28 fev 11:29Yazar

AFFA nəyi gözləyirmiş?

Futbol təsərrüfatına yaxın olan dostlarımızdan birinin yaxşı sözü var. Deyir ki, ölkə nə gündədisə, onun futbolu da o gündədi, əvvəlcə ölkənin özü düzəlməlidi, sonra da futbolu. Razılaşmaya bilmirsən. Hamımız hər şeyi çox gözəl bilirik, gündəlik həyatımızda da bu əyriliklərlə dəfələrlə qarşılaşırıq. Gözümüzün önündə AFFA neftin, yəni xalqın pulunu sağa-sola xərcləyir, bir qrup işbaz milyonçuya çevrilir, əvəzində ölkəmizin futbol ənənələri məhv olunur. Di gəl ki, tutub yaxalarından yapışan, nə üçün belə etdiklərini soruşan tapılmır. Necə deyərlər, Araz aşıqlarındandı, Kür topuqlarından. Ürəkləri necə istədi, o cür də davranırlar. Onların bədnam əməllərindən yazan, danışan qələm əhlinin vicdanlı kəsmindən başqa heç kim indiki durumdan narahat deyil. AFFA-nın da işi-gücü həmin o vicdanlı adamları nə üsulla olur-olsun, susdurmaqdı. Bütün vasitələri işə salmağa hazır və razıdılar. Bacarmayacaqlar. Vicdanı olanlar yenə yazacaq, danışacaq və qaranlıqları aydınlatmağa davam edəcəklər!
Ötən həftənin cümə günü yaxın qohumum kəskin ağrılarla dövlət xəstəxanalarından birinə gedib. Orda xəstəni USM müayinəsindən keçirib, mədəaltı vəzinin iltihabı diaqnozu qoyublar. Müayinəyə, həkim qəbuluna və aptektən həmin iltihabın müalicəsi üçün lazım olan dərmanların alınmasına 200 manat xərcləyən xəstənin vəziyyəti ertəsi gün daha da pisləşib. Özəl xəstəxanaların birində aparılan təkrar müayinə vəziyyətin ciddiliyini üzə çıxarıb. Sən demə, həmin xəstənin mədəaltı vəzisində heç bir problem yox imiş. Ağrıların mənbəyi kor bağırsaqda olub və bağırsağın həmin hissəsi, yəni appendisit partlamaq dərəcəsinə çatıb. Qohumum şənbə günü əməliyyat olunmasaydı, indi vəziyyət daha da pis həddə gəlib çatacaqdı. Amma hamımız yaxşı bilirik ki, vəziyyətinin pis olması, əməliyyatın qaçılmazlığı hələ o demək deyil ki, azərbaycanlı həkimlər səni cərrah masasına uzadıb, həyatını xilas etməyə başlayacaqlar. Bunun üçün əvvəlcə əməliyyatın qiymətini öyrənməli, həkimlərlə razılığa gəlməlisən. Ondan sonra tələb olunan məbləği toplamalı, özəl xəstəxanadasansa, kassaya, dövlətin tibb müəssisəsindəsənsə, həkimin köməkçisinə (yəni elə kassirinə) çatdırmalısan. Yalnız bundan sonra səni əməliyyata hazırlayıb, bəladan xilas etməyə çalışacaqlar. Necə ki mənim yaxın qohumumla bağlı hadisələr məhz bu ssenari üzrə cərayan etdi və bir gün əvvəl 200 manat xərc çəkib, mədəaltı vəzisini müalicə etdirməyə çalışan adam appendisitinin kəsilməsindən sonra rahatladı. Özü də bir ətək xərc çəkdikdən sonra. Deməli, ilk gün xərclənən 200 manatdan sonra pul olmasaydı, acınacaqlı nəticə qaçılmaz idi.
Yuxarıda qeyd etdiyim kimi, bunu hamımız gözəl bilirik. Elə AFFA-da oturan ütülü qalstuklu, qlamur cənablar da yaxşı bilir. Təbii ki, onların pulu çoxdu. Vaxtı-vaxtında xaricə gedir, özlərini müayinə etdirirlər, yolları Bakıdakı xəstəxanalardan, bizim həkimlərin iş otaqlarından keçmir. İşlərini Almaniyanın, İsrailin, Türkiyənin bahalı klinikalarında ehtiyatlı tuturlar. Bununla belə, Azərbaycan səhiyyəsinin durumundan, acınacaqlı vəziyyətdən xəbər tutmamış olmazlar. Onlara da məlumdu ki, bizdə xəstə lap ölüm ayağında olsa da, əməliyyat və ya müalicə üçün tələb olunan pul ödənilməsə, “ağ xalatlılar” onu Allahın ümidinə buraxacaqlar. Bugünlərdə Azərbaycan futbolunun veteranlarından biri Səmədağa Şıxlarov da səhhətindəki ciddi problemlər üzündən oxşar duruma düşüb. 65 yaşlı futbol veteranının səhhətində problemin olması, əməliyyatın vacibliyi haqda çoxdan eşitmişdim. Özü də dəfələrlə bunu dilə gətirib, müsahibələrində vəziyyətin çətin olduğunu deyib. İş o yerə gəlib çatıb ki, köməklə bağlı AFFA-ya ərizə də yazıb, ürək əməliyyatı üçün 6000 manat ödənilməsini xahiş edib. “Boz bina”dan da ona kömək olunacağı ilə bağlı söz veriblər. Amma sonradan vədlərinə xilaf çıxıblar.
Fevralın 24-də dost-tanış, qohum-əqrəba pul toplayıb Səmədağa Şıxlarovu əməliyyat etdirib, ölümdən xilas ediblər. AFFA-nın belə laqeydliyi, futbol veteranını ağır xəstəliklə baş-başa buraxması geniş narazılıq doğurub, sosial şəbəkələrdə belə davranış qınanıb. Yalnız bundan sonra AFFA-dan Səmədağa Şıxlarovun əməliyyat edilməsi, xərclərin qarşılanmaması ilə bağlı ağlamalı açıqlama gəlib. Görək çox hörmətli Firuz Abdulla bununla bağlı nə deyib: “AFFA rəhbərliyi tərəfindən əməliyyat xərcinin ödənilməsi barədə göstəriş verilib. Müvafiq qaydada AFFA ilə Respublika Diaqnostika Mərkəzi arasında müqavilə imzalanıb. Lakin məlumat almışıq ki, fevralın 24-də Səmədağa Şıxlarov qeyd olunan tibb ocağında əməliyyat olunub. AFFA Respublika Diaqnostika Mərkəzi (RDM) ilə əlaqə saxlayıb və mövcud müqaviləyə uyğun olaraq, müvafiq məbləğ RDM-ə ödəniləcək. Daha öncə məbləğ ödənilibsə, Səmədağa Şıxlarova geri qaytarılacaq. Bununla bağlı RDM-dən AFFA-nın müvafiq strukturuna təsdiq cavabı verilib”.
AFFA fikirləşənə, qərar verənə, müqavilə bağlayana qədər iş işdən keçsəydi, necə olacaqdı? AFFA müalicə xərclərinin ödənməsini yubatmaqla hansı niyyəti güdürmüş? Nə üçün kasıb və sədaqətli dostlar, qohumlar bu işdə AFFA-dan daha cəld tərpənə, əməliyyat üçün tələb olunan məbləği toplaya biliblər? Səmədağa bəy öz kefindən fevralın 24-də əməliyyat olunmayıb ki. Deməli, bunun üçün əsaslı səbəblər yaranıb, həkimlər yubanmamağı məsləhət görüblər. Buna görə də adamlar borc-xərc pul toplayıb, veteran futbolçunun həyatını xilas etməyə çalışıblar. Xoşbəxtlikdən bunu bacarıblar, Şıxlarov vaxtında əməliyyat olunub. İndi AFFA deyir ki, məbləğ ödənilibsə, onu geri qaytaracaqlar. Ay-hay, necə yəni ödənilib? Axı siz bilirsiz ki, ödənilməsəydi, əməliyyat da olunmayacaqdı. Kişinin başına bir iş gəlsəydi, sizin pulunuz nəyə yarayacaqdı?! Sizin yerinizə mən utanıram!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
25-05-2020, 17:50 U-19 liqasının formatında dəyişiklik olmayacaq 25-05-2020, 17:49 İcraiyyə Komitəsi növbəti həftə yığışacaq 25-05-2020, 17:48 Foqts yığmamızın sayəsində liderlər sırasındadı 25-05-2020, 17:36 Futbolumuzun əcnəbiləri bir çatışmazlığı qeyd etdilər 25-05-2020, 17:34 “Təəssüf ki, “Bakı”nın bazası ilə bağlı belə məsələlər oldu” 25-05-2020, 17:26 Aftandil Hacıyev mövsümün bərpasını istəmir 25-05-2020, 13:43 Yaşar Bəşirov lisenziya müəmmasına aydınlıq gətirdi 25-05-2020, 13:31 “Azərbaycan millisini seçdiyimə görə valideynlərimə Bakının mərkəzində mənzil verilməyib” 25-05-2020, 13:29 Aydan ulduZa Türkiyə futbolu 25-05-2020, 13:20 “Nə göz-qaş edirsən, baş məşqçi artıq yatıb, istirahət etmək istəyirəm” 24-05-2020, 11:13 Yayın ilk keçidi Amin Seydiyev oldu 24-05-2020, 10:56 Agentlər Aminin ölkə xaricinə yollanacağını düşünürlər 24-05-2020, 10:47 EFA, “Fireland Football Club”, “Dortmund Bakı”, yox bir qaşqaldaq… 24-05-2020, 10:28 Koronavirus olmasaydı... 24-05-2020, 10:25 “Futbolu qaldırsa, veteranlar qaldıracaq” 23-05-2020, 11:14 Əməkdar məşqçi ölüm-qalım mübarizəsi aparır 23-05-2020, 11:02 “Qəbələ”nin elitada ilk qolunun müəllifi dükan işlədirmiş 23-05-2020, 10:58 AFFA-da qanvermə aksiyası 23-05-2020, 10:57 Bakı UEFA-ya təminat verib 23-05-2020, 10:54 “Ximki”: elita əvəzinə 2-ci dəstəyə 22-05-2020, 16:41 “Stəkan bir yana, əl altında olan hər şey paltardəyişmə otağında uçurdu!” 22-05-2020, 16:32 “Neftçi” bilərəkdən “Bəhramov”a sürgün edildi” 22-05-2020, 11:33 Kurtinaytis 300 nəfər qonaq üçün qəsr icarəyə götürüb 22-05-2020, 11:30 Kamran “Ximki”nin ən məhsuldar futbolçusudu 22-05-2020, 11:29 “Qarabağ”ın həkimi fikir bildirməkdə çətinlik çəkir 22-05-2020, 11:26 Yaşar Vahabzadə “Kəpəz”in futbolçularına kökəlməməyi tapşırıb 22-05-2020, 11:23 Mehman Allahverdiyev cəzalı ola-ola meydana çıxıb 22-05-2020, 11:21 Elxan müəllim, bəs qərar açıqlanacaqdı? 22-05-2020, 11:17 PFL növbəti videkonfransa qatıldı 22-05-2020, 11:16 “Kəpəz”lə “Turan Tovuz” istənilən qərara razı olacaq 22-05-2020, 11:13 “Xaqani Məmmədovun sanki sumqayıtlı hakimlərə qarşı allergiyası var idi” 20-05-2020, 11:30 AFFA divizionda və liqalarda mövsümü erkən bitirir 20-05-2020, 11:27 “Sumqayıt”da 55 nəfər testdən keçdi, “Qəbələ” isə gözləyir 20-05-2020, 11:25 Rövşən Hüseynli birbaşa pley-offa keçməyi təklif etdi 20-05-2020, 11:24 Futzal çempionatında durum futboldakından fərqlidi 20-05-2020, 11:20 Jurnalistlər yerli məşqçinin tərəfdarıdı 20-05-2020, 11:18 Nazarovun qol sevinci yadda qaldı 20-05-2020, 11:17 Millət vəkillləri çempionatın bərpasını istəyir 20-05-2020, 11:14 İsmayıllı Olimpiya İdman Kompleksindən məhkəməyə şikayət olundu 20-05-2020, 11:12 “Futbolla vidalaşandan sonra yəqin ki fermada yaşayacam” 20-05-2020, 11:10 UEFA təxirə saldı, PFL-in rəisi maraqlı şərh yazdı 20-05-2020, 11:09 Brifinqdə yenə futbol unudulmadı 20-05-2020, 11:05 Ploeştidə meydandan qovulan Ramin Nəsibov imiş… 18-05-2020, 14:27 Şahin Diniyev yığmanın baş məşqçisiz qalmasını məqsədəuyğun sayır 18-05-2020, 14:26 Ramin Musayev müalicə aldığına görə videokonfransa qatılmayıb 18-05-2020, 14:13 Yığma üzvlərinin maaşı aprelin sonunda ödənilib 18-05-2020, 14:10 “Qurban Qurbanova “deputatsan, toxunulmazlığın var, futbolçunu itələyərlər də” dedim” 18-05-2020, 14:07 Futzal niyə yada düşmədi? 18-05-2020, 14:05 Şensoy Konkovu təbrik etməyəcək 18-05-2020, 13:59 “Avrokuboklara gedəcək klublar indidən hazırlaşmalı, məşq etməlidilər” 18-05-2020, 13:57 Futbolçular yeniliyi müsbət qarşıladılar 18-05-2020, 13:53 Mətbuat Şehiçi “yoluxdurdu” 18-05-2020, 13:37 “Azərbaycandakı iqlim qazon saxlamaq üçün əlverişli deyil” 18-05-2020, 13:32 Futbolla bağlı qadağa bu həftə götürüləcək 17-05-2020, 11:28 Türk şahmatçı Mahir Məmmədovun FIDE-də çalışmasını düzgün saymır 17-05-2020, 11:26 Karlsen bizimkiləri “görmür” 17-05-2020, 11:20 Beş əvəzləmənin müsbət və mənfi tərəfləri Bütün xəbərlər
Ən çox oxunanlar