24 fev 11:15Yazar

Məşqçilər Komitəsinin məşqçi tövsiyə etməsi

U-19 millimizə Almaniyadan futbolçu gələcəkmiş. Şəxsən mən buna görə sevinirəm. Yəqin siz də bundan xəbərdarsız. Xəbəri olmayanları böyük məmnuniyyətlə mən xəbərdar edərəm. Belə ki, "Hoffenhaym”ın müdafiəçisi Kaan Özkaya ilk dəfə yığmamıza dəvət olunub. Yeni “milliləşdirilən” 18 yaşlı oyunçu "Hoffenhaym” futbol məktəbinin yetirməsidi. Mannheymdə anadan olan Özkayanın Almaniya və Türkiyə vətəndaşlığı olub. Gənc müdafiəçi ötən ilin yayında "Hoffenhaym”ın U-17 komandasından U-19-a yüksəlib. Onun Almaniya klubu ilə müqaviləsinin müddəti gələn ilin yayına qədərdi. Gözünüz aydın olsun. Kim bu yeni xəbəri məndən eşitdisə, ilk imkandaca muştluğumu göndərsin. Bir az çox göndərin ki, həyətdə oynayan uşaqlarla, tində dayanan işsiz cavanlarla da bölüşə bilim. Hər dəfə məni görəndə deyirlər ki, müəllim, biz bu Azərbaycan futbolundan nə vaxt xeyir görəcəyik. Elə hey cəfa çəkirik, amma səfasını özgələri çəkir. Qoy mən də onlara şirinlik paylayanda lovğalanım, "alın, bu da futbolumuzun sizə xeyri" deyə bilim.
Ağzınız şirin olsun. Əminəm ki, Kaan Özkayanın Almaniyadakı qohumları, onun menecerləri indi ağızlarını şirin edib, əllərini bir-birinə vururlar. Bəs necə? Özkaya Azərbaycandan bir ətək pul qazanacaq, bundan hər kəsə pay çatacaq. Türklər demiş, AFFA-nın pulu dənizdi, onu yeməyən kərizdi. AFFA-nın uğurlu daxili və xarici siyasəti sayəsində indi biz dünyada öz səxavətimizlə, futbolçu "milliləşdirmək" bacarıcığımızla məşhur olmuşuq. Heç kefinizi pozmayın, qoyun Özkaya və onun qohumları da neftimizin pulunun ləzzətini dadsınlar da. Kimdən əskikdilər? Onsuz da indiyə qədər Dağıstandan, Ukraynadan, Rusiyanın künc-bucağından, elə Türkiyə və Almaniyanın özündən tapılan, milli formayla süstlədiyimiz geydirmə futbolçuların sayını itirmişik.
Özkayanın indiyə qədər iki vətəndaşlığı olub. Yəqin ki, buna da diqqət yetirdiz. Adam neçə ildi ki, Almaniya və Türkiyə millilərindən dəvət gözləyib. Görəndə ki, bu iki yığmadan işıq ucu görünmür, üzünü Azərbaycan tərəfə çevirib. Utanmadan deyəcəklər ki, Özkayanın ulu babasının rəfiqələri o vaxta Azərbaycandan Türkiyəyə, ordan da Almaniyaya köçübmüş. AFFA-nın çoxbilmiş və fədakar menecerləri bu qohumluğun tarixini bilən kimi Özkayanı axtarıb tapıblar, dərhal da ona Azərbaycan gerbi olan pasport düzəltdiriblər. İndi təsəvvür edin ki, vəziyyətimiz necə "güldü". Biz özümüzdəki uşaqları elə beşikdəcə futboldan iyrəndirib, topdan qaçaq salırıq. Sonra da gedirik Almaniyaya, Türkiyəyə lazım olmayanları "milliləşdiririk". Davamında isə elə həmin o lazımsız futbolçularla Almaniyanın, Türkiyənin, yaxud da eyni səviyyəli başqalarının qarşısına çıxırıq. Bizim yerimiz qruplardakı sonuncu pillələr olmasın, bəs hara olsun?!
Azərbaycan futbolunda o qədər gülməli, eyni zamanda da ağlamalı proseslər baş verir ki, adam heç bilmir hansını yazsın. Deməli, fevralın 13-də "Azərbaycan Radiosu"nun səhər efirində qonaq olan Elxan Məmmədov Abdullayev soyadlı adaşının Azərbaycanın U-18 millisini çalışdırmaqdan imtina etdiyini söyləmişdi. Məlum olmuşdu ki, Abdullayevin gözü daha yüksəklərdədi, milli komandada köməkçi-məşqçi olmaq istəyir. Heç şübhə etmirəm ki, Elxan Məmmədov həmin vaxt "göylə gedən” adaşını tutub yerə sala bilmədiyi üçün belə bir açıqlama vermişdi. Görünür, ötən 7-8 gün ərzində Elxab Abdullayev daşı ətəyindən töküb, həm Əlinin, həm də Vəlinin aşından olmaq istəməyib. İndi də durub deyir ki, mən imtina etməmişdim, AFFA-ya şərt qoymuşdum. Belə çıxır ki, Elxan Abdullayevin "yuxarılar"da sevilən və tapşırılan məşqçi olması haqda deyilənlər doğrudu. Buna görə də özündə cəsarət taparaq əvvəl AFFA-nı rədd edir, sonra da şərtləini ortaya qoyur.
Son iki təyinatda ən gülməli məsələ Məşqçilər Komitəsinin milli komandalar üçün məşqçi tövsiyə etməsidi. Adama deyərlər özünüz nəçisiz, hansı sənətin sahibisiz? Elə məşqçi tövsiyə edəcək qədər ağıllı və işbilənsizsə, özünüzü məşqçi sayırsızsa, niyə başqasını tövsiyə edirsiz? Özünüz hərəyə bir milli komanda götürüb, çalışdıra bilməzsiz? Yoxsa sizin işiniz elə tövsiyə verməkdi, siz bu sahə üzrə ixtisaslaşmısız?!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb 26-03-2020, 14:46 AFFA və PFL əməkdaşları da istirahətə çəkilib 26-03-2020, 14:45 Ağır Atletika Federasiyasından Novruz “hədiyyəsi” 26-03-2020, 14:33 “Zaqatala”nın hədəfi çempionluqdu 26-03-2020, 14:29 “Komanda hələ ki heç nəyə qadir deyil” 26-03-2020, 14:21 “Neftçi”dən “33 ən yaxşı” sırasına düşən sonuncu ad… 22-03-2020, 19:27 PFL açıqladı: azı bir ay futbol olmayacaq 22-03-2020, 19:24 “Mehdi Hüseynzadə”də 9600 oturacaq quraşdırılacaq 22-03-2020, 19:22 FIDE Rusiya qanunlarına da məhəl qoymur 22-03-2020, 19:18 “Sumqayıt”ın ofisindən oğurluq edən saxlanıldı 22-03-2020, 19:15 Tural Rzayev zədəyə görə “Merani”dən ayrıldı 22-03-2020, 19:09 Elçin Dərgahquliyev məsuliyyəti üzərinə götürdü 22-03-2020, 19:06 “Qadın futbolçular kişilər kimi çox qazansalar, daha məsuliyyətli və çalışqan olarlar” 22-03-2020, 18:59 Novruz Əzimov doğum günündə işdən azad olunub 22-03-2020, 18:46 “Neftçi” 1937-ci ilin martında yox, yanvarında yaranıb 18-03-2020, 16:29 AFFA liqalarda fasiləni aprelin 14-nə kimi uzadıb 18-03-2020, 16:28 “Bu gün hamımız koronavirusun əsiriyik” 18-03-2020, 16:27 Premyer-liqa məşqçiləri çempionatdakı fasiləni normal qarşılayırlar 18-03-2020, 16:24 Asim Xudiyev ABŞ təəssüratını bölüşdü 18-03-2020, 16:22 “Səbail” hollandı vətəninə yola saldı 13-03-2020, 12:15 Azər Mirzəyev Teymurun yaxşı fürsəti qaçırdığını düşünür 13-03-2020, 12:13 “Bizim dostlarımız qapı dirəkləridi” 13-03-2020, 12:11 Riçard Almeyda “Qarabağ”la Bakı üçün darıxır 13-03-2020, 12:07 Region Liqası nəzərdə tutulan vaxtda bitəcək 13-03-2020, 12:02 “Premier Quba”nın məsələsinə gələn həftə baxılacaq 13-03-2020, 11:59 Riad Rəfiyev Ayxan Abbasova dəstək oldu 13-03-2020, 11:56 Teymurun əziz canı = Azərbaycanın itirilən şansı 13-03-2020, 11:53 4-cü oyun, 4-cü məğlubiyyət! 12-03-2020, 10:45 Məğlubedilməzlər də məğlub olurlar… 12-03-2020, 10:43 “Bu gün əsas rəqibimiz arxayınlıq və özümüzük” 12-03-2020, 10:40 AFFA-dan “Xəzər Lənkəran”a cavab gəldi 11-03-2020, 11:44 Samir Abasov gənc mütəxəssislərin müdafiəsinə qalxdı 11-03-2020, 11:37 Emil Babayandan isti münasibət görüb 11-03-2020, 11:34 “Xəzər Lənkəran”ın U-17 komandası fəaliyyətini dayandıracaq 11-03-2020, 11:31 Rus agenti və "Bude-Qlimt” rəhbərliyini qınadılar 11-03-2020, 11:29 “Vaxtında düzgün addımlar atsaydım, maddi xərclərimizi azalda bilərdim” 11-03-2020, 11:24 “Premier Quba”nın taleyi necə olacaq? 11-03-2020, 11:19 Rüstəm Rəhimov hakimliyin səviyyəsindən narazıdı 6-03-2020, 12:05 Emil Balayev: Kostanaydan Zirəyə... 6-03-2020, 12:04 Sabiq qapıçılar Emilə haqq qazandırdılar 6-03-2020, 12:01 Bakıya gələnlərin hər biri yoxlanılacaq 6-03-2020, 11:59 Millətlər Liqasında rəqiblərimiz müəyyənləşdi 6-03-2020, 11:55 AFFA oyunları təxirə saldı, klublar məşqləri ləğv etdi 6-03-2020, 11:53 Stuxlikin yersiz inadı klubların “başında çatlayır” 6-03-2020, 11:51 Bir oyun təxirə salındı, sensasiya qeydə alınmadı 6-03-2020, 11:18 Skarlatake “Zirə”nin uğursuzluğunun səbəbini dedi 6-03-2020, 11:11 İdman jurnalistləri arasında ilk çempionat keçirilib 4-03-2020, 11:09 “Bu gün Səmədağa Şıxlarova qarşı edilən haqsızlıq sabah başqalarına olacaq” 4-03-2020, 11:08 “Bude-Qlimt”in maliyyə şərtləri Emil Balayevi razı salmadı 4-03-2020, 11:02 Hələ belə olmamışdı 4-03-2020, 11:01 “Qarabağ”ı Stamenkoviç və hakimlər dayandırdı 4-03-2020, 10:54 Baxımlı oyun və …heç-heçə 4-03-2020, 10:52 “Qəbələ” üçün əsən Zirə küləyi 4-03-2020, 10:49 Həftənin idman proqramı 4-03-2020, 10:47 “Araz” fərqi daha da artırdı Bütün xəbərlər
Ən çox oxunanlar