13 mar 12:05Yazar

Toz içində ...“Səbail”

Hindistanlı kino rejissoru Yaş Çopranın “Toz içində çiçək” filmini yaşlı nəslin böyük əksəriyyəti izləyib. Biz də onların sayəsində köhnə hind filmlərini sevə-sevə izləyirdik, az qalırdı ki, özümüzü o filmlərin qəhrəmanlarına bənzədək. Film valideynləri tərəfindən atılmış oğlanın həyatından bəhs edir. Uşaq yaşlarından təhqir olunur, həyatın bütün sərt üzlərini görür. Başına gələnlərə dözməyən oğlan doğma evini tərk etməyə məcbur olur, “oğru aləmi”nə qoşulur. Digər hind filmlərində olduğu kimi, gənclər sevir-sevilir, yağış yağır, polis də hansısa epizodda mütləq işə qarışır...
Mən bütün bunları xatırlayanda “Səbail” – “Zirə” qarşılaşması yeni bitmişdi. Bayıl qəsəbəsindən üzü şəhərə tərəf gələn 6 saylı marşurut üzrə hərəkətdə olan avtobusda əyləşib, “ASCO Arena”da gördüklərimi çək-çevir edirdim, qəzetimiz üçün hazırlayacağım reportajın hazırlığıyla məşğul idim. Yəqin ki, artıq reportajla da, oyunətrafı məqamlarla da tanışsız. Əksər məqamları həmin yazıda qeyd etmişəm. Amma gördüyüm çox acı bir fakt var idi ki, onun haqda ayrıca yazmağa qərar verdim. Artıq 10 ildən çoxdu ki, Azərbaycan çempionatının oyunlarını izləyir, mətbuat konfranslarına qatılıram. Yaxşı günlərin də şahidiyəm, pis günlərin də. Rayonlarda da olmuşam, paytaxtın stadionlarında da. İndiyə qədər hər şeyi gördüyümü düşünürdüm, sən demə, yanılmışam. “ASCO Arena”da gördüklərim ötən 10 ildə qarşılaşmadığım görüntü idi. Əvvəlcə gözlərimə inanmadım, amma diqqətlə baxanda gördüklərimin gerçək olduğunu anladım. Siz də mənim yazdıqlarıma şübhə etməyin.
“Səbail” ictimaiyyət arasında daha çox AFFA prezidenti Rövnəq Abdullayevin sözləri ilə məşhurlamışdı. Cənab Abdullayev təxminən belə demişdi ki, oğlu Azərbaycanda darıxırmış, ona baş qarışdırmaq üçün məşğuliyyət tapmaq məqsədi ilə “Səbail” adlı futbol klubunu yaradıblar. Həmin vaxtlar klubun prezidenti də elə Rövnəq bəyin oğlu Rəşad Abdullayev idi. Yarandığı gündən “Səbail” pula pul demirdi. Qısa müddətdə formalaşdı, gücləndi. Birinci divizionda çıxışının ilk ilindəcə 2-ci yeri tutub, eliitaya doğru addım atdı. Ötən ilin yayına qədər hər şey yolunda gedirdi. Azərbaycanın ən yaxşı futbolçuları “Səbail”ə can atırdı. Legionerləri də sayılıb-seçilənlərdən idi. “Çelsi”dəki çıxışıyla məşhurlaşan Maykl Essyen “Səbail”in futbolçusuna çevriləndə hamımız təəccüblənmişdik. Bunu zarafat kimi qəbul edənlər də oldu. Sonradan gördük ki, Essyenin gəlişi zarafat deyilmiş. “Bayıl Arena” AFFA-nın hesabına təmir edildi, baza kimi “Səbail”in ixtiyarına verildi. Qısa müddətdə kluba yeni sponsor tapıldı, fikirəşmək olardı ki, bundan sonra klub daha da inkişaf edəcək, püxtələşəcək.
Amma hər şey bir andaca dəyişdi. Avropa Liqasının təsnifat mərhələsi ərəfəsində işlər “relsdən çıxmağa” başladı. Sonradan eşitdik ki, klub iki qrup arasında gedən daxili çəkişmələrin episentrindədi, nüfuz davası bünövrəsini sarsıtmağa başlayıb. Klubda maddi problemlər başladı, maaşlar gecikdirildi, nəticələr pisləşdi. İş o yerə gəlib çatdı ki, qış fasiləsi ərəfəsində “Səbail” uzun müddət qol vurmağı yadırğadı, qələbəyə həsrət qaldı. Yayda başlayan “yarpaq tökümü” qışda da davam etdi, fasilədə ayağı yer tutan “Səbail”dən üz çevirib, uzaqlara qaçmağa çalışdı. Aftandil Hacıyevin də əhvalı yerində deyil. Onun yerində olan hansı məşqçinin əhvalı yerində olar ki?! Zəiflədilmiş heyətlə oynamağa məcburdu, ikitirəliyin fəsadlarından əziyyət çəkir. Bəzi məqamlarda təzyiqlərlə üzləşir, hansısa proseslər Hacıyevin iradəsindən kənarda baş verir. Bütün bunları Azərbaycan futboluyla az-çox maraqlanan hər kəs bilir.
“Zirə” ilə oyundakı acınacaqlı məğlubiyyət də klubun bugünkü vəziyyətinin göstəricisidi. Özünüsübut eşqiylə alışıb-yanan Rauf Əliyev ora-bura qaçır, təkbaşına nəsə etməyə çalışır. Hacıyevin oyunsonrası mətbuat konfransında dediyi “qarşımıza Avropa Liqasına vəsiqə qazanmaq tapşırığı qoyulmayıb” sözləri də “Səbail”in məqsədsiz “vuruşduğunun”, yaşamaq uğrunda mübarizə aparıb varlığını qorumağa çalışdığının göstəricisidi. Amma bütün bunlar belə mətbuat konfransındakı acınacaqlı mənzərəyə haqq qazandıra bilməz. Təsəvvür edin ki, məşqçilərin arxasında əyləşib, jurnalistlərə xitab etdiyi masanın üzərində barmaq qalınlığında toz var idi. Tozun orda çoxdan qaldığını, heç də bir-iki günün işi olmadığını da hiss etmək çətin deyildi. Çünki məşqçilərin oturduğu hissədə, yəni qolların masa üzərinə qoyulduğu yerdə tozun üzərində qövsvari iz var idi. Bu da ondan xəbər verirdi ki, əvvəlki oyunlar zamanı məşqçilər tozlu masanın arxasında oturub, qolları ilə tozu “siliblər”. Klubda maddi problemlərin olması, maaşların gecikməsi başadüşüləndi. Amma mətbuat konfransı keçirilən otaqda masanın üzərinin tozunun silinməsinə bəraət qazandırmaq çətindi. Bu boyda klubda konfransdan öncə masanı siləcək bircə təmizlik işçisi yoxdumu? “Səbail”in bugünkü durumu elə “Toz içində çiçək” filminin süjet xəttinə uyğundu. Ötən il rəqiblərinə meydan oxuyan gənc komanda indi unudulub, toz içində itib-batıb. Masaların tozunu silən də tapılmır...
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 13:43 "Neftçi" ikinci doğma evim, Azərbaycan ikinci vətənimdi" Bu gün, 13:28 “Keşlə” maaşları tam ödəyəcək Bu gün, 13:01 Qurban Qurbanov 20 min, Elxan Məmmədov 4 min manat, Kamran Ağayev isə... Dünən, 19:19 AFFA UEFA ilə məsləhətləşmələr aparır Dünən, 19:18 Ağarza Rzayev dünyasını dəyişdi Dünən, 19:08 Çingiz İsmayılov AFFA-nın yardımından imtina edib Dünən, 19:01 “Avropaya yollanmaq üçün Mirançuk daha yaxşı oynamalıdı” Dünən, 18:54 Faiq Qarayev də dəstək kampaniyasına qoşuldu Dünən, 18:50 Uayt döyüş üçün yer tapıb, amma açıqlamır Dünən, 18:46 BOK və yaponiyalılar təzyiqə dözmədi Dünən, 18:43 Azərbaycan Avstraliyanın taleyini yaşamaq istəmədi 26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb 26-03-2020, 14:46 AFFA və PFL əməkdaşları da istirahətə çəkilib 26-03-2020, 14:45 Ağır Atletika Federasiyasından Novruz “hədiyyəsi” 26-03-2020, 14:33 “Zaqatala”nın hədəfi çempionluqdu 26-03-2020, 14:29 “Komanda hələ ki heç nəyə qadir deyil” 26-03-2020, 14:21 “Neftçi”dən “33 ən yaxşı” sırasına düşən sonuncu ad… 22-03-2020, 19:27 PFL açıqladı: azı bir ay futbol olmayacaq 22-03-2020, 19:24 “Mehdi Hüseynzadə”də 9600 oturacaq quraşdırılacaq 22-03-2020, 19:22 FIDE Rusiya qanunlarına da məhəl qoymur 22-03-2020, 19:18 “Sumqayıt”ın ofisindən oğurluq edən saxlanıldı 22-03-2020, 19:15 Tural Rzayev zədəyə görə “Merani”dən ayrıldı 22-03-2020, 19:09 Elçin Dərgahquliyev məsuliyyəti üzərinə götürdü 22-03-2020, 19:06 “Qadın futbolçular kişilər kimi çox qazansalar, daha məsuliyyətli və çalışqan olarlar” 22-03-2020, 18:59 Novruz Əzimov doğum günündə işdən azad olunub 22-03-2020, 18:46 “Neftçi” 1937-ci ilin martında yox, yanvarında yaranıb 18-03-2020, 16:29 AFFA liqalarda fasiləni aprelin 14-nə kimi uzadıb 18-03-2020, 16:28 “Bu gün hamımız koronavirusun əsiriyik” 18-03-2020, 16:27 Premyer-liqa məşqçiləri çempionatdakı fasiləni normal qarşılayırlar 18-03-2020, 16:24 Asim Xudiyev ABŞ təəssüratını bölüşdü 18-03-2020, 16:22 “Səbail” hollandı vətəninə yola saldı 13-03-2020, 12:15 Azər Mirzəyev Teymurun yaxşı fürsəti qaçırdığını düşünür 13-03-2020, 12:13 “Bizim dostlarımız qapı dirəkləridi” 13-03-2020, 12:11 Riçard Almeyda “Qarabağ”la Bakı üçün darıxır 13-03-2020, 12:07 Region Liqası nəzərdə tutulan vaxtda bitəcək 13-03-2020, 12:02 “Premier Quba”nın məsələsinə gələn həftə baxılacaq 13-03-2020, 11:59 Riad Rəfiyev Ayxan Abbasova dəstək oldu 13-03-2020, 11:56 Teymurun əziz canı = Azərbaycanın itirilən şansı 13-03-2020, 11:53 4-cü oyun, 4-cü məğlubiyyət! 12-03-2020, 10:45 Məğlubedilməzlər də məğlub olurlar… 12-03-2020, 10:43 “Bu gün əsas rəqibimiz arxayınlıq və özümüzük” 12-03-2020, 10:40 AFFA-dan “Xəzər Lənkəran”a cavab gəldi 11-03-2020, 11:44 Samir Abasov gənc mütəxəssislərin müdafiəsinə qalxdı 11-03-2020, 11:37 Emil Babayandan isti münasibət görüb 11-03-2020, 11:34 “Xəzər Lənkəran”ın U-17 komandası fəaliyyətini dayandıracaq 11-03-2020, 11:31 Rus agenti və "Bude-Qlimt” rəhbərliyini qınadılar 11-03-2020, 11:29 “Vaxtında düzgün addımlar atsaydım, maddi xərclərimizi azalda bilərdim” 11-03-2020, 11:24 “Premier Quba”nın taleyi necə olacaq? 11-03-2020, 11:19 Rüstəm Rəhimov hakimliyin səviyyəsindən narazıdı 6-03-2020, 12:05 Emil Balayev: Kostanaydan Zirəyə... 6-03-2020, 12:04 Sabiq qapıçılar Emilə haqq qazandırdılar 6-03-2020, 12:01 Bakıya gələnlərin hər biri yoxlanılacaq 6-03-2020, 11:59 Millətlər Liqasında rəqiblərimiz müəyyənləşdi 6-03-2020, 11:55 AFFA oyunları təxirə saldı, klublar məşqləri ləğv etdi 6-03-2020, 11:53 Stuxlikin yersiz inadı klubların “başında çatlayır” Bütün xəbərlər
Ən çox oxunanlar