03 apr 16:13Yazar

Futbolda peşəkar, həyatda həvəskar?

Bax, elə indicə son günlər çox populyarlaşan worldometers.info saytına baxırdım. Mənə görə, koronavirus pandemiyasının dünyada yaratdığı durumla bağlı ən etibarlı və operativ qaynaqdı. Saat 17.03-dü, dünyada ölü sayı 54465 və bunun 34280-i, faktiki üçdəikisi qitə futbolunda dəbi müəyyənləşdirən “böyük beşlik” ölkələrinin payına düşür. Əlbəttə, ölkədən-ölkəyə fərq var, məsələn, İtaliya, İspaniya və Fransadakı acınacaqlı durumun fonunda İngiltərədə vəziyyət nisbətən sabit, Almaniyada isə daha yaxşıdı. Bununla belə, Avropanın futbol və bir çox başqa aspektlər baxımından aparıcı sayılan ölkələrində ölü sayının bu qədər çox olması son vaxtlar müzakirələrin yönünə əlavə rəng qatıb. Bəli, söhbət futbolun, yəni Çempionlar Liqasının 1/8 final mərhələsinin virusun yayılmasındakı mümkün rolundan və bu üzdən UEFA-nın ünvanına yönələn sərt ittihamlardan gedir. Şübhə predmeti olan oyunlar hansılardı? İlk növbədə fevralın 19-da Milandakı “Cüzeppe Meatsa” stadionunda keçirilən, 44236 azarkeşin izlədiyi “Atalanta” – “Valensiya” oyunu bu gün qitə futbol qurumunun tənə yağışına tutulmasının əsas səbəbidi. İtaliya mənbələrinin fikrincə, məhz bu oyun Lombardiya əyalətində koronavirusun yayılma qaynağıdı. Bildiyiniz kimi, Lombardiya Apennində virusun mərkəzi sayılır. Məhz həmin oyunu izləmək üçün Berqamodan Milana 40 min fanat yollanmışdı ki, onlar arasında COVID-19 daşıyıcılarının olması artıq heç kimdə şübhə doğurmur. Lap tutaq ki, həmin oyun fevralda keçirilib və heç kim virusun dünyanı belə sürətlə ağuşuna alacağını gözləmirdi. Bəs martın 1-də İspaniya çempionatının 26-cı turu çərçivəsində keçirilən “Real” – “Barselona” (78357), martın 11-də yenə ÇL çərçivəsində keçirilən “Liverpul” – “Atletiko” (52267) oyunlarına nə deyirsiz?
UEFA prezidenti Aleksander Çeferin bu gün rəhbərlik etdiyi qurumun ünvanına yönələn ittihamları, iddiaları ən sərt şəkildə cavablaya, “bu axmaqlıqdı” deyə bilər. Amma onun sərt cavabı reallığı dəyişmir. Bəli, UEFA-nın, eləcə də ölü sayı 11 minə çatan İspaniyanın futbol qurumunun ən azı mənəvi məsuliyyət daşıması ciddi müzakirə mövzusudu. Artıq martın əvvəlindən dünyada və onun ürəyi sayılmağa layiq Avropada koronavirusun sürətlə yayılmasından söhbət gedir, ağlı başında olan adamlar həyəcan təbili çalırdı. Martın 17-də AÇ-2020-nin təxirə salınması haqda qərar da günlərdi davam edən müzakirə və mübahisələrin nəticəsi idi. Belədə həmin qərardan 6 gün əvvəl 50 mindən artıq adamın izlədiyi oyunu keçirmək hansı məntiqə sığır?
Ümumiyyətlə, futbolda peşəkarlıq etalonu sayılan ölkələrin insanların sağlamlığı ilə bağlı məsələdə həvəskar kimi yaxalanması acı təəssüf doğurur. İtaliya və İspaniyanın tibb ocaqlarında yaranan durumdan, bəzi hallarda dünyasını dəyişənləri dəfn etməyin belə mümkünsüz olmasından hamınız xəbərdarsız. Bəlkə də başqa ölkələrdə virusa yoluxanların sayı daha çoxdu, sadəcə, onların tibb infrastrukturu bu gün bütün xəstələri üzə çıxarmağa imkan vermir, bəlkə də Allah eləməmiş, hələ bir çox başqa ölkədə də pandemiya zirvə nöqtəsini yaşamayıb – bilmirəm və açığı, bunu öyrənməyə o qədər həvəsli də deyiləm. Bildiyim isə odu ki, bizlərin, yəni Azərbaycan kimi ölkələrdə yaşayanların futbolda az qala büt gözündə gördüyü, ideallaşdırdığı, oxşamağa çalışdığı həmin İtaliya, İspaniya, Fransa bu gün elə fəlakət zonasına çevrilib ki, adamlar elə sürətlə vəfat edirlər ki, adam nə deyəcəyini, kimi suçlayacağını da bilmir. Adətən, adamları birləşdirməyə xidmət edən futbol bu ölkələrin indiki duruma düşməsində hansısa dağıdıcı rol oynayıbsa, buna yalnız təəssüflənmək olar.
Heç şübhəsiz, həyatda futboldan da vacib məsələlər var. Bu gün hər kəs təkcə özünün yox, yaxınlarının, millətinin və bəşəriyyətin də ayaqda qalması, mövcud olması ilə bağlı qayğıların, narahatlığın içindədi. Yoluxanların, ölənlərin sayının həndəsi silsilə ilə artması adamı istər-istəməz düşünməyə məcbur edir. Çox tezliklə belə sönük, futboldan, idmandan uzaq qaldığımız günlərin başa çatacağına, yenidən yarış həyəcanı yaşayacağımıza inanıram. Hələlik isə o günlər üçün özünüzü qoruyun və ...futbola baxın!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 18:42 “Haralar” rəhbərliyi ad məsələsinə aydınlıq gətirdi Dünən, 18:41 Hakan Sünal 11 azyaşlını müsəlman etdi Dünən, 18:40 Firdovsi Umudov haqqında yazılanlara münasibət bildirdi Dünən, 18:38 Rasim Kara Likioyuya sualla cavab verdi Dünən, 18:37 “Şahdağ”ın 165 min manatı havaya uçdu Dünən, 18:27 “Mövsüm davam edəcəksə, Allah futbolçuların köməyi olsun” Dünən, 18:26 Aminin “Sabah”dakı sabahı necə olacaq? Dünən, 18:23 Çempion məşqçilərin mesajı: “heç kim ağız büzə bilməz” Dünən, 18:20 Nazarovu cəza gözləyir Dünən, 18:18 “Olimpik”i almaq istəyən Piriyevlər kimdi? Dünən, 18:15 Maşalla Əhmədov DTX-ya ərizə yazdı 25-05-2020, 17:50 U-19 liqasının formatında dəyişiklik olmayacaq 25-05-2020, 17:49 İcraiyyə Komitəsi növbəti həftə yığışacaq 25-05-2020, 17:48 Foqts yığmamızın sayəsində liderlər sırasındadı 25-05-2020, 17:36 Futbolumuzun əcnəbiləri bir çatışmazlığı qeyd etdilər 25-05-2020, 17:34 “Təəssüf ki, “Bakı”nın bazası ilə bağlı belə məsələlər oldu” 25-05-2020, 17:26 Aftandil Hacıyev mövsümün bərpasını istəmir 25-05-2020, 13:43 Yaşar Bəşirov lisenziya müəmmasına aydınlıq gətirdi 25-05-2020, 13:31 “Azərbaycan millisini seçdiyimə görə valideynlərimə Bakının mərkəzində mənzil verilməyib” 25-05-2020, 13:29 Aydan ulduZa Türkiyə futbolu 25-05-2020, 13:20 “Nə göz-qaş edirsən, baş məşqçi artıq yatıb, istirahət etmək istəyirəm” 24-05-2020, 11:13 Yayın ilk keçidi Amin Seydiyev oldu 24-05-2020, 10:56 Agentlər Aminin ölkə xaricinə yollanacağını düşünürlər 24-05-2020, 10:47 EFA, “Fireland Football Club”, “Dortmund Bakı”, yox bir qaşqaldaq… 24-05-2020, 10:28 Koronavirus olmasaydı... 24-05-2020, 10:25 “Futbolu qaldırsa, veteranlar qaldıracaq” 23-05-2020, 11:14 Əməkdar məşqçi ölüm-qalım mübarizəsi aparır 23-05-2020, 11:02 “Qəbələ”nin elitada ilk qolunun müəllifi dükan işlədirmiş 23-05-2020, 10:58 AFFA-da qanvermə aksiyası 23-05-2020, 10:57 Bakı UEFA-ya təminat verib 23-05-2020, 10:54 “Ximki”: elita əvəzinə 2-ci dəstəyə 22-05-2020, 16:41 “Stəkan bir yana, əl altında olan hər şey paltardəyişmə otağında uçurdu!” 22-05-2020, 16:32 “Neftçi” bilərəkdən “Bəhramov”a sürgün edildi” 22-05-2020, 11:33 Kurtinaytis 300 nəfər qonaq üçün qəsr icarəyə götürüb 22-05-2020, 11:30 Kamran “Ximki”nin ən məhsuldar futbolçusudu 22-05-2020, 11:29 “Qarabağ”ın həkimi fikir bildirməkdə çətinlik çəkir 22-05-2020, 11:26 Yaşar Vahabzadə “Kəpəz”in futbolçularına kökəlməməyi tapşırıb 22-05-2020, 11:23 Mehman Allahverdiyev cəzalı ola-ola meydana çıxıb 22-05-2020, 11:21 Elxan müəllim, bəs qərar açıqlanacaqdı? 22-05-2020, 11:17 PFL növbəti videkonfransa qatıldı 22-05-2020, 11:16 “Kəpəz”lə “Turan Tovuz” istənilən qərara razı olacaq 22-05-2020, 11:13 “Xaqani Məmmədovun sanki sumqayıtlı hakimlərə qarşı allergiyası var idi” 20-05-2020, 11:30 AFFA divizionda və liqalarda mövsümü erkən bitirir 20-05-2020, 11:27 “Sumqayıt”da 55 nəfər testdən keçdi, “Qəbələ” isə gözləyir 20-05-2020, 11:25 Rövşən Hüseynli birbaşa pley-offa keçməyi təklif etdi 20-05-2020, 11:24 Futzal çempionatında durum futboldakından fərqlidi 20-05-2020, 11:20 Jurnalistlər yerli məşqçinin tərəfdarıdı 20-05-2020, 11:18 Nazarovun qol sevinci yadda qaldı 20-05-2020, 11:17 Millət vəkillləri çempionatın bərpasını istəyir 20-05-2020, 11:14 İsmayıllı Olimpiya İdman Kompleksindən məhkəməyə şikayət olundu 20-05-2020, 11:12 “Futbolla vidalaşandan sonra yəqin ki fermada yaşayacam” 20-05-2020, 11:10 UEFA təxirə saldı, PFL-in rəisi maraqlı şərh yazdı 20-05-2020, 11:09 Brifinqdə yenə futbol unudulmadı 20-05-2020, 11:05 Ploeştidə meydandan qovulan Ramin Nəsibov imiş… 18-05-2020, 14:27 Şahin Diniyev yığmanın baş məşqçisiz qalmasını məqsədəuyğun sayır 18-05-2020, 14:26 Ramin Musayev müalicə aldığına görə videokonfransa qatılmayıb 18-05-2020, 14:13 Yığma üzvlərinin maaşı aprelin sonunda ödənilib Bütün xəbərlər
Ən çox oxunanlar