31 yan 12:25Yazar

Tanış üzlər, tanış səslər

Beşulduzlu oteldə keçirilən AFFA-nın 28-ci Konfransı səssiz-küysüz, xüsusi heç nə baş vermədən, heç kimi təəccübləndirmədən başa çatdı. Bu münasibətlə AFFA-nın həm baş katibi, həm də icraçı vitse-prezidenti Elxan Məmmədov başda olmaqla futbolumuzun başına hörümçək toru hörənlərin hamısını təbrik edirəm. Elxan bəyin də əsas simalarından birinə çevrildiyi dəstə bununla da öz mövqelərini futbolumuz üzərində möhkəmləndirdi və hər kəsə ciddi bir ismarıc verdi. Onlar heç yerə getmirlər, oturduqları kreslolardan möhkəm yapışıblar. Bütün Azərbaycanı islahatlar dalğası bürüsə də, nazirlər, komitə sədrləri, millət vəkilləri dəyişsə də, bu dəyişiklik AFFA-nın boz binasının divarlarından içəri keçməyəcək. İslahat, dəyişiklik arzusu, futbolumun inkişafını görmək həvəsi həmin o boz divarlara dəyib, üstümüzə qayıdacaq. Boşuna həvəslənməyək. Adamlar futbolu, onu inkişaf etdirməyin yollarını bilməsələr də, futbol veteranlarını, ondan yazan qələm sahiblərini satın almağı, susdurmağı, çaya susuz aparıb, susuz gətirməyi yaxşı bacarırlar. Elə bu səbəbdən də AFFA-nın ildən-ilə artan büdcəsini asanlıqla həzm-rabedən keçirir, üstündən də nuşi-canlıqla su içirlər.
Konfrans zamanı, ondan sonra keçirilən mətbuat konfransında səslənən fikirlərə, suallara verilən cavablara diqqət edin. Reallıqdan uzaq, futbola bilavasitə dəxli olmayan və ən əsası, illərdi eşitməyə adət etdiyimiz sözlərlə adamlar bizi yuxuya verməyə çalışıblar. Deyirlər, Şamaxıda stadion tikiləcək. Hə, nə olsun? İmişlidə, Lənkəranda, Ağsuda stadion var. Elə Salyanda, Şəmkirdə, Gəncədə də. Amma futbolçu yoxdu, futbolçu. Elə Bakının özündə nə qədər stadion tikib, üstünə də bəzək vurmusuz. Di gəl ki, mətbuat konfransında da etiraf olundu ki, uşaq liqalarının oyunları ya “Neftçibaza”nın yararsız meydançasında keçirilir, ya da uzaq Mərdəkanda dənizin soyuğunda. Elxan Məmmədov Bakıda temperaturun mənfiyə düşmədiyini deyir. Bərəkallah, cənab Məmmədov. Mən özüm Qazaxıstanın 25-30 dərəcə şaxtasında açıq havada işləmiş adamam. İnanın səmimiyyətimə, oranın 30 dərəcə şaxtasına dözmək asandı, nəinki Bakıdakı dəniz kənarındakı soyuq küləyə. Camaat min bir əziyyətlə övlad böyüdür, hazırkı şərtlər altında hər top dalınca qaçan uşağın da 18-19 yaşından sonra peşəkar futbolçu olacağını demək də mümkün deyil. Heç kim istəməz ki, gələcəkdə futbolçu olub-olmayacağı dəqiq bilinməyən körpəsinin səhhətini təhlükəyə atsın, onu Mərdəkana soyuqdan donmağa göndərsin.
Millinin baş məşqçisi olmağa 32 namizəd varmış, bizim dişlərimizin sayı qədər. Bu faktın özü belə onun etirafıdı ki, Azərbaycan millisi eksperiment meydanı, dəllaların yağlı tikə kimi baxdığı obyektdi. Hərənin öz namizədi var, çalışır ki, onu milliyə soxuşdursun. Onsuz da nəticəyə-filan baxan yoxdu. Əsas Elxan Məmmədovun “OK” deməsidi. Daha sonra milyonluq müqavilə bağlanacaq, faizlər bölünəcək. Riad Rəfiyev də başlayacaq yeni-yeni nazarovlar, eddilər, maqalar axtarmağa. Kimin nəyinə lazımdı Azərbaycan futbolunun nüfuzu, azarkeşlərin hissləri?! Onları maraqlandıran yalnız şəxsi mənafeləridi. İndi həmin o 32 nəfəri də 15-ə azaldacaq, “bazarlıq etməyə” başlayacaqlar. Ortaya çıxacaq 3-5 sanballı futbolçumuz yoxdusa, məşqçinin kimliyinin nə mənası var? Milli komandamızın aparıcı üzvlərinə yiyə duran yoxdu. Ramil Şeydayevin izini itirmişik, Emil Balayev də qızıldan qiymətli günlərini Türkiyənin klinikalarında “reabilitasiya” adıyla xərcləməkdədi. Yeni gələn məşqçi hansı futbolçularla nəticə qazanmalıdı? Mən də nəyi qoyub, nəyi axtarıram, ay dostlar. AFFA-da oturanlar belə xırda şeylərlə özünü yormağa həvəsli deyillər. Əsas odu, “futbol ailəsi”nin 200000-ci üzvünü qeydə alıblar. Ortaya doğru-düzgün 20 futbolçu qoya bilməsək də, rəqəmləri şişirtməyə davam edirik.
Avropa çempionatının final mərhələsinin 4 oyununun Bakıya salınması, Avroliqanın finalına evsahibliyi, Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionun təmiri, “Qarabağ”ın ardıcıl altı il avrokubokların qrup mərhələsində iştirakı... AFFA-nın prezidenti Rövnəq Abdullayevin uğur kimi dilə gətirdiyi məqamlar bunlardı. UEFA-nın böyük turnirlərə evsahibliyi etməyimizə icazə verməsi AFFA-nın yox, neft pullarının və Azərbaycan dövlətinin uğurudu. Neftdən gələn pulları sponsorluq müqavilələri adıyla UEFA-ya ötürürük. Dövlətimiz də mötəbər yarışların Bakıda keçirilməsi üçün infrastrukturların inşasına milyonlar ayırır, polis və digər inzibati resurslar həmin yarışların təhlükəsizliyini qoruyur, kütləvilik təmin olunur. AFFA-nın burda hansı uğuru var? Tarixi oyunların şahidi Sumqayıt stadionu illərdi baxımsızlıqdan əziyyət çəkir. AFFA bu stadionu görməzdən gəlib, öz klublarına “kibrit qutusu” boyda meydanlar tikib. Şükürlər olsun ki, illər sonra bu məslə ölkə başçısının diqqətini cəlb edib, prezidentimiz Sumqayıtdakı stadionun təmiriylə bağlı sərəncam imzalayıb. AFFA bundan hansı üzlə reklam vasitəsi kimi istifadə edir? “Qarabağ”ın qrup mərhələsindəki iştirakı və bunu ənənəyə çevirməsi isə bilavasitə klubun uğurudu, AFFA-nın yox. Elə taleyin də istehzasıdı ki, AFFA İcraiyyə Komitəsində “Səbail”in, “Sumqayıt”ın, “Keşlə”nin təmsilçisi var, amma “Qarabağ”ın yox.
Yaxşıdı ki, Rövnəq Abdullayev insaflı davranıb, millinin son seçmə mərhələdə 1 xal toplamasına toxunub. Elxan Məmmədov özünü heç o yerə də qoymur. AFFA-da dəyişikliklərin baş verməməsi, eyni adamların kürsüdə qalması həm də o deməkdi ki, növbəti 4 ildə də eyni yalanları eşidəcəyik. Tanış üzlərin tanış səslə dediyi yalanları. Azərbaycan futboluna keçmiş olsun!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
14-02-2020, 12:31 “İsgəndər Cavadovun akademiyasına ayrılan vəsaiti görəndə şoka düşdük” 14-02-2020, 12:20 Elxan Məmmədovun veteranlarla görüşü təxirə salındı 14-02-2020, 12:15 AFFA “Marafon”u da Nazim Süleymanovun üzünə bağladı 14-02-2020, 12:10 Ağabalanın cəriməsini kim ödəyəcək? 14-02-2020, 11:10 AFFA telekanallara və onlayn mediaya dəvət göndərib 14-02-2020, 11:05 “Qəbələ” çilili forvardla anlaşdı 14-02-2020, 11:03 “Xəzər Lənkəran”a texniki məğlubiyyət verilib 14-02-2020, 11:01 Ruslan “Neftçi” ilə görüşü də buraxacaq 14-02-2020, 11:00 “Birinci işimiz sonuncu pillədən qurtulmaqdı” 14-02-2020, 10:56 Rauf yenə Prezidentə müraciət etdi, anası 1333 səs topladı 14-02-2020, 10:55 Cəmşid Məhərrəmov azadlıqda 12-02-2020, 11:55 Elvin Yunuszadə “Çelik”i Ümit Özata görə seçib 12-02-2020, 11:53 Samir Abasovun seçkidən xəbəri olmayıb 12-02-2020, 11:51 “Sumqayıt” itirdiyi mövqeyi qaytardı 12-02-2020, 11:31 “Qarabağ” “Neftçi”nin yaxınlaşmasına imkan vermədi 12-02-2020, 11:28 İsgəndər Cavadov AFFA-ya əl açıb 12-02-2020, 11:26 “Forza Neftçi” 11 yaşını Mərdəkanda qeyd etdi 12-02-2020, 11:24 Səmra Əliyeva şərhinin birmənalı qarşılanmayacağını bilirmiş 7-02-2020, 22:09 Məşqçilər Komitəsi namizədləri iki saat müzakirə edib 7-02-2020, 22:07 “Qəbələ” pasportun məsuliyyətini AFFA-nın üzərinə atdı 7-02-2020, 22:06 Ağatahir Əzimov futzal hakimlərini “topa tutdu” 7-02-2020, 22:03 Riçard, belə getmək lazım idi 7-02-2020, 22:02 "Qəbələ”nin gözlədiyi hücumçu gəldi 7-02-2020, 22:00 Vüqar Aftandil Hacıyevin “gəl” mesajını gözləyir 7-02-2020, 21:49 Start ərəfəsində yüngül gəzişmə 7-02-2020, 21:47 Siz gizlənin, Rövşən danışsın... 7-02-2020, 21:44 Kamal Bayramov üçün mövsüm bitdi 5-02-2020, 11:42 Elman Ələkbərov yığmanın yaradılan şəraitin əvəzini vermədiyini düşünür 5-02-2020, 11:42 Futbolumuzun yetirməsi 50 yaşında dünyasını dəyişdi 5-02-2020, 11:40 AFFA-da Stuxlikin Bəhramovu ziyarət etməməsinin səbəbini bilmirlər 5-02-2020, 11:38 Almeydalı “Baniyas”dan növbəti qələbə 5-02-2020, 11:37 “Qarabağ” Kintananı Çin klubuna yola saldı 5-02-2020, 11:35 “Zirə”ni Qadze ilə Ramazanov sevindirdi 5-02-2020, 11:32 Rauf Məmmədov deputat olmaq istəyən anasının müdafiəsinə qalxdı 5-02-2020, 11:28 Heç kimə sərf etməyən “sülh” 5-02-2020, 11:26 İstək çox şeydi, amma hər şey deyil 5-02-2020, 11:23 Lider mövqeyini bərkitdi, ən yaxın təqibçisi dəyişdi 5-02-2020, 11:22 Əliyar Ağayev Afinada VAR-ın köməyinə ehtiyac duydu 5-02-2020, 11:17 Elvin Məmmədov “Zirə”dən ayrıldı 5-02-2020, 11:07 Mahir gözəl qolla “Qarabağ”ı sevindirdi 5-02-2020, 10:58 Yığmanın mundial arzusu “suya düşdü” 4-02-2020, 12:25 “Ən azı həmin epizodda Beyli qabaqlamaqda çətinlik çəkmədim” 31-01-2020, 12:22 “Ağsu” divizionda çıxışını dayandırdı 31-01-2020, 12:20 Ölkə basketbolunda yeni səhifə - MBA Azərbaycana gəlir! 31-01-2020, 12:08 Şok: basketbol yığmamızın üzvü də danışılmış oyunlara görə tutulub! 31-01-2020, 10:56 “Sabah” Koçukla Rodrigesi transfer etdi 31-01-2020, 10:54 Bunun harası vacib oyundu ki? 31-01-2020, 10:51 Azad Rəhimov yeni federasiyaya xeyir-dua verdi 29-01-2020, 19:03 Tofiq Mikayılov Alesionun təklifini qəbul etməyib 29-01-2020, 19:02 Səfiyarlı Ozobiçin Almeydanı unutduracağını düşünür 29-01-2020, 19:00 “Qarabağ”: bir gündə iki məğlubiyyət 29-01-2020, 18:59 U-19 Şimali Makedoniyanı hər iki oyunda yendi 29-01-2020, 18:57 Füzuli Məmmədov nəticələrdən narazıdı 29-01-2020, 18:54 “Zirə”nin beşinci transferi Moldova millisinin üzvü oldu 29-01-2020, 18:52 Yığma mundiala vəsiqə uğrunda mübarizəyə başlayır 28-01-2020, 12:13 “Altus” gülünc bəhanə ilə Həmkarlar İttifaqının tədbirini pozdu 28-01-2020, 12:10 Ziya Rəcəbov İndoneziya çempionatına qələbə ilə başladı Bütün xəbərlər
Ən çox oxunanlar