12 may 11:02Yazar

Yeni dünyanın futbolu

Həmkarım Huşəngin ötən yazısında maraqlı bir məqam vardı. Pandemiya dövründə bu mövzuda yazdığımız yazıları “Lənətə gələsən, koronavirus” silsiləsinə salıb, ayrıca kitab halında nəşr etmək ideyasını nəzərdə tuturam. İstəsək də, istəməsək də, belədi. Heç özümüzün də xəbərimiz olmadan böyük bir bəlanın gətirdiyi yeni dövrə qədəm qoymuşuq. Əlimizi spirtləməyəndə diksinirik, ağzımızda maska olmayanda özümüzü çılpaq halda küçəyə çıxmış kimi hiss edirik. Mən hələ uşaqların əlindən tutub, marketə getməyə, orda olanlara şirin peçenye, yaxud da meyvəli süd alıb evə qədər gülə-gülə gəlməyə necə həsrət qaldığımızı demirəm. Uşaqlar üçün evə nəsə alıb gətirəndə də onları spirtlə o qədər dezinfeksiya edirik ki, məhsulun dadı qaçır, qoxudan sərxoş olursan. Bu həyat tərzi təkcə gündəlik davranışımıza yox, yaradıcılığımıza, yazılarımıza da təsir göstərib. Daha çox koronavirus barədə düşünür, onun fəsadlarından qorunmağa, bu çətin dönəmdən sağlam çıxmağa çalışırıq. Lap nikbin vaxtlarımızda isə postpandemiya dövrü ilə bağlı xəyallar qururuq. Bəs inşallah, bu qorxulu virusa qalib gələndən sonra gündəlik həyatımız necə olacaq?
Dostumuz Huşəng istəsə, gələcəkdə “Lənətə gələsən, koronavirus” adlı broşür çap edər, mənim də yazılarım orda təkrar dərc olunar. İndilik isə gündəmimizə uyğun yazmaqdan başqa çarəmiz yoxdu. Həm də belə bir broşür çap olunsa, gələcəkdə postpandemiya dövrüylə bağlı verdiyimiz proqnozların nə dərəcədə doğrulduğunu müəyyənləşdirmək imkanımız olacaq. Bir növ arxiv yazılarımızla gerçək həyatı müqayisə edəcəyik. Ən yüksək səviyyədə səlahiyyət sahibləri dəfələrlə vurğulayıblar ki, koronavirusa qalib gəlsək belə, bundan sonrakı həyatımızda o qorxunu hiss edəcəyik. Yəni artıq əvvəlki kimi rahat və sərbəst yaşamaq imkanımız olmayacaq. Kiminləsə görüşərkən məsafə saxlayacağıq, daim özümüzlə maska və spirt gəzdirəcəyik. Toylar və bayramlar əvvəlki kütləvilikdə olmayacaq. Fikirləşəndə bir qədər həyəcanlanırsan, keçmiş günləri nostalji hisslər ilə xatırlayırsan. Belə çıxır ki, futbol da əvvəlki kütləviliyini saxlaya bilməyəcək. Bir halda ki, Almaniyada çempionat bərpa olunarsa, komandaların tuneldən birlikdə çıxmayacağı, müəyyən qadağalara əməl ediləcəyi deyilir. Hələ oyunların uzun müddət azarkeşsiz keçiriləcəyi ilə bağlı ehtimallar da var.
Azarkeşsiz futbolun necə miskin mənzərəyə çevrildiyi bizə yaxşı məlumdu. İllərdi bu problemdən əziyyət çəkirik. Belə çıxır ki, biz çağdaş dünya ilə ayaqlaşa, azarkeşləri tribunaya qaytara bilmədik. Əvəzində çağdaş dünya bizə tərəf gerilədi, futbol ən əsas bəzəklərindən birini, yəni tribunadakı azarkeşini itirdi. Azarkeşlər təkcə tribunaları doldurmur, onlar futbola əvəzsiz bəzək verir. Onların səsi sükutu pozur, futbolçular üçün əlavə güc mənbəyinə çevrilir. Doğma azarkeşindən dəstək alan futbolçular daha böyük həvəslə mübarizə aparır, meydanda can qoyur, rəqib isə bu təzyiqdən əziyyət çəkir. Həmin təzyiq eyni zamanda müqavimət enerjisinə çevrilir, sanki təkcə meydandakı rəqibini məğlub etmək üçün yox, tribunalarda səni ələ salan böyük kütləni susdurmaq üçün oynayırsan. Hamımız yaxşı bilirik ki, xüsusi qol sevincləri var, onlar bilavasitə azarkeşlərə hesablanır, onları özündən çıxarır, qıcıqlandırır. Futbolu onlarsız necə təsəvvür edəsən? Daim çoxminli fanatların qarşısında oynamağa vərdiş edən dünya ulduzları onlarsız əvvəlki kimi qaçıb, topu böyük şövqlə qova biləcəklərmi?!
Burda söhbət təkcə mənəvi məsələlərdən, azarkeşlərin futbolçulara verdiyi dəstəkdən, tribunalara qatdığı rəngdən getmir. Azarkeşlər, çılğın fanatlar həm də klublar üçün gəlir mənbəyi, bir növ fəal sponsorlardı. Onların adları reklam bannerlərində, milyonluq sponsorluq müqavilələrində heç vaxt qeyd olunmur. Amma məhz onların aldıqları biletlərin, atributların, forma və müxtəlif geyimlərin sayəsində klubların büdcəsinə ciddi pullar daxil olur. Bu yaxınlarda pandemiyanın “Real”a vurduğu maddi ziyan barədə bir yazı oxumuşdum. Məlum olmuşdu ki, məhz bilet satışının olmaması və mövsümlük abonomentlərin pullarının geri qaytarılması zərurəti “Kral klubu”nu böyük zərərə salıb. Söhbət milyonlarla avrodan gedir. Həmin kəsiri doldurmaq üçün isə madridlilər bahalı futbolçularını transferə çıxarmaq məcburiyyətində qalıblar. Bu zərər hələ mövsümün qalan hissəsinə hesablanmışdı. Gələcəkdə uzun müddət futbol azarkeşsiz, boş tribunalar önündə oynansa, dəyəcək ziyanın miqyası daha böyük olacaq. Buna şübhə etməyə dəyməz.
İndidən bunlar barədə danışmaq, hansısa proqnozlar vermək çox çətindi. Amma pandemiya qorxusu davam etsə, böyük dəyişikliklərin olacağı qaçılmazdı. Bu proseslər rəqabəti azaldacaq, klublar uşaq futboluna əvvəlki kimi böyük yatırımlar qoymağa həvəs göstərməyəcəklər. Belədə yeni istedadların kəşfi çətinləşəcək, milyonların sevimli oyunu öz kütləviliyini itirəcək. Bəd gətirmək istəmirəm. Amma görünən odu ki, “yeni dünya”nın futbolu fərqli olacaq...
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 11:13 Yayın ilk keçidi Amin Seydiyev oldu Dünən, 10:56 Agentlər Aminin ölkə xaricinə yollanacağını düşünürlər Dünən, 10:47 EFA, “Fireland Football Club”, “Dortmund Bakı”, yox bir qaşqaldaq… Dünən, 10:28 Koronavirus olmasaydı... Dünən, 10:25 “Futbolu qaldırsa, veteranlar qaldıracaq” 23-05-2020, 11:14 Əməkdar məşqçi ölüm-qalım mübarizəsi aparır 23-05-2020, 11:02 “Qəbələ”nin elitada ilk qolunun müəllifi dükan işlədirmiş 23-05-2020, 10:58 AFFA-da qanvermə aksiyası 23-05-2020, 10:57 Bakı UEFA-ya təminat verib 23-05-2020, 10:54 “Ximki”: elita əvəzinə 2-ci dəstəyə 22-05-2020, 16:41 “Stəkan bir yana, əl altında olan hər şey paltardəyişmə otağında uçurdu!” 22-05-2020, 16:32 “Neftçi” bilərəkdən “Bəhramov”a sürgün edildi” 22-05-2020, 11:33 Kurtinaytis 300 nəfər qonaq üçün qəsr icarəyə götürüb 22-05-2020, 11:30 Kamran “Ximki”nin ən məhsuldar futbolçusudu 22-05-2020, 11:29 “Qarabağ”ın həkimi fikir bildirməkdə çətinlik çəkir 22-05-2020, 11:26 Yaşar Vahabzadə “Kəpəz”in futbolçularına kökəlməməyi tapşırıb 22-05-2020, 11:23 Mehman Allahverdiyev cəzalı ola-ola meydana çıxıb 22-05-2020, 11:21 Elxan müəllim, bəs qərar açıqlanacaqdı? 22-05-2020, 11:17 PFL növbəti videkonfransa qatıldı 22-05-2020, 11:16 “Kəpəz”lə “Turan Tovuz” istənilən qərara razı olacaq 22-05-2020, 11:13 “Xaqani Məmmədovun sanki sumqayıtlı hakimlərə qarşı allergiyası var idi” 20-05-2020, 11:30 AFFA divizionda və liqalarda mövsümü erkən bitirir 20-05-2020, 11:27 “Sumqayıt”da 55 nəfər testdən keçdi, “Qəbələ” isə gözləyir 20-05-2020, 11:25 Rövşən Hüseynli birbaşa pley-offa keçməyi təklif etdi 20-05-2020, 11:24 Futzal çempionatında durum futboldakından fərqlidi 20-05-2020, 11:20 Jurnalistlər yerli məşqçinin tərəfdarıdı 20-05-2020, 11:18 Nazarovun qol sevinci yadda qaldı 20-05-2020, 11:17 Millət vəkillləri çempionatın bərpasını istəyir 20-05-2020, 11:14 İsmayıllı Olimpiya İdman Kompleksindən məhkəməyə şikayət olundu 20-05-2020, 11:12 “Futbolla vidalaşandan sonra yəqin ki fermada yaşayacam” 20-05-2020, 11:10 UEFA təxirə saldı, PFL-in rəisi maraqlı şərh yazdı 20-05-2020, 11:09 Brifinqdə yenə futbol unudulmadı 20-05-2020, 11:05 Ploeştidə meydandan qovulan Ramin Nəsibov imiş… 18-05-2020, 14:27 Şahin Diniyev yığmanın baş məşqçisiz qalmasını məqsədəuyğun sayır 18-05-2020, 14:26 Ramin Musayev müalicə aldığına görə videokonfransa qatılmayıb 18-05-2020, 14:13 Yığma üzvlərinin maaşı aprelin sonunda ödənilib 18-05-2020, 14:10 “Qurban Qurbanova “deputatsan, toxunulmazlığın var, futbolçunu itələyərlər də” dedim” 18-05-2020, 14:07 Futzal niyə yada düşmədi? 18-05-2020, 14:05 Şensoy Konkovu təbrik etməyəcək 18-05-2020, 13:59 “Avrokuboklara gedəcək klublar indidən hazırlaşmalı, məşq etməlidilər” 18-05-2020, 13:57 Futbolçular yeniliyi müsbət qarşıladılar 18-05-2020, 13:53 Mətbuat Şehiçi “yoluxdurdu” 18-05-2020, 13:37 “Azərbaycandakı iqlim qazon saxlamaq üçün əlverişli deyil” 18-05-2020, 13:32 Futbolla bağlı qadağa bu həftə götürüləcək 17-05-2020, 11:28 Türk şahmatçı Mahir Məmmədovun FIDE-də çalışmasını düzgün saymır 17-05-2020, 11:26 Karlsen bizimkiləri “görmür” 17-05-2020, 11:20 Beş əvəzləmənin müsbət və mənfi tərəfləri 17-05-2020, 11:17 Klublar Komitəsinin iclasında daha çox təqvim müzakirə olunub 17-05-2020, 11:13 Skarlatake “Sumqayıt”la əlavə oyun istəyir 17-05-2020, 11:10 “Ağsu Siti” yeni arenaya köçür 16-05-2020, 10:56 Hər şey hazırdı, başlaya bilərik! 16-05-2020, 10:31 “Qəbələ”nin 195 iddialısı 16-05-2020, 10:27 “Neftçi” liderdi, baş məşqçinin oğlu bombardir 16-05-2020, 10:23 Namaşko “Keşlə”dən yeni müqavilə gözləyir 16-05-2020, 10:19 Baba yaşında ...ata olacaq 16-05-2020, 10:15 Elnur Əşrəfoğlu: “İndi həmin şərhimə qulaq asanda gülməyim gəlir” 16-05-2020, 10:09 Türklərə qarşı oynayan yığmanı Ələkbər Cəfərov çalışdırıb Bütün xəbərlər
Ən çox oxunanlar