13 mar 11:55Yazar

Azarkeşsiz ölkədə azarkeşsizlik qərarı

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin srağagünkü əmri hər nə qədər aktualdısa, futbol ictimaiyyəti arasında, eləcə də sosial şəbəkələrdə ironiya ilə qarşılanması da bir o qədər təbiidi. Xatırladım ki, söhbət dünyanı bürüyən və artıq ölkəmizə də ayaq açan koronavirus epidemiyası üzündən 1-ci divizionda 19-20-ci, premyer-liqada isə 21-22-ci turun oyunlarının azarkeşsiz keçiriləcəyi ilə bağlı əmrdən gedir. Yəni qarşıdakı iki turda yalnız oyunun təşkilinə cavabdeh olan şəxslər, bir də jurnalistlər stadionlarda ola biləcəklər.
Premyer-liqada mübarizənin həlledici mərhələyə qədəm qoyduğunu, 22-ci turda bizi çempionluğun taleyini müəyyənləşdirmək baxımından çox önəmli olan “Neftçi” – “Qarabağ” oyununun gözlədiyini nəzərə alsaq, bu qərar heç yerinə düşmədi. Onsuz da oyunların teleyayını ideal deyildi, bəzi məqamlarda haqlı tərəfin kim olduğunu heç təkrarda da müəyyənləşdirmək olmurdu. İndi isə tam boş tribunaların estetik eybəcərliyə vəsilə olacağı aydındı. Futbolçular azarkeşlər önündə mübarizə aparmağın məsuliyyətini az-çox hiss edirdilərsə, indi artıq o da olmayacaq. Nəhayət, ən önəmli sual başqadı: bu qədər ironiya etməyə, öz ölkənin futbolunu lağa qoymağa dəyərmi?
Sirr deyil ki, Rövnəq Abdullayev – Elxan Məmmədov tandeminin iş başında olduğu müddətdə yaşananlar, futboldaxili demokratiyanın boğulması, kapitalı, azarkeşlik ehtiraslarını bir əldə cəmləmək cəhdləri, xüsusən də yığmalar səviyyəsində qeydə alınan və bütün ölkənin şahidi olduğu total uğursuzluqlar enində-sonunda indiki mənzərəni şərtləndirəcəkdi. Zəlzələdən, ya vəlvələdən – gerçəklik budu ki, böyük əksəriyyət yanında Azərbaycan futbolunun və azərbaycanlı futbolçunun adının çəkilməsini istəmir, elmi-texnoloji yeniliklər dünyanı evimizə daşıdığından hər kəs o qədər “müqayisə materialı” ilə yüklənib ki, kiməsə nəyisə bəyəndirmək çətindi. Yavaş-yavaş böyük kapital da futboldan uzaqlaşdığından, ölkə futbolu bütövlükdə yüksək maliyyə imkanlarına malik bir qrupun, bahalı, amma vecsiz oyuncağına çevrildiyindən PFL prezidentinin əslində aktual görünən əmri gülüş doğurur, adamlar haqlı olaraq, “oyunlara azarkeş gəlir ki, onu da içəri buraxmayasız”, - deyə ironiya edirlər.
Bütün haqlı-haqsız ironiya elementləri bir yana, məncə, PFL burda zamanlamanı da düz seçmədi. Hələ bir neçə gün əvvəldən AFFA-nın bayrağı altında keçirilən bütün liqalarda mübarizə dayandırılmışdısa, çempionatı keçirən qurum da elə o ərəfədə uyğun qərar verə, müvəqqəti fasilə elan edə bilərdi. Amma təxminən bir həftə də itirildi, ölkədə və dünyada koronavirusun addım səsləri daha aydın duyulandan sonra PFL prezidenti taleyə müqavimətin mənasızlığını, insanların sağlamlığının təhlükə altında olduğunu anladı və gündəmi silkələyən əmri imzaladı. Təbii ki, belədə gülüş də olacaqdı, ironiya da, məzələnmə də.
Əlbəttə, mən yenə də o fikirdəyəm ki, bütün çatışmazlıqlarına, problemlərinə, rəqabət mühiti sarıdan yoxsulluğa rəğmən, bu bizim futboldu, Azərbaycanın futboludu, azarkeşləri ondan çəkindirməyə, iyrəndirməyə, ümumiyyətlə, futbolu bu şəkildə zarafat predmeti etməyə dəyməz. Düzünə qalsa, şəxsən məni də həm ümumi səviyyə, həm komandaların oyun üslubu, həm də futbolçuların hərəkətləri, topluma qaynayıb-qarışması mövzusunda narazı salan məqamlar çoxdu. Amma ortada başqa həqiqətlər də var axı: cəmi bir neçə aydan sonra məhz bu komandalar ölkəni avrokuboklarda təmsil edəcək, yenə minlərlə azarkeş həvəslə stadionların yolunu tutacaq, yenə çoxları bilet axtarışına çıxacaq, yenə ölkə yığması məhz bu futbolçulardan qurulacaq. Odu ki, futbol ictimaiyyətinin bütün nümayəndələrini bir qədər daha artıq təmkinli davranmağa, özümüzə aid hər şeyin qədrini bilməyə, dəstək verməyə gücümüz çatmayanda isə ən azı lağa qoymamağa çağırıram. Səmimi olaq, kimə lağ edirik – özümüzə, övladlarımıza?
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 13:43 "Neftçi" ikinci doğma evim, Azərbaycan ikinci vətənimdi" Bu gün, 13:28 “Keşlə” maaşları tam ödəyəcək Bu gün, 13:01 Qurban Qurbanov 20 min, Elxan Məmmədov 4 min manat, Kamran Ağayev isə... Dünən, 19:19 AFFA UEFA ilə məsləhətləşmələr aparır Dünən, 19:18 Ağarza Rzayev dünyasını dəyişdi Dünən, 19:08 Çingiz İsmayılov AFFA-nın yardımından imtina edib Dünən, 19:01 “Avropaya yollanmaq üçün Mirançuk daha yaxşı oynamalıdı” Dünən, 18:54 Faiq Qarayev də dəstək kampaniyasına qoşuldu Dünən, 18:50 Uayt döyüş üçün yer tapıb, amma açıqlamır Dünən, 18:46 BOK və yaponiyalılar təzyiqə dözmədi Dünən, 18:43 Azərbaycan Avstraliyanın taleyini yaşamaq istəmədi 26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb 26-03-2020, 14:46 AFFA və PFL əməkdaşları da istirahətə çəkilib 26-03-2020, 14:45 Ağır Atletika Federasiyasından Novruz “hədiyyəsi” 26-03-2020, 14:33 “Zaqatala”nın hədəfi çempionluqdu 26-03-2020, 14:29 “Komanda hələ ki heç nəyə qadir deyil” 26-03-2020, 14:21 “Neftçi”dən “33 ən yaxşı” sırasına düşən sonuncu ad… 22-03-2020, 19:27 PFL açıqladı: azı bir ay futbol olmayacaq 22-03-2020, 19:24 “Mehdi Hüseynzadə”də 9600 oturacaq quraşdırılacaq 22-03-2020, 19:22 FIDE Rusiya qanunlarına da məhəl qoymur 22-03-2020, 19:18 “Sumqayıt”ın ofisindən oğurluq edən saxlanıldı 22-03-2020, 19:15 Tural Rzayev zədəyə görə “Merani”dən ayrıldı 22-03-2020, 19:09 Elçin Dərgahquliyev məsuliyyəti üzərinə götürdü 22-03-2020, 19:06 “Qadın futbolçular kişilər kimi çox qazansalar, daha məsuliyyətli və çalışqan olarlar” 22-03-2020, 18:59 Novruz Əzimov doğum günündə işdən azad olunub 22-03-2020, 18:46 “Neftçi” 1937-ci ilin martında yox, yanvarında yaranıb 18-03-2020, 16:29 AFFA liqalarda fasiləni aprelin 14-nə kimi uzadıb 18-03-2020, 16:28 “Bu gün hamımız koronavirusun əsiriyik” 18-03-2020, 16:27 Premyer-liqa məşqçiləri çempionatdakı fasiləni normal qarşılayırlar 18-03-2020, 16:24 Asim Xudiyev ABŞ təəssüratını bölüşdü 18-03-2020, 16:22 “Səbail” hollandı vətəninə yola saldı 13-03-2020, 12:15 Azər Mirzəyev Teymurun yaxşı fürsəti qaçırdığını düşünür 13-03-2020, 12:13 “Bizim dostlarımız qapı dirəkləridi” 13-03-2020, 12:11 Riçard Almeyda “Qarabağ”la Bakı üçün darıxır 13-03-2020, 12:07 Region Liqası nəzərdə tutulan vaxtda bitəcək 13-03-2020, 12:02 “Premier Quba”nın məsələsinə gələn həftə baxılacaq 13-03-2020, 11:59 Riad Rəfiyev Ayxan Abbasova dəstək oldu 13-03-2020, 11:56 Teymurun əziz canı = Azərbaycanın itirilən şansı 13-03-2020, 11:53 4-cü oyun, 4-cü məğlubiyyət! 12-03-2020, 10:45 Məğlubedilməzlər də məğlub olurlar… 12-03-2020, 10:43 “Bu gün əsas rəqibimiz arxayınlıq və özümüzük” 12-03-2020, 10:40 AFFA-dan “Xəzər Lənkəran”a cavab gəldi 11-03-2020, 11:44 Samir Abasov gənc mütəxəssislərin müdafiəsinə qalxdı 11-03-2020, 11:37 Emil Babayandan isti münasibət görüb 11-03-2020, 11:34 “Xəzər Lənkəran”ın U-17 komandası fəaliyyətini dayandıracaq 11-03-2020, 11:31 Rus agenti və "Bude-Qlimt” rəhbərliyini qınadılar 11-03-2020, 11:29 “Vaxtında düzgün addımlar atsaydım, maddi xərclərimizi azalda bilərdim” 11-03-2020, 11:24 “Premier Quba”nın taleyi necə olacaq? 11-03-2020, 11:19 Rüstəm Rəhimov hakimliyin səviyyəsindən narazıdı 6-03-2020, 12:05 Emil Balayev: Kostanaydan Zirəyə... 6-03-2020, 12:04 Sabiq qapıçılar Emilə haqq qazandırdılar 6-03-2020, 12:01 Bakıya gələnlərin hər biri yoxlanılacaq 6-03-2020, 11:59 Millətlər Liqasında rəqiblərimiz müəyyənləşdi 6-03-2020, 11:55 AFFA oyunları təxirə saldı, klublar məşqləri ləğv etdi 6-03-2020, 11:53 Stuxlikin yersiz inadı klubların “başında çatlayır” Bütün xəbərlər
Ən çox oxunanlar