03 may 15:39Yazar

Rövşən Əhmədovun qəfil xatırlanması

Karantin günlərini hərə bir cür keçirir. Kimisi əzab-əziyyətlə günü-günə calayır, qürurunu sındırmadan, başqasına ağız açmadan bu çətin dövrü başa vurmağa çalışır. Xeyirxah insanların, dövlət qurumlarının, qohum-qonşunun edəcəyi yardımın həsrətində olanlar, balalarıyla birlikdə gözünü qapıya dikənlər də var. Təəssüf ki, həmin qrupa daxil olanlar sırasında futbol veteranları, ömürlərini-günlərini Azərbaycanda top oyununun var olması üçün xərcləyənlər də var. Xüsusilə də bu karantin günlərində diqqətlər daha çox Gəncəyə yönəldi. Gəncəli futbol veteranları Arzu Mirzəyevlə Rövşən Əhmədovun düşdüyü acınacaqlı vəziyyət, yaşadıqları məhrumiyyətlər bütün ölkəyə yayıldı. Yalnız bundan sonra Mirzəyevlə Əhmədovun problemlərininin həlli üçün müəyyən addımlar atılmağa başladı. Düzdü, Arzu Mirzəyevə göstərilən diqqət yalnız müəyyən yardım paketləriylə məhdudlaşır, 58 yaşlı futbol veteranın işlə təmin olunmasıyla bağlı hansısa təklif eşitməmişik.
Amma Rövşən Əhmədovun məsələsi bir qədər fərqlidi. Deyilənlərə inansaq, ötənlərin məşhur qolçusunu Gəncədə sevdiyi işlə təmin edəcəklər, doğma şəhərin istedadlı uşaqlarına futbolun sirlərini məhz Əhmədov öyrədəcək. AFFA-nın istənilən işsiz mütəxəssisə qarşı əlində bayraq etdiyi “lisenziyası yoxdu” bəhanəsi də tezliklə aradan qalxacaq. Yeri gəlmişkən, AFFA-nın bu bəhanəsi xeyli gülünc və uğursuzdu. Adama deyərlər ki, məgər məşqçilik kateqoriyası olan futbol veteranlarının hamısı işlə təmin olunub ki?! Veteranların əksəriyyəti futbol oynadıqları vaxtdan topladıqları pulların bir qismini elə bu məşqçi kurslarına xərcləyir. Amma onların həmin lisenziyası da adamı olmayan kasıb universitet məzunlarının diplomları kimi yararsız kağız parçasına çevrilir. Məşqçilik lisenziyasına sahib olmaq, futbolu yaxşı bilmək, keçmişdə yaxşı futbolçu olmaq belə futbol sahəsində iş tapmaq üçün kifayət deyil. Bunun üçün AFFA-da yaxşı “day-day”ın olmalıdı. Olmalıdı ki, onlar da səni nəzarətdə saxladıqları klubların birində işlə təmin etsinlər. Sən də başını orda girələyəsən. Düzdü, baş məşqçi işləmək şansın elə də çox olmur. Amma hər halda, baş məşqçilərin yanında köməkçi kimi gün keçirmək, yaxud da aşağı yaş qruplarının birində “fırlanmaq” mümkündü. Bəxtin gətirsə, səni milli komandaların birinə də göndərə bilərlər. Məsələn, Elxan Abdullayev kimi. Hansısa səbəbdən AFFA səndən dəstəyini çəkəndə məşqçilikdən sürücülüyə keçə, xoşbəxtliyi (yəni dolanışıq üçün bir tikə çörəyi) Azərbaycandan çox uzaqlarda axtara da bilərsən. Məsələn, elə gəncəli mütəxəssis Etibar İbrahimov kimi...
Mövzumuzdan çox da uzaqlaşmadan qayıdaq çətin günlərin qəhrəmanına çevrilən Rövşən Əhmədova. “Kəpəz”in mətbuat xidmətinin rəhbəri, dəyərli Azad Mustafayev şəxsən bəyan edib ki, Rövşən Əhmədov məşqçilik etməsi üçün tələb olunan C lisenziyasını tezliklə ala biləcək. Onun müvafiq məşqçilik kurslarına qatılması da “Kəpəz”in maddi dəstəyi ilə təmin ediləcək, kursun ödənişi, yəni 600 manat məhz Gəncə klubunun hesabından ödənəcək. Bütün bunlar sevindirici xəbərlərdi. Hərdən düşünürsən ki, koronavirus pandemiyasının gətirdiyi bəlaların, vurduğu zərbələrin fonunda bu cür sevindirici xəbərlərin olması çox yaxşıdı. Atalarımız da hər işdə bir xeyrin olduğunu hələ yüzillər əvvəl deyiblər. Xüsusi karantin rejimi olmasaydı, nə Arzu Mirzəyevin güzəranından xəbər tutacaqdıq, nə də Rövşən Əhmədovun fəhləlik etməsindən. Gəncə şəhərini Milli Məclisdə təmsil edən deputat, eyni zamanda “Kəpəz”in Müşahidə Şurasının üzvü olan Müşfiq Cəfərov məhz Əhmədovun düşdüyü vəziyyət aktuallaşdıqdan sonra onunla maraqlanmağa başlayıb. Cəfərovun Rövşən bəyin məsələsini nəzarətə götürməsi hadisələrin xoş sonluqla nətəcələnəcəyinə ümid yaradır. İnanırıq ki, tezliklə Əhmədov gəncəli uşaqları başına toplayacaq, onlara rəqibin qapı torunu necə silkələməyin lazım olduğunu göstərəcək.
AFFA məhz bu məqamı nəzərə almalıdı. Bəzən etirazlar, qınaqlar eşidirik. “AFFA-nın borcu veteranlara təqaüd vermək deyil, AFFA-nın kimisə işə düzəltmək öhdəliyi yoxdu” kimi iddialar səslənir. Bəli, əzizlərim, dediklərinizdə həqiqət var. Amma bir reallığı mütləq nəzərə almalısız. Onun adı Azərbaycan reallığıdı! Elxan Məmmədovun həndəvərində fırlananlar, ona çəpik çalanlar eyni anda üç-dörd yerdə işlə təmin olunurlar. Ömründə ayağına top dəyməyən biri həm Futzal Federasiyasında çalışır, həm əsas millidə inzibatçılıq edir, Klublar Komitəsini də ona tapşırırlar. Hələ ürəkləri soyumur, eyni adamı UEFA nümayəndəsi kimi qeydiyyata aldırırlar. Həm AFFA-nın nəzdindəki şöbələrdə kürsü tutan, həm də öz nəzarətlərində olan klubların Müşahidə Şurasında üzv kimi “paket” alanlar da yetərincədi. Belə nümunələri hamımız zaman-zaman görmüşük. Elə AFFA-nın sözçüsü Mikayıl Nərimanoğlunun bir vaxtlar “Kəpəz”in Müşahidə Şurasında söz sahibi olması kimi. Qəribədi ki, Nərimanoğlu yeyinti üstündə əlindəki vəzifələri itirəndə onun yerinə millinin inzibatçısı İslam Abbasovu göndərdilər. O boyda Gəncədə “Kəpəz”in Müşahidə Şurasını idarə etməyə layiqli bir kadr tapılmadı. İnsanları qıcıqlandıran, tənqidləri alovlandıran da məhz bu məqamlardı. Rövşən Əhmədov, Arzu Mirzəyev kimi ötənlərin məşhur futbolçularının bu günün kasıb vətəndaşına çevrilməsi də, futboldan uzaq salınması da belə nümunələrdəndi. Başları tayfabazlığa, qruplaşmaya, qaz vurub qazan doldurmağa elə qarışır ki, veteranların bilik və bacarığından yararlanmaq, onları da bir tikə çörək sahibi etmək yaddan çıxır. Onlar qəfil xatırlananda isə ortaya belə acınacaqlı mənzərə çıxır, məcbur olub bəhanə arxasına sığınırsız. Etməyin belə, cənablar!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 11:13 Yayın ilk keçidi Amin Seydiyev oldu Dünən, 10:56 Agentlər Aminin ölkə xaricinə yollanacağını düşünürlər Dünən, 10:47 EFA, “Fireland Football Club”, “Dortmund Bakı”, yox bir qaşqaldaq… Dünən, 10:28 Koronavirus olmasaydı... Dünən, 10:25 “Futbolu qaldırsa, veteranlar qaldıracaq” 23-05-2020, 11:14 Əməkdar məşqçi ölüm-qalım mübarizəsi aparır 23-05-2020, 11:02 “Qəbələ”nin elitada ilk qolunun müəllifi dükan işlədirmiş 23-05-2020, 10:58 AFFA-da qanvermə aksiyası 23-05-2020, 10:57 Bakı UEFA-ya təminat verib 23-05-2020, 10:54 “Ximki”: elita əvəzinə 2-ci dəstəyə 22-05-2020, 16:41 “Stəkan bir yana, əl altında olan hər şey paltardəyişmə otağında uçurdu!” 22-05-2020, 16:32 “Neftçi” bilərəkdən “Bəhramov”a sürgün edildi” 22-05-2020, 11:33 Kurtinaytis 300 nəfər qonaq üçün qəsr icarəyə götürüb 22-05-2020, 11:30 Kamran “Ximki”nin ən məhsuldar futbolçusudu 22-05-2020, 11:29 “Qarabağ”ın həkimi fikir bildirməkdə çətinlik çəkir 22-05-2020, 11:26 Yaşar Vahabzadə “Kəpəz”in futbolçularına kökəlməməyi tapşırıb 22-05-2020, 11:23 Mehman Allahverdiyev cəzalı ola-ola meydana çıxıb 22-05-2020, 11:21 Elxan müəllim, bəs qərar açıqlanacaqdı? 22-05-2020, 11:17 PFL növbəti videkonfransa qatıldı 22-05-2020, 11:16 “Kəpəz”lə “Turan Tovuz” istənilən qərara razı olacaq 22-05-2020, 11:13 “Xaqani Məmmədovun sanki sumqayıtlı hakimlərə qarşı allergiyası var idi” 20-05-2020, 11:30 AFFA divizionda və liqalarda mövsümü erkən bitirir 20-05-2020, 11:27 “Sumqayıt”da 55 nəfər testdən keçdi, “Qəbələ” isə gözləyir 20-05-2020, 11:25 Rövşən Hüseynli birbaşa pley-offa keçməyi təklif etdi 20-05-2020, 11:24 Futzal çempionatında durum futboldakından fərqlidi 20-05-2020, 11:20 Jurnalistlər yerli məşqçinin tərəfdarıdı 20-05-2020, 11:18 Nazarovun qol sevinci yadda qaldı 20-05-2020, 11:17 Millət vəkillləri çempionatın bərpasını istəyir 20-05-2020, 11:14 İsmayıllı Olimpiya İdman Kompleksindən məhkəməyə şikayət olundu 20-05-2020, 11:12 “Futbolla vidalaşandan sonra yəqin ki fermada yaşayacam” 20-05-2020, 11:10 UEFA təxirə saldı, PFL-in rəisi maraqlı şərh yazdı 20-05-2020, 11:09 Brifinqdə yenə futbol unudulmadı 20-05-2020, 11:05 Ploeştidə meydandan qovulan Ramin Nəsibov imiş… 18-05-2020, 14:27 Şahin Diniyev yığmanın baş məşqçisiz qalmasını məqsədəuyğun sayır 18-05-2020, 14:26 Ramin Musayev müalicə aldığına görə videokonfransa qatılmayıb 18-05-2020, 14:13 Yığma üzvlərinin maaşı aprelin sonunda ödənilib 18-05-2020, 14:10 “Qurban Qurbanova “deputatsan, toxunulmazlığın var, futbolçunu itələyərlər də” dedim” 18-05-2020, 14:07 Futzal niyə yada düşmədi? 18-05-2020, 14:05 Şensoy Konkovu təbrik etməyəcək 18-05-2020, 13:59 “Avrokuboklara gedəcək klublar indidən hazırlaşmalı, məşq etməlidilər” 18-05-2020, 13:57 Futbolçular yeniliyi müsbət qarşıladılar 18-05-2020, 13:53 Mətbuat Şehiçi “yoluxdurdu” 18-05-2020, 13:37 “Azərbaycandakı iqlim qazon saxlamaq üçün əlverişli deyil” 18-05-2020, 13:32 Futbolla bağlı qadağa bu həftə götürüləcək 17-05-2020, 11:28 Türk şahmatçı Mahir Məmmədovun FIDE-də çalışmasını düzgün saymır 17-05-2020, 11:26 Karlsen bizimkiləri “görmür” 17-05-2020, 11:20 Beş əvəzləmənin müsbət və mənfi tərəfləri 17-05-2020, 11:17 Klublar Komitəsinin iclasında daha çox təqvim müzakirə olunub 17-05-2020, 11:13 Skarlatake “Sumqayıt”la əlavə oyun istəyir 17-05-2020, 11:10 “Ağsu Siti” yeni arenaya köçür 16-05-2020, 10:56 Hər şey hazırdı, başlaya bilərik! 16-05-2020, 10:31 “Qəbələ”nin 195 iddialısı 16-05-2020, 10:27 “Neftçi” liderdi, baş məşqçinin oğlu bombardir 16-05-2020, 10:23 Namaşko “Keşlə”dən yeni müqavilə gözləyir 16-05-2020, 10:19 Baba yaşında ...ata olacaq 16-05-2020, 10:15 Elnur Əşrəfoğlu: “İndi həmin şərhimə qulaq asanda gülməyim gəlir” 16-05-2020, 10:09 Türklərə qarşı oynayan yığmanı Ələkbər Cəfərov çalışdırıb Bütün xəbərlər
Ən çox oxunanlar