14 apr 16:56Yazar

“Rəvan”, “Şərurspor” və “Borussiya”...

Siyahını uzada da bilərdim, amma kifayət edəcəyini düşündüm. Bəribaşdan qeyd edirəm ki, heç bir şəkildə Dortmund təmsilçisini aşağılamaq, hansısa “qara işlər”də günahlandırmaq niyyətim yoxdu. Düzdü, Almaniya klublarını sevmirəm. Amma “Qəbələ” ilə birlikdə Avropa Liqasının qrup mərhələsində Dortmunda səfər edəndən, “Borussiya”nın əzəmətini, şəhər sakinlərinin futbola sevgisini və başqa müsbət məqamları görəndən sonra “sarı-qaralar”a rəğbətim yaranıb. Bununla belə, “Monako” ilə oyunun 35-ci dəqiqəsində vurulan avtoqoldan sonra bu yazını yazmaqdan özümü saxlaya bilmədim. Məhz həmin dəqiqədə almanların 28 yaşlı müdafiəçisi Sven Bender topu öz qapısına göndərdi, adını tabloya avtoqol müəllifi kimi yazdırdı. Biz illərdi futbola baxırıq və cürbəcür avtoqollar izləmişik. Belə hallarda ən çox müdafiəçilər anti-qəhrəmana çevrilir. Bəzi epizodlar olur ki, “günahkarlar” sırf təsadüf nəticəsində topu öz qapılarına göndərirlər. Onsuz da “çərçivə”yə getməkdə olan “mərmi” yolüstü müdafiəçiyə toxunur və onu avtoloq müəllifinə çevirir. Yaxud da topla ehtiyatsız davranış, ümidsizcəsinə onun istiqamətini dəyişmək cəhdi avtoqolla sonuclanır. Benderin epizodu isə bu tip avtoqollara aid deyildi. Svenin öz komandasını məyus etməsi yetərincə baxımlı alındı. Sanki müdafiəçi öz qapısına yox, rəqibin qapısına qol vurmağa çalışırdı və hər şeyi də buna uyğun etdi.
Əlbəttə, dortmundular Kolumbiyanın mafiozları kimi davranmayacaq. Yəni topu öz qapısına göndərdiyinə görə Benderə Andres Eskobarın taleyini yaşadan, müdafiəçini o dünyalıq edən olmayacaq. Doğrusu da budu, Almaniyada Kolumbiyanın narkotacirlərinin qoyduğu qayda-qanun keçərli deyil. Amma bəzən elə Avropanın yaşıl meydanlarında qarşılaşdığımız futbolçu xətaları, qapıçıların və müdafiəçilərin davranışları, vurulan avtoqollar adamda şübhələr yaradır. Əvvəldə qeyd etdiyim kimi, bu yazımda nə “Borussiya”nı, nə Benderi ciddi nədəsə ittiham etmirəm. Əlimdə bunun üçün heç bir dəlil yoxdu. Benderin avtoqlundan savayı. Görəsən, UEFA belə epizodlarla bağlı araşdırmalar aparırmı? Futbolçuların bilərəkdən, yoxsa qeyri-ixtiyari kobud səhvə yol verdiyini müəyyənləşdirməyə çalışırlarmı? Nədənsə mənə heç inandırıcı gəlmir. Milyonların gözünün qarşısında baş verən onlarla bu cür hadisə araşdırılmadan, sorğu-sual edilmədən unudulur. Di gəl ki, heç kimə lazım olmayan Azərbaycanın 1-ci divizionunun oyunları UEFA-dakıların diqqətini çəkir. Özü də premyer-liqamız yox, divizionun iddialıları yox, məhz əlsiz-ayaqsız autsayderlər.
Bəli, iddia etmək mümkündü ki, autsayderlər çempionata məhz bu istəklə qatılırlar. Onlar mükafatlar qazanmaq, yüksəlmək yox, oyunların “qumara qoyulmasından” pul qazanmaq həvəsiylə yarışırlar. Mümkündü. Amma bu işin bir “əmması” var. “Şərurspor”un prezidenti Sərdar Bağırov həbsxanadan çıxandan sonra verdiyi açıqlamada sensasiya sayıla biləcək yetərincə ciddi ittihamlar səsləndirdi. Bağırov millinin Xorvatiya, Norveç, Çexiya ilə keçirdiyi oyunları belə şübhə altına alırdı. Həmin oyunlarla bağlı hansısa araşdırma aparıldımı? UEFA kimisə sorğu-sual etdimi? Mümkündü ki, Sərdar bəyin səsini UEFA-da eşidən olmadı, bu ittihamlar elə ölkəmizdəcə basdırıldı. Bəs ordakılar “Rəvan”la “Şərurspor”un oyun “satdığından” nə tez xəbər tutdular? Hansı üsulla müəyyənləşdirdilər ki, məsələn, Cəmşid Məhərrəmovla Elvin Əliyev oyun alveri ilə məşğul imiş? “Rəvan”ın vitse-prezidenti İlqar Axundovun da narazılığı elə bundan idi. Klub rəsmisi verdiyi müsahibələrdə bildirir ki, dəfələrlə AFFA-ya müraciət edib, ortaya fakt qoyulmasını istəyib. İlqar bəyin get-gələ salındığı, loru dillə desək, “yola verildiyi” göz qabağındadı. Çoxdandı məsələnin nə yerdə qaldığından xəbərimiz yoxdu. Görəsən, AFFA-nın hüquqşünasları Axundovun qarşısına təkzibolunmaz faktlar qoya bildilərmi? Qoyublarsa, yaxşı olardı ki, həmin faktlar mətbuata da verilsin, geniş ictimaiyyət də xəbər tutsun ki, “Rəvan”ın futbolçuları hansı oyunu necə “satıblar”?
“Örtülü bazar dostluğu pozar” deyə bir məsəl var. Artıq xeyli vaxtdı ki, belə qeyri-müəyyənlik davam edir. Futbolçular, klub rəsmilər daş atıb, başlarını tuturlar, heç bir qəbahət işdə iştirak etmədiklərini deyirlər. AFFA isə “UEFA-dan siqnal almışıq, araşdırma aparmışıq” deyib, ciddi qərarlar qəbul etdi. Artıq istintaq müddəti də bitib, “cinayətkarlar”ın cəzası da verilib, faktların ortaya qoyulmasına ehtiyac var. Yoxsa necə inanaq ki, UEFA əlsiz-ayaqsız klublarımızı “qaralamayıb”? 300-500 manat maaşa topun dalınca qaçan azərbaycanlı balalarını futbolsuz qoyublar, amma yeri gələndə Sven Benderin vurduğu avtoqoldan şübhələnən yoxdu. Axı niyə?
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:26 Bilet satışından 3 milyon manat əldə olunub Dünən, 18:23 Səmədağa Şıxlarov işdən çıxarılmasının səbəbini bilmir Dünən, 18:19 Prosineçki yığma üzvlərinin U-23-ü canlı izləməsinə qadağa qoyubmuş... Dünən, 18:08 Plan suya düşdü: yığma Avstriyada yoldaşlıq oyunu keçirməyəcək Dünən, 15:41 Hakim Maşallah Əhmədova xəbərdarlıq etdi Dünən, 15:38 “Elvin Səfərli futbol adamı deyil” Dünən, 15:37 Naxçıvana yalnız MOİK öz hesabına yollanır Dünən, 15:36 Premyer-liqa avqustun 12-13-də, birinci divizion sentyabrda başlayacaq Dünən, 15:34 “Qəbələ” İtaliyadan qələbəsiz qayıdır Dünən, 15:31 Divizionda çalışanlar Tərlan Əhmədovla razılaşmadı Dünən, 15:29 Tərlan Əhmədov “Şüvəlan”a lazım olmadı Dünən, 15:27 Nikayla Rəşad da “Qəbələ”dən ayrıldı Dünən, 15:18 İslamiadada yer tutan idmançılara müraciәt! Dünən, 15:17 Averin 15 aylıq cəzalandı Dünən, 15:13 Polina Rəhimova “Fənərbaxça”da! Dünən, 15:09 Türkiyə ilə bacarmadıq Dünən, 15:07 Millimiz Bolqarıstana uduzdu Dünən, 15:06 Medalsız qaldılar Dünən, 15:05 Minskə beş qrossmeyster gedəcək Dünən, 15:04 AÇ üçün hazırlıq başlayır Dünən, 15:00 Antalyadan altı medalla Dünən, 14:59 Füzuli və Xaqani Məmmədov qardaşları “İnter”dən göndərildi Dünən, 14:26 Klublarımızın avrokuboklarda mərhələ və “səbət” müəmması Dünən, 14:25 Elvin Məmmədov “Zirə”ni tərk etdi Dünən, 14:07 Veteranlar Əli Rəhmanovu yad edəcək Dünən, 14:04 “Qarabağ” İtaliyadan hücumçu gətirir? Dünən, 14:03 “Rəmzi yığma”ya düşənlərin sayında azalma var Dünən, 14:00 Rusiya yığmasının qapıçısı Şeydayevi xatırladı Dünən, 13:58 “Baku Fayr”dan çətin qələbə Dünən, 13:57 “Sumqayıt” – “Qəbələ” əməkdaşlığı davam edir 24-05-2017, 17:43 “Bakı müsəlman aləminin Las Veqasıdı” 24-05-2017, 17:39 Almeydanın “milliləşdirilməsi” ilə bağlı yenilik yoxdu 24-05-2017, 17:36 “Qəbələ” “qızıl” sayında hamını qabaqladı 24-05-2017, 17:31 Futbolçular İslamiadadakı çıxışını şərh etdi 24-05-2017, 17:27 13 yaşlı qızlar mükafatlandırıldı 24-05-2017, 17:13 Məşqçi kursunun ikinci modulu başlayıb 24-05-2017, 17:11 "Transfer pəncərəsi"nin vaxtı açıqlandı 24-05-2017, 17:09 İlqar Qurbanova “Qarabağ”a lazım olmadığını İndoneziyada istirahət edərkən deyiblər 24-05-2017, 17:07 Hakimlərin premyer-liqadakı işi: kim necə yadda qaldı? 24-05-2017, 17:04 Yığmamız üçün ağır sınaq başlayır 24-05-2017, 17:03 Şəhriyar Məmmədyarov İddiaçılar Turnirinə çox yaxındı 24-05-2017, 17:01 Serbiyada “beş” aldıq 24-05-2017, 17:00 Polşadan dörd medalla 24-05-2017, 16:58 Acı həqiqət... 24-05-2017, 16:57 İslamiadanı 162 medalla başa vurduq 24-05-2017, 16:54 Səmədağa Şıxlarovu da qovdular 24-05-2017, 16:48 Əlvida, Bakı-2017... 23-05-2017, 13:40 İradə Aşumova Olimpiya Komitəsindən 275 min manat alıb 23-05-2017, 13:38 Ramil Diniyev “şərəfsiz” sözünə görə Hüseyn Cəbrayıloğlunun cavabını verdi 23-05-2017, 13:36 “Heydər Əliyev kuboku”nun iştirakçıları müəyyənləşdi 23-05-2017, 13:34 “Qarabağ” Qurbanovla vidalaşdı, Aqollini saxladı 23-05-2017, 13:24 “CBC Sport” yayın hüququna görə klubların pulunu niyə ödəmir? 23-05-2017, 13:22 Sponsor olmadan telekanallarda futbol verilişlərinin yayını mümkünsüzdü 23-05-2017, 13:21 “Qarabağ” Avstriyada çempion oldu 23-05-2017, 13:16 Toğrul Erat çempionluq sevinci yaşadı 23-05-2017, 13:15 Nurlan “Zirə”də əsəbləşirmiş 21-05-2017, 13:56 Natalya Məmmədova yenidən yığmaya qayıdır Bütün xəbərlər
Ən çox oxunanlar