12 may 10:52Yazar

Bəlkə evə qapanmağın ən yaxşı yolu elə futboldu?

Həftəmiz başa çatır. Bu həftə “Futbol+”çilər üçün o baxımdan əlamətdardı ki, uzunmüddətli fasilədən sonra, nəhayət, bütün gücümüzlə işləmək, qəzeti əvvəlki qrafiklə çap etmək mümkün oldu. Bəşəriyyətin faktiki idmansız, futbolsuz qaldığı dönəmdə oxuculara müntəzəm maraqlı yazılar təqdim etmək, onlara bir daha idman həyəcanı yaşatmaq hər nə qədər çətin olsa da, imkan daxilində bu yolda çalışdıq və ümid edirəm ki, hədədimizə müəyyən mənada çatdıq da. Əlbəttə, belə deməklə oxucunun boynuna minnət qoymaq fikrindən tam uzağıq. Maraqlı qəzet hazırlamaq, auditoriyanı dünya idmanında yaşananlardan, xüsusən də Azərbaycan idmanının və futbolunun uğurlarından xəbərdar etmək boynumuzun borcu, bu peşənin çiyinlərimizə qoyduğu yükdü.
Təəssüf ki, bu həftəni də futbol yarışlarının mümkün bərpası ilə bağlı heç bir xoş xəbər verə bilmədən bitiririk. Biz hər nəqər idmanla bağlılığı olan ayrı-ayrı qurumların, AFFA və PFL rəsmilərinin, klub nümayəndələrinin çevik, operativ qaydada birgə müzakirələr aparmasına, eləcə də Nazirlər Kabineti yanında Operativ Qərargahla daha sıx işbirliyinə ehtiyac olduğunu vurğulasaq da, məsələ ölü nöqtədən tərpənmir ki tərpənmir. Təsadüfi deyil ki, məhz bu həftə ictimaiyyət arasında futbol mövsümünü vaxtından əvvəl bitirmək, indiki nəticələri yekunlar kimi qəbul etməklə bağlı mesajlar səslənməyə başladı ki, şəxsən mən bunu həm zərərli, həm də hələ ki ictimailəşməsinə ehtiyac duymadığım yanaşma kimi qəbul edirəm. Açığını demək lazımdı ki, bu gün “Səbail” istisna olmaqla qalan 7 komandanın Azərbaycanı avrokuboklarda təmsil etməklə bağlı ciddi iddiası var. “Qarabağ”, “Neftçi” və “Keşlə”ni artıq hədəfinə çatması münasibəti ilə təbrik etmək də olar. 4-cü vəsiqə uğrunda “Sumqayıt” – “Zirə” rəqabəti çempionatda da gedəcək, kubokda da. Eyni zamanda “Sabah” çempionatda, “Qəbələ” isə kubokda bu iki komandanın “təkərinə çomaq soxmaq” üçün əlindən gələni edəcək.
Əlbəttə, ən yüksək səviyyədə təsir rıçaqlarını işə salmaqla istər “Sumqayıt”ı, istərsə də “Zirə”ni hansısa variantla razılaşmağa məcbur etmək mümkündü. Amma onda da bu işin, bu futbolun ləzzəti qalmayacaq. Adamlar iyuldan bəri pul xərcləyiblər ki, mövsümlük hədəflərinə çatsınlar, qəfil koronavirus adlı şeytan peyda olur, güclünün yaşıl meydanda yox, kabinetlərdə müəyyənləşməsini şərtləndirən qərarlara yol açır və beləcə mövsüm bitir...
Əvvəlki yazılarımda bildirmişdim, bu gün bir daha vurğulayıram ki, Azərbaycan Avropada ölkədaxili yarışları bitirməklə bağlı ən üstün duruma malik ölkələrdəndi. Futbola rəhbərlik edənlərin üzərinə düşən iş bir aya 37 oyunu sığdırmaqla bağlı mükəmməl plan tərtib etmək və hokuməti buna inandırmaqdı. Alman futboluna rəhbərlik edənlər kansler Angela Merkeli inandırdığı kimi! Futbolumuzu Almaniya səviyyəsinə qaldıra bilməsək də, heç olmasa, ölkədaxili yarışların təşkilatçılığı ilə bağlı intizamı qaldıraq. Mediadan da xəbər tutduğunuz kimi, almanlar mübarizənin bərpası ilə bağlı az qala bir kitab həcmində təlimat hazırlayıblar. Əminəm ki, koronavirus sınağından uğurla çıxacaq, futbol mövsümün bitirəcək və bəşəriyyəti yenə heyrətləndirəcəklər.
Bir halda ki oyunları azarkeşsiz keçirmək mümkündü, niyə bu variantdan yararlanmayaq?! Əslində bu azarkeş amilindən də fayda götürmək mümkündü. Sirr deyil ki, son günlərdə karantin rejiminin şərtlərinə məhəl qoymayan daha çox soydaşımız küçərə çıxmağa başlayıb ki, bu da avtomatik yoluxma sayının artması deməkdi. Həftəsonu, yəni şənbə və bazar günlərində çöldə-bayırda olanların sayı daha da artır. Amma premyer-liqa oyunlarını həftəsonuna, xüsusən də müəyyən saatlarla salmaqla azarkeş vətəndaşlarımızın bir hissəsini evə qapamaq olar.
İstənilən halda virtual və onlayn məşqlər, hansısa məşq proqramını fərdi şəkildə yerinə yetirmək ilə idman formasını qorumaq, ölkədə idman ab-havası yaratmaq mümkün deyil. Prezident İlham Əliyev cənabları srağagün idmanla məşğul olmağın faydalarından çılğıncasına, şəxsi nümunəsi əsasında danışır, AFFA, PFL, AGİN və Nazirlər Kabineti isə idman-futbol yarışlarının bərpası yolunda hansısa ciddi addımlar atmırlar. Məgər bu nonsens deyilmi? Axı, bunu necə başa düşək?
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 14:17 “Ağsu Siti”nin prezidenti AFFA-ya üsyan etdi Bu gün, 14:15 “Xəzər Lənkəran”ın futbolçuları 250 min iddiasına cavab verdi Bu gün, 14:13 Əsgər Abdullayev Naxçıvanda qalıb Bu gün, 14:09 Stamenkoviçdən insanlıq nümunəsi Bu gün, 10:29 “Heç-heçəyə görə bizi axşam saat 9-a qədər hərbi hissədə saxladılar” Bu gün, 09:53 Klublar siqnal gözləyir Bu gün, 09:50 Barış “Austriya”ya lazım olmadı, Riçard da göndərilir Bu gün, 09:46 Nikolay Adam Mahiri “Ayntraxt”a təklif edib Bu gün, 09:39 Zaqatalada “Viktoriya”ya çevrilən “Qələbə”… Bu gün, 09:36 Eldar Əzimzadəyə həsr olunan film çəkilib 27-05-2020, 18:42 “Haralar” rəhbərliyi ad məsələsinə aydınlıq gətirdi 27-05-2020, 18:41 Hakan Sünal 11 azyaşlını müsəlman etdi 27-05-2020, 18:40 Firdovsi Umudov haqqında yazılanlara münasibət bildirdi 27-05-2020, 18:38 Rasim Kara Likioyuya sualla cavab verdi 27-05-2020, 18:37 “Şahdağ”ın 165 min manatı havaya uçdu 27-05-2020, 18:27 “Mövsüm davam edəcəksə, Allah futbolçuların köməyi olsun” 27-05-2020, 18:26 Aminin “Sabah”dakı sabahı necə olacaq? 27-05-2020, 18:23 Çempion məşqçilərin mesajı: “heç kim ağız büzə bilməz” 27-05-2020, 18:20 Nazarovu cəza gözləyir 27-05-2020, 18:18 “Olimpik”i almaq istəyən Piriyevlər kimdi? 27-05-2020, 18:15 Maşalla Əhmədov DTX-ya ərizə yazdı 25-05-2020, 17:50 U-19 liqasının formatında dəyişiklik olmayacaq 25-05-2020, 17:49 İcraiyyə Komitəsi növbəti həftə yığışacaq 25-05-2020, 17:48 Foqts yığmamızın sayəsində liderlər sırasındadı 25-05-2020, 17:36 Futbolumuzun əcnəbiləri bir çatışmazlığı qeyd etdilər 25-05-2020, 17:34 “Təəssüf ki, “Bakı”nın bazası ilə bağlı belə məsələlər oldu” 25-05-2020, 17:26 Aftandil Hacıyev mövsümün bərpasını istəmir 25-05-2020, 13:43 Yaşar Bəşirov lisenziya müəmmasına aydınlıq gətirdi 25-05-2020, 13:31 “Azərbaycan millisini seçdiyimə görə valideynlərimə Bakının mərkəzində mənzil verilməyib” 25-05-2020, 13:29 Aydan ulduZa Türkiyə futbolu 25-05-2020, 13:20 “Nə göz-qaş edirsən, baş məşqçi artıq yatıb, istirahət etmək istəyirəm” 24-05-2020, 11:13 Yayın ilk keçidi Amin Seydiyev oldu 24-05-2020, 10:56 Agentlər Aminin ölkə xaricinə yollanacağını düşünürlər 24-05-2020, 10:47 EFA, “Fireland Football Club”, “Dortmund Bakı”, yox bir qaşqaldaq… 24-05-2020, 10:28 Koronavirus olmasaydı... 24-05-2020, 10:25 “Futbolu qaldırsa, veteranlar qaldıracaq” 23-05-2020, 11:14 Əməkdar məşqçi ölüm-qalım mübarizəsi aparır 23-05-2020, 11:02 “Qəbələ”nin elitada ilk qolunun müəllifi dükan işlədirmiş 23-05-2020, 10:58 AFFA-da qanvermə aksiyası 23-05-2020, 10:57 Bakı UEFA-ya təminat verib 23-05-2020, 10:54 “Ximki”: elita əvəzinə 2-ci dəstəyə 22-05-2020, 16:41 “Stəkan bir yana, əl altında olan hər şey paltardəyişmə otağında uçurdu!” 22-05-2020, 16:32 “Neftçi” bilərəkdən “Bəhramov”a sürgün edildi” 22-05-2020, 11:33 Kurtinaytis 300 nəfər qonaq üçün qəsr icarəyə götürüb 22-05-2020, 11:30 Kamran “Ximki”nin ən məhsuldar futbolçusudu 22-05-2020, 11:29 “Qarabağ”ın həkimi fikir bildirməkdə çətinlik çəkir 22-05-2020, 11:26 Yaşar Vahabzadə “Kəpəz”in futbolçularına kökəlməməyi tapşırıb 22-05-2020, 11:23 Mehman Allahverdiyev cəzalı ola-ola meydana çıxıb 22-05-2020, 11:21 Elxan müəllim, bəs qərar açıqlanacaqdı? 22-05-2020, 11:17 PFL növbəti videkonfransa qatıldı 22-05-2020, 11:16 “Kəpəz”lə “Turan Tovuz” istənilən qərara razı olacaq 22-05-2020, 11:13 “Xaqani Məmmədovun sanki sumqayıtlı hakimlərə qarşı allergiyası var idi” 20-05-2020, 11:30 AFFA divizionda və liqalarda mövsümü erkən bitirir 20-05-2020, 11:27 “Sumqayıt”da 55 nəfər testdən keçdi, “Qəbələ” isə gözləyir 20-05-2020, 11:25 Rövşən Hüseynli birbaşa pley-offa keçməyi təklif etdi 20-05-2020, 11:24 Futzal çempionatında durum futboldakından fərqlidi 20-05-2020, 11:20 Jurnalistlər yerli məşqçinin tərəfdarıdı Bütün xəbərlər
Ən çox oxunanlar