18 mar 16:31Yazar

Koronavirusdan qorxmayan baş katib

REPLİKA
Alimlər, uzaqgörən münəccimlər uzun araşdırmalardan sonra bu qənaətə gəliblər ki, koronavirusun ortaya çıxmasının və sürətlə inkişaf etməsinin kökündə futbol dayanır. Yəni xəstəlik mühüm dəyişikliklər üçün bəhanədi.
Gördüyünüz kimi, dünyanın bir çox ölkələrindəki çempionatlarla yanaşı, Azərbaycan premyer-liqası da təxirə salınıb. Fasilənin hansı zamana təsadüf etməsi də alimlərin gəldiyi qənaətə inanmaq əsası verir. Baxın, bu ay AFFA-nın İcraiyyə Komitəsinin iclası baş tutmalı, bu ayın sonuna qədər millinin yeni baş məşqçisinin adı açıqlanmalı, yığmanın təlim-məşq toplanışı baş tutmalı, yoldaşlıq oyunları keçirilməli və ən əsası, üç3 aydan sonra ölkəmizdə Avropa çempionatının final mərhələsinin 4 oyunu baş tutmalıydı.
Avropa çempionatından başqa hamısı qeyri-müəyyən vaxta təxirə salındı. Ehtimal var ki, koronavirusa görə dünyanın ikinci ən mötəbər milli turniri də keçirilməsin. Bunun kökündə nə dayanır? Niyə məhz indiki anda?
Alimlər düşünür ki, bu, AFFA-da Elxan Məmmədov erasının başa çatması deməkdi. FİFA-da və UEFA-da oturanlar, eləcə də assosiasiyaya pul ayıran SOCAR-ın rəhbərləri həm icraçı vitse-prezident, həm də baş katib olan bu şəxsi göndərmək üçün təxminən 1 aylıq fasiləyə ehtiyac duyub. Hazırda Elxan Məmmədovun postundan yola salınmasının planları cızılır, onu gülərüzlə göndərmək üçün sürpriz proqram hazırlayırlar.
Məsələdən duyuq düşən Məmmədov isə heç bir vəchlə AFFA-dakı işindən ayrılmaq istəmir. 12 il ərzində gördüyü işlərin siyahısını tutub, futbolumuzdakı məqsədyönlü inkişafının hesabatını hazırlayır ki, dəyib-dolaşmasınlar. Hətta adama öz xoşu ilə kreslosunu təhvil verməyəcəyi halda koronavirus xəstəliyindən yaxa qurtara bilməyəcəyini də deyiblər. O isə heç kimdən və heç nədən qorxmadığını deyir, həyatının sonuncu saniyəsinə qədər AFFA-da aparıcı fiqur olacağını deyir.
Heç kimin ölkəni tərk edə bilmədiyi vaxtda Məmmədov gözlənilmədən İsveçrəyə yola düşüb. UEFA-nın Nyondakı mənzil-qərərgahındakı dostlarına minnətçi düşməsinin səbəbi postunun əlindən alınmaq təhlükəsidi. Ordakılara and-aman edəcək ki, kreslodan ikiəlli yapışmaqda başqa niyyəti yoxdu. Bir məqsədi var, o da ən qısa zamanda Azərbaycan futbolunu Avropanın “top-10”una yüksəltmək, millini dünyada adından söz etdirən komandalardan etmək. Məhz buna görə də Azərbaycan futbolu fəaliyyətini müvəqqəti dondurub, bütün məşq və oyunlar təxirə salınıb.
Biləcəridə yaşayan və illərdi baxıcılıqla məşğul olan Gülöyşə adlı qadın koronavirusun da Elxan Məmmədova təsir etməyəcəyini deyib. Onun fikrincə, dünyadakı 8 milyard insanın yarısı həyatdan köçsə belə, baş katib AFFA-nın binasındakı kabinetindən köçməyəcək. Yəni məlum xəstəlik də Elxan bəyi tərpətmək gücündə deyil. Vitse-prezident yalnız bir şərtlə otağından çıxa bilər, koronavirus AFFA-nın qapısından içəri girəndə. Gülöyşə xanım ehtimal edir ki, hətta bu baş verəcəyi halda belə, Məmmədov postundan getməyəcək. Baxıcı xanım Elxan bəyin pəncərədən tullanacağını, koronavirus AFFA-dan çıxan kimi baş katibin yenidən kabinetinə qalxıb kreslonu qucaqlayacağını iddia edib.
Təbii, bu bir zarafatdı. Amma hər bir azərbaycanlı futbolsevərin ürəyində daşıdığı arzu. İnanır və ümid edirik ki, futbolumuzdakı bu durğunluğun nəticəsi hamımız üçün uğurlu olacaq. Futbol Elxan Məmmədovsuz bərpa olunacaq və bu oyunun incəliklərindən xəbərdar olanların sayəsində futbolumuz ağ günə çıxacaq. Amin! İnşallah!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 13:43 "Neftçi" ikinci doğma evim, Azərbaycan ikinci vətənimdi" Bu gün, 13:28 “Keşlə” maaşları tam ödəyəcək Bu gün, 13:01 Qurban Qurbanov 20 min, Elxan Məmmədov 4 min manat, Kamran Ağayev isə... Dünən, 19:19 AFFA UEFA ilə məsləhətləşmələr aparır Dünən, 19:18 Ağarza Rzayev dünyasını dəyişdi Dünən, 19:08 Çingiz İsmayılov AFFA-nın yardımından imtina edib Dünən, 19:01 “Avropaya yollanmaq üçün Mirançuk daha yaxşı oynamalıdı” Dünən, 18:54 Faiq Qarayev də dəstək kampaniyasına qoşuldu Dünən, 18:50 Uayt döyüş üçün yer tapıb, amma açıqlamır Dünən, 18:46 BOK və yaponiyalılar təzyiqə dözmədi Dünən, 18:43 Azərbaycan Avstraliyanın taleyini yaşamaq istəmədi 26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb 26-03-2020, 14:46 AFFA və PFL əməkdaşları da istirahətə çəkilib 26-03-2020, 14:45 Ağır Atletika Federasiyasından Novruz “hədiyyəsi” 26-03-2020, 14:33 “Zaqatala”nın hədəfi çempionluqdu 26-03-2020, 14:29 “Komanda hələ ki heç nəyə qadir deyil” 26-03-2020, 14:21 “Neftçi”dən “33 ən yaxşı” sırasına düşən sonuncu ad… 22-03-2020, 19:27 PFL açıqladı: azı bir ay futbol olmayacaq 22-03-2020, 19:24 “Mehdi Hüseynzadə”də 9600 oturacaq quraşdırılacaq 22-03-2020, 19:22 FIDE Rusiya qanunlarına da məhəl qoymur 22-03-2020, 19:18 “Sumqayıt”ın ofisindən oğurluq edən saxlanıldı 22-03-2020, 19:15 Tural Rzayev zədəyə görə “Merani”dən ayrıldı 22-03-2020, 19:09 Elçin Dərgahquliyev məsuliyyəti üzərinə götürdü 22-03-2020, 19:06 “Qadın futbolçular kişilər kimi çox qazansalar, daha məsuliyyətli və çalışqan olarlar” 22-03-2020, 18:59 Novruz Əzimov doğum günündə işdən azad olunub 22-03-2020, 18:46 “Neftçi” 1937-ci ilin martında yox, yanvarında yaranıb 18-03-2020, 16:29 AFFA liqalarda fasiləni aprelin 14-nə kimi uzadıb 18-03-2020, 16:28 “Bu gün hamımız koronavirusun əsiriyik” 18-03-2020, 16:27 Premyer-liqa məşqçiləri çempionatdakı fasiləni normal qarşılayırlar 18-03-2020, 16:24 Asim Xudiyev ABŞ təəssüratını bölüşdü 18-03-2020, 16:22 “Səbail” hollandı vətəninə yola saldı 13-03-2020, 12:15 Azər Mirzəyev Teymurun yaxşı fürsəti qaçırdığını düşünür 13-03-2020, 12:13 “Bizim dostlarımız qapı dirəkləridi” 13-03-2020, 12:11 Riçard Almeyda “Qarabağ”la Bakı üçün darıxır 13-03-2020, 12:07 Region Liqası nəzərdə tutulan vaxtda bitəcək 13-03-2020, 12:02 “Premier Quba”nın məsələsinə gələn həftə baxılacaq 13-03-2020, 11:59 Riad Rəfiyev Ayxan Abbasova dəstək oldu 13-03-2020, 11:56 Teymurun əziz canı = Azərbaycanın itirilən şansı 13-03-2020, 11:53 4-cü oyun, 4-cü məğlubiyyət! 12-03-2020, 10:45 Məğlubedilməzlər də məğlub olurlar… 12-03-2020, 10:43 “Bu gün əsas rəqibimiz arxayınlıq və özümüzük” 12-03-2020, 10:40 AFFA-dan “Xəzər Lənkəran”a cavab gəldi 11-03-2020, 11:44 Samir Abasov gənc mütəxəssislərin müdafiəsinə qalxdı 11-03-2020, 11:37 Emil Babayandan isti münasibət görüb 11-03-2020, 11:34 “Xəzər Lənkəran”ın U-17 komandası fəaliyyətini dayandıracaq 11-03-2020, 11:31 Rus agenti və "Bude-Qlimt” rəhbərliyini qınadılar 11-03-2020, 11:29 “Vaxtında düzgün addımlar atsaydım, maddi xərclərimizi azalda bilərdim” 11-03-2020, 11:24 “Premier Quba”nın taleyi necə olacaq? 11-03-2020, 11:19 Rüstəm Rəhimov hakimliyin səviyyəsindən narazıdı 6-03-2020, 12:05 Emil Balayev: Kostanaydan Zirəyə... 6-03-2020, 12:04 Sabiq qapıçılar Emilə haqq qazandırdılar 6-03-2020, 12:01 Bakıya gələnlərin hər biri yoxlanılacaq 6-03-2020, 11:59 Millətlər Liqasında rəqiblərimiz müəyyənləşdi 6-03-2020, 11:55 AFFA oyunları təxirə saldı, klublar məşqləri ləğv etdi 6-03-2020, 11:53 Stuxlikin yersiz inadı klubların “başında çatlayır” Bütün xəbərlər
Ən çox oxunanlar