11 may 13:12Yazar

AFFA, futbolu xilas etmək lazımdı... Niyə də yox?!

Nazirlər Kabineti yanında Operativ Qərargah mayın 4-də xüsusi karantin qaydalarını əhəmiyyətli dərəcədə yumşaltdı. Düzdü, paytaxt Bakıda yaşayanlar bu yumşalmanı, demək olar ki, hiss etmir. Evdən çıxmaq üçün icazə müddəti 50 faiz artıralaraq 2 saatdan 3 saata çatdırıldı. Səbirsizliklə açılmasını gözlədiyimiz bərbərxanaların fəaliyyətinə icazə verildi. Telefon və bilgisayar satışı, eləcə də təmiri ilə məşğul olan dükanlar açıldı. Bununla belə, parklara və bulvara giriş qadağandı, kafe və restoranlara gedə bilmirik. Ölkənin beş böyük şəhərindən başqa, digər rayonlarda qadağalar böyük ölçüdə götürülüb. Restoranda yeyib-içmək də olar, çayxanada domino oynamaq da. Hələ ətraf rayonların birində yaşayan qohumlara baş çəkməyin də mümkündü. Bunun üçün harasa müraciət etməyə, icazə üçün SMS yazmağa ehtiyac yoxdu. Yetər ki yaşın 65-dən yuxarı olmasın. Hər bir nümunəvi vətəndaş, vəziyyətin ciddiliyini anlayan şəxs bu qaydalara riayət etməli, qadağaları pozmamalıdı. Onsuz da pozanların cəriməsi-cəzası da bəllidi. Pulun yox vaxtı kimdi 100 manat cərimələnməyə razı olan? Həm də ki məsələ təkcə 100 manatda deyil. Hər bir pozuntu cərimə ilə yanaşı, xəstələnmək ehtimalı deməkdi. Allah heç kimin canına koronavirus bəlası salmasın.
Xüsusi karantin qaydaları yumşalan kimi gözlər bölgələrə çevrildi. Bakıda parka-bulvara çıxıb qaçmaq, qrup halında məşq etmək mümkün deyil. Amma bunu Qəbələdə, yaxud da Quba-Qusar bölgəsində, İmişlinin, Ağsunun Olimpiya İdman Kompleksində etmək mümkündü. Bəli, ola bilər ki, Ağsuda və ya İmişlidə infrastruktur buna imkan verməsin. Ordakı meydançaların, otellərin vəziyyəti barədə məlumatsızıq. Amma Qəbələdəki meydançalar da, otellər də bütün tələblərə cavab verir. Qubanın və Qusarın təmiz havası isə ayrı aləmdi. Hamımız bilirik ki, bu bölgədə də turizmin inkişafına son illərdə xüsusi diqqət göstərilib, neçə-neçə beşulduzlu otel tikilib. Hazırda ölkənin sərhədləri bağlıdı, gələn-gedən, əcnəbi turist yoxdu. Heç yerli əhali də gəzməyə, istirahətə getməyə həvəsli deyil. Deməli, otelləri futbolçuların üzünə açmaq olar. Onu da bilirəm ki, paytaxtda yaşayan futbolçuların, onların məşqçilərinin, eləcə də klub rəsmilərinin Qəbələyə, Qubaya, Qusara getməsi üçün xüsusi icazəyə ehtiyac var. Qayda-qanundan xəbərimiz var. Amma bu qaydaları da pozmadan məsələni həll etmək, lazımi icazəni almaq mümkündü. Yetər ki istək olsun.
Sözsüz, kimsə qollarını çırmalamalı, bütün bu problemlərin həlli üçün dövlət orqanları ilə danışıqlara başlamalıdı. İlk öncə nəzərlər elə “Qəbələ”nin özünə yönəlir. “Qırmızı-qaralar”ın doğma rayona yollanıb, 4-5 nəfərlik qruplar halında məşqlərə başlaması, dezinfeksiya qaydalarına əməl etməklə təlim-məşq toplanışı keçirməsi yolunda yeganə əngəl paytaxtda yaşayanların çıxışı üçün icazə alınmasıdı. Qəbələnin təmiz havasında, dağların qoynunda gündə iki saat yüngül fiziki məşqlər, gözoxşayan meydançalarda cəmi yarım saat topla hərəkət etmək özü irəliyə atılmış addımdı. Bunun faydası çempionatın bərpasından sonra özünü mütləq göstərəcək. “Qəbələ”nin doğma rayona yollanması üçün müvafiq icazə alınsa, digər klublar da hərəkətə başlayar, hər kəs üçün gözəl bir nümunə olar. Hökumət nümayəndələrinin də yadına düşər ki, bu ölkədə futbol var. Bəli, xüsusi karantin rejiminə əməl etmək, insanların sağlamlığını qorumaq vacibdi. Amma fiziki fəallığı da bütünlüklə həyatımızdan silə bilmərik. Onsuz da futbolumuz zəif, çempionatımız darıxdırıcıdı. Qadağaları daim sərtləşdirib, futbolun axırına çıxmaq da olmaz.
Artıq qonşu Türkiyədə komandalar məşqləri bərpa edir, superliqanın başlayacağı tarix məlumdu. Koronavirus pandemiyasından ağır zərbələr almış, xeyli vətəndaşını itirmiş İspaniyada, İtaliyada, Almaniyada hərəkətlilik var. Angela Merkel şəxsən futboldan danışır, klublara dəstək verir. Bütün bunlar Azərbaycan üçün yaxşı nümunədi. Qəfildən bütün qadağaları götürməsək də, müəyyən güzəştlər edilməli, futbolçuların məşq etməsinə icazə verilməlidi. Qəzetimizin ötən saylarında “Qəbələ” rəsmilərinin açıqlamasını da oxuduq. Zaur Əzizovun sözlərindən belə məlum oldu ki, klub rəhbərliyi AFFA-ya müraciət etməyə hazırlaşır: “İki gündü bununla bağlı klubdaxili müzakirələr gedir. Fariz Nəcəfov aidiyyatı quruma, daha dəqiq desəm, AFFA-ya müraciət edəcək. Assosiasiya rəhbərliyi icazə versə, böyük ehtimalla məşqləri bərpa edəcəyik. Hələ ki bununla bağlı dəqiq planımız yoxdu. Hər şey AFFA-nın qərarından asılı olacaq”.
Buyur, hörmətli AFFA. Top artıq sizin tərəfdədi, “karantin yuxusu”ndan ayılın. Hökumət qurumları ilə danışıqlara başlayın. Gənclər və İdman Nazirliyini də silkələyin, birlikdə Operativ Qərargaha müraciət edin. Bölgələrdəki idman qurğularının qapısındakı qıfıl açılsın, futbolçular rayonlara yollanıb məşqə başlasın. Axı, niyə də yox?!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 11:13 Yayın ilk keçidi Amin Seydiyev oldu Dünən, 10:56 Agentlər Aminin ölkə xaricinə yollanacağını düşünürlər Dünən, 10:47 EFA, “Fireland Football Club”, “Dortmund Bakı”, yox bir qaşqaldaq… Dünən, 10:28 Koronavirus olmasaydı... Dünən, 10:25 “Futbolu qaldırsa, veteranlar qaldıracaq” 23-05-2020, 11:14 Əməkdar məşqçi ölüm-qalım mübarizəsi aparır 23-05-2020, 11:02 “Qəbələ”nin elitada ilk qolunun müəllifi dükan işlədirmiş 23-05-2020, 10:58 AFFA-da qanvermə aksiyası 23-05-2020, 10:57 Bakı UEFA-ya təminat verib 23-05-2020, 10:54 “Ximki”: elita əvəzinə 2-ci dəstəyə 22-05-2020, 16:41 “Stəkan bir yana, əl altında olan hər şey paltardəyişmə otağında uçurdu!” 22-05-2020, 16:32 “Neftçi” bilərəkdən “Bəhramov”a sürgün edildi” 22-05-2020, 11:33 Kurtinaytis 300 nəfər qonaq üçün qəsr icarəyə götürüb 22-05-2020, 11:30 Kamran “Ximki”nin ən məhsuldar futbolçusudu 22-05-2020, 11:29 “Qarabağ”ın həkimi fikir bildirməkdə çətinlik çəkir 22-05-2020, 11:26 Yaşar Vahabzadə “Kəpəz”in futbolçularına kökəlməməyi tapşırıb 22-05-2020, 11:23 Mehman Allahverdiyev cəzalı ola-ola meydana çıxıb 22-05-2020, 11:21 Elxan müəllim, bəs qərar açıqlanacaqdı? 22-05-2020, 11:17 PFL növbəti videkonfransa qatıldı 22-05-2020, 11:16 “Kəpəz”lə “Turan Tovuz” istənilən qərara razı olacaq 22-05-2020, 11:13 “Xaqani Məmmədovun sanki sumqayıtlı hakimlərə qarşı allergiyası var idi” 20-05-2020, 11:30 AFFA divizionda və liqalarda mövsümü erkən bitirir 20-05-2020, 11:27 “Sumqayıt”da 55 nəfər testdən keçdi, “Qəbələ” isə gözləyir 20-05-2020, 11:25 Rövşən Hüseynli birbaşa pley-offa keçməyi təklif etdi 20-05-2020, 11:24 Futzal çempionatında durum futboldakından fərqlidi 20-05-2020, 11:20 Jurnalistlər yerli məşqçinin tərəfdarıdı 20-05-2020, 11:18 Nazarovun qol sevinci yadda qaldı 20-05-2020, 11:17 Millət vəkillləri çempionatın bərpasını istəyir 20-05-2020, 11:14 İsmayıllı Olimpiya İdman Kompleksindən məhkəməyə şikayət olundu 20-05-2020, 11:12 “Futbolla vidalaşandan sonra yəqin ki fermada yaşayacam” 20-05-2020, 11:10 UEFA təxirə saldı, PFL-in rəisi maraqlı şərh yazdı 20-05-2020, 11:09 Brifinqdə yenə futbol unudulmadı 20-05-2020, 11:05 Ploeştidə meydandan qovulan Ramin Nəsibov imiş… 18-05-2020, 14:27 Şahin Diniyev yığmanın baş məşqçisiz qalmasını məqsədəuyğun sayır 18-05-2020, 14:26 Ramin Musayev müalicə aldığına görə videokonfransa qatılmayıb 18-05-2020, 14:13 Yığma üzvlərinin maaşı aprelin sonunda ödənilib 18-05-2020, 14:10 “Qurban Qurbanova “deputatsan, toxunulmazlığın var, futbolçunu itələyərlər də” dedim” 18-05-2020, 14:07 Futzal niyə yada düşmədi? 18-05-2020, 14:05 Şensoy Konkovu təbrik etməyəcək 18-05-2020, 13:59 “Avrokuboklara gedəcək klublar indidən hazırlaşmalı, məşq etməlidilər” 18-05-2020, 13:57 Futbolçular yeniliyi müsbət qarşıladılar 18-05-2020, 13:53 Mətbuat Şehiçi “yoluxdurdu” 18-05-2020, 13:37 “Azərbaycandakı iqlim qazon saxlamaq üçün əlverişli deyil” 18-05-2020, 13:32 Futbolla bağlı qadağa bu həftə götürüləcək 17-05-2020, 11:28 Türk şahmatçı Mahir Məmmədovun FIDE-də çalışmasını düzgün saymır 17-05-2020, 11:26 Karlsen bizimkiləri “görmür” 17-05-2020, 11:20 Beş əvəzləmənin müsbət və mənfi tərəfləri 17-05-2020, 11:17 Klublar Komitəsinin iclasında daha çox təqvim müzakirə olunub 17-05-2020, 11:13 Skarlatake “Sumqayıt”la əlavə oyun istəyir 17-05-2020, 11:10 “Ağsu Siti” yeni arenaya köçür 16-05-2020, 10:56 Hər şey hazırdı, başlaya bilərik! 16-05-2020, 10:31 “Qəbələ”nin 195 iddialısı 16-05-2020, 10:27 “Neftçi” liderdi, baş məşqçinin oğlu bombardir 16-05-2020, 10:23 Namaşko “Keşlə”dən yeni müqavilə gözləyir 16-05-2020, 10:19 Baba yaşında ...ata olacaq 16-05-2020, 10:15 Elnur Əşrəfoğlu: “İndi həmin şərhimə qulaq asanda gülməyim gəlir” 16-05-2020, 10:09 Türklərə qarşı oynayan yığmanı Ələkbər Cəfərov çalışdırıb Bütün xəbərlər
Ən çox oxunanlar