07 apr 14:54Yazar

Bizim klublar ayrı dünyadı

Yəqin xəbəriniz var, “Barselona”nın futbolçuları rəhbərliyin üzünə ağ olublar. Özü də “qiyam”a dünyaca məşhur Messi rəhbərlik edir. Futbolçularla rəhbərliyin arasının dəyməsinə səbəb də puldu. Bəli, hər şeyin başında dayanan pul! Rəhbərlik koronavirus epidemiyasının vurduğu ziyana, çempionat və avrokubokların dayanmasına görə futbolçuların maaşlarını 70 faizə qədər endirib. Bu qərar da futbolçuları narazı salıb. Nahaq yerə demirlər ki, bir futbolçunun, bir də müğənninin pulunu kəsmək olmaz. Kəsdinsə, mütləq səninlə arası dəyəcək.
“Barselona”nın açdığı cığırla “Atletiko” və “Real” da yürüdü. Madrid təmsilçiləri də futbolçuların maaşında kəsintiyə getdilər. Düzdü, “kral klubu” adına layiq davrandı, böhranı futbolçularına çox da hiss etdirmədi. “Real”ın futbolçuları hələlik məvaciblərinin 10 faizini itirəcəklər. “Atletiko”da isə vəziyyət elə “Barselona”da olduğu kimidi, yəni, onlar da maaşlarının70 faizindən vaz keçməli olacaqlar. Ən azı aprel və may aylarında belə olacaq. Ta o vaxta kimi ki, “evdə qal” kampaniyası bitəcək, futbolçular məşqləri bərpa edəcəklər. Ondan sonra da yavaş-yavaş işlər qaydasına düşəcək. Bizə qalan da “inşallah” deməkdi. Çünki bizim özümüzün də həyatımız bu virus səbəbindən alt-üst olub. Qazancımız futbolçulardın min dəfələrlə geri qalsa belə, hazırda düşdüyümüz psixoloji durum oxşardı.
Qayıdaq futbolçuların maaşlarına. Çünki onlar az pulla yaşamağa öyrəşməyən adamlardı. Düzdü, indiyə qədər qazandıqları futbolçulara bundan sonra da 50 il krallar kimi yaşamağa bəs edər. İki ay ərzində maaşlarına heç yerli-dibli almasalar da, kasıblayan deyillər. Amma nə olsun ki? Göründüyü kimi, əksəriyyəti güzəştə heç də ürəkdən razılıq vermir. “Barselona”nın düşərgəsində yaşananlar yeganə nümunə deyil. Qonşu Rusiyada da oxşar durum yaranıb. “Lokomotiv” rəhbərliyi futbolçuları maaşla bağlı danışıqlara dəvət edib. Di gəl ki, qarşı tərəfin cavabı çox sərt olub. “Dəmiryolçular” bidiriblər ki, onlar maaşlarının azaldılmasıyla razı deyillər. Buna baxmayaraq, “Spartak” və “Rubin” rəhbərliyi öz futbolçuları ilə dil tapıb, maaşların mayın sonuna qədər azaldılmasıyla bağlı ortaq məxrəcə gəliblər. Bu gün eşitdik ki, “Zenit”də də oxşar qərar qəbul edilib. Piter təmsilçisi yaxın iki ayın maaşlarını azalma ilə verəcək.
Heç kimin pulunu saymırıq. Nə də ki, kiminsə pulunun kəsilməsini arzulayan deyilik. Amma diqqətimi bir məsələ çəkdi. Bütün dünyanın futbol klubları maaşların azaldılmasına əl atarkən Azərbaycanda sakitlikdi. Bu gün Klublar Komitəsinin hörmətli sədri Riad Rəfiyev də açıqlama verib. “Sumqayıt”ın prezidenti bildirib ki, onlar futbolçuların maaşının azaldılması məsələsini müzakirə etməyiblər, gündəmdə belə bir məsələ yoxdu. Təki olsun. Koronavirus adlı bəla ölkəmizdən yan keçməsə də, onun gətirdiyi maddi fəsadlar klublarımızdan yan keçsin. Bu maraqlı məqamın özü sübut edir ki, Azərbaycan klubları ayrı bir dünyadadı, onların başqaları ilə heç bir oxşarlığı yoxdu. Qoy elə belə də olsun.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 18:42 “Haralar” rəhbərliyi ad məsələsinə aydınlıq gətirdi Dünən, 18:41 Hakan Sünal 11 azyaşlını müsəlman etdi Dünən, 18:40 Firdovsi Umudov haqqında yazılanlara münasibət bildirdi Dünən, 18:38 Rasim Kara Likioyuya sualla cavab verdi Dünən, 18:37 “Şahdağ”ın 165 min manatı havaya uçdu Dünən, 18:27 “Mövsüm davam edəcəksə, Allah futbolçuların köməyi olsun” Dünən, 18:26 Aminin “Sabah”dakı sabahı necə olacaq? Dünən, 18:23 Çempion məşqçilərin mesajı: “heç kim ağız büzə bilməz” Dünən, 18:20 Nazarovu cəza gözləyir Dünən, 18:18 “Olimpik”i almaq istəyən Piriyevlər kimdi? Dünən, 18:15 Maşalla Əhmədov DTX-ya ərizə yazdı 25-05-2020, 17:50 U-19 liqasının formatında dəyişiklik olmayacaq 25-05-2020, 17:49 İcraiyyə Komitəsi növbəti həftə yığışacaq 25-05-2020, 17:48 Foqts yığmamızın sayəsində liderlər sırasındadı 25-05-2020, 17:36 Futbolumuzun əcnəbiləri bir çatışmazlığı qeyd etdilər 25-05-2020, 17:34 “Təəssüf ki, “Bakı”nın bazası ilə bağlı belə məsələlər oldu” 25-05-2020, 17:26 Aftandil Hacıyev mövsümün bərpasını istəmir 25-05-2020, 13:43 Yaşar Bəşirov lisenziya müəmmasına aydınlıq gətirdi 25-05-2020, 13:31 “Azərbaycan millisini seçdiyimə görə valideynlərimə Bakının mərkəzində mənzil verilməyib” 25-05-2020, 13:29 Aydan ulduZa Türkiyə futbolu 25-05-2020, 13:20 “Nə göz-qaş edirsən, baş məşqçi artıq yatıb, istirahət etmək istəyirəm” 24-05-2020, 11:13 Yayın ilk keçidi Amin Seydiyev oldu 24-05-2020, 10:56 Agentlər Aminin ölkə xaricinə yollanacağını düşünürlər 24-05-2020, 10:47 EFA, “Fireland Football Club”, “Dortmund Bakı”, yox bir qaşqaldaq… 24-05-2020, 10:28 Koronavirus olmasaydı... 24-05-2020, 10:25 “Futbolu qaldırsa, veteranlar qaldıracaq” 23-05-2020, 11:14 Əməkdar məşqçi ölüm-qalım mübarizəsi aparır 23-05-2020, 11:02 “Qəbələ”nin elitada ilk qolunun müəllifi dükan işlədirmiş 23-05-2020, 10:58 AFFA-da qanvermə aksiyası 23-05-2020, 10:57 Bakı UEFA-ya təminat verib 23-05-2020, 10:54 “Ximki”: elita əvəzinə 2-ci dəstəyə 22-05-2020, 16:41 “Stəkan bir yana, əl altında olan hər şey paltardəyişmə otağında uçurdu!” 22-05-2020, 16:32 “Neftçi” bilərəkdən “Bəhramov”a sürgün edildi” 22-05-2020, 11:33 Kurtinaytis 300 nəfər qonaq üçün qəsr icarəyə götürüb 22-05-2020, 11:30 Kamran “Ximki”nin ən məhsuldar futbolçusudu 22-05-2020, 11:29 “Qarabağ”ın həkimi fikir bildirməkdə çətinlik çəkir 22-05-2020, 11:26 Yaşar Vahabzadə “Kəpəz”in futbolçularına kökəlməməyi tapşırıb 22-05-2020, 11:23 Mehman Allahverdiyev cəzalı ola-ola meydana çıxıb 22-05-2020, 11:21 Elxan müəllim, bəs qərar açıqlanacaqdı? 22-05-2020, 11:17 PFL növbəti videkonfransa qatıldı 22-05-2020, 11:16 “Kəpəz”lə “Turan Tovuz” istənilən qərara razı olacaq 22-05-2020, 11:13 “Xaqani Məmmədovun sanki sumqayıtlı hakimlərə qarşı allergiyası var idi” 20-05-2020, 11:30 AFFA divizionda və liqalarda mövsümü erkən bitirir 20-05-2020, 11:27 “Sumqayıt”da 55 nəfər testdən keçdi, “Qəbələ” isə gözləyir 20-05-2020, 11:25 Rövşən Hüseynli birbaşa pley-offa keçməyi təklif etdi 20-05-2020, 11:24 Futzal çempionatında durum futboldakından fərqlidi 20-05-2020, 11:20 Jurnalistlər yerli məşqçinin tərəfdarıdı 20-05-2020, 11:18 Nazarovun qol sevinci yadda qaldı 20-05-2020, 11:17 Millət vəkillləri çempionatın bərpasını istəyir 20-05-2020, 11:14 İsmayıllı Olimpiya İdman Kompleksindən məhkəməyə şikayət olundu 20-05-2020, 11:12 “Futbolla vidalaşandan sonra yəqin ki fermada yaşayacam” 20-05-2020, 11:10 UEFA təxirə saldı, PFL-in rəisi maraqlı şərh yazdı 20-05-2020, 11:09 Brifinqdə yenə futbol unudulmadı 20-05-2020, 11:05 Ploeştidə meydandan qovulan Ramin Nəsibov imiş… 18-05-2020, 14:27 Şahin Diniyev yığmanın baş məşqçisiz qalmasını məqsədəuyğun sayır 18-05-2020, 14:26 Ramin Musayev müalicə aldığına görə videokonfransa qatılmayıb 18-05-2020, 14:13 Yığma üzvlərinin maaşı aprelin sonunda ödənilib Bütün xəbərlər
Ən çox oxunanlar