək 17-05-2020, 11:28 Türk şahmatçı Mahir Məmmədovun FIDE-də çalışmasını düzgün saymır 17-05-2020, 11:26 Karlsen bizimkiləri “görmür” 17-05-2020, 11:20 Beş əvəzləmənin müsbət və mənfi tərəfləri Bütün xəbərlər
Ən çox oxunanlar