11 may 10:18Yazar

“Olum” və “ölüm” variantları üzərində gəzişmə

Əslində son həftələrdə ölkədaxili yarışların bərpa perspektivi ilə bağlı saytda və qəzetdə işıq üzü görən bütün yazılarımı “Lənətə gələsən, koronavirus” silsiləsinə salıb, ayrıca broşür halında çap etdirmək daha maraqlı olardı. Başqa nə edəsiyik ki?! Koronavirus hər kəsin əl-qolunu bağlayıb və indi bütün rasioanal və irrasional həll yollarının axtarışına çıxmalıyıq. Təbii ki, hər birində müəyyən düzəlişlərə əl atmaqla yalnız iki yol var: çempionat və kubok oyunlarını keçirmək, ya da hər ikisini ləğv etmək.
Bərpa perspektivi ilə bağlı bütün variantların kökündə Operativ Qərargahın mümkün xeyir-duası, yəni idman qurğularından istifadəyə qoyulan qadağanı götürməsi, karantin rejiminin şərtlərini yumşaltması dayanır. Sabah bəlkə də vəziyyət dəyişəcək, amma bu gün üçün ümidverici, deməli, həm də PFL rəhbərliyinin susqunluğu pozmasına imkan verən heç bir xəbər yoxdu. Düzdü, Azərbaycan futbolu da seytnotda deyil. Nə təşkilatçı qurum kimi PFL, nə də olayın qəhrəmanları – yaşıl meydana çıxmalı olan komandalar. Karantin rejimi bundan sonra iki həftə uzadılsa da belə, PFL-in təqvimdən bir ay qoparmaq, ölkədaxili yarışları bitirmək imkanı olacaq. Söhbət cəmi 37 oyunun təşkilindən və “start” düyməsini basmağa qədər davam edəcək 15 günlük hazırlıq dönəmindən gedir. Ölkə klubları özü-özünü maliyyələşdirən, bilet satışından, transferlərdən, teleyayından pul qazanan təsərrüfat subyektləri olsaydı, hay-küy aləmi götürər, vaxt məhdudluğu klub rəhbərlərini və futbolçuları dəliyə döndərərdi. Ancaq sirr deyil ki, futbol artıq uzun illərdi ölkəmizdə sosial layihəyə çevrilib. Klubların avrokubok və yığmanın beynəlxalq oyunları zamanı müəyyən canlanma yaranır, böyük əksəriyyət futbolun da kültürünün bir hissəsi olduğunu dərk edərək, stadionların yolunu tutur, qalan vaxtlarda isə sanki heç bu ölkədə futbol oyunları keçirilmir. Deməli, yarışların bərpası nə qədər ləngisə də, müqavilə müddəti bitən bir qrup əcnəbi istisna olmaqla, heç kim hay-küy salmayacaq, ictimai qınaq görməyəcəyik.
...Gəlin, xəyali olaraq belə təsəvvür edək ki, Operativ Qərargahın sərt qadağaları üzündən PFL mövsümü bitirməyə imkan-vaxt tapmayacaq, bu qurumun razılığı ilə AFFA İcraiyyə Komitəsi prosedura uyğun şəkildə indiki turnir cədvəlini əsas götürəcək və beləcə həm çempionun, həm də avrokubok iştirakçılarının adı bilinəcək. Əlbəttə, mən bunu çıxılmazlığın son həddi kimi qəbul edirəm və gerçəkləşəcəyinə inanmıram. Amma necə deyərlər, şər deməsən, xeyir gəlməz. Belədə hadisələrin axarının iki variantı gözlənilə bilər. Fransa və Niderlandda oyunlar bitmədən çempionun, avrokuboklara qatılanların müəyyənləşdiyini və belə qərarların necə güclü etiraz dalğasına yol açdığını bilirsiz. Klublar kütləvi şəkildə vətəndaş məhkəmələrinə üz tutur. Bu isə o deməkdi ki, sabah avrokubokların qızğın çağında da UEFA-nın bu iki ölkədən olan klublarla bağlı saysız-hesabsız qalmaqalla üzləşməsi mümkündü. Əlbəttə, lap AFFA indiki nəticələri tanımaq qərarı versə də belə, ölkəmizdə oxşar etiraz dalğasının yaranağını gözləməyə dəyməz. Bizdə klublar cəmi iki-üç mənbədən maliyyələşir, az qala futbol təsərrüfatı ortaq mərkəzdən idarə olunur. Bir çempionluğa və ya kubokun sahibi tituluna görə axı kimdi hər kəslə üz-göz olan, gələcək perspektivlərini sual altına salan?
Hə, bu işin daha çox dartışılacaq mənəvi tərəfi var ki, mən indi məhz bu məqam üzərində dayanmaq istəyirəm. Tutaq ki, bu gün “Neftçi” 8 xal geridə olduğu “Qarabağ”ın çempion sayılmasıyla bağlı heç bir səs-küy salmadı və PFL də qızıl medalları Ağdam futbolçularının boynundan asdı. Bəs sabah necə olacaq? “Neftçi”nin rəsmiləri və oyunçuları hər imkanda çempionluğun yaşıl meydanda qazanılmadığını “Qarabağ” camiəsinin başına qaxınc etməyəcəkmi? Və ya həmin “Qarabağ”ın rəhbərliyi, məşqçi korpusu və futbolçuları vaxtaşırı “o çempionluğu necə qiymətləndirirsiz, hər şey ədalətli oldumu” sualı ilə üzləşməyəcəkmi?
Bilirsizmi, niyə indi bu məqamların üzərində xüsusi dayanıram? 1996/97 mövsümünün sonunda ölkəmizdə yaşanan və Avropanı da şoka salan qalmaqalı unuda bilmədiyimə görə. Axı, onda AFFA rəhbərliyi çox əcaib, amma “Neftçi”nin də razılıq verdiyi reqlamentə söykənərək, “Qarabağ”ı çempion saymış, UEFA isə paytaxt klubunu çempion kimi tanıyaraq, Çempionlar Liqasına buraxmışdı. Bu mübahisə illər boyunca davam etdi. Nəhayət, PFL yaranandan, formalaşandan sonra “Neftçi”nin çempionluğunu qəbul etdi və paytaxt klubu da bunun təsdiqi kimi formasına ulduz sancmaq imkanı qazandı. Baxmayaraq ki, bu gün də həmin mövsümün qızıl medalları həmin dövrdə “Qarabağ”ın formasını geyən futbolçuların sandığındadı və məhz onlar yeri düşəndə hələ də özlərinin çempion olduqlarını iddia edirlər.
Yaşıl meydanda qazanılmayan bütün çempionluqlar ətrafında polemika açılması, hər kəsin özünə görə həqiqətlər adası yaratması mümkündü. Bu gün turnir cədvəlinin 2-ci pilləsində “Neftçi” yox, məsələn, “Keşlə” qərarlaşsaydı, bəlkə də çempionluq mövzusuna incəliklərinə qədər toxunmaz, mümkün variantları göz önünə sərməzdim. Amma tərəflərdən biri “Neftçi”, o biri “Qarabağ”dısa, yəni söhbət ölkənin iki böyük klubundan gedirsə, futbola rəhbərlik edənlər mövsümün vaxtından əvvəl bitməsi halında özlərini hər cür söz-söhbətə də, ittiham dalğasına da hazırlamalıdılar. Gerçəkləri demək biz jurnalistlərin peşə borcudu!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 11:13 Yayın ilk keçidi Amin Seydiyev oldu Dünən, 10:56 Agentlər Aminin ölkə xaricinə yollanacağını düşünürlər Dünən, 10:47 EFA, “Fireland Football Club”, “Dortmund Bakı”, yox bir qaşqaldaq… Dünən, 10:28 Koronavirus olmasaydı... Dünən, 10:25 “Futbolu qaldırsa, veteranlar qaldıracaq” 23-05-2020, 11:14 Əməkdar məşqçi ölüm-qalım mübarizəsi aparır 23-05-2020, 11:02 “Qəbələ”nin elitada ilk qolunun müəllifi dükan işlədirmiş 23-05-2020, 10:58 AFFA-da qanvermə aksiyası 23-05-2020, 10:57 Bakı UEFA-ya təminat verib 23-05-2020, 10:54 “Ximki”: elita əvəzinə 2-ci dəstəyə 22-05-2020, 16:41 “Stəkan bir yana, əl altında olan hər şey paltardəyişmə otağında uçurdu!” 22-05-2020, 16:32 “Neftçi” bilərəkdən “Bəhramov”a sürgün edildi” 22-05-2020, 11:33 Kurtinaytis 300 nəfər qonaq üçün qəsr icarəyə götürüb 22-05-2020, 11:30 Kamran “Ximki”nin ən məhsuldar futbolçusudu 22-05-2020, 11:29 “Qarabağ”ın həkimi fikir bildirməkdə çətinlik çəkir 22-05-2020, 11:26 Yaşar Vahabzadə “Kəpəz”in futbolçularına kökəlməməyi tapşırıb 22-05-2020, 11:23 Mehman Allahverdiyev cəzalı ola-ola meydana çıxıb 22-05-2020, 11:21 Elxan müəllim, bəs qərar açıqlanacaqdı? 22-05-2020, 11:17 PFL növbəti videkonfransa qatıldı 22-05-2020, 11:16 “Kəpəz”lə “Turan Tovuz” istənilən qərara razı olacaq 22-05-2020, 11:13 “Xaqani Məmmədovun sanki sumqayıtlı hakimlərə qarşı allergiyası var idi” 20-05-2020, 11:30 AFFA divizionda və liqalarda mövsümü erkən bitirir 20-05-2020, 11:27 “Sumqayıt”da 55 nəfər testdən keçdi, “Qəbələ” isə gözləyir 20-05-2020, 11:25 Rövşən Hüseynli birbaşa pley-offa keçməyi təklif etdi 20-05-2020, 11:24 Futzal çempionatında durum futboldakından fərqlidi 20-05-2020, 11:20 Jurnalistlər yerli məşqçinin tərəfdarıdı 20-05-2020, 11:18 Nazarovun qol sevinci yadda qaldı 20-05-2020, 11:17 Millət vəkillləri çempionatın bərpasını istəyir 20-05-2020, 11:14 İsmayıllı Olimpiya İdman Kompleksindən məhkəməyə şikayət olundu 20-05-2020, 11:12 “Futbolla vidalaşandan sonra yəqin ki fermada yaşayacam” 20-05-2020, 11:10 UEFA təxirə saldı, PFL-in rəisi maraqlı şərh yazdı 20-05-2020, 11:09 Brifinqdə yenə futbol unudulmadı 20-05-2020, 11:05 Ploeştidə meydandan qovulan Ramin Nəsibov imiş… 18-05-2020, 14:27 Şahin Diniyev yığmanın baş məşqçisiz qalmasını məqsədəuyğun sayır 18-05-2020, 14:26 Ramin Musayev müalicə aldığına görə videokonfransa qatılmayıb 18-05-2020, 14:13 Yığma üzvlərinin maaşı aprelin sonunda ödənilib 18-05-2020, 14:10 “Qurban Qurbanova “deputatsan, toxunulmazlığın var, futbolçunu itələyərlər də” dedim” 18-05-2020, 14:07 Futzal niyə yada düşmədi? 18-05-2020, 14:05 Şensoy Konkovu təbrik etməyəcək 18-05-2020, 13:59 “Avrokuboklara gedəcək klublar indidən hazırlaşmalı, məşq etməlidilər” 18-05-2020, 13:57 Futbolçular yeniliyi müsbət qarşıladılar 18-05-2020, 13:53 Mətbuat Şehiçi “yoluxdurdu” 18-05-2020, 13:37 “Azərbaycandakı iqlim qazon saxlamaq üçün əlverişli deyil” 18-05-2020, 13:32 Futbolla bağlı qadağa bu həftə götürüləcək 17-05-2020, 11:28 Türk şahmatçı Mahir Məmmədovun FIDE-də çalışmasını düzgün saymır 17-05-2020, 11:26 Karlsen bizimkiləri “görmür” 17-05-2020, 11:20 Beş əvəzləmənin müsbət və mənfi tərəfləri 17-05-2020, 11:17 Klublar Komitəsinin iclasında daha çox təqvim müzakirə olunub 17-05-2020, 11:13 Skarlatake “Sumqayıt”la əlavə oyun istəyir 17-05-2020, 11:10 “Ağsu Siti” yeni arenaya köçür 16-05-2020, 10:56 Hər şey hazırdı, başlaya bilərik! 16-05-2020, 10:31 “Qəbələ”nin 195 iddialısı 16-05-2020, 10:27 “Neftçi” liderdi, baş məşqçinin oğlu bombardir 16-05-2020, 10:23 Namaşko “Keşlə”dən yeni müqavilə gözləyir 16-05-2020, 10:19 Baba yaşında ...ata olacaq 16-05-2020, 10:15 Elnur Əşrəfoğlu: “İndi həmin şərhimə qulaq asanda gülməyim gəlir” 16-05-2020, 10:09 Türklərə qarşı oynayan yığmanı Ələkbər Cəfərov çalışdırıb Bütün xəbərlər
Ən çox oxunanlar