21 fev 11:47Yazar

Bir daha “Mister Penalti” haqda

Azərbaycan futbolunda haqqında kitab yazılası çox az adam var ki, belələrindən biri də İqor Ponomaryovdu. Açığını deyirəm: şəxsən mənim boş vaxtım olsaydı, qəzetin qayğılarıyla yüklənməsəydim, məmnuniyyətlə İqor Anatolyeviçin futbol həyatını qələmə alardım. Hətta xəyali kitaba ad da düşünmüşəm: Mister Penalti...
Kimsə bu məqamda soruşa bilər ki, Ponomaryov Azərbaycan futbolu üçün kitaba düşəsi nə edib? Bu ritorik sualın ən doğru cavabı rəqəmlərdə və tutullarda gizlənir. Məsələn, o, SSRİ yığmasının heyətində 1978-də U-18-lər arasında Avropa çempionu, 1979-da isə U-19-lar arasında dünya ikincisi olub, ardıcıl dəqiq yerinə yetirilən penaltilərin sayına (24) görə SSRİ çempionatının rekordçusudu, SSRİ çempionatının 100 bombardiri siyahısında yer alıb, 6 mövsüm “Neftçi”nin heyətinə çempionatda hamıdan çox fərqlənib, nəhayət, həm də futbolumuzun olimpiya çempionu adını qazanan yeganə yetirməsidi.
Son günlər Ponomaryovun personasının gündəmə gəlməsi isə heç də cəmi dörd gündən sonra 60 yaşını tamamlayacağı ilə bağlı deyil. Həmkarım Natiq Muxtarlı Nazim Süleymanovun 55 yaşına həsr etdiyi yazıda “Mister Penalti”ni Azərbaycanda təzyiqə məruz qaldığını bildirməklə İsveçdən siyasi sığınacaq almaqda və beləcə, satqınlıqda suçlayıb ki, bu da səbəbkarı özündən çıxarıb. İqor Anatolyeviç “feysbuk” hesabında Natiq bəyə geniş cavab yazaraq, vaxtilə İsveçə köçməsi haqda həqiqətlərə də aydınlıq gətirib: “İsveçə heç bir köç olmayıb. SSRİ Dövlət İdman Komitəsi Azərbaycan İdman Komitəsinin razılığı ilə məni göndərib ki, buna görə Azərbaycan İdman Komitəsi və “Neftçi” heç də az olmayan məbləğ əldə edib. Şəxsiyyət və idmançı kimi həmişə Azərbaycanın bayrağını uca tutmuşam. Heç vaxt, heç yerdə və heç kim məndən sevimli ölkəm və hər tinini yaxşı tanıdığım şəhərim haqda pis söz eşitməyib. Futbolçu karyeramı bitirəndən sonra doğma ölkəmi heç vaxt unutmamışam və unutmuram. İsveç Azərbaycanlıları Konqresi tərəfindən diasporun işində fəal iştiraka görə “Dədə Qorqud” ordeni ilə təltif olunmuşam, oğlum Anatoli Azərbaycanın futbol yığmasında çıxış edib, özüm isə baş məşqçi kimi milli komandaya rəhbərlik etmişəm. Sağlamlığımı doğma “Neftçi”yə qurban vermişəm, ciddi zədə almışam və bu üzdən də karyeramı tez bitirmişəm”.
Təbii ki, Ponomaryovun futbolçu keyfiyyətlərini müzakirəyə çıxarmaq artıqdı. İlk növbədə ona görə ki, nəhəng ölkənin, demək olar bütün yaş qrupu yığmalarına istənilən futbolçunun düşməsi çətin idi. Digər tərəfdən 80-ci illər “Neftçi”sini məhz Ponomaryov – Əhmədov – Cavadov “üçbucağ”ına görə sevənlərin, komandanın həmin dönəmdəki oyununu xatırlayanların sayı bu gün də çoxdu. Açığı, ötən əsrin 80-ci illəri elə uzaq tarix də deyil ki, nələrisə yadda çıxaraq və unudaq. Məncə, burda üzərində dayanılası əsas məqam İqor Anatolyeviçin hansısa mülahizələrə söykənərək İsveçdən siyası sığınacaq alması – hərçənd bu yöndə də əlimizdə müfəssəl və dəqiq bilgi yoxdu! – yox, sadəcə, 1988-ci ildə SSRİ çempionatının elitasından gedən “Neftçi”nin yenidən ora qayıtması yolunda çiynini hansısa yükün altına verməməsi ola bilər. Amma o da var ki, Ponomaryov “Neftçi” karyerasının son illərində oyunlara elə dizi sarıqlı halda çıxırdı və futbol kuluarlarında onun xroniki zədədən əziyyət çəkməsi haqda söhbətlər gəzirdi. Səhv etmirəmsə, İsveçdə həmin zədəni təzələdi və bir daha əvvəlki səviyyəyə dönə bilmədi. “Mister Penalti”nin transferindən “Neftçi”nin valyuta qazanması da gerçəklikdi. Bu başqa məsələ ki, həmin puldan müstəqil olmayan respublikanın əsas komandasına ciddi məbləğ çata bilməzdi. O da yadımdadı ki, Ponomaryov keçmiş SSRİ-nin futbolundan xaricə yolu açılan ilk adlardan biri idi. Birinci olmasa da belə, ilk “onluq”daydı. Hər halda, şəxsən mən “Neftçi” üçün əsirgəmədiyi fədakarlığa görə “Mister Penalti”nin 60 yaşını təbrik etməyi özümə borc bilirəm. İsveçə köç məsələsini isə araşdırmağa dəyər!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 11:22 Fonda daha hansı klub pul köçürəcək? Bu gün, 11:01 Koronavirusun öyrətdiyi ...onlayn məşqlər 3-04-2020, 21:40 “Ağsu Siti” də kampaniyaya qoşuldu 3-04-2020, 21:36 Bir daha Çingiz İsmayılova ayrılan yardım haqda 3-04-2020, 21:30 Riad Rəfiyev “asan yol” arzulamır 3-04-2020, 21:21 “Sumqayıt” 40 həmvətənimizi himayəyə götürdü 3-04-2020, 20:55 Avanürist ideya: yarımfinal bir oyundan ibarət olsun! 3-04-2020, 20:35 “Old Wolf”u üç futbolçu təbrik edib 3-04-2020, 20:32 Elvin Bakıdadı, Fərid Çexiyada məşq edir 1-04-2020, 19:25 Altay Əliyev və övladları Prezidentin çağırışına qoşuldu 1-04-2020, 19:09 "Sabah"dan sabahımız üçün jest 30-03-2020, 13:43 "Neftçi" ikinci doğma evim, Azərbaycan ikinci vətənimdi" 30-03-2020, 13:28 “Keşlə” maaşları tam ödəyəcək 30-03-2020, 13:01 Qurban Qurbanov 20 min, Elxan Məmmədov 4 min manat, Kamran Ağayev isə... 29-03-2020, 19:19 AFFA UEFA ilə məsləhətləşmələr aparır 29-03-2020, 19:18 Ağarza Rzayev dünyasını dəyişdi 29-03-2020, 19:08 Çingiz İsmayılov AFFA-nın yardımından imtina edib 29-03-2020, 19:01 “Avropaya yollanmaq üçün Mirançuk daha yaxşı oynamalıdı” 29-03-2020, 18:54 Faiq Qarayev də dəstək kampaniyasına qoşuldu 29-03-2020, 18:50 Uayt döyüş üçün yer tapıb, amma açıqlamır 29-03-2020, 18:46 BOK və yaponiyalılar təzyiqə dözmədi 29-03-2020, 18:43 Azərbaycan Avstraliyanın taleyini yaşamaq istəmədi 26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb 26-03-2020, 14:46 AFFA və PFL əməkdaşları da istirahətə çəkilib 26-03-2020, 14:45 Ağır Atletika Federasiyasından Novruz “hədiyyəsi” 26-03-2020, 14:33 “Zaqatala”nın hədəfi çempionluqdu 26-03-2020, 14:29 “Komanda hələ ki heç nəyə qadir deyil” 26-03-2020, 14:21 “Neftçi”dən “33 ən yaxşı” sırasına düşən sonuncu ad… 22-03-2020, 19:27 PFL açıqladı: azı bir ay futbol olmayacaq 22-03-2020, 19:24 “Mehdi Hüseynzadə”də 9600 oturacaq quraşdırılacaq 22-03-2020, 19:22 FIDE Rusiya qanunlarına da məhəl qoymur 22-03-2020, 19:18 “Sumqayıt”ın ofisindən oğurluq edən saxlanıldı 22-03-2020, 19:15 Tural Rzayev zədəyə görə “Merani”dən ayrıldı 22-03-2020, 19:09 Elçin Dərgahquliyev məsuliyyəti üzərinə götürdü 22-03-2020, 19:06 “Qadın futbolçular kişilər kimi çox qazansalar, daha məsuliyyətli və çalışqan olarlar” 22-03-2020, 18:59 Novruz Əzimov doğum günündə işdən azad olunub 22-03-2020, 18:46 “Neftçi” 1937-ci ilin martında yox, yanvarında yaranıb 18-03-2020, 16:29 AFFA liqalarda fasiləni aprelin 14-nə kimi uzadıb 18-03-2020, 16:28 “Bu gün hamımız koronavirusun əsiriyik” 18-03-2020, 16:27 Premyer-liqa məşqçiləri çempionatdakı fasiləni normal qarşılayırlar 18-03-2020, 16:24 Asim Xudiyev ABŞ təəssüratını bölüşdü 18-03-2020, 16:22 “Səbail” hollandı vətəninə yola saldı 13-03-2020, 12:15 Azər Mirzəyev Teymurun yaxşı fürsəti qaçırdığını düşünür 13-03-2020, 12:13 “Bizim dostlarımız qapı dirəkləridi” 13-03-2020, 12:11 Riçard Almeyda “Qarabağ”la Bakı üçün darıxır 13-03-2020, 12:07 Region Liqası nəzərdə tutulan vaxtda bitəcək 13-03-2020, 12:02 “Premier Quba”nın məsələsinə gələn həftə baxılacaq 13-03-2020, 11:59 Riad Rəfiyev Ayxan Abbasova dəstək oldu 13-03-2020, 11:56 Teymurun əziz canı = Azərbaycanın itirilən şansı 13-03-2020, 11:53 4-cü oyun, 4-cü məğlubiyyət! 12-03-2020, 10:45 Məğlubedilməzlər də məğlub olurlar… 12-03-2020, 10:43 “Bu gün əsas rəqibimiz arxayınlıq və özümüzük” 12-03-2020, 10:40 AFFA-dan “Xəzər Lənkəran”a cavab gəldi 11-03-2020, 11:44 Samir Abasov gənc mütəxəssislərin müdafiəsinə qalxdı 11-03-2020, 11:37 Emil Babayandan isti münasibət görüb Bütün xəbərlər
Ən çox oxunanlar