22 mar 18:49Yazar

AÇ “sürüşdürüldü”, bəs biz nə edək?

UEFA srağagün çox məntiqli və praqmatik qərar verdi. Azərbaycan qarışıq 55 ölkənin daxili yarışlarının, eləcə də başa çatmaqda olan qitə kuboklarının taleyini sual altına almaq əvəzinə Avropa çempionatını gələn ilə “sürüşdürmək” bu gün üçün ən optimal addımdı. Əslində növbəti Avropa çempionatını turnirin 60 illiyi şərəfinə 12 müxtəlif ölkədə keçirmək qurumun sabiq prezidenti, futbolçu şöhrətini rüşvət qalmaqallarında yelə verən Mişel Platininin avantürası idi ki, indi də həmin qərar üzündən bir və ya iki yox, yuxarıda göstərilən sayda ölkə təşkilatçılıqla bağlı planlarının suya düşməsindən narahatlıq keçirir.
Azərbaycan da qitə çempionatının təşkilatçılığı tapşırılan 12 ölkədən biri olduğuna görə adam heç bilmir ki, indiki duruma kədərlənsin, yoxsa sevinsin. Əlbəttə, Azərbaycanın - vətənimizin iqtisadi və imic maraqları hər şeydən öndədi və əzizdi. AÇ-nin təşkilatçılığı hər ölkəyə müəyyən para qazandırmaqla yanaşı, həm də həmin ölkənin müəyyən imicinin formalaşmasına, gələcəkdə daha böyük yarışların təşkilatçılığına iddia etməsinə yol açır. Bu mənada qitə birinciliyini qəbul etmək bir çox cəhətlərdən Azərbaycanın imicinə yarayacaq, yığmamız qatılmasa da belə, ölkə futbol bayramının bütün gözəlliklərini yaşayacaqdı.
Amma Çindən başlayan, bütün dünyanı ağuşuna alan koronavirus üzündən bayram ən azı birilliyə təxirə salındı. Təbii ki, kimsə təşkilatçılığı ölkəmizdən alan deyil, Allah canımıza dəyməsə, bir ildən sonra yenə eyni həyəcanı yaşayacaq, yenə qapılarımızı əcnəbilərin üzünə açacağıq. Çox ümid edirəm ki, koronavirus ölkəmizin demoqrafik və iqtisadi qüdrətinə ciddi zərbə vura bilməyəcək, Azərbaycan türkləri sülh və əmin-amanlıq şəraitində yaşamlarını davam etdirəcəklər.
Sadəcə, adamı qəribə şəkildə düşünməyə məcbur edən, əndişələndirən məqamlar da var. Sanki ilahi ədalət, hansısa gözəgörünməz qüvvə Elxan Məmmədova demək istəyir ki, futbolda çoxtirəlik, qütbləşmə yaratmaq ilə bağlı oyun, ideya və iddialarından əl çək, demokratik mühitin yaranmasına yardımçı ol, “bizdən deyilsə, bizə düşməndi” prinsipini unut, Azərbaycanın müxtəlif yaş qrupu üzrə yığmalarının nəticələrinin yaxşılaşdırılmasına xidmət edən fəaliyyətlə məşğul ol. Koronavirus dünyanın hər yerində çoxlu can alsa da, göz yaşlarının axmasına səbəbkar olsa da, sanki bu mənada Elxan Məmmədova müttəfiqlik etdi.
Məmmədov vaxt qazandısa, indi onun mehriban düşməni Ramin Musayev seytnotdadı. PFL-in qarşısında duran əsas vəzifə xüsusi rejim üzündən təxirə salınan ölkə çempionatının 4 turunun oyunları üçün təqvimdə “pəncərə” tapmaq, “axtarış” zamanı kubokun yarımfinal və final oyunlarını da “unutmamaqdı”. Vəziyyətin özəlliyini şərtləndirən səbəb odu ki, PFL bu məsələdə müstəqil qərar vermək səlahiyyətinə malik deyil. Nazirlər Kabineti yanında Operativ Qərargah aprelin 14-dən sonra da xüsusi rejimin qalmasına qərar verərsə (Allah eləməsin!), PFL nə edəsidi ki? Aprelin 14-də qadağalar götürülərsə, ölkə kuboku onsuz da ziyan görməyəcək. Axı yarımfinallar aprelin 22-29-na, final isə mayın 16-na təyin olunmuşdu.
Ölkədaxili yarışları vaxtında, yəni futbolçuların əksərinin müqaviləsində yer alan, eyni zamanda qitə kuboklarını normal qaydada təşkil etməyə imkan verəcək iyunun 30-u tarixinə qədər bitirmək üçün bəzi başqa, ilk baxışdan avantür görünən, amma heç kimi narazı salmayacaq variantlar da var ki, təki PFL bunların ümidinə qalmasın. Yəni Azərbaycan aprelin 14-nə qədər bu bəladan xilas olsun ki, həm ölkədaxili yarışlar vaxtında bitsin, həm də adam yenidən futbol həyəcanı yaşasın. Öz aramızdı, futbolu həyat tərzinə, əsas məşğuliyyətə çevirən adamlar üçün indiki durum çox acınacaqlı və sönükdü. O çox yaxşı misaldı ki, adam bir şeyin qədrini onu itirəndə bilir. Adətən, sağlamlıqla bağlı işlədilən bu ifadə elə çörəyə də aiddi, dosta-yoldaşa da, nəhayət, futbola da. Koronavirus bunu bizə acı dildə anlatdı!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 13:43 "Neftçi" ikinci doğma evim, Azərbaycan ikinci vətənimdi" Bu gün, 13:28 “Keşlə” maaşları tam ödəyəcək Bu gün, 13:01 Qurban Qurbanov 20 min, Elxan Məmmədov 4 min manat, Kamran Ağayev isə... Dünən, 19:19 AFFA UEFA ilə məsləhətləşmələr aparır Dünən, 19:18 Ağarza Rzayev dünyasını dəyişdi Dünən, 19:08 Çingiz İsmayılov AFFA-nın yardımından imtina edib Dünən, 19:01 “Avropaya yollanmaq üçün Mirançuk daha yaxşı oynamalıdı” Dünən, 18:54 Faiq Qarayev də dəstək kampaniyasına qoşuldu Dünən, 18:50 Uayt döyüş üçün yer tapıb, amma açıqlamır Dünən, 18:46 BOK və yaponiyalılar təzyiqə dözmədi Dünən, 18:43 Azərbaycan Avstraliyanın taleyini yaşamaq istəmədi 26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb 26-03-2020, 14:46 AFFA və PFL əməkdaşları da istirahətə çəkilib 26-03-2020, 14:45 Ağır Atletika Federasiyasından Novruz “hədiyyəsi” 26-03-2020, 14:33 “Zaqatala”nın hədəfi çempionluqdu 26-03-2020, 14:29 “Komanda hələ ki heç nəyə qadir deyil” 26-03-2020, 14:21 “Neftçi”dən “33 ən yaxşı” sırasına düşən sonuncu ad… 22-03-2020, 19:27 PFL açıqladı: azı bir ay futbol olmayacaq 22-03-2020, 19:24 “Mehdi Hüseynzadə”də 9600 oturacaq quraşdırılacaq 22-03-2020, 19:22 FIDE Rusiya qanunlarına da məhəl qoymur 22-03-2020, 19:18 “Sumqayıt”ın ofisindən oğurluq edən saxlanıldı 22-03-2020, 19:15 Tural Rzayev zədəyə görə “Merani”dən ayrıldı 22-03-2020, 19:09 Elçin Dərgahquliyev məsuliyyəti üzərinə götürdü 22-03-2020, 19:06 “Qadın futbolçular kişilər kimi çox qazansalar, daha məsuliyyətli və çalışqan olarlar” 22-03-2020, 18:59 Novruz Əzimov doğum günündə işdən azad olunub 22-03-2020, 18:46 “Neftçi” 1937-ci ilin martında yox, yanvarında yaranıb 18-03-2020, 16:29 AFFA liqalarda fasiləni aprelin 14-nə kimi uzadıb 18-03-2020, 16:28 “Bu gün hamımız koronavirusun əsiriyik” 18-03-2020, 16:27 Premyer-liqa məşqçiləri çempionatdakı fasiləni normal qarşılayırlar 18-03-2020, 16:24 Asim Xudiyev ABŞ təəssüratını bölüşdü 18-03-2020, 16:22 “Səbail” hollandı vətəninə yola saldı 13-03-2020, 12:15 Azər Mirzəyev Teymurun yaxşı fürsəti qaçırdığını düşünür 13-03-2020, 12:13 “Bizim dostlarımız qapı dirəkləridi” 13-03-2020, 12:11 Riçard Almeyda “Qarabağ”la Bakı üçün darıxır 13-03-2020, 12:07 Region Liqası nəzərdə tutulan vaxtda bitəcək 13-03-2020, 12:02 “Premier Quba”nın məsələsinə gələn həftə baxılacaq 13-03-2020, 11:59 Riad Rəfiyev Ayxan Abbasova dəstək oldu 13-03-2020, 11:56 Teymurun əziz canı = Azərbaycanın itirilən şansı 13-03-2020, 11:53 4-cü oyun, 4-cü məğlubiyyət! 12-03-2020, 10:45 Məğlubedilməzlər də məğlub olurlar… 12-03-2020, 10:43 “Bu gün əsas rəqibimiz arxayınlıq və özümüzük” 12-03-2020, 10:40 AFFA-dan “Xəzər Lənkəran”a cavab gəldi 11-03-2020, 11:44 Samir Abasov gənc mütəxəssislərin müdafiəsinə qalxdı 11-03-2020, 11:37 Emil Babayandan isti münasibət görüb 11-03-2020, 11:34 “Xəzər Lənkəran”ın U-17 komandası fəaliyyətini dayandıracaq 11-03-2020, 11:31 Rus agenti və "Bude-Qlimt” rəhbərliyini qınadılar 11-03-2020, 11:29 “Vaxtında düzgün addımlar atsaydım, maddi xərclərimizi azalda bilərdim” 11-03-2020, 11:24 “Premier Quba”nın taleyi necə olacaq? 11-03-2020, 11:19 Rüstəm Rəhimov hakimliyin səviyyəsindən narazıdı 6-03-2020, 12:05 Emil Balayev: Kostanaydan Zirəyə... 6-03-2020, 12:04 Sabiq qapıçılar Emilə haqq qazandırdılar 6-03-2020, 12:01 Bakıya gələnlərin hər biri yoxlanılacaq 6-03-2020, 11:59 Millətlər Liqasında rəqiblərimiz müəyyənləşdi 6-03-2020, 11:55 AFFA oyunları təxirə saldı, klublar məşqləri ləğv etdi 6-03-2020, 11:53 Stuxlikin yersiz inadı klubların “başında çatlayır” Bütün xəbərlər
Ən çox oxunanlar