16 may 10:40Yazar

Futbol kimə lazımdı?

Bir məşhur, eyni zamanda ibrətamiz lətifə var. Yəqin ki siz də eşitmiş olarsız. Kasıbın biri qapısına odun yığır, qışa tədarük görür. Hər axşam qapısı döyülür, tanımadığı şəxs ondan “sizə odun lazımdımı” sualına cavab istəyir. Kasıb kişinin də kefi kök, damağı çağ. Fikirləşir ki, nəyimə lazımdı odun, hazır qapıma yığmışam da. Beləcə iki-üç gün keçir, kasıb baxır ki, həyətində odun qalmayıb. Sən demə, bütün odunları hər axşam qapını döyən həmin o naməlum şəxs daşıyıb. Adam özünə haqq qazandırmaq, vicdan əzabı çəkməmək üçün qapını döyüb, yiyəsindən odunun lazım olub-olmadığını da soruşurmuş. Bu lətifəni ona görə ibrətamiz adlandırıram ki, gərək eşitdiyin hər suala dərhal cavab verməyəsən. Düşünmək, daşınmaq, həmin sualın arxasında nəyin dayandığını soruşmaq lazımdı. Yalnız bundan sonra özün üçün müəyyən nəticələr çıxarıb, fikrini ifadə edə bilərsən. Naməlum adam nə etsin, odunun yiyəsi öz diliylə deyib ki, ona odun lazım deyil. Özü də bir yox, bir neçə dəfə.
İndi Azərbaycan futbolu eynilə həmin o kasıb kişinin günündədi. Oturmuşuq, Nazirlər Kabineti yanında Operativ Qərargahın Azərbaycan futbolu haqda nə qərar verəcəyini gözləyirik. Hərdən bir AFFA və PFL rəsmilərini narahat edən, klubların rəhbərlərini, eləcə də futbolçuları danışdıran idman jurnalistləri olmasa, bizim futbol heç kimin yadına düşən deyil. Biz onlardan soruşuruq, onlar da məşhur qərargahı nişan verirlər. Hər dəfə eyni sual, eyni cavab. Bizim mövzuyla bağlı yazılarımız da yavaş-yavaş təkrarçılığa çevrilir. Özün də yazdığından, oxuduğundan, soruşduğundan utanırsan. İstəyirsən ki, bilgisayarı da qapadasan, üzü dağlara tərəf gedəsən. Bir halda ki, futbol bilavasitə bu sahənin inkişafına, idarə edilməsinə cavabdeh olanlara lazım deyil, bizə nə düşüb? Onlar futboldan milyonlar qazanır, bəy-xan balası kimi yaşayırlar. Yenə də səfasını çəkən onlardı, cəfasını isə biz.
Lotereyada maşın udmaq istəyən kişi gərək əvvəlcə bu lotereyanın özünü alsın axı. Bəxtini sınasın, bir də gördün tale quşu özü qanad çalıb onun çiyinlərinə qondu. Bizim futbolun başbilənləri konret olaraq lotereya almadan maşın udmaq istəyən lətifə qəhrəmanları kimi davranırlar. Kişilər, sizə odun lazımdısa, maşın udmaq istəyirsizsə, bir hərəkət edin də. Göstərin məharətinizi. Biz də baxaq, deyək ki, halal olsun, adamlar işləyir də! Son 2-3 gündə bizi xeyli ümidləndirmişdilər. Əvvəlcə bəzi media qurumlarında, eləcə də məlumatlı şəxslərin sosial şəbəkələrdəki statuslarında hərəkətlilik başladı. Dövriyyəyə belə bir məlumat buraxıldı ki, Azərbaycan klubları bu həftədən, konkret olaraq bu gündən məşqlərə başlayırlar. İyunun ilk günlərində isə ölkə premyer-liqası qaldığı yerdən davam edir, stadionlarda hakimlərin fit səsi, məşqçilərin futbolçulara verdiyi göstərişlər eşidilir.
Boğulanın saman çöpündən yapışdığı kimi, biz biçarələr də xeyli ümidləndik. Çünki bu hərəkətlilik təkcə idman saytlarından yayılan xəbərlərlə, “feysbuk”da yazılan statuslarla yekunlaşmadı. AFFA-nın rəsmi saytı Klublar Komitəsinin videokonfrans keçirəcəyi, vacib məsələlərin həmin virtual konfransda müzakirə olunacağı haqda məlumat da paylaşdı. Gözümüz AFFA-nın saytında, qulağımız da səsdə xoş xəbərin sorağına çıxdıq. Başbilənlərin bilgisayar arxasında keçirdiyi görüş başladı da, bitdi də. Di gəl ki, bizim gözlədiyimiz xoş xəbərlərin heç biri eşidilmədi. Əvəzetmələri də, fasilələrin sayını da razılaşdırıblar. Bu məsələləri İcraiyyə Komitəsinin gündəliyinə salmaq üçün yekdil rəyə də gəliblər. Sonda isə... “Premyer-liqa klublarının rəsmiləri Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına uyğun, müvafiq tibbi təlimatlara riayət olunmaqla çempionatın bərpası ilə bağlı AFFA və PFL-in təkliflərini dəstəklədiklərini qeyd ediblər” – AFFA-nın açıqlaması məhz bu mürəkkəb cümləylə bitir.
27 sözdən ibarət bu cümlədən yekun fikrə gəlmək, klubların nə vaxt məşqə başlayacağını, yarımçıq qalan premyer-liqanın hansı tarixdən bərpa olunacağını anlamaq mümkün deyil. AFFA və və PFL-in təkliflərinin konkret nədən ibarət olduğunu da bilmirik. Ümumiyyətlə, məlum deyil ki, AFFA və PFL Nazirlər Kabineti yanında Operativ Qərargahla müzakirələr aparırmı, hansısa “yol xəritəsi” təklif edilibmi, səlahiyyət sahibləri ilə ortaq məxrəcə gəlinirmi?! Heç nə başa düşmək olmur. Belə yerdə heç “Tarixi-Nadir” kitabını yarıya qədər oxumaq da kömək etməyəcək. Qalır AFFA və PFL-in insafa gələcəyini, biz bisavadlara normal izahat veriləcəyini gözləmək. Yoxsa belə aydın olur ki, bu ölkədə futbol, çempionatın bərpası heç kimə lazım deyil.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
25-05-2020, 17:50 U-19 liqasının formatında dəyişiklik olmayacaq 25-05-2020, 17:49 İcraiyyə Komitəsi növbəti həftə yığışacaq 25-05-2020, 17:48 Foqts yığmamızın sayəsində liderlər sırasındadı 25-05-2020, 17:36 Futbolumuzun əcnəbiləri bir çatışmazlığı qeyd etdilər 25-05-2020, 17:34 “Təəssüf ki, “Bakı”nın bazası ilə bağlı belə məsələlər oldu” 25-05-2020, 17:26 Aftandil Hacıyev mövsümün bərpasını istəmir 25-05-2020, 13:43 Yaşar Bəşirov lisenziya müəmmasına aydınlıq gətirdi 25-05-2020, 13:31 “Azərbaycan millisini seçdiyimə görə valideynlərimə Bakının mərkəzində mənzil verilməyib” 25-05-2020, 13:29 Aydan ulduZa Türkiyə futbolu 25-05-2020, 13:20 “Nə göz-qaş edirsən, baş məşqçi artıq yatıb, istirahət etmək istəyirəm” 24-05-2020, 11:13 Yayın ilk keçidi Amin Seydiyev oldu 24-05-2020, 10:56 Agentlər Aminin ölkə xaricinə yollanacağını düşünürlər 24-05-2020, 10:47 EFA, “Fireland Football Club”, “Dortmund Bakı”, yox bir qaşqaldaq… 24-05-2020, 10:28 Koronavirus olmasaydı... 24-05-2020, 10:25 “Futbolu qaldırsa, veteranlar qaldıracaq” 23-05-2020, 11:14 Əməkdar məşqçi ölüm-qalım mübarizəsi aparır 23-05-2020, 11:02 “Qəbələ”nin elitada ilk qolunun müəllifi dükan işlədirmiş 23-05-2020, 10:58 AFFA-da qanvermə aksiyası 23-05-2020, 10:57 Bakı UEFA-ya təminat verib 23-05-2020, 10:54 “Ximki”: elita əvəzinə 2-ci dəstəyə 22-05-2020, 16:41 “Stəkan bir yana, əl altında olan hər şey paltardəyişmə otağında uçurdu!” 22-05-2020, 16:32 “Neftçi” bilərəkdən “Bəhramov”a sürgün edildi” 22-05-2020, 11:33 Kurtinaytis 300 nəfər qonaq üçün qəsr icarəyə götürüb 22-05-2020, 11:30 Kamran “Ximki”nin ən məhsuldar futbolçusudu 22-05-2020, 11:29 “Qarabağ”ın həkimi fikir bildirməkdə çətinlik çəkir 22-05-2020, 11:26 Yaşar Vahabzadə “Kəpəz”in futbolçularına kökəlməməyi tapşırıb 22-05-2020, 11:23 Mehman Allahverdiyev cəzalı ola-ola meydana çıxıb 22-05-2020, 11:21 Elxan müəllim, bəs qərar açıqlanacaqdı? 22-05-2020, 11:17 PFL növbəti videkonfransa qatıldı 22-05-2020, 11:16 “Kəpəz”lə “Turan Tovuz” istənilən qərara razı olacaq 22-05-2020, 11:13 “Xaqani Məmmədovun sanki sumqayıtlı hakimlərə qarşı allergiyası var idi” 20-05-2020, 11:30 AFFA divizionda və liqalarda mövsümü erkən bitirir 20-05-2020, 11:27 “Sumqayıt”da 55 nəfər testdən keçdi, “Qəbələ” isə gözləyir 20-05-2020, 11:25 Rövşən Hüseynli birbaşa pley-offa keçməyi təklif etdi 20-05-2020, 11:24 Futzal çempionatında durum futboldakından fərqlidi 20-05-2020, 11:20 Jurnalistlər yerli məşqçinin tərəfdarıdı 20-05-2020, 11:18 Nazarovun qol sevinci yadda qaldı 20-05-2020, 11:17 Millət vəkillləri çempionatın bərpasını istəyir 20-05-2020, 11:14 İsmayıllı Olimpiya İdman Kompleksindən məhkəməyə şikayət olundu 20-05-2020, 11:12 “Futbolla vidalaşandan sonra yəqin ki fermada yaşayacam” 20-05-2020, 11:10 UEFA təxirə saldı, PFL-in rəisi maraqlı şərh yazdı 20-05-2020, 11:09 Brifinqdə yenə futbol unudulmadı 20-05-2020, 11:05 Ploeştidə meydandan qovulan Ramin Nəsibov imiş… 18-05-2020, 14:27 Şahin Diniyev yığmanın baş məşqçisiz qalmasını məqsədəuyğun sayır 18-05-2020, 14:26 Ramin Musayev müalicə aldığına görə videokonfransa qatılmayıb 18-05-2020, 14:13 Yığma üzvlərinin maaşı aprelin sonunda ödənilib 18-05-2020, 14:10 “Qurban Qurbanova “deputatsan, toxunulmazlığın var, futbolçunu itələyərlər də” dedim” 18-05-2020, 14:07 Futzal niyə yada düşmədi? 18-05-2020, 14:05 Şensoy Konkovu təbrik etməyəcək 18-05-2020, 13:59 “Avrokuboklara gedəcək klublar indidən hazırlaşmalı, məşq etməlidilər” 18-05-2020, 13:57 Futbolçular yeniliyi müsbət qarşıladılar 18-05-2020, 13:53 Mətbuat Şehiçi “yoluxdurdu” 18-05-2020, 13:37 “Azərbaycandakı iqlim qazon saxlamaq üçün əlverişli deyil” 18-05-2020, 13:32 Futbolla bağlı qadağa bu həftə götürüləcək 17-05-2020, 11:28 Türk şahmatçı Mahir Məmmədovun FIDE-də çalışmasını düzgün saymır 17-05-2020, 11:26 Karlsen bizimkiləri “görmür” 17-05-2020, 11:20 Beş əvəzləmənin müsbət və mənfi tərəfləri Bütün xəbərlər
Ən çox oxunanlar