18 mar 16:18Yazar

Bizi koronavirus yox, baş məşqçi həsrəti öldürəcək

Hazırda koronavirusdan başqa heç nə danışılmasa da, mümkün qədər futbolda qalmağa çalışırıq. Mövcud durumun nə vaxt düzələcəyi barədə heç nə demək mümkün deyil. Ancaq dəqiq olan məlum virusun yalnız futbolu yox, hər şeyi alt-üst etməsidi. Artıq AÇ-2020-nin də təxirə salınacağı deyilir. Bununla yanaşı, bütün liqalarda mübarizə dayanıb. Hələlik ölkəmizdə vəziyyətin o qədər də ağır olduğunu demək doğru olmaz. Ancaq ehtiyatlı davranmaq vacibdi. Çünki Avropanın böyük dövlətlərində də virus kəskin şəkildə yayılmaqdadı. Statistika adamı dəhşətə gətirir. Virus olmasa belə, psixoloji cəhətdən stress keçirdiymiz dəqiqdi. Hələlik dözürük. Dözməyə də davam edəcəyik. Ölkə rəhbərliyi də məsələ ilə bağlı ciddi qərarlar qəbul edib. Dinləməli və mütləq qaydalara əməl etməliyik. Düzdü, hələ ki marketlərə hücum edirik. Bir ömür qarnızımızdan başqa heç nəyə önəm verməyən toplum olaraq başqa cür də ola bilməzdi. Hər dəfə buna şahidlik edirik. Hətta bir dəfə havaların kəskin dəyişəcəyi deyilmişdi. Axşam marketlərdə qırğın-qiyamət idi. Biz bütün bəlalara razıyıq, bircə acından ölməyək. Tək dərdimiz yeməkdi. Ölüm ayağında belə əmin olmalıyıq ki, evdə yeməyə hər şey var. Mümkün deyil, dayana bilmərik. Virus qorxusundan paket-paket bazarlıq daşıyırıq. Halbuki günlərdi deyilən şey bunlardı: əlinizi yuyun, öpüşməyin, adi gigiyenik qaydalara əməl edin və s. və i.a. Başa düşmürəm, xəstəliyin ərzaq qıtlığı yaradacağı qənaətinə necə gəlirik? Əslində cavab bəllidi: ağılda yeməkdən başqa heç nə yoxdu. Allah eləməmiş, sabah müharibə başlasa, necə olacaq? Fikir verin, torpaqları işğalda olan bir ölkənin müharibəyə yanaşması “Allah eləməmiş”di. Ona görə ki, özümüzü özümüzdən başqa tanıyan yoxdu. Təsəvvür edin ki, cəbhədə qırğın gedir və bir az da olsa, ərzaq qıtlığı yaranıb. Halımız necə olar? Kim ölkənin müharibədə olduğunu, lazım gəlsə, ac da qala biləcəyimizi başa düşər? Kim? Mən durumu qınayıb, tənqid edib, kiməsə yuxarıdan aşağı baxmaq istəmirəm. Sadəcə, niyə belə edirik, onu başa düşmürəm. Bütün dünya deyir ki, adamların sıx olduğu yerdən uzaq durun. Virusa yoluxa bilərsiz və bu hətta sizi öldürə bilər. Amma biz əksinə, marketlərdə ağız-ağıza dayanırıq. Sıxlığı daha da artırırıq. Mümkün yoluxma ehtimalı heç vecimizə də deyil. Lap açığı, heç koronavirus da vecimizə deyil. Bizimki hay-küydü. Ortalığı ayağa qaldırmaqdı. Halbuki ən ehtiyatlı biz olmalıyıq. Hamıdan daha ehtiyatlı biz davranmalıyıq. Çünki yenə başqa ölkələrdə virusa yoluxanların gedə biləcəyi bir həkim, xəstəxana var. Bizdə isə koronavirusa yoluxanların əksəriyyəti İrandan gələnlərdi. Bilirsiz, onlar niyə İrana getmişdilər? Ümumiyyətlə, azərbaycanlıların illərdi İrana olan axınının səbəbindən xəbəriniz var? Səbəbini öyrənin, bəlkə durumun ciddiyyətini başa düşərsiz. Nə isə, məqsədim yüz illərdi düzəlməyənləri düzəltmək deyil. Düzəltməyi bacaran da yoxdu. Salamatı futbola qayıtmaqdı.
Təxirə salınsa da, salınmasa da, əvvəl-axır turnirlər keçiriləcək. O cümlədən Millətlər Liqası da. Hələlik yarışın başlayacağı vaxta qədər yığmanın yeni baş məşqçisinin olub-olmayacağını demək mümkün deyil. Əlbəttə, Azərbaycan yığmasının da bir məşqçisi olacaq. O da digər komandaların çalışdırıcıları kimi mətbuat konfransı keçirəcək, rəqiblər haqda fikir bildirəcək. Rəqib ölkənin idman mətbuatı onun fikirlərini yazacaq. Bunların hamısı realdı. Olacaq bir gün. Vaxtını soruşmayın, Allahın işinə qarışmaq olmaz. Əsas odu ki, ümidli olun. O gün mütləq gələcək. Mən onun ilk brifinqində iştirak etmək istəyərəm. Ancaq sual verməyə söz vermirəm. Ola bilər ki, onun nur camalı qarşısında göz yaşlarıma hakim ola bilməyim. Onu görməyin kimlərə qismət olacağını demək olmur. Bu bizim əməllərimizdən asılıdı. Bizim baş məşqçini gözləməyimizlə inanclı insanların İmam Mehdini gözləməyi arasında tək bir fərq var: biri möcüzələrə sahibdi, digəri isə... Bilirəm, indi baş məşqçi yeri deyil. Hazırda camaat marketlərdə canı ilə əlləşir. Amma bizim milli komandanın baş məşqçisi göndəriləndə koronavirusun heç “k”sı yox idi. Vallah, bizi koronavirus öldürməsə də, baş məşqçi həsrəti öldürəcək.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 13:43 "Neftçi" ikinci doğma evim, Azərbaycan ikinci vətənimdi" Bu gün, 13:28 “Keşlə” maaşları tam ödəyəcək Bu gün, 13:01 Qurban Qurbanov 20 min, Elxan Məmmədov 4 min manat, Kamran Ağayev isə... Dünən, 19:19 AFFA UEFA ilə məsləhətləşmələr aparır Dünən, 19:18 Ağarza Rzayev dünyasını dəyişdi Dünən, 19:08 Çingiz İsmayılov AFFA-nın yardımından imtina edib Dünən, 19:01 “Avropaya yollanmaq üçün Mirançuk daha yaxşı oynamalıdı” Dünən, 18:54 Faiq Qarayev də dəstək kampaniyasına qoşuldu Dünən, 18:50 Uayt döyüş üçün yer tapıb, amma açıqlamır Dünən, 18:46 BOK və yaponiyalılar təzyiqə dözmədi Dünən, 18:43 Azərbaycan Avstraliyanın taleyini yaşamaq istəmədi 26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb 26-03-2020, 14:46 AFFA və PFL əməkdaşları da istirahətə çəkilib 26-03-2020, 14:45 Ağır Atletika Federasiyasından Novruz “hədiyyəsi” 26-03-2020, 14:33 “Zaqatala”nın hədəfi çempionluqdu 26-03-2020, 14:29 “Komanda hələ ki heç nəyə qadir deyil” 26-03-2020, 14:21 “Neftçi”dən “33 ən yaxşı” sırasına düşən sonuncu ad… 22-03-2020, 19:27 PFL açıqladı: azı bir ay futbol olmayacaq 22-03-2020, 19:24 “Mehdi Hüseynzadə”də 9600 oturacaq quraşdırılacaq 22-03-2020, 19:22 FIDE Rusiya qanunlarına da məhəl qoymur 22-03-2020, 19:18 “Sumqayıt”ın ofisindən oğurluq edən saxlanıldı 22-03-2020, 19:15 Tural Rzayev zədəyə görə “Merani”dən ayrıldı 22-03-2020, 19:09 Elçin Dərgahquliyev məsuliyyəti üzərinə götürdü 22-03-2020, 19:06 “Qadın futbolçular kişilər kimi çox qazansalar, daha məsuliyyətli və çalışqan olarlar” 22-03-2020, 18:59 Novruz Əzimov doğum günündə işdən azad olunub 22-03-2020, 18:46 “Neftçi” 1937-ci ilin martında yox, yanvarında yaranıb 18-03-2020, 16:29 AFFA liqalarda fasiləni aprelin 14-nə kimi uzadıb 18-03-2020, 16:28 “Bu gün hamımız koronavirusun əsiriyik” 18-03-2020, 16:27 Premyer-liqa məşqçiləri çempionatdakı fasiləni normal qarşılayırlar 18-03-2020, 16:24 Asim Xudiyev ABŞ təəssüratını bölüşdü 18-03-2020, 16:22 “Səbail” hollandı vətəninə yola saldı 13-03-2020, 12:15 Azər Mirzəyev Teymurun yaxşı fürsəti qaçırdığını düşünür 13-03-2020, 12:13 “Bizim dostlarımız qapı dirəkləridi” 13-03-2020, 12:11 Riçard Almeyda “Qarabağ”la Bakı üçün darıxır 13-03-2020, 12:07 Region Liqası nəzərdə tutulan vaxtda bitəcək 13-03-2020, 12:02 “Premier Quba”nın məsələsinə gələn həftə baxılacaq 13-03-2020, 11:59 Riad Rəfiyev Ayxan Abbasova dəstək oldu 13-03-2020, 11:56 Teymurun əziz canı = Azərbaycanın itirilən şansı 13-03-2020, 11:53 4-cü oyun, 4-cü məğlubiyyət! 12-03-2020, 10:45 Məğlubedilməzlər də məğlub olurlar… 12-03-2020, 10:43 “Bu gün əsas rəqibimiz arxayınlıq və özümüzük” 12-03-2020, 10:40 AFFA-dan “Xəzər Lənkəran”a cavab gəldi 11-03-2020, 11:44 Samir Abasov gənc mütəxəssislərin müdafiəsinə qalxdı 11-03-2020, 11:37 Emil Babayandan isti münasibət görüb 11-03-2020, 11:34 “Xəzər Lənkəran”ın U-17 komandası fəaliyyətini dayandıracaq 11-03-2020, 11:31 Rus agenti və "Bude-Qlimt” rəhbərliyini qınadılar 11-03-2020, 11:29 “Vaxtında düzgün addımlar atsaydım, maddi xərclərimizi azalda bilərdim” 11-03-2020, 11:24 “Premier Quba”nın taleyi necə olacaq? 11-03-2020, 11:19 Rüstəm Rəhimov hakimliyin səviyyəsindən narazıdı 6-03-2020, 12:05 Emil Balayev: Kostanaydan Zirəyə... 6-03-2020, 12:04 Sabiq qapıçılar Emilə haqq qazandırdılar 6-03-2020, 12:01 Bakıya gələnlərin hər biri yoxlanılacaq 6-03-2020, 11:59 Millətlər Liqasında rəqiblərimiz müəyyənləşdi 6-03-2020, 11:55 AFFA oyunları təxirə saldı, klublar məşqləri ləğv etdi 6-03-2020, 11:53 Stuxlikin yersiz inadı klubların “başında çatlayır” Bütün xəbərlər
Ən çox oxunanlar