21 fev 12:23Yazar

Şeydayev üçün uğurlu “Sabah”

Zaur Ramazanov Ramil Şeydayevin “Sabah”a gəlməsini tənqid edib. Deyib ki, Ramil gərək Rusiya premyer-liqasında sonuncu yerdə gedən komandada oynamağa razı olaydı, amma Azərbaycana gəlməyəydi. Bəli, azərbaycanlı futbolçuların legioner olmasını, xarici klublarda oynayıb səviyyəsini yüksəltməsini hamımız arzulayırıq. Özü də çox! Təkcə mən özüm yanvarda bu mövzuda bir neçə yazı yazmışam, xüsusən də Ramil Şeydayevlə Emil Balayevin Azərbaycandan kənarda oynamağa davam etməli olduğunu vurğulamışam. Bu iki futbolçunun mentallığı başqalarından fərqlənir, relsə düşüblər, özlərinə ad-san qazanıblar. Ən əsası, onların sonuncu klubu ölkə xaricindəydi. Ramil “Dinamo”nun, Emil isə “Tobol”un formasını geyidi. Təəssüflər olsun ki, hər ikisi barədə keçmiş zamanda danışmağa məcburuq. Emil üçün “Tobol” səhifəsi erməni baş məşqçinin gəlişiylə qapandısa, Ramil Moskva klubunda özünü göstərə bilmədi. Acı da olsa, bu həqiqəti etiraf etməliyik. Emillə Ramil “kökdən düşmüş piano”ya çevriləndən bəri özlərinə Azərbaycandan kənarda klub axtarmalı, ən azı elə çıxış etdikləri çempionatda qalmalıydılar. Görünən odu ki, onlar üçün bu tapşırığı yerinə yetirmək heç də asan olmayacaq.
Belə olacağını da proqnozlaşdırmışdıq. Demişdik ki, həm Rusiya, həm də Qazaxıstan klubları heyətlərini komplektləşdirib, hazırlığın həlledici mərhələsinə qədəm qoyublar. Təlim-məşq toplanışında komanda ilə birgə olmayan, məşqçilərin oyun fəlsəfəsini mənimsəməyən futbolçunun sonradan kiminsə yadına düşəcəyi o qədər də inandırıcı deyil. Proqnozumuzun ilk hissəsi artıq doğruldu və Ramil ən azı mövsümün sonuna qədər Azərbaycanda çıxış edəcək, “Sabah”ın uğurları üçün tər tökəcək. Balayevin Türkiyədəki “reabilitasiya proqramı” başa çatıb, millimizin qapıçısı artıq Bakıdadı. Hər gün Dmitri Kramarenkonun nəzarətində məşq etdiyi, formasını qorumağa çalışdığı deyilir. Buna inanıram, Emilin çalışqanlığına və istedadına şübhəm yoxdu. Amma bir məsələ də var ki, onu gözardı edə bilmərik. Həmin məsələ də fərdi hazırlıqla, təkbaşına çalışmaqla kollektiv məşqlərin eyni olmamasını qəbul etməyin vacibliyidi. Emillə bağlı məsələnin qəliz tərəfi də məhz budu. Millimizin qapıçısı artıq üç aydı ki, heç bir klubun düşərgəsində kollektivlə birlikdə hazırlıq keçmir, nəinki rəsmi, heç yoxlama görüşündə qapıda dayanmır. Çox qorxuram ki, tezliklə Emil də yerli klubların biriylə əl sıxışıb, yaya qədər Azərbaycan premyer-liqasında oynayacağını bəyan edəcək. Qoy mən yanılım, bunu səmimi qəlbdən arzulayıram.
Sözümün canı başqadı. Zaur Ramazanovun Ramil Şeydayevi “topa tutması” çox məntiqsiz görünür. Sanki Zaur özü karyerasının ən yaxşı vaxtlarını Azərbaycanda yelə verən, istedadını “milyonçu klublarımızda” xərcləyən futbolçu deyil. Məsələnin daha maraqlı tərəfi var. Böyük qardaşın açdığı həmin o cığırı indi onun kiçik qardaşı eyni dəqiqliklə yürüməkdədi. “Xəzər Lənkəran”nın pulu vardı, Ağabala Ramazanov əyninə ağ-yaşıl forma geymişdi. Həm klubdan maaş alır, həm də Lənkərandakı hərbi hissələrin birində əsgərliyini yola verirdi. Onu yetişdirən “Neftçi”nin “Xəzər Lənkəran”la amansız rəqabət aparması heç yadına da düşmürdü. Elə ki əsgərliyi bitirdi, üzü Bakıya sürət götürdü. Hələ mən Ağabalanın “Neftçi”yə transferi gündəmdə olarkən yaşananları, Zaurun “ağ-qaralar”ın rəhbərliyi ilə söz müharibəsinə çıxmasını demirəm. Kiçik Ramazanova yayda Rumıniyadan, qışda isə Moldovadan təklif vardı. Hər ikisi Avropaya bizdən “bir köynək” daha yaxındı, ordan daha səviyyəli kluba yollanmaq daha asandı. 27 yaşlı Ağabala gözünü yumacaq-açacaq və görəcək ki, 30-u haqlayıb. Və ondan sonra Avropanın yox e, Asiyanın hansısa çempionatının sonuncusu belə onun adını maraqlandığı futbolçuların sırasına daxil etməyəcək. Məncə, böyük Ramazanov bir qədər bu məsələyə diqqət ayırmalı, Ağabalanın Biləcəridən o tərəfə uzanacaq yolunu açmağa çalışmalıdı. AFFA-dan maaş alıb, ona-buna məsləhət vermək çox asandı. Elə sonuncu müsahibəsində Zaur etiraf edir ki, qardaşı övladını çox sevdiyinə görə legioner həyatı yaşamaq istəmir, “Səbail”də, “Zirə”də gününü keçirir. Deməli, qeyri-peşəkar olduğumuzu, hisslərə qapıldığımızı, pulu çox sevdiyimizi etiraf etmiş oluruq.
Ramilin “Sabah”a dönməsindən hamımız məyus olsaq da, bundan yararlanıb futbolçunu mənəvi terrora məruz qoymaq lazım deyil. Onsuz da onun psixoloji durumu indi heç də yaxşı deyil. Bu məsələdə heç “Sabah”ın da böyük günahı yoxdu. Sanki əcnəbi klublar Azərbaycan millisinin hücumçusunu transfer etmək üçün yarıışa girmişdilər, amma “Sabah” ona daha çox pul təklif edib Bakıya gətirdi?! Gəlin reallıq hissini itirməyək. Vəziyyət o qədər də yaxşı olmasa da, dünyanın sonu deyil. Şeydayevin 24 yaşı tamam olmayıb, fiziki gücü yerindədi, qolçu kimi istedadını da itirməyib. “Sabah”da oynaya-oynaya da özünə inamını qaytara, qollarını sıralamaqla diqqətləri üzərinə çəkə bilər. Biz ən yaxşısına inanaq. Qoy uğurlu sabaha gedən yol, Avropanı fəth etmək üçün növbəti cəhd elə “Sabah”dan başlasın!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 11:22 Fonda daha hansı klub pul köçürəcək? Bu gün, 11:01 Koronavirusun öyrətdiyi ...onlayn məşqlər 3-04-2020, 21:40 “Ağsu Siti” də kampaniyaya qoşuldu 3-04-2020, 21:36 Bir daha Çingiz İsmayılova ayrılan yardım haqda 3-04-2020, 21:30 Riad Rəfiyev “asan yol” arzulamır 3-04-2020, 21:21 “Sumqayıt” 40 həmvətənimizi himayəyə götürdü 3-04-2020, 20:55 Avanürist ideya: yarımfinal bir oyundan ibarət olsun! 3-04-2020, 20:35 “Old Wolf”u üç futbolçu təbrik edib 3-04-2020, 20:32 Elvin Bakıdadı, Fərid Çexiyada məşq edir 1-04-2020, 19:25 Altay Əliyev və övladları Prezidentin çağırışına qoşuldu 1-04-2020, 19:09 "Sabah"dan sabahımız üçün jest 30-03-2020, 13:43 "Neftçi" ikinci doğma evim, Azərbaycan ikinci vətənimdi" 30-03-2020, 13:28 “Keşlə” maaşları tam ödəyəcək 30-03-2020, 13:01 Qurban Qurbanov 20 min, Elxan Məmmədov 4 min manat, Kamran Ağayev isə... 29-03-2020, 19:19 AFFA UEFA ilə məsləhətləşmələr aparır 29-03-2020, 19:18 Ağarza Rzayev dünyasını dəyişdi 29-03-2020, 19:08 Çingiz İsmayılov AFFA-nın yardımından imtina edib 29-03-2020, 19:01 “Avropaya yollanmaq üçün Mirançuk daha yaxşı oynamalıdı” 29-03-2020, 18:54 Faiq Qarayev də dəstək kampaniyasına qoşuldu 29-03-2020, 18:50 Uayt döyüş üçün yer tapıb, amma açıqlamır 29-03-2020, 18:46 BOK və yaponiyalılar təzyiqə dözmədi 29-03-2020, 18:43 Azərbaycan Avstraliyanın taleyini yaşamaq istəmədi 26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb 26-03-2020, 14:46 AFFA və PFL əməkdaşları da istirahətə çəkilib 26-03-2020, 14:45 Ağır Atletika Federasiyasından Novruz “hədiyyəsi” 26-03-2020, 14:33 “Zaqatala”nın hədəfi çempionluqdu 26-03-2020, 14:29 “Komanda hələ ki heç nəyə qadir deyil” 26-03-2020, 14:21 “Neftçi”dən “33 ən yaxşı” sırasına düşən sonuncu ad… 22-03-2020, 19:27 PFL açıqladı: azı bir ay futbol olmayacaq 22-03-2020, 19:24 “Mehdi Hüseynzadə”də 9600 oturacaq quraşdırılacaq 22-03-2020, 19:22 FIDE Rusiya qanunlarına da məhəl qoymur 22-03-2020, 19:18 “Sumqayıt”ın ofisindən oğurluq edən saxlanıldı 22-03-2020, 19:15 Tural Rzayev zədəyə görə “Merani”dən ayrıldı 22-03-2020, 19:09 Elçin Dərgahquliyev məsuliyyəti üzərinə götürdü 22-03-2020, 19:06 “Qadın futbolçular kişilər kimi çox qazansalar, daha məsuliyyətli və çalışqan olarlar” 22-03-2020, 18:59 Novruz Əzimov doğum günündə işdən azad olunub 22-03-2020, 18:46 “Neftçi” 1937-ci ilin martında yox, yanvarında yaranıb 18-03-2020, 16:29 AFFA liqalarda fasiləni aprelin 14-nə kimi uzadıb 18-03-2020, 16:28 “Bu gün hamımız koronavirusun əsiriyik” 18-03-2020, 16:27 Premyer-liqa məşqçiləri çempionatdakı fasiləni normal qarşılayırlar 18-03-2020, 16:24 Asim Xudiyev ABŞ təəssüratını bölüşdü 18-03-2020, 16:22 “Səbail” hollandı vətəninə yola saldı 13-03-2020, 12:15 Azər Mirzəyev Teymurun yaxşı fürsəti qaçırdığını düşünür 13-03-2020, 12:13 “Bizim dostlarımız qapı dirəkləridi” 13-03-2020, 12:11 Riçard Almeyda “Qarabağ”la Bakı üçün darıxır 13-03-2020, 12:07 Region Liqası nəzərdə tutulan vaxtda bitəcək 13-03-2020, 12:02 “Premier Quba”nın məsələsinə gələn həftə baxılacaq 13-03-2020, 11:59 Riad Rəfiyev Ayxan Abbasova dəstək oldu 13-03-2020, 11:56 Teymurun əziz canı = Azərbaycanın itirilən şansı 13-03-2020, 11:53 4-cü oyun, 4-cü məğlubiyyət! 12-03-2020, 10:45 Məğlubedilməzlər də məğlub olurlar… 12-03-2020, 10:43 “Bu gün əsas rəqibimiz arxayınlıq və özümüzük” 12-03-2020, 10:40 AFFA-dan “Xəzər Lənkəran”a cavab gəldi 11-03-2020, 11:44 Samir Abasov gənc mütəxəssislərin müdafiəsinə qalxdı 11-03-2020, 11:37 Emil Babayandan isti münasibət görüb Bütün xəbərlər
Ən çox oxunanlar