14 fev 11:09Yazar

Gör bir bizim ağsaqqallar nə deyir...

El arasında “Qaçaq Nəbi” adıyla məşhurlaşan, əsl adı “Qanlı zəmi” olan filmdə təsirləndiyim bir səhnə var. Nəbinin kəndxuda təyin etdiyi, sonradan da bəylik titulu alan sadə kəndli ona xəyanət edir. Patron vermək adıyla Qaçaq Nəbini tələyə salan kəndxuda öz hərəkətinə haqq qazandırmaq üçün sıxıla-sıxıla deyir: “Bağışla, Nəbi. Düzdü, qulluğa sən qoymusan məni. Amma çörəyi onlar verirlər axı mənə”. Çox ağır və təsirli səhnədi. Fikirləşəndə ki, Qaçaq Nəbinin vaxtında insanlar indikindən mərd imiş, öz sözlərinə daha çox sahib çıxıb, mərd kişi kimi yaşamağa çalışırmışlar, lap dəhşətə gəlirsən. Çünki günümüzdə bu dəyərlər itməkdədi. Burda sənə bir söz deyən başqa yerdə çox rahat şəkildə arxanca danışır, xəyanət etməyə çətinlik çəkmir, səni yolda buraxır. Bilmirsən kimə inanasan. Onda yaşamaq daha çətin və cansıxıcı olur.
Əfqan Talıbovla Babək Alxasovun Nazim Süleymanovu yarıyolda buraxıb, AFFA Həmkarlar İttifaqını tərk etməsi xeyli maraqlı ssenari ilə gerçəkləşdi. Özləri deməsə də, sonradan öyrəndik ki, bu iki nəfər yeni il ərəfəsində həmkarları ilə birlikdə ittifaqın tədbirinə qatılıb, hətta ağızlarını şirin eləmək üçün kəsilən tortdan da yeyiblər. Sonra isə dabanlarına tüpürüb, qaçmağa başlayıblar. Qaçıblar-qaçıblar, AFFA-nın binasına çatanda dayanıblar. Orda da deyiblər ki, keçirik sizin qılıncınızın altından, öldürməyin bizi. “Günahlarının bağışlanmasını” diləyib, bundan sonra bir daha belə səhvə yol verməyəcəklərinə and içiblər. Mübarizə aparmaq, haqqını istəmək, ləyaqətlə yaşamaq hər adamın bacardığı iş deyil. AFFA-nın baş katibi Elxan Məmmədov da bizim futbol veteranlarını yaxşı tanıyır. Ona görə də illərdi ki, veteranları adam yerinə qoymur, onları AFFA-nın binasının kandarından içəri buraxmırdı. Baş katibin azərbaycanlılara münasibəti hər kəsə bəllidi. Yaxşı bilirdi ki, işsiz-gücsüz veteranlar heç vaxt onun üzünə ağ olmayacaqlar, səslərini çıxarıb nəyəsə etiraz etməyəcəklər. Gözləyəcəklər ki, bir gün Məmmədov onlara lütf edəcək, hansısa yüngül bir vəzifə verəcək. Deyəcək ki, işlə, balalarını saxla, özünü yaxşı apar.
Hər şey illərdi belə davam edirdi. Nazim Süleymanovun “səbr kasası daşandan” sonra çox şeylər dəyişdi. Ötənlərin məşhur futbolçusu üsyan bayrağını açdı, veteranlara edilən haqsızlıqlara qarşı səsini çıxardı. Süleymanovun etdikləri Elxan Məmmədov üçün gözlənilməz idi. Ona görə də ilk vaxtlar məsələni ciddiyə almadılar, Nazim Süleymanovun tezliklə susacağını düşündülər. İş ciddi xarakter alanda, narazı veteranlar təşkilatlanmağa başlayanda baş katib də qəflət yuxusundan oyandı. Kimisini qorxutmağa, kimisini satın almağa başladılar. Artıq AFFA Həmkarlar İttifaqı Elxan Məmmədov və onun dəstəsi üçün qorxulu yuxuya çevrilib. Bu təşkilatı dağıtmaq, narazılıqları beşikdəcə boğmaq üçün hər şeyə əl atırlar. İndi Həmkarlar İttifaqı gizli toplanmağa başlayıb. Çünk AFFA inzibati resurslarını işə salıb, veteranlara toplantı üçün yer verənlərə təzyiq göstərir ki, qapılarını onların üzünə bağlasınlar. Qorxanlar da var, satılanlar da.
Yunis Hüseynov özü bir iş görməyən Bernard Lippertin köməkçisidi. Mahir Şükürov, Emin Quliyev, Zaur Ramazonov da AFFA-nın himayəsi altındadı. Vidadi Rzayevə də barmaq silkələyiblər. Maraqlıdı, daha əvvəllər onları niyə xatırlamırdılar? Əfqan Talıbovla Babək Alxasov da üzü AFFA-ya tərəf gedən, sonunda vəzifə və pul görünən qatara doğru qaça-qaça getdilər. Eşitdiyimizə görə, Əfqanın mükafatı artıq verilib. Talıbov federasiya tərəfindən "Turan Tovuz"un Müşahidə Şurasına üzv göndərilib. Oqtay Abdullayev illərdi davam edən küskünlüyü unudub. Onun Əfqan Talıbovu sevmədiyi futbol ictimaiyyətinə çoxdan məlum idi. Çox güman ki, Babək Alxasov da unudulmayacaq. Yaxın günlərdə Alxasovu Yaşar Vahabzadənin yanında, “Kəpəz”in məşqçilər korpusunda görə bilərik. Allah xeyirlərini versin. Biz nə karəyik? Elə Nazim Süleymanovun rəhbərlik etdiyi təşkilatın məqsədi-məramı da bu idi. Çoxları düşünürdü ki, Sulya özünə iş, vəzifə, maaş mübarizəsi aparır. Artıq yanıldıqlarını anlayıblar. Nazim Süleymanov savaşır, bəhrəsini isə başqaları görür. Kimisi iş tapır, başqa birisi təqaüd alır. Bugünlərdə AFFA-nın veteranları özünə yaxın olan otellərin birinə toplayacağı, orda dinləyəcəyi deyilir. Yəqin ordan da nahara dəvət edərlər ki, veteranlar günortanı ac qalmasınlar, evlərinə qarnıtox dönsünlər.
Bəli, vəziyyət gördüyümüz kimidi. Elə ona görə də AFFA-nın milli komandanın baş məşqçisi olmağa namizəd gördüyü 32 mütəxəssisin arasında azərbaycanlı yoxdu, hamısı əcnəbilərdi. Diqqət yetirin, buna etiraz edən, yerlilərin müdafiəsinə qalxan da elə bizik. Yəni mətbuatın vicdanlı kəsiminin nümayəndələri. Azərbaycanlı futbol mütəxəssislərinin isə heç cınqırı da çıxmır, etiraz edə bilmirlər. Hərdən öz-özümə deyirəm ki, bizim nəyimizə lazımdı?! Qoy bu dəfə də özləri danışsın. Danışa bilsələr...
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
14-02-2020, 12:31 “İsgəndər Cavadovun akademiyasına ayrılan vəsaiti görəndə şoka düşdük” 14-02-2020, 12:20 Elxan Məmmədovun veteranlarla görüşü təxirə salındı 14-02-2020, 12:15 AFFA “Marafon”u da Nazim Süleymanovun üzünə bağladı 14-02-2020, 12:10 Ağabalanın cəriməsini kim ödəyəcək? 14-02-2020, 11:10 AFFA telekanallara və onlayn mediaya dəvət göndərib 14-02-2020, 11:05 “Qəbələ” çilili forvardla anlaşdı 14-02-2020, 11:03 “Xəzər Lənkəran”a texniki məğlubiyyət verilib 14-02-2020, 11:01 Ruslan “Neftçi” ilə görüşü də buraxacaq 14-02-2020, 11:00 “Birinci işimiz sonuncu pillədən qurtulmaqdı” 14-02-2020, 10:56 Rauf yenə Prezidentə müraciət etdi, anası 1333 səs topladı 14-02-2020, 10:55 Cəmşid Məhərrəmov azadlıqda 12-02-2020, 11:55 Elvin Yunuszadə “Çelik”i Ümit Özata görə seçib 12-02-2020, 11:53 Samir Abasovun seçkidən xəbəri olmayıb 12-02-2020, 11:51 “Sumqayıt” itirdiyi mövqeyi qaytardı 12-02-2020, 11:31 “Qarabağ” “Neftçi”nin yaxınlaşmasına imkan vermədi 12-02-2020, 11:28 İsgəndər Cavadov AFFA-ya əl açıb 12-02-2020, 11:26 “Forza Neftçi” 11 yaşını Mərdəkanda qeyd etdi 12-02-2020, 11:24 Səmra Əliyeva şərhinin birmənalı qarşılanmayacağını bilirmiş 7-02-2020, 22:09 Məşqçilər Komitəsi namizədləri iki saat müzakirə edib 7-02-2020, 22:07 “Qəbələ” pasportun məsuliyyətini AFFA-nın üzərinə atdı 7-02-2020, 22:06 Ağatahir Əzimov futzal hakimlərini “topa tutdu” 7-02-2020, 22:03 Riçard, belə getmək lazım idi 7-02-2020, 22:02 "Qəbələ”nin gözlədiyi hücumçu gəldi 7-02-2020, 22:00 Vüqar Aftandil Hacıyevin “gəl” mesajını gözləyir 7-02-2020, 21:49 Start ərəfəsində yüngül gəzişmə 7-02-2020, 21:47 Siz gizlənin, Rövşən danışsın... 7-02-2020, 21:44 Kamal Bayramov üçün mövsüm bitdi 5-02-2020, 11:42 Elman Ələkbərov yığmanın yaradılan şəraitin əvəzini vermədiyini düşünür 5-02-2020, 11:42 Futbolumuzun yetirməsi 50 yaşında dünyasını dəyişdi 5-02-2020, 11:40 AFFA-da Stuxlikin Bəhramovu ziyarət etməməsinin səbəbini bilmirlər 5-02-2020, 11:38 Almeydalı “Baniyas”dan növbəti qələbə 5-02-2020, 11:37 “Qarabağ” Kintananı Çin klubuna yola saldı 5-02-2020, 11:35 “Zirə”ni Qadze ilə Ramazanov sevindirdi 5-02-2020, 11:32 Rauf Məmmədov deputat olmaq istəyən anasının müdafiəsinə qalxdı 5-02-2020, 11:28 Heç kimə sərf etməyən “sülh” 5-02-2020, 11:26 İstək çox şeydi, amma hər şey deyil 5-02-2020, 11:23 Lider mövqeyini bərkitdi, ən yaxın təqibçisi dəyişdi 5-02-2020, 11:22 Əliyar Ağayev Afinada VAR-ın köməyinə ehtiyac duydu 5-02-2020, 11:17 Elvin Məmmədov “Zirə”dən ayrıldı 5-02-2020, 11:07 Mahir gözəl qolla “Qarabağ”ı sevindirdi 5-02-2020, 10:58 Yığmanın mundial arzusu “suya düşdü” 4-02-2020, 12:25 “Ən azı həmin epizodda Beyli qabaqlamaqda çətinlik çəkmədim” 31-01-2020, 12:22 “Ağsu” divizionda çıxışını dayandırdı 31-01-2020, 12:20 Ölkə basketbolunda yeni səhifə - MBA Azərbaycana gəlir! 31-01-2020, 12:08 Şok: basketbol yığmamızın üzvü də danışılmış oyunlara görə tutulub! 31-01-2020, 10:56 “Sabah” Koçukla Rodrigesi transfer etdi 31-01-2020, 10:54 Bunun harası vacib oyundu ki? 31-01-2020, 10:51 Azad Rəhimov yeni federasiyaya xeyir-dua verdi 29-01-2020, 19:03 Tofiq Mikayılov Alesionun təklifini qəbul etməyib 29-01-2020, 19:02 Səfiyarlı Ozobiçin Almeydanı unutduracağını düşünür 29-01-2020, 19:00 “Qarabağ”: bir gündə iki məğlubiyyət 29-01-2020, 18:59 U-19 Şimali Makedoniyanı hər iki oyunda yendi 29-01-2020, 18:57 Füzuli Məmmədov nəticələrdən narazıdı 29-01-2020, 18:54 “Zirə”nin beşinci transferi Moldova millisinin üzvü oldu 29-01-2020, 18:52 Yığma mundiala vəsiqə uğrunda mübarizəyə başlayır 28-01-2020, 12:13 “Altus” gülünc bəhanə ilə Həmkarlar İttifaqının tədbirini pozdu 28-01-2020, 12:10 Ziya Rəcəbov İndoneziya çempionatına qələbə ilə başladı Bütün xəbərlər
Ən çox oxunanlar