11 may 11:08Yazar

Utanın!

20 Yanvar günü, üzr istəyirəm, birinci sinifdə oxuyan qızım 1990-cı ilin həmin günü ilə bağlı bildiklərini danışmaq həvəsinə düşəndə, bir ata kimi dinləməliydim. Qulaq asdım, məktəbdə eşitdiklərini nəql edib, sonda güldü. Bu, 7 yaşlı uşağın bir faciəni anlamaması, sadəcə, eşitdiklərini mənə istədiyi şəkildə çatdırdığı üçün sevinc gülüşü idi. Müəlliməsi sağ olsun, 30 il əvvəl rus ordusunun dinc xalqın başına açdığı oyunları ucundan-qulağından da olsa, anlatmağa çalışmışdı. Amma eşitdikləri o qədər kasad idi ki, ömürlük yaddaşının bir küncünə həkk etdirməsi mümkünsüz görünürdü mənim üçün.
Düzdü, o vaxt özüm də faciəyə görə baxçaya getmədiyim üçün sevinəcək qədər balaca idim. Cəmi 7 yaşında. Amma yaşananların hal şahidi olduğum üçün, həm də bizə isti-isti danışmışdılar deyə, kifayət qədər məlumatlıyam. Qızıma tankın üstündən keçiyi maşının içində sıxılıb qalan bığlı əmidən, İlhama görə özünü öldürən Fərizədən, suçsuz məktəbli Larisadan, rusların gülləsinə tuş gələn rus Valeri ilə Veradan danışanda xeyli təəccübləndi, daha da maraqlı gəlməyə başladı ona. Və mən bununla rahatlaşdım. Çünki bir valideyn kimi borcumu yerinə yetirdim ki, özü də nə vaxtsa valideyn olanda övladlarına başa salsın. Axı mənə də başa salmışdılar. Yəni keçmişdə yaşananlar bir tarixdi, onları nəsildən-nəslə ötürmək borcumuzdu.
Həmkarımız İlkin Babanın təqdimatında hər həftənin şənbə və bazar günlərinə təsadüf edən “Ulduzların yarışı” verilişini böyük əksəriyyətin səbirsizliklə gözlədiyinə-izlədiyinə əminəm. Xüsusən də ordakı iştirakçıların oyunlarının canlı şahidi olanlar üçün maraqlı layihədi. Maşallah, hər birinin özünə görə ad-sanı var, hər biri qazandığı titullara görə öyünə biləcək simalardı. Marağıma səbəb olan nə verilən suallardı, nə də cavablar. Daha çox kimin nə qədər bildiyinə tamaşa etmək istəyindəyəm. Belə baxanda, hər birini yetərincə yaxından tanıyıram, intellektual səviyyələrinə bələdəm. Amma yenə də...
Adım kimi əminəm ki, verilişi izləyənlər, yəni verilən cavabları eşidənlərin böyük qismi iki əli ilə üzünü tutub, “kül bu ölkənin futbolunun başına” deyir. İştirakçılar arasında Şahid Diniyevlə Arif Əsədov, hə, bir az də Mahmud Qurbanovla Samir Əliyev Azərbaycan futbolunun, daha doğrusu, yığmanın tarixiylə bağlı suallara doğru cavab verməklə diqqəti çəkir. Cahangir Həsənzadə də ara-sıra yaxşı mənada gözə dəyir. Amma Ramiz Məmmədov, Yunis Hüseynov və Aslan Kərimov...
Deyirəm, nə qədər diqqətsiz, laqeyd, vecsiz olmalısan ki, yığmanın müstəqillik tarixindəki ilk seçmə mərhələdə nə qədər xal topladığından xəbərsiz olasan. Ölkə futboluna nə qədər vecsiz yanaşmalısan ki, cəmi iki il əvvəl Qurban Qurbanovun rəhbərliyi altında millinin səfərdə Farer adaları üzərində qazandığı 3:0 hesablı qalibiyyətin yığma tarixinin rəsmi matçlarda ən böyükhesablı qələbəsi olduğunu bilməyəsən. Nə qədər unutqan olmalısan ki, Lixtenşteynlə oyundakı 4:0 hesablı qələbə zamanı yığmanın baş məşqçisinin Əhməd Ələsgərov yox, Berti Foqts olduğunu deyəsən. Nə qədər savadsız olmalısan ki, vaxtilə özün hansı komandanın qapısına 1 oyunda iki dəfə yol tapdığını bilməyəsən.
Yəni bu suallara adını futbol bilicisi qoyub küçədən keçən birinin cavab verə bilməməsi başadüşüləndi. Amma Aslan Kərimovla Yunis Hüseynovun gözlərini döyməsi, udqunması, yanlış cavabla özünü güldürməsi anormallıqdı. Aslan Kərimov kateqoriya kurslarında dərs deyir, yəni gələcəyin məşqçilərinə nəsə öyrədir, savadlarını yoxlayır. Belə bir adamın yığma tarixindən xəbərsiz olması qəbulolunmazdı. Yunis Hüseynov da o cur, Cahangir Həsənzadə də, Ramiz Məmmədov da.
Vaxtilə millinin formasını geyib top dalınca qaçanların, biabırçı məğlubiyyətin hal şahidi olanların tarixi unutması mümkün olmamalıdı. Çünki onlar faciələr görüblər, səbəbkar olublar. Faciələr isə unudulmur. Eynilə 20 Yanvar unudulmadığı kimi. Onlar bu idman növündə tanınıb, özlərinə və övladlarına gələcək qurublar. Ən azı buna görə unutmaq haqqları yoxdu.
Həmin Aslan Kərimova “dirsəklə vurub meydandan kənara atdığınız futbolçu kim idi” sualını versəz, düşünmədən Kriştiano Ronaldonun adını çəkəcək. Çünki bunu özünə fəxr bilir, qəhrəmanlığa imza atdığını düşünür. Yunis Hüseynova UEFA kubokunda mərhələ adlayan ilk komandamızın baş məşqçisi kim olub desən, şirin Gəncə ləhcəsində zarafata salıb öz adını çəkəcək. “Filan vaxt bağladığınız müqaviləyə görə nə qədər “podyomnı” almışdız” sualını versək, hamısı bülbül kimi otəcək.
Ayıbdı, həqiqətən ayıbdı. Futbol ictimaiyyəti, televiziya qarşısında oturanlar bir tərəfə. Heç olmasa, övladlarınızdan, yaxınlarınızdan utanın. Utanın ona görə ki, nə vaxtsa yığma formasını geydiyinizi fəxrlə deyəndə evdəkilər sizə dodaqlarını büzüb oğrun-oğrun gülməsinlər. Utanın ona görə ki, onlara futbol tariximizlə bağlı danışmaq savadınız yoxdu. Utanın əsas ona görə ki, o verilişdə yığmanın sabiq oyunçusu, futbol mütəxəssisi kimi təqdim olunursuz...
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 11:13 Yayın ilk keçidi Amin Seydiyev oldu Dünən, 10:56 Agentlər Aminin ölkə xaricinə yollanacağını düşünürlər Dünən, 10:47 EFA, “Fireland Football Club”, “Dortmund Bakı”, yox bir qaşqaldaq… Dünən, 10:28 Koronavirus olmasaydı... Dünən, 10:25 “Futbolu qaldırsa, veteranlar qaldıracaq” 23-05-2020, 11:14 Əməkdar məşqçi ölüm-qalım mübarizəsi aparır 23-05-2020, 11:02 “Qəbələ”nin elitada ilk qolunun müəllifi dükan işlədirmiş 23-05-2020, 10:58 AFFA-da qanvermə aksiyası 23-05-2020, 10:57 Bakı UEFA-ya təminat verib 23-05-2020, 10:54 “Ximki”: elita əvəzinə 2-ci dəstəyə 22-05-2020, 16:41 “Stəkan bir yana, əl altında olan hər şey paltardəyişmə otağında uçurdu!” 22-05-2020, 16:32 “Neftçi” bilərəkdən “Bəhramov”a sürgün edildi” 22-05-2020, 11:33 Kurtinaytis 300 nəfər qonaq üçün qəsr icarəyə götürüb 22-05-2020, 11:30 Kamran “Ximki”nin ən məhsuldar futbolçusudu 22-05-2020, 11:29 “Qarabağ”ın həkimi fikir bildirməkdə çətinlik çəkir 22-05-2020, 11:26 Yaşar Vahabzadə “Kəpəz”in futbolçularına kökəlməməyi tapşırıb 22-05-2020, 11:23 Mehman Allahverdiyev cəzalı ola-ola meydana çıxıb 22-05-2020, 11:21 Elxan müəllim, bəs qərar açıqlanacaqdı? 22-05-2020, 11:17 PFL növbəti videkonfransa qatıldı 22-05-2020, 11:16 “Kəpəz”lə “Turan Tovuz” istənilən qərara razı olacaq 22-05-2020, 11:13 “Xaqani Məmmədovun sanki sumqayıtlı hakimlərə qarşı allergiyası var idi” 20-05-2020, 11:30 AFFA divizionda və liqalarda mövsümü erkən bitirir 20-05-2020, 11:27 “Sumqayıt”da 55 nəfər testdən keçdi, “Qəbələ” isə gözləyir 20-05-2020, 11:25 Rövşən Hüseynli birbaşa pley-offa keçməyi təklif etdi 20-05-2020, 11:24 Futzal çempionatında durum futboldakından fərqlidi 20-05-2020, 11:20 Jurnalistlər yerli məşqçinin tərəfdarıdı 20-05-2020, 11:18 Nazarovun qol sevinci yadda qaldı 20-05-2020, 11:17 Millət vəkillləri çempionatın bərpasını istəyir 20-05-2020, 11:14 İsmayıllı Olimpiya İdman Kompleksindən məhkəməyə şikayət olundu 20-05-2020, 11:12 “Futbolla vidalaşandan sonra yəqin ki fermada yaşayacam” 20-05-2020, 11:10 UEFA təxirə saldı, PFL-in rəisi maraqlı şərh yazdı 20-05-2020, 11:09 Brifinqdə yenə futbol unudulmadı 20-05-2020, 11:05 Ploeştidə meydandan qovulan Ramin Nəsibov imiş… 18-05-2020, 14:27 Şahin Diniyev yığmanın baş məşqçisiz qalmasını məqsədəuyğun sayır 18-05-2020, 14:26 Ramin Musayev müalicə aldığına görə videokonfransa qatılmayıb 18-05-2020, 14:13 Yığma üzvlərinin maaşı aprelin sonunda ödənilib 18-05-2020, 14:10 “Qurban Qurbanova “deputatsan, toxunulmazlığın var, futbolçunu itələyərlər də” dedim” 18-05-2020, 14:07 Futzal niyə yada düşmədi? 18-05-2020, 14:05 Şensoy Konkovu təbrik etməyəcək 18-05-2020, 13:59 “Avrokuboklara gedəcək klublar indidən hazırlaşmalı, məşq etməlidilər” 18-05-2020, 13:57 Futbolçular yeniliyi müsbət qarşıladılar 18-05-2020, 13:53 Mətbuat Şehiçi “yoluxdurdu” 18-05-2020, 13:37 “Azərbaycandakı iqlim qazon saxlamaq üçün əlverişli deyil” 18-05-2020, 13:32 Futbolla bağlı qadağa bu həftə götürüləcək 17-05-2020, 11:28 Türk şahmatçı Mahir Məmmədovun FIDE-də çalışmasını düzgün saymır 17-05-2020, 11:26 Karlsen bizimkiləri “görmür” 17-05-2020, 11:20 Beş əvəzləmənin müsbət və mənfi tərəfləri 17-05-2020, 11:17 Klublar Komitəsinin iclasında daha çox təqvim müzakirə olunub 17-05-2020, 11:13 Skarlatake “Sumqayıt”la əlavə oyun istəyir 17-05-2020, 11:10 “Ağsu Siti” yeni arenaya köçür 16-05-2020, 10:56 Hər şey hazırdı, başlaya bilərik! 16-05-2020, 10:31 “Qəbələ”nin 195 iddialısı 16-05-2020, 10:27 “Neftçi” liderdi, baş məşqçinin oğlu bombardir 16-05-2020, 10:23 Namaşko “Keşlə”dən yeni müqavilə gözləyir 16-05-2020, 10:19 Baba yaşında ...ata olacaq 16-05-2020, 10:15 Elnur Əşrəfoğlu: “İndi həmin şərhimə qulaq asanda gülməyim gəlir” 16-05-2020, 10:09 Türklərə qarşı oynayan yığmanı Ələkbər Cəfərov çalışdırıb Bütün xəbərlər
Ən çox oxunanlar