23 apr 10:34Yazar

Düşdü neft qiymətdən, ay AFFA...

Dünyada gedən proseslər, koronavirus səbəbindan iqtisadiyyatda yaranan böhran neftin qiymətinə ciddi şəkildə təsir edib. Artıq neftin bir bareli adi qazsız suda belə ucuzdu. Sosial şəbəkələrdə bununla bağlı müxtəlif zarafatlar, atmacalar tirajlansa da, vəziyyətin acınacaqlı olduğu hamımıza məlumdu. Çünki neft Azərbaycan xalqı üçün təkcə sərvət deyil, həm də çörək yeridi. Bəli, dövət büdcəsinin əsas hissəsi neft gəlirləri hesabına formalaşır, Azərbaycan iqtisadiyyatını “qara qızıl”sız təsəvvür etmək mümkün deyil.
İllərdi qeyri-neft sektorunun inkişafı adı altında müxtəlif layihələr həyata keçirilir, amma nəticəsi ciddi mənada hiss olunmur. Məcazi mənada desək, Azərbaycanda hansı sahəni qaldırsan, altından neft çıxacaq. Artıq iki aya yaxındı ki, neft sürətlə ucuzlaşır və tarixi həddə edib. Üstəlik, karantin rejimi uzanır, adamlar normal həyatdan uzaq düşüblər. İş yerləri bağlanıb, bir çox sahələrdə istehsalatda çətinliklər yaranıb. Müəyyən mənada güc dövlətin büdcəsinə düşüb. Həm koronavirusla mübarizəyə vəsait xərclənir, həm də pandemiyadan əziyyət çəkənlərə müavinətlər paylanır. Bunun üzərində onu da gələk ki, işlərin dayanması vergi ödəmələrinə də böyük təsir göstərəcək, yığımlar azalacaq. Deməli, ciddi narahatlıq keçirmək üçün əsaslar çoxdu.
Artıq bütün dünya bu böhrandan çıxmağın yollarını axtarır, qənaət rejiminə keçid başlayıb. Dövlətimizin başçısı, cənab İlham Əliyev də bugünlərdə nazirlərə konkret tapşırıq verdi. Xərclər azaldılmalı, az əhəmiyyətli layihələrə pul ayrılması dayandırılmalıdı. Bununla da dövlət vəsaitinə qənaət olunacaq, daha vacib sahələri böhrandan qorumağa çalışacağıq. Ümid edirəm ki, AFFA-da oturanlar da bu proseslərdən xəbərdardı. Müəyyən ciddi addımlar atmağın əsl vaxtıdı.
Hər nə qədər AFFA qeyri-hökumət təşkilatıdı, müstəqil idman qurumudu desək də, əsl həqiqət hər birimizə məlumdu. Bu gün neft pullarının futbola axıdıldığı kran bağlansa, Azərbaycanda futbol voleyboldan daha betər tənəzzül yaşayacaq. Elxan Məmmədov altına yığdığı milyonları futbolumuz üçün ianə edəcək deyil, heç bunu ondan tələb etmək də olmaz. Hər nə qədər AFFA neftin ucuzlaşmasının təsiri ilə bağlı sualları xoş qarşılamasa da, reallığı qəbul etməliyik. Yubanmadan qənaət rejimi tətbiq olunmalıdı. Bunun üçün birinci divizionda qəpik-quruşa oynayan futbolçuların maaşlarını kəsmək yox, milyonlar bahasına başa gələn yararsız əcnəbilərdən qurtulmaq lazımdı.
Allah üzümüzə baxdı ki, milli komandaya əcnəbi məşqçinin təyini yubandı. Ona yüzminlərlə avronu boşuna ödəyəcəksik. Heç şübhəsiz, italyan, yaxud da alman baş məşqçi özüylə bir dəstə köməkçi gətirəcəkdi. Hamısına da hər ay valyuta ilə məvacib ödəyəcəkdik. Pandemiya dünyanın düzənini yenidən qurur. AFFA daşı ətəyindən tökməli, ümumiyyətlə, əcnəbi mütəxəssis sevdasından əl çəkməlidi. İmkan verin elə Arif Əsədov işləsin, Mahmud Qurbanovu, yaxud da başqa bir yerli gənci da ona köməkçi təyin edin. Mərdimazarlıq etmiş olmayım, amma indi qərar vermək anıdı. Bernard Lipperti, Frits Stuxliki, Milan Obradoviçi, Vladimir Kozulu, Draqoslav Poleksiçi, Miloş Velebiti, Volkan Üstü, Vyaçeslav Xomenkonu (kimisə unutdumsa, üzürlü sayın) arayın, onlara indiyəqədərki “xidmətlərinə” görə təşəkkür edin. Bura qədər qazandıqları halal xoşları olsun. Artıq onların vasitəsiylə ölkəmizdən çıxarmağa valyutamız yoxdu!
Nə qədər gec deyil, bunu edin, hörmətli başbilənlər. Bütün dünyada bunu edirlər, fədakar futbol adamları maaşlarının azaldılmasına razılıq verir. Sizin əcnəbilərdən hansı buna razılaşar?!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
25-05-2020, 17:50 U-19 liqasının formatında dəyişiklik olmayacaq 25-05-2020, 17:49 İcraiyyə Komitəsi növbəti həftə yığışacaq 25-05-2020, 17:48 Foqts yığmamızın sayəsində liderlər sırasındadı 25-05-2020, 17:36 Futbolumuzun əcnəbiləri bir çatışmazlığı qeyd etdilər 25-05-2020, 17:34 “Təəssüf ki, “Bakı”nın bazası ilə bağlı belə məsələlər oldu” 25-05-2020, 17:26 Aftandil Hacıyev mövsümün bərpasını istəmir 25-05-2020, 13:43 Yaşar Bəşirov lisenziya müəmmasına aydınlıq gətirdi 25-05-2020, 13:31 “Azərbaycan millisini seçdiyimə görə valideynlərimə Bakının mərkəzində mənzil verilməyib” 25-05-2020, 13:29 Aydan ulduZa Türkiyə futbolu 25-05-2020, 13:20 “Nə göz-qaş edirsən, baş məşqçi artıq yatıb, istirahət etmək istəyirəm” 24-05-2020, 11:13 Yayın ilk keçidi Amin Seydiyev oldu 24-05-2020, 10:56 Agentlər Aminin ölkə xaricinə yollanacağını düşünürlər 24-05-2020, 10:47 EFA, “Fireland Football Club”, “Dortmund Bakı”, yox bir qaşqaldaq… 24-05-2020, 10:28 Koronavirus olmasaydı... 24-05-2020, 10:25 “Futbolu qaldırsa, veteranlar qaldıracaq” 23-05-2020, 11:14 Əməkdar məşqçi ölüm-qalım mübarizəsi aparır 23-05-2020, 11:02 “Qəbələ”nin elitada ilk qolunun müəllifi dükan işlədirmiş 23-05-2020, 10:58 AFFA-da qanvermə aksiyası 23-05-2020, 10:57 Bakı UEFA-ya təminat verib 23-05-2020, 10:54 “Ximki”: elita əvəzinə 2-ci dəstəyə 22-05-2020, 16:41 “Stəkan bir yana, əl altında olan hər şey paltardəyişmə otağında uçurdu!” 22-05-2020, 16:32 “Neftçi” bilərəkdən “Bəhramov”a sürgün edildi” 22-05-2020, 11:33 Kurtinaytis 300 nəfər qonaq üçün qəsr icarəyə götürüb 22-05-2020, 11:30 Kamran “Ximki”nin ən məhsuldar futbolçusudu 22-05-2020, 11:29 “Qarabağ”ın həkimi fikir bildirməkdə çətinlik çəkir 22-05-2020, 11:26 Yaşar Vahabzadə “Kəpəz”in futbolçularına kökəlməməyi tapşırıb 22-05-2020, 11:23 Mehman Allahverdiyev cəzalı ola-ola meydana çıxıb 22-05-2020, 11:21 Elxan müəllim, bəs qərar açıqlanacaqdı? 22-05-2020, 11:17 PFL növbəti videkonfransa qatıldı 22-05-2020, 11:16 “Kəpəz”lə “Turan Tovuz” istənilən qərara razı olacaq 22-05-2020, 11:13 “Xaqani Məmmədovun sanki sumqayıtlı hakimlərə qarşı allergiyası var idi” 20-05-2020, 11:30 AFFA divizionda və liqalarda mövsümü erkən bitirir 20-05-2020, 11:27 “Sumqayıt”da 55 nəfər testdən keçdi, “Qəbələ” isə gözləyir 20-05-2020, 11:25 Rövşən Hüseynli birbaşa pley-offa keçməyi təklif etdi 20-05-2020, 11:24 Futzal çempionatında durum futboldakından fərqlidi 20-05-2020, 11:20 Jurnalistlər yerli məşqçinin tərəfdarıdı 20-05-2020, 11:18 Nazarovun qol sevinci yadda qaldı 20-05-2020, 11:17 Millət vəkillləri çempionatın bərpasını istəyir 20-05-2020, 11:14 İsmayıllı Olimpiya İdman Kompleksindən məhkəməyə şikayət olundu 20-05-2020, 11:12 “Futbolla vidalaşandan sonra yəqin ki fermada yaşayacam” 20-05-2020, 11:10 UEFA təxirə saldı, PFL-in rəisi maraqlı şərh yazdı 20-05-2020, 11:09 Brifinqdə yenə futbol unudulmadı 20-05-2020, 11:05 Ploeştidə meydandan qovulan Ramin Nəsibov imiş… 18-05-2020, 14:27 Şahin Diniyev yığmanın baş məşqçisiz qalmasını məqsədəuyğun sayır 18-05-2020, 14:26 Ramin Musayev müalicə aldığına görə videokonfransa qatılmayıb 18-05-2020, 14:13 Yığma üzvlərinin maaşı aprelin sonunda ödənilib 18-05-2020, 14:10 “Qurban Qurbanova “deputatsan, toxunulmazlığın var, futbolçunu itələyərlər də” dedim” 18-05-2020, 14:07 Futzal niyə yada düşmədi? 18-05-2020, 14:05 Şensoy Konkovu təbrik etməyəcək 18-05-2020, 13:59 “Avrokuboklara gedəcək klublar indidən hazırlaşmalı, məşq etməlidilər” 18-05-2020, 13:57 Futbolçular yeniliyi müsbət qarşıladılar 18-05-2020, 13:53 Mətbuat Şehiçi “yoluxdurdu” 18-05-2020, 13:37 “Azərbaycandakı iqlim qazon saxlamaq üçün əlverişli deyil” 18-05-2020, 13:32 Futbolla bağlı qadağa bu həftə götürüləcək 17-05-2020, 11:28 Türk şahmatçı Mahir Məmmədovun FIDE-də çalışmasını düzgün saymır 17-05-2020, 11:26 Karlsen bizimkiləri “görmür” 17-05-2020, 11:20 Beş əvəzləmənin müsbət və mənfi tərəfləri Bütün xəbərlər
Ən çox oxunanlar