06 apr 16:02Yazar

Koronavirus, getmək fikrin yoxdu?

Hər yanda lal, indiyə qədər yalnız qəbiristanlıqlarda gördüyümüz sükut hökm sürür. Şəhər boş-adamsız, bütün obyektlər qapalı, yalnız nəqliyyatın hərəkəti ilə üzə çıxan varlıq əlamətləri... Çox uzaq tarixdə yox, cəmi üç ay əvvəl kimsə bu günləri yaşayacağımızı desəydi, dərhal adamlar beləsini hoydu-hoyduya götürər, “dəli” damğası vurardılar. Nə yazıq ki hansısa qorxu filminə baxmırıq, dünya olaraq, fəlakətin içindəyik. Virusa yoluxanların sayı çoxdan milyonu ötüb, ölü sayı da 71 minə yaxınlaşır.
Hər kəsin əlinin işdən-gücdən soyuduğu indiki məqamda bəlkə də futboldan, ölkədaxili yarışları bərpa etmək pespektivindən danışmaq mənasız addımdı, hətta deyərdim ki, düşüklükdü. Bəşəriyyətin gələcəyi təhlükə altına düşübsə, Azərbaycan futbolu kimin nə vecinə?!
Amma və lakin... Ən bədbin durumlarda, hətta insan taleyinin tükdən asılı olduğu məqamlarda zərrəcə ümid işığı varsa, həmin işığın şəfəqlərinə boyanmaq, vəziyyətdən çıxmaq yolunda inadkarcasına cəhdlər etmək lazımdı. İşimiz gərəyi Avropa futbolundakı ümumi durumu da diqqətlə izləməyə məcburuq. Açığı, başqalarının təcrübəsinə baxanda, daha doğrusu, ölkədaxili yarışları hansı məqamda dayandırdıqlarına nəzər salanda ölkəmizdə durumun daha yaxşı olduğunu görürük. Bildiyiniz kimi, Azərbaycanda futbol mövsümünü bitirmək üçün çempionatda 32, kubokda isə vur-tut 5, yəni ümumilikdə 37 oyun keçirilməlidi. Halbuki “böyük beşlik” ölkələrinin çempionatlarında sona ən azı 9-12 tur qalır. Hələ mən müxtəlif səbəblərdən təxirə salınan görüşləri demirəm. Çempionlar Liqasında qalibi müəyyənləşdirmək üçün daha 17, Avropa Liqasında isə 23 oyuna ehtiyac var.
Təbii ki, qitə futbol qurumu, ayrı-ayrı ölkələrin federasiyaları vəziyyətdən çıxmaq yolunda ən müxtəlif variantları araşdırır, hər kəs doğru bildiyi yolla getməyə çalışır. Bu elə məsələdi ki, dəqiq uğur resepti yoxdu. Bu mənada UEFA prezidenti Aleksander Çeferinin oyun sayında müəyyən ixtisarlara getmək bahasına da olsa, avrokubok mövsümünü bitirmək istəyi anlaşılandı. Sirr deyil ki, Çeferin hətta cüt oyunların sayını 1-ə salmaq, komandaların neytral meydanda qarşılaşması kimi avantürist ideyaları dövriyyəyə buraxmaqdan da çəkinmir. Şəxsən mən də ən azı Azərbaycan kuboku ilə bağlı belə ideyanın tərəfdarıyam. “Qəbələ” ilə “Zirə”, “Sumqayıt”la “Qarabağ” finalın iştirakçılarını iki yox, bir oyun keçirməklə də müəyyənləşdirə bilər. Belədə həm kubok yarışlarını daha erkən bitirmək, həm də də çempionatın qalan oyunlarının təqvimi ilə bağlı daha geniş manevr imkanları qazanmaq olar. Ölkəmizdə futbol mövsümünü onsuz da yetərincə tez – mayın 10-da bitirmək nəzərdə tutulmuşdu. 21-ci turun oyunlarının martın 14-15-nə planlaşdırıldığını, bu gün isə hələ aprelin 6-nı yaşadığımızı nəzərə alsaq, faktiki qrafikdə gerilik hələ heç bir aya da çatmayıb. Hətta aprel, may ayları ərzində heç bir ölkədaxili oyun keçirilməsə belə, iyunun əvvəlində başlamaqla uzağı iyulun sonuna qədər futbol mövsünü tam şəkildə qapamaq olar. Bu il avrokubokların startının ləngiyəcəyini də nəzərə almaq lazımdı.
Əlbəttə, indiyəqədərki nəticələrin sıfırlanması və turnir cədvəlindəki mövcud duruma əsasən avrokubok iştirakçılarını müəyyənləşdirmək ilə müqayisədə bir müddət də gözləmək, tibb dünyasının, nəhayət, bu pandemiyanın öhdəsindən gələcəyi günün həyəcanını yaşamaq daha uyğun variantdı. İndiyəqədərki nəticələr sıfırlanacağı halda avrokuboklardan kənarda qalacağıqsa, turnir cədvəlindəki durumu yekun kimi qəbul etmək də bütün hallarda idman prinsiplərinin pozulmasıdı. Açığı, klubların əksərinin bu varianta razılıq verəcəyinə də inanmıram. Axı “Qarabağ” “Neftçi”dən 8 xal öndə olsa da, çempionluğun taleyini həll etməyib. İrəlidə bizi 4-cü yer uğrunda amansız mübarizə gözləyir. Və ya “Qəbələ”nin mövsümün sonuncu yerdə bitirməmək üçün bütün gücünü ortaya qoyacağı gün kimi aydındı.
Bir sözlə, UEFA-nın və başqalarının vəziyyətdən necə çıxacağı bilinməsə də, Azərbaycan futbolunu idarə edənlərin, daha doğrusu, birbaşa təşkilatçılıq işləri ilə məşğul olanların manevr imkanları yetərincə genişdi. Hələlik isə bizə yalnız gözləmək qalır. Bütün dünya kimi. Koronavirus, getmək fikrin yoxdu?
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 18:42 “Haralar” rəhbərliyi ad məsələsinə aydınlıq gətirdi Dünən, 18:41 Hakan Sünal 11 azyaşlını müsəlman etdi Dünən, 18:40 Firdovsi Umudov haqqında yazılanlara münasibət bildirdi Dünən, 18:38 Rasim Kara Likioyuya sualla cavab verdi Dünən, 18:37 “Şahdağ”ın 165 min manatı havaya uçdu Dünən, 18:27 “Mövsüm davam edəcəksə, Allah futbolçuların köməyi olsun” Dünən, 18:26 Aminin “Sabah”dakı sabahı necə olacaq? Dünən, 18:23 Çempion məşqçilərin mesajı: “heç kim ağız büzə bilməz” Dünən, 18:20 Nazarovu cəza gözləyir Dünən, 18:18 “Olimpik”i almaq istəyən Piriyevlər kimdi? Dünən, 18:15 Maşalla Əhmədov DTX-ya ərizə yazdı 25-05-2020, 17:50 U-19 liqasının formatında dəyişiklik olmayacaq 25-05-2020, 17:49 İcraiyyə Komitəsi növbəti həftə yığışacaq 25-05-2020, 17:48 Foqts yığmamızın sayəsində liderlər sırasındadı 25-05-2020, 17:36 Futbolumuzun əcnəbiləri bir çatışmazlığı qeyd etdilər 25-05-2020, 17:34 “Təəssüf ki, “Bakı”nın bazası ilə bağlı belə məsələlər oldu” 25-05-2020, 17:26 Aftandil Hacıyev mövsümün bərpasını istəmir 25-05-2020, 13:43 Yaşar Bəşirov lisenziya müəmmasına aydınlıq gətirdi 25-05-2020, 13:31 “Azərbaycan millisini seçdiyimə görə valideynlərimə Bakının mərkəzində mənzil verilməyib” 25-05-2020, 13:29 Aydan ulduZa Türkiyə futbolu 25-05-2020, 13:20 “Nə göz-qaş edirsən, baş məşqçi artıq yatıb, istirahət etmək istəyirəm” 24-05-2020, 11:13 Yayın ilk keçidi Amin Seydiyev oldu 24-05-2020, 10:56 Agentlər Aminin ölkə xaricinə yollanacağını düşünürlər 24-05-2020, 10:47 EFA, “Fireland Football Club”, “Dortmund Bakı”, yox bir qaşqaldaq… 24-05-2020, 10:28 Koronavirus olmasaydı... 24-05-2020, 10:25 “Futbolu qaldırsa, veteranlar qaldıracaq” 23-05-2020, 11:14 Əməkdar məşqçi ölüm-qalım mübarizəsi aparır 23-05-2020, 11:02 “Qəbələ”nin elitada ilk qolunun müəllifi dükan işlədirmiş 23-05-2020, 10:58 AFFA-da qanvermə aksiyası 23-05-2020, 10:57 Bakı UEFA-ya təminat verib 23-05-2020, 10:54 “Ximki”: elita əvəzinə 2-ci dəstəyə 22-05-2020, 16:41 “Stəkan bir yana, əl altında olan hər şey paltardəyişmə otağında uçurdu!” 22-05-2020, 16:32 “Neftçi” bilərəkdən “Bəhramov”a sürgün edildi” 22-05-2020, 11:33 Kurtinaytis 300 nəfər qonaq üçün qəsr icarəyə götürüb 22-05-2020, 11:30 Kamran “Ximki”nin ən məhsuldar futbolçusudu 22-05-2020, 11:29 “Qarabağ”ın həkimi fikir bildirməkdə çətinlik çəkir 22-05-2020, 11:26 Yaşar Vahabzadə “Kəpəz”in futbolçularına kökəlməməyi tapşırıb 22-05-2020, 11:23 Mehman Allahverdiyev cəzalı ola-ola meydana çıxıb 22-05-2020, 11:21 Elxan müəllim, bəs qərar açıqlanacaqdı? 22-05-2020, 11:17 PFL növbəti videkonfransa qatıldı 22-05-2020, 11:16 “Kəpəz”lə “Turan Tovuz” istənilən qərara razı olacaq 22-05-2020, 11:13 “Xaqani Məmmədovun sanki sumqayıtlı hakimlərə qarşı allergiyası var idi” 20-05-2020, 11:30 AFFA divizionda və liqalarda mövsümü erkən bitirir 20-05-2020, 11:27 “Sumqayıt”da 55 nəfər testdən keçdi, “Qəbələ” isə gözləyir 20-05-2020, 11:25 Rövşən Hüseynli birbaşa pley-offa keçməyi təklif etdi 20-05-2020, 11:24 Futzal çempionatında durum futboldakından fərqlidi 20-05-2020, 11:20 Jurnalistlər yerli məşqçinin tərəfdarıdı 20-05-2020, 11:18 Nazarovun qol sevinci yadda qaldı 20-05-2020, 11:17 Millət vəkillləri çempionatın bərpasını istəyir 20-05-2020, 11:14 İsmayıllı Olimpiya İdman Kompleksindən məhkəməyə şikayət olundu 20-05-2020, 11:12 “Futbolla vidalaşandan sonra yəqin ki fermada yaşayacam” 20-05-2020, 11:10 UEFA təxirə saldı, PFL-in rəisi maraqlı şərh yazdı 20-05-2020, 11:09 Brifinqdə yenə futbol unudulmadı 20-05-2020, 11:05 Ploeştidə meydandan qovulan Ramin Nəsibov imiş… 18-05-2020, 14:27 Şahin Diniyev yığmanın baş məşqçisiz qalmasını məqsədəuyğun sayır 18-05-2020, 14:26 Ramin Musayev müalicə aldığına görə videokonfransa qatılmayıb 18-05-2020, 14:13 Yığma üzvlərinin maaşı aprelin sonunda ödənilib Bütün xəbərlər
Ən çox oxunanlar