07 fev 22:01Yazar

Gözümüz səni görür, Balayev

Futbolumuzun ən ciddi problemlərindən, hətta deyərdim ki, bəlalarından biridi. Xaricdə legioner həyatı yaşayan, oraların futboluna ayaq uydurmağı bacaranımız azdı. Tək əlin barmaqlarının sayı qədər. Gürcülər, ermənilər Avropanın qərbindən tutmuş Rusiya və Qazaxıstanın klublarına qədər səpələniblər. Son vaxtların ən aktual mövzularından biri, həm də məni çox narahat edən məsələ budu. Azərbaycanlı futbolçular xarici klublarda oynayacaq səviyyəyə və cəsarətə malik olmayınca, milli komandalardan nəticə gözləməyimiz əbəsdi. Premyer-liqamızın boş tribunalarının önündə həftədə bir dəfə o baş-bu başa qaçmaqla böyük futbolçuya çevrilə bilməzsən. Bu yerdə bir haşiyə çıxım. 10-15 il əvvəl Mahir Rüstəmli ilə aramızda keçən bir söhbəti sizə danışım. Həmin vaxtlar Azərbaycandan uzaqdaydım, futbolumuzun reallıqlarından uzaq qalmışdım. Hamı kimi mən də yığmanın baş məşqçisi Şahin Diniyevi qınayır, onun gedişiylə problemlərin bitəcəyini düşünürdüm. Bu barədə Mahir bəyə yazdığım elektron məktubda da fikirlərimi qeyd etmişdim. Dəyərli baş redaktorumuzun cavabı belə oldu: “Problem təkcə Diniyevdə deyil. Azərbaycanlı futbolçular arasında nəinki Avropa klublarında, heç Rusiya və Türkiyənin birinci divizionlarında oynayacaq səviyyədə olanı yoxdu. Nazim Süleymanov, Vəli Qasımov səviyyəsində futbolçumuz qalmayıb”. Onun sözlərini qulağıma sırğa etdim, Diniyevə də münasibətim həmin gündən dəyişdi.
Ötən 10-15 ildə ölkəmizdə, elə şəxsi həyatımızda çox dəyişikliklər baş verib. Hər birimiz fərd olaraq inkişaf etmişik, təkcə yaşımızın üzərinə yaş əlavə etməklə kifayətlənməmişik. Amma bir şeyi əminliklə deyə bilərəm ki, Azərbaycan futbolunda müsbətə doğru heç bir dəyişiklik yaşanmayıb. Düzdü, “Qarabağ” avrokubokların qrup mərhələsinin daimi iştirakçısına çevrilib, “Neftçi”ylə “Qəbələ” də bizə o qüruru yaşadıb. Bakıda tək əlin barmaqlarının sayı qədər yeni stadionlar tikilib, AFFA regionun ən zəngin futbol qurumuna çevrilib, əməkdaşları bəy balası kimi yaşamağı özləri üçün həyat yolu seçiblər. Elxan Məmmədovun 3-5 tanışı da futbol funksionerinə, klub prezidentinə çevrilib, marka geyimlərlə süstlədikləri bədənlərinin çəkisini xeyli artırıblar. Dünyaca məşhur Berti Foqtsu, daha sonra isə Robert Prosineçkiylə Nikola Yurçeviçi qarşılayıb, yola salmışıq. Bernard Lippert hələ də ocağımızın başındadı, onunla yanaşı, Frits Stuxliki də yağ içində böyrək kimi yaşadırıq. Di gəl ki, bizim yenə də nəinki Avropada, heç Rusiyayla Türkiyənin aşağı divizionlarında oynayacaq səviyyədə futbolçumuz yoxdu. Mahir Rüstəmliylə olan söhbətimizin üstündən keçən zaman kəsiyində milyonları göyə sovursaq da, gürcülərə də, ermənilərə də həsədlə baxırıq.
Araz Abdullayevin yaxşı günləri AFFA-nın “Neftçi”ni “vurmaq” planları üzündən boşa getdi. Xarakterindəki problemlər də sonradan problemə çevrildi. Vaqif Cavadovun bir az bəxti gətirmədi, bir az özü tənbəl oldu. Rauf Əliyevlə Əfran İsmayılovu artıq mövcud olmayan “Bakı”nın prezidenti Hafiz Məmmədovun milyonları bataqlığa saldı. Mahir Əmrəli ilə bağlı məsələ hər kəsə aydındı, “Qarabağ” Qurban Qurbanovun ehtiyac duyduğu futbolçunu əldən buraxmaqda maraqlı deyil. Çox güman, Qurban bəy də Mahirə yaxşı bələddi, onun gözündən uzaqda şıltaq uşağa çevriləcəyindən ehtiyatlanır. Başqa kimimiz qaldı? Böyük miqyasda baxanda Emil Balayevlə Ramil Şeydayev. “Tobol” Emilin karyerasının inkişafına böyük təkan verdi. Sanki gənc qapıçı sözün əsl mənasında öz komandasını tapmışdı. Amma erməni çalışdırıcının “Tobol”a baş məşqçi təyin olunması işləri korladı. Emilin başına gələnlərlə bağlı son günlər çox yazmışıq, az qala hər detalı incələmişik. Bu məsələdə qapıçını qınamaq çox çətindi. Sadəcə, bir məsələdə məyus oldum. Düşünürdüm ki, Emil son mövsümdəki çıxışı ilə özünə real müştərilər tapıb, Qazaxıstanda çempionat bitən kimi həmin müştərilər onun qapısını döyəcək. Yanıldığımı anladım. İki aydı ki, Qazaxıstanda çempionat bitib, təxminən bir aydı Emilin “Tobol”dan ayrılacağı məlum məsələydi. Ən əsası, qapıçımız yanvarın 31-dən rəsmən klubsuzdu. Ortada heç bir real təklif, transfer hərəkəti yoxdu. Ya Emil üçün çox pul tələb olunur, ya da qapıçı özü seçimə həssas yanaşır, qərar verməyə tələsmir.
Çox pul tələb etmək də onun haqqıdı, seçimdə tələsməmək də. Lakin çox vacib bir nüans var ki, onu da unutmayaq. Bu da hər şeydən qiymətli olan zamandı. Zaman heç bir halda bizi gözləmir. Biz yerimizdə dayanırıq, o isə su kimi axıb gedir. Onu geri qaytarmaq da mümkün deyil. Əldən buraxanda, fürsəti qaçıranda təəssüflənməyə başlayırıq. Atalarımız isə “sonrakı peşmanlıq fayda verməz” deyiblər. Mən Emilin peşman olmasını, hansısa vacib məqamı əldən buraxmasını heç arzulamıram. Zaman gedir, əziz dostum. Komandalar heyətini komplektləşdirir, məşqçilər bəyəndiklərini əlinin altına yığır, seçim edirlər. Təlim-məşq toplanışı dövrü, fasilə də yekunlaşır. Azərbaycan klublarını bir kənara qoyuram. Elə Qazaxıstanın özündə, yaxud Rusiyada hazırlıqlar həlledici mərhələyə qədər qoyur. Bir qədər tələsmək, qərar vermək, hansısa klubla əl sıxmaq lazımdı. Bizim gözümüz səni görür, ay Emil. İstəmirik ki, klubsuz qalıb, Azərbaycana qayıdasan. Bura qayıtsan, bir də harasa getmək çox çətin olacaq.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
14-02-2020, 12:31 “İsgəndər Cavadovun akademiyasına ayrılan vəsaiti görəndə şoka düşdük” 14-02-2020, 12:20 Elxan Məmmədovun veteranlarla görüşü təxirə salındı 14-02-2020, 12:15 AFFA “Marafon”u da Nazim Süleymanovun üzünə bağladı 14-02-2020, 12:10 Ağabalanın cəriməsini kim ödəyəcək? 14-02-2020, 11:10 AFFA telekanallara və onlayn mediaya dəvət göndərib 14-02-2020, 11:05 “Qəbələ” çilili forvardla anlaşdı 14-02-2020, 11:03 “Xəzər Lənkəran”a texniki məğlubiyyət verilib 14-02-2020, 11:01 Ruslan “Neftçi” ilə görüşü də buraxacaq 14-02-2020, 11:00 “Birinci işimiz sonuncu pillədən qurtulmaqdı” 14-02-2020, 10:56 Rauf yenə Prezidentə müraciət etdi, anası 1333 səs topladı 14-02-2020, 10:55 Cəmşid Məhərrəmov azadlıqda 12-02-2020, 11:55 Elvin Yunuszadə “Çelik”i Ümit Özata görə seçib 12-02-2020, 11:53 Samir Abasovun seçkidən xəbəri olmayıb 12-02-2020, 11:51 “Sumqayıt” itirdiyi mövqeyi qaytardı 12-02-2020, 11:31 “Qarabağ” “Neftçi”nin yaxınlaşmasına imkan vermədi 12-02-2020, 11:28 İsgəndər Cavadov AFFA-ya əl açıb 12-02-2020, 11:26 “Forza Neftçi” 11 yaşını Mərdəkanda qeyd etdi 12-02-2020, 11:24 Səmra Əliyeva şərhinin birmənalı qarşılanmayacağını bilirmiş 7-02-2020, 22:09 Məşqçilər Komitəsi namizədləri iki saat müzakirə edib 7-02-2020, 22:07 “Qəbələ” pasportun məsuliyyətini AFFA-nın üzərinə atdı 7-02-2020, 22:06 Ağatahir Əzimov futzal hakimlərini “topa tutdu” 7-02-2020, 22:03 Riçard, belə getmək lazım idi 7-02-2020, 22:02 "Qəbələ”nin gözlədiyi hücumçu gəldi 7-02-2020, 22:00 Vüqar Aftandil Hacıyevin “gəl” mesajını gözləyir 7-02-2020, 21:49 Start ərəfəsində yüngül gəzişmə 7-02-2020, 21:47 Siz gizlənin, Rövşən danışsın... 7-02-2020, 21:44 Kamal Bayramov üçün mövsüm bitdi 5-02-2020, 11:42 Elman Ələkbərov yığmanın yaradılan şəraitin əvəzini vermədiyini düşünür 5-02-2020, 11:42 Futbolumuzun yetirməsi 50 yaşında dünyasını dəyişdi 5-02-2020, 11:40 AFFA-da Stuxlikin Bəhramovu ziyarət etməməsinin səbəbini bilmirlər 5-02-2020, 11:38 Almeydalı “Baniyas”dan növbəti qələbə 5-02-2020, 11:37 “Qarabağ” Kintananı Çin klubuna yola saldı 5-02-2020, 11:35 “Zirə”ni Qadze ilə Ramazanov sevindirdi 5-02-2020, 11:32 Rauf Məmmədov deputat olmaq istəyən anasının müdafiəsinə qalxdı 5-02-2020, 11:28 Heç kimə sərf etməyən “sülh” 5-02-2020, 11:26 İstək çox şeydi, amma hər şey deyil 5-02-2020, 11:23 Lider mövqeyini bərkitdi, ən yaxın təqibçisi dəyişdi 5-02-2020, 11:22 Əliyar Ağayev Afinada VAR-ın köməyinə ehtiyac duydu 5-02-2020, 11:17 Elvin Məmmədov “Zirə”dən ayrıldı 5-02-2020, 11:07 Mahir gözəl qolla “Qarabağ”ı sevindirdi 5-02-2020, 10:58 Yığmanın mundial arzusu “suya düşdü” 4-02-2020, 12:25 “Ən azı həmin epizodda Beyli qabaqlamaqda çətinlik çəkmədim” 31-01-2020, 12:22 “Ağsu” divizionda çıxışını dayandırdı 31-01-2020, 12:20 Ölkə basketbolunda yeni səhifə - MBA Azərbaycana gəlir! 31-01-2020, 12:08 Şok: basketbol yığmamızın üzvü də danışılmış oyunlara görə tutulub! 31-01-2020, 10:56 “Sabah” Koçukla Rodrigesi transfer etdi 31-01-2020, 10:54 Bunun harası vacib oyundu ki? 31-01-2020, 10:51 Azad Rəhimov yeni federasiyaya xeyir-dua verdi 29-01-2020, 19:03 Tofiq Mikayılov Alesionun təklifini qəbul etməyib 29-01-2020, 19:02 Səfiyarlı Ozobiçin Almeydanı unutduracağını düşünür 29-01-2020, 19:00 “Qarabağ”: bir gündə iki məğlubiyyət 29-01-2020, 18:59 U-19 Şimali Makedoniyanı hər iki oyunda yendi 29-01-2020, 18:57 Füzuli Məmmədov nəticələrdən narazıdı 29-01-2020, 18:54 “Zirə”nin beşinci transferi Moldova millisinin üzvü oldu 29-01-2020, 18:52 Yığma mundiala vəsiqə uğrunda mübarizəyə başlayır 28-01-2020, 12:13 “Altus” gülünc bəhanə ilə Həmkarlar İttifaqının tədbirini pozdu 28-01-2020, 12:10 Ziya Rəcəbov İndoneziya çempionatına qələbə ilə başladı Bütün xəbərlər
Ən çox oxunanlar