08 apr 16:11Yazar

“Survivor” və milli qəzəb

Koronavirus pandemiyası ilə çarpışdığımız bir vaxtda gündəm dəyişdi. Dünən axşamdan etibarən böyük əksəriyyət Dominikdə yaşananlara fokuslandı. Dərd-sərimiz yaddan çıxdı, arxa plana keçdi. Səbəb sadədi. Maraqla izlənilən “Survivor”da yaşananlar onsuz da gərgin olan əsəbləri bir qədər də tarıma çəkdi. İnsanlarımız ölkəmizin bu yarışdakı ilk təmsilçisi Pərviz Abdullayevin mübarizəni dayandırmasını qəbul, həzm edə bilmir. Azarkeşlik hisslərinə yenik düşənlər sosial şəbəkələrdə “terror əsdirir”. Acun Ilıcalını, Türkiyəni, türk insanını qərəzdə günahlandırır, ən ağır ifadələrlə göydən-yerə vurur...
Əlbəttə, bizimkilərin hisslərini yaxşı başa düşürəm. Peşəkar kikboks üzrə 6 qat dünya çempionu olan “Kobra”nın “Survivor”dan kənarda qalmasına mən də üzüldüm. “Ünlülər” komandasının ən vacib fiqurlarından biri yarışla bu şəkildə vidalaşmamalıydı. İddiasına, gücünə, mübarizə əzminə görə seçilən həmvətənimiz belə sonluğu qətiyyən haqq etmirdi. Səsvermədən dərhal sonra Ilıcalı başda olmaqla məsələyə bir peşəkar kimi yanaşanların açıqlamaları da “Kobra”nın “potaya çıxarılmasının” və son olaraq yarışla vidalaşmasının “Ünlülər”in ziyanına işləyəcəyi yönündə idi.
1986-cı il yanvarın 5-də Ağdam rayonunun Qiyaslı kəndində dünyaya gələn Pərvizi bundan sonra “parkur”da görməyəcəyik. Mübarizə əzmi və ədəb-ərkanı ilə tamaşaçıların rəğbətini qazanan “Kobra” türklər demiş, “könüllərin çempionudu”, yarışı izləyən hər bir azərbaycanlının qəlbində taxt qurub. Məsələyə məhz bu prizmadan yanaşmaq lazımdı. Pərviz xanım komanda yoldaşlarının və SMS-in güdazına getdi. Bu üzdən başqa xoşagəlməz məqamlar üzərində gəzişməyə dəyməz. Elə “Survivor” tarixinə göz atmaqla da hansısa güclü bir bəndin bu yolla sıradan çıxarıldığını görə bilərik. Bu bir yarışdı, oyundu. Təəssüf ki, burda heç də həmişə ən güclü qalib gəlmir. Çünki “Survivor” yalnız mübarizədən ibarət deyil. Yaşamaq, sağ qalmaq, yerini qorumaq üçün bütün mümkün ssenarilərə hazır olmaq lazımdı.
Pərviz üçün oyun bitdi, bununla barış(aq)ın. Türk insanını suçlamaq çıxış yolu, bizə yaraşan hərəkət deyil. Bir də axı nə tez unutduz yaxın keçmişi? Elnur Hüseynovu xatırlayın. Azərbaycanın “Avroviziya”dakı təmsilçisini nəzərdə tuturam. 2015-ci ildə “O səs Türkiyə”nin qalibi oldu adam! Acun Ilıcalının müəllifi olduğu layihədə parlaq performans sərgiləməklə zirvəni fəth etdi. İndi “ağ yuyub, qara sərdiyiz” Acun və türk insanı, sizin təbirinizcə desək, bizə yuxarıdan aşağı baxırsa, elə həmin vaxt bunu ortaya qoyardı da...
Evdə qalın, sağlam olun. “Oyun”un iştirakçısı olmayın. Unutmayın, Türkiyə dünən də Azərbaycanın yanında olub, bu gün də yanındadı, sabah da yanında olacaq. Türkün türkdən başqa dostu yoxdu!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 18:42 “Haralar” rəhbərliyi ad məsələsinə aydınlıq gətirdi Dünən, 18:41 Hakan Sünal 11 azyaşlını müsəlman etdi Dünən, 18:40 Firdovsi Umudov haqqında yazılanlara münasibət bildirdi Dünən, 18:38 Rasim Kara Likioyuya sualla cavab verdi Dünən, 18:37 “Şahdağ”ın 165 min manatı havaya uçdu Dünən, 18:27 “Mövsüm davam edəcəksə, Allah futbolçuların köməyi olsun” Dünən, 18:26 Aminin “Sabah”dakı sabahı necə olacaq? Dünən, 18:23 Çempion məşqçilərin mesajı: “heç kim ağız büzə bilməz” Dünən, 18:20 Nazarovu cəza gözləyir Dünən, 18:18 “Olimpik”i almaq istəyən Piriyevlər kimdi? Dünən, 18:15 Maşalla Əhmədov DTX-ya ərizə yazdı 25-05-2020, 17:50 U-19 liqasının formatında dəyişiklik olmayacaq 25-05-2020, 17:49 İcraiyyə Komitəsi növbəti həftə yığışacaq 25-05-2020, 17:48 Foqts yığmamızın sayəsində liderlər sırasındadı 25-05-2020, 17:36 Futbolumuzun əcnəbiləri bir çatışmazlığı qeyd etdilər 25-05-2020, 17:34 “Təəssüf ki, “Bakı”nın bazası ilə bağlı belə məsələlər oldu” 25-05-2020, 17:26 Aftandil Hacıyev mövsümün bərpasını istəmir 25-05-2020, 13:43 Yaşar Bəşirov lisenziya müəmmasına aydınlıq gətirdi 25-05-2020, 13:31 “Azərbaycan millisini seçdiyimə görə valideynlərimə Bakının mərkəzində mənzil verilməyib” 25-05-2020, 13:29 Aydan ulduZa Türkiyə futbolu 25-05-2020, 13:20 “Nə göz-qaş edirsən, baş məşqçi artıq yatıb, istirahət etmək istəyirəm” 24-05-2020, 11:13 Yayın ilk keçidi Amin Seydiyev oldu 24-05-2020, 10:56 Agentlər Aminin ölkə xaricinə yollanacağını düşünürlər 24-05-2020, 10:47 EFA, “Fireland Football Club”, “Dortmund Bakı”, yox bir qaşqaldaq… 24-05-2020, 10:28 Koronavirus olmasaydı... 24-05-2020, 10:25 “Futbolu qaldırsa, veteranlar qaldıracaq” 23-05-2020, 11:14 Əməkdar məşqçi ölüm-qalım mübarizəsi aparır 23-05-2020, 11:02 “Qəbələ”nin elitada ilk qolunun müəllifi dükan işlədirmiş 23-05-2020, 10:58 AFFA-da qanvermə aksiyası 23-05-2020, 10:57 Bakı UEFA-ya təminat verib 23-05-2020, 10:54 “Ximki”: elita əvəzinə 2-ci dəstəyə 22-05-2020, 16:41 “Stəkan bir yana, əl altında olan hər şey paltardəyişmə otağında uçurdu!” 22-05-2020, 16:32 “Neftçi” bilərəkdən “Bəhramov”a sürgün edildi” 22-05-2020, 11:33 Kurtinaytis 300 nəfər qonaq üçün qəsr icarəyə götürüb 22-05-2020, 11:30 Kamran “Ximki”nin ən məhsuldar futbolçusudu 22-05-2020, 11:29 “Qarabağ”ın həkimi fikir bildirməkdə çətinlik çəkir 22-05-2020, 11:26 Yaşar Vahabzadə “Kəpəz”in futbolçularına kökəlməməyi tapşırıb 22-05-2020, 11:23 Mehman Allahverdiyev cəzalı ola-ola meydana çıxıb 22-05-2020, 11:21 Elxan müəllim, bəs qərar açıqlanacaqdı? 22-05-2020, 11:17 PFL növbəti videkonfransa qatıldı 22-05-2020, 11:16 “Kəpəz”lə “Turan Tovuz” istənilən qərara razı olacaq 22-05-2020, 11:13 “Xaqani Məmmədovun sanki sumqayıtlı hakimlərə qarşı allergiyası var idi” 20-05-2020, 11:30 AFFA divizionda və liqalarda mövsümü erkən bitirir 20-05-2020, 11:27 “Sumqayıt”da 55 nəfər testdən keçdi, “Qəbələ” isə gözləyir 20-05-2020, 11:25 Rövşən Hüseynli birbaşa pley-offa keçməyi təklif etdi 20-05-2020, 11:24 Futzal çempionatında durum futboldakından fərqlidi 20-05-2020, 11:20 Jurnalistlər yerli məşqçinin tərəfdarıdı 20-05-2020, 11:18 Nazarovun qol sevinci yadda qaldı 20-05-2020, 11:17 Millət vəkillləri çempionatın bərpasını istəyir 20-05-2020, 11:14 İsmayıllı Olimpiya İdman Kompleksindən məhkəməyə şikayət olundu 20-05-2020, 11:12 “Futbolla vidalaşandan sonra yəqin ki fermada yaşayacam” 20-05-2020, 11:10 UEFA təxirə saldı, PFL-in rəisi maraqlı şərh yazdı 20-05-2020, 11:09 Brifinqdə yenə futbol unudulmadı 20-05-2020, 11:05 Ploeştidə meydandan qovulan Ramin Nəsibov imiş… 18-05-2020, 14:27 Şahin Diniyev yığmanın baş məşqçisiz qalmasını məqsədəuyğun sayır 18-05-2020, 14:26 Ramin Musayev müalicə aldığına görə videokonfransa qatılmayıb 18-05-2020, 14:13 Yığma üzvlərinin maaşı aprelin sonunda ödənilib Bütün xəbərlər
Ən çox oxunanlar