08 apr 21:06Yazar

Mənə futbolu sevdirən qol...

Dostum Rəşad Yaşar Vahabzadənin yubileyi olduğunu və ondan müsahibə götürəcəyini bildirəndə, türklər demiş, “bir az kafam karışdı”.
Mənə Azərbaycan futbolunu sevdirən qol, bu qolu vuran oyunçu...
Az qala futbol tariximizin bütün tanınmışları ilə zaman-zaman “beş-beş” vurduğumu, amma mənə futbolumuzu sevdirən qolun müəllifi, daha sonra jurnalist kimi çox tənqid etsəm də, hər zaman gülərüz çöhrəsini, mehriban, insani münasibətini gördüyüm dəyərli insanla heç vaxt bir masada əyləşmədiyimi xatırladım.
Azərbaycan futbolunda iki ən məşhur ailə cütünün birinin ailə başçısıdı bizim yubilyar. SSRİ-nin son illərində Yaşar - Esmira, Yunis Hüseynov - Aynur Sofiyeva cütlərini tanımayan nadir azərbaycanlı tapılardı. Mənim də bəxtim onda gətirdi ki, 1996-cı ildə həyatımda ilk dəfə stadiona getdiyim futbol matçının son dəqiqələrində Yaşar Vahabzadə Sofiya “Lokomotiv”inə təxminən 30 metrdən fantastik bir qol vurdu. Bu qolun fantastikliyi həm də Azərbaycan tarixində klublarımıza ilk qələbəni gətirməsində idi. Yaşar Vahabzadə adı bu qolla futbol tariximizdə əbədiləşdi. Buna qədər çox qol vursa da, karyerasının qürubunda vurduğu bu qol onu və yetirməsi olduğu “Neftçi”ni tarixə qovuşdurdu.
Mənim üçünsə dediyim kimi, həyatımda ilk dəfə stadiona getdiyim oyunda vurulan bu qol həm də Azərbaycan futbolunu mənə əbədi sevdirdi!
Mənə Azərbaycan həndbol tarixinin canlı əfsanələrindən Esmira xanım Vahabzadənin karyerasının sonunda möhtəşəm oyununu görmək xoşbəxtliyi nəsib olmuşdu.
...Yaşar Vahabzadənin karyerasının ən möhtəşəm anını da canlı gördüm. Bu oyunla bağlı yeganə utandırıcı məqam Azərbaycan tarixində klublarımızın ilk avrokubok qələbəsindən videogörüntünün olmamasıdı. Amma bu görüntülər Az.TV-nin arxivində var. “İdman Azərbaycan”da Tofiq Bəhramov adına Respublika stadionu haqda verilişdə mən Vidadi Rzayevin bolqarlara vurduğu ilk qolu görmüşəm. “Futbol+”də şöbə müdirim, “CBC Sport”da redaktorum olmuş, hazırda “İdman Azərbaycan” telekanalına rəhbərlik edən Rövşən Binnətliyə müraciət edirəm ki, bu oyunu və bəzi başqa tarixi oyunları arxivdən tapmaqda kömək etsin. Rövşən müəllimi tanıyanlar da bilir ki, o Azərbaycanı və futbolumuzu necə sevir. Bu mənada əlindən gələn köməyi əsirgəməyəcəyi şübhə doğurmur. Nə isə...
Yaşar müəllimi ürəkdən təbrik edirəm. Onun qolu ilə futbolu sevdim. Onun davranışı və rəftarı ilə futbolumizda mədəni, mehriban insanların da olduğunu gördüm. Bir dənə qalıb Yaşar müəllimin yubileyini təntənə ilə qeyd etmək. Bu il 60 illik yubileyləri olan “Neftçi”dəki keçmiş komanda yoldaşları İqor Ponomaryov, Novruz Əzimov, Elxan Rəsulov, 55 illiyini qeyd edən Nazim Süleymanov və ola bilsin, diqqətimdən qaçan başqa futbol veteranları ilə birgə bu əlamətdar, tarixi günlər yüksək səviyyədə qeyd olunmalıdı. Düşünürəm ki, koronavirus imkan versə, Allahın izni ilə hamısı olacaq…
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 18:42 “Haralar” rəhbərliyi ad məsələsinə aydınlıq gətirdi Dünən, 18:41 Hakan Sünal 11 azyaşlını müsəlman etdi Dünən, 18:40 Firdovsi Umudov haqqında yazılanlara münasibət bildirdi Dünən, 18:38 Rasim Kara Likioyuya sualla cavab verdi Dünən, 18:37 “Şahdağ”ın 165 min manatı havaya uçdu Dünən, 18:27 “Mövsüm davam edəcəksə, Allah futbolçuların köməyi olsun” Dünən, 18:26 Aminin “Sabah”dakı sabahı necə olacaq? Dünən, 18:23 Çempion məşqçilərin mesajı: “heç kim ağız büzə bilməz” Dünən, 18:20 Nazarovu cəza gözləyir Dünən, 18:18 “Olimpik”i almaq istəyən Piriyevlər kimdi? Dünən, 18:15 Maşalla Əhmədov DTX-ya ərizə yazdı 25-05-2020, 17:50 U-19 liqasının formatında dəyişiklik olmayacaq 25-05-2020, 17:49 İcraiyyə Komitəsi növbəti həftə yığışacaq 25-05-2020, 17:48 Foqts yığmamızın sayəsində liderlər sırasındadı 25-05-2020, 17:36 Futbolumuzun əcnəbiləri bir çatışmazlığı qeyd etdilər 25-05-2020, 17:34 “Təəssüf ki, “Bakı”nın bazası ilə bağlı belə məsələlər oldu” 25-05-2020, 17:26 Aftandil Hacıyev mövsümün bərpasını istəmir 25-05-2020, 13:43 Yaşar Bəşirov lisenziya müəmmasına aydınlıq gətirdi 25-05-2020, 13:31 “Azərbaycan millisini seçdiyimə görə valideynlərimə Bakının mərkəzində mənzil verilməyib” 25-05-2020, 13:29 Aydan ulduZa Türkiyə futbolu 25-05-2020, 13:20 “Nə göz-qaş edirsən, baş məşqçi artıq yatıb, istirahət etmək istəyirəm” 24-05-2020, 11:13 Yayın ilk keçidi Amin Seydiyev oldu 24-05-2020, 10:56 Agentlər Aminin ölkə xaricinə yollanacağını düşünürlər 24-05-2020, 10:47 EFA, “Fireland Football Club”, “Dortmund Bakı”, yox bir qaşqaldaq… 24-05-2020, 10:28 Koronavirus olmasaydı... 24-05-2020, 10:25 “Futbolu qaldırsa, veteranlar qaldıracaq” 23-05-2020, 11:14 Əməkdar məşqçi ölüm-qalım mübarizəsi aparır 23-05-2020, 11:02 “Qəbələ”nin elitada ilk qolunun müəllifi dükan işlədirmiş 23-05-2020, 10:58 AFFA-da qanvermə aksiyası 23-05-2020, 10:57 Bakı UEFA-ya təminat verib 23-05-2020, 10:54 “Ximki”: elita əvəzinə 2-ci dəstəyə 22-05-2020, 16:41 “Stəkan bir yana, əl altında olan hər şey paltardəyişmə otağında uçurdu!” 22-05-2020, 16:32 “Neftçi” bilərəkdən “Bəhramov”a sürgün edildi” 22-05-2020, 11:33 Kurtinaytis 300 nəfər qonaq üçün qəsr icarəyə götürüb 22-05-2020, 11:30 Kamran “Ximki”nin ən məhsuldar futbolçusudu 22-05-2020, 11:29 “Qarabağ”ın həkimi fikir bildirməkdə çətinlik çəkir 22-05-2020, 11:26 Yaşar Vahabzadə “Kəpəz”in futbolçularına kökəlməməyi tapşırıb 22-05-2020, 11:23 Mehman Allahverdiyev cəzalı ola-ola meydana çıxıb 22-05-2020, 11:21 Elxan müəllim, bəs qərar açıqlanacaqdı? 22-05-2020, 11:17 PFL növbəti videkonfransa qatıldı 22-05-2020, 11:16 “Kəpəz”lə “Turan Tovuz” istənilən qərara razı olacaq 22-05-2020, 11:13 “Xaqani Məmmədovun sanki sumqayıtlı hakimlərə qarşı allergiyası var idi” 20-05-2020, 11:30 AFFA divizionda və liqalarda mövsümü erkən bitirir 20-05-2020, 11:27 “Sumqayıt”da 55 nəfər testdən keçdi, “Qəbələ” isə gözləyir 20-05-2020, 11:25 Rövşən Hüseynli birbaşa pley-offa keçməyi təklif etdi 20-05-2020, 11:24 Futzal çempionatında durum futboldakından fərqlidi 20-05-2020, 11:20 Jurnalistlər yerli məşqçinin tərəfdarıdı 20-05-2020, 11:18 Nazarovun qol sevinci yadda qaldı 20-05-2020, 11:17 Millət vəkillləri çempionatın bərpasını istəyir 20-05-2020, 11:14 İsmayıllı Olimpiya İdman Kompleksindən məhkəməyə şikayət olundu 20-05-2020, 11:12 “Futbolla vidalaşandan sonra yəqin ki fermada yaşayacam” 20-05-2020, 11:10 UEFA təxirə saldı, PFL-in rəisi maraqlı şərh yazdı 20-05-2020, 11:09 Brifinqdə yenə futbol unudulmadı 20-05-2020, 11:05 Ploeştidə meydandan qovulan Ramin Nəsibov imiş… 18-05-2020, 14:27 Şahin Diniyev yığmanın baş məşqçisiz qalmasını məqsədəuyğun sayır 18-05-2020, 14:26 Ramin Musayev müalicə aldığına görə videokonfransa qatılmayıb 18-05-2020, 14:13 Yığma üzvlərinin maaşı aprelin sonunda ödənilib Bütün xəbərlər
Ən çox oxunanlar