15 may 11:32Yazar

Hərə özünə görə haqlı olanda...

Nazirlər Kabineti yanında Operativ Qərargah susur, Azərbaycanda idman yarışlarının nə vaxt başlayacağı bəlli deyil. Operativ Qərargahın təşkilatçılığı ilə bir çox vacib məsələlərlə bağlı mətbuat konransları düzənlənib. Səhiyyə, təhsil, nəqliyyat və başqa sahələr ilə bağlı ən müxtəlif suallara cavab tapılıb. Həm pandemiya dövründə, həm də ondan sonra nəqliyyatın fəaliyyətində hansı məhdudiyyətlərlə qarşılaşacağımızdan xəbərdarıq. Onu da bilirik ki, dərslər bərpa olunmayacaq, bağçaların və təhsil ocaqlarının qapısı sentyabra qədər qıfıllı qalacaq. Təkcə idmandan, o cümlədən də futboldan xəbər yoxdu. Avropanın bir çox ölkələrində, elə qonşu Türkiyədə də komandalar ayrı-ayrı qruplar şəklində məşqlərə çıxırlar, futbolçuların ayağına top dəyir. Bizdə isə “sakitlikdi”. “Qəbələ” bu yaxınlarda AFFA-ya müraciət etmək fikrini açıqlamışdı. Deyəsən, onlara da kimsə göz ağartdı, bu istəyin davamı gəlmədi. Halbuki indiki şəraitdə Qəbələdəki futbol meydanlarından səmərəli istifadə etmək mümkündü. Yetər ki futbolçuların əyalətə getməsi üçün icazə alınsın. Ümumiyyətlə, Opetativ Qərərgahın, yəni hökumətin futbolla bağlı nə düşündüyü hamımıza qaranlıqdı.
Bu məsələdə AFFA-nın irəli düşəcəyini, Operativ Qərargahla birbaşa danışıqların aparılacağını çoxdan gözləyirik. Hətta yazılarımın birində bununla bağlı AFFA və PFL-ə çağırış da etmişdim. Elxan Məmmədov susur, heç harda olduğunu, nə işlə başını qatdığını bilmirik. Elə Ramin Musayev də onun kimi. Deyəsən, bu cənablar daha çox öz canlarının hayındadı, futbol heç yadlarına belə düşmür. Klub rəhbərlərinin də bəhanəsi hazırdı. Kimi dindirsən, oxları “boz bina”ya doğru istiqamətləndirir. Türklərin məşhur “ben bilməm, eşim bilir” telelayihəsində olduğu kimi. AFFA-da oturanlar nə vaxt hərəkətə gələcəklər, hökumətlə danışıq aparacaqlar, futbolçuların məşqə çıxmasına icazə veriləcək... Bax, onda da klub rəhbərləri məşqçilərə, futbolçulara xəbər göndərəcəklər ki, “bəsdi evdə dincəldiz, qaçın topun dalınca”. Hələlik isə bu xoş günlər bizdən xeyli uzaqdadı. AFFA tərpənmir, sükutu qoruyur, Operativ Qərargah da üzünü heç bu tərəflərə çevirmir, onlar üçün həllini gözləyən vacib problemlər başqa sahələrdi. Futbol kimin nəyinə lazımdı? Bəlkə də o cənablar da məsələyə “a kişi, Azərbaycan nə vaxt futbol olub? Onsuz da bizimkilər oynamağı bacarmırlar, qadağa davam etsə, yaxşıdı” düşüncəsiylə yanaşırlar.
Hamımıza yaxşı tanış olan Həbib də “şər deməsən, xeyir gəlməz” prinsipinə uyğun Azərbaycan premyer-liqasının bərpa edilməmək ehtimalını gözə alıb. Belə bir hal yaşanarsa, hadisələrin hansı ssenariylə inkişaf edəcəyini də məhz həmkarımız araşdırıb. Məlum olub ki, əsas problem ölkəmizi avrokuboklarda təmsil edəcək dördüncü komandayla bağlıdı. Heç kim “Qarabağ”ın çempionluğa layiq olduğuna şübhə etməz. “Köhlən atlar” ən yaxın izləyicisi “Neftçi”ni 8 xal qabaqlayır. Qalan 8 turda bu fərqin qapanacağı heç də inandırıcı deyil. “Köhlən atlar” bu 8 oyunun üçündə uduzmalıdı ki, “Neftçi” birinci pilləyə yüksəlsin. Hazırkı şəraitdə bunun baş verəcəyi heç də inandırıcı görünmür. Nə “Qarabağ” bu şansı əldən buraxacaq qədər zəifdi, nə də “Neftçi” bunu bacaracaq qədər güclü. Elə “Keşlə” də bu gününə şükür edir. Unutmaq lazım deyil ki, Tərlan Əhmədovun çalışdırdığı komanda ötən mövsüm sonuncu olmuşdu, idman prinsiplərinə əsasən qəsəbə təmsilçisi elitanı tərk etməliydi. Amma Azərbaycan futbolunun da öz reallıqları var, biz də bunu gözəl başa düşürük. Həm başa düşürük, həm də taleyimizlə barışmışıq. Necə ki “Keşlə” taleyi ilə barışıb, mövsümün sonunda bürünc medala və Avropa Liqasına qazanacağı vəsiqəyə şükr etməlidi.
Yeganə mübahisəli məqam 4-cü pillənin sahibinin kim olması, daha doğrusu, avrokuboklara gedəcək sonuncu komandanın adıdı. Bu pillənin başqa hansısa özəlliyi yoxdu. “Sumqayıt”la “Zirə” həm 4-cü pilləyə, həm də Avropa Liqasına yollanmağa iddia edir. Hər ikisi indiyə qədər keçirilən 20 turda 23 xal toplayıb, 6 qələbə qazanıb və 5 dəfə meydanı məğlub tərk edib. Xeyli maraqlı mənzərə yaranıb. Şəxsi görüşlərdəki nəticə də, öz aralarındakı oyunlardakı top fərqi də eynidi. Belədə PFL reqlamentə əsaslanıb və “Zirə”dən bir top az vurmasına baxmayaraq, öz qapısında da 5 top az buraxan “Sumqayıt”ı 4-cü sıraya layiq görüb. Hazırkı turnir cədvəli məhz bu cür şəkillənib. “Gənclik şəhəri”nin təmsil edən “Sumqayıt” 4-cü pillədə yer alıb, “Zirə” isə beşincidi. Deməli, çempionat davam etdirilməsə, “Sumqayıt” tarixində ilk dəfə avrokuboklarda iştirak hüququ qazanacaq. Hər iki komandanın baş məşqçisinin açıqlamasını oxudum. İkisinə də böyük hörmətim var, gənc və sözünü deməyə çalışan mütəxəssislərdi. Ayxan Abbasov reqlamenti əlində bayraq edir, Zaur Həşimov isə top fərqinə görə yerlərin müəyyənləşməsini doğru saymır. Şəxsən mən deməyə söz tapmıram, çünki hər iki çalışdırıcının özünə görə haqlı olduğu məqamlar var. Hər şey belə davam etsə, narazılıqlar olacaq, kiminsə haqqı tapdanacaq. Ümid edək ki, buna ehtiyac qalmayacaq və premyer-liqa bərpa olunacaq!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 11:13 Yayın ilk keçidi Amin Seydiyev oldu Dünən, 10:56 Agentlər Aminin ölkə xaricinə yollanacağını düşünürlər Dünən, 10:47 EFA, “Fireland Football Club”, “Dortmund Bakı”, yox bir qaşqaldaq… Dünən, 10:28 Koronavirus olmasaydı... Dünən, 10:25 “Futbolu qaldırsa, veteranlar qaldıracaq” 23-05-2020, 11:14 Əməkdar məşqçi ölüm-qalım mübarizəsi aparır 23-05-2020, 11:02 “Qəbələ”nin elitada ilk qolunun müəllifi dükan işlədirmiş 23-05-2020, 10:58 AFFA-da qanvermə aksiyası 23-05-2020, 10:57 Bakı UEFA-ya təminat verib 23-05-2020, 10:54 “Ximki”: elita əvəzinə 2-ci dəstəyə 22-05-2020, 16:41 “Stəkan bir yana, əl altında olan hər şey paltardəyişmə otağında uçurdu!” 22-05-2020, 16:32 “Neftçi” bilərəkdən “Bəhramov”a sürgün edildi” 22-05-2020, 11:33 Kurtinaytis 300 nəfər qonaq üçün qəsr icarəyə götürüb 22-05-2020, 11:30 Kamran “Ximki”nin ən məhsuldar futbolçusudu 22-05-2020, 11:29 “Qarabağ”ın həkimi fikir bildirməkdə çətinlik çəkir 22-05-2020, 11:26 Yaşar Vahabzadə “Kəpəz”in futbolçularına kökəlməməyi tapşırıb 22-05-2020, 11:23 Mehman Allahverdiyev cəzalı ola-ola meydana çıxıb 22-05-2020, 11:21 Elxan müəllim, bəs qərar açıqlanacaqdı? 22-05-2020, 11:17 PFL növbəti videkonfransa qatıldı 22-05-2020, 11:16 “Kəpəz”lə “Turan Tovuz” istənilən qərara razı olacaq 22-05-2020, 11:13 “Xaqani Məmmədovun sanki sumqayıtlı hakimlərə qarşı allergiyası var idi” 20-05-2020, 11:30 AFFA divizionda və liqalarda mövsümü erkən bitirir 20-05-2020, 11:27 “Sumqayıt”da 55 nəfər testdən keçdi, “Qəbələ” isə gözləyir 20-05-2020, 11:25 Rövşən Hüseynli birbaşa pley-offa keçməyi təklif etdi 20-05-2020, 11:24 Futzal çempionatında durum futboldakından fərqlidi 20-05-2020, 11:20 Jurnalistlər yerli məşqçinin tərəfdarıdı 20-05-2020, 11:18 Nazarovun qol sevinci yadda qaldı 20-05-2020, 11:17 Millət vəkillləri çempionatın bərpasını istəyir 20-05-2020, 11:14 İsmayıllı Olimpiya İdman Kompleksindən məhkəməyə şikayət olundu 20-05-2020, 11:12 “Futbolla vidalaşandan sonra yəqin ki fermada yaşayacam” 20-05-2020, 11:10 UEFA təxirə saldı, PFL-in rəisi maraqlı şərh yazdı 20-05-2020, 11:09 Brifinqdə yenə futbol unudulmadı 20-05-2020, 11:05 Ploeştidə meydandan qovulan Ramin Nəsibov imiş… 18-05-2020, 14:27 Şahin Diniyev yığmanın baş məşqçisiz qalmasını məqsədəuyğun sayır 18-05-2020, 14:26 Ramin Musayev müalicə aldığına görə videokonfransa qatılmayıb 18-05-2020, 14:13 Yığma üzvlərinin maaşı aprelin sonunda ödənilib 18-05-2020, 14:10 “Qurban Qurbanova “deputatsan, toxunulmazlığın var, futbolçunu itələyərlər də” dedim” 18-05-2020, 14:07 Futzal niyə yada düşmədi? 18-05-2020, 14:05 Şensoy Konkovu təbrik etməyəcək 18-05-2020, 13:59 “Avrokuboklara gedəcək klublar indidən hazırlaşmalı, məşq etməlidilər” 18-05-2020, 13:57 Futbolçular yeniliyi müsbət qarşıladılar 18-05-2020, 13:53 Mətbuat Şehiçi “yoluxdurdu” 18-05-2020, 13:37 “Azərbaycandakı iqlim qazon saxlamaq üçün əlverişli deyil” 18-05-2020, 13:32 Futbolla bağlı qadağa bu həftə götürüləcək 17-05-2020, 11:28 Türk şahmatçı Mahir Məmmədovun FIDE-də çalışmasını düzgün saymır 17-05-2020, 11:26 Karlsen bizimkiləri “görmür” 17-05-2020, 11:20 Beş əvəzləmənin müsbət və mənfi tərəfləri 17-05-2020, 11:17 Klublar Komitəsinin iclasında daha çox təqvim müzakirə olunub 17-05-2020, 11:13 Skarlatake “Sumqayıt”la əlavə oyun istəyir 17-05-2020, 11:10 “Ağsu Siti” yeni arenaya köçür 16-05-2020, 10:56 Hər şey hazırdı, başlaya bilərik! 16-05-2020, 10:31 “Qəbələ”nin 195 iddialısı 16-05-2020, 10:27 “Neftçi” liderdi, baş məşqçinin oğlu bombardir 16-05-2020, 10:23 Namaşko “Keşlə”dən yeni müqavilə gözləyir 16-05-2020, 10:19 Baba yaşında ...ata olacaq 16-05-2020, 10:15 Elnur Əşrəfoğlu: “İndi həmin şərhimə qulaq asanda gülməyim gəlir” 16-05-2020, 10:09 Türklərə qarşı oynayan yığmanı Ələkbər Cəfərov çalışdırıb Bütün xəbərlər
Ən çox oxunanlar