31 yan 12:16Yazar

Yeni "Ağsu" gətirməyin...

Danışılmış oyunlara görə futboldan qovulan oyunçuların çoxluq təşkil etdiyi “Ağsu” fəaliyyətini dayandırıb. Əslində gözlənilməz qərar deyil. Dəfələrlə komandanın baş məşqçisi Zaur Əsədov qəzetimizə verdiyi açıqlamada bunu söyləmişdi. Düzdü, gənc mütəxəssis komandasının yaşayacağında ümid edirdi. Amma alınmadı... “Ağsu” tarixin tozlu səhifələrinə qarışdı. Bəli, məlum oyunçuların günahı var. Ancaq kimin günahı yoxdu ki?
Vəziyyət elədi ki, məsələyə hansı tərəfdən başlamaq çətindi. Düzdü, bu məsələdə hisslərə qapılmaq olmaz. Oyun satanları qovmaq düzgün qərardı. Burda yanlış bir şey yoxdu. Amma proseslərin ümumi axarı bir daha ölkə futbolunun nə qədər çirkab içində olduğunu göstərir. Elə təkcə dünən başverənlərə baxaq. Dağılan komandanın baş məşqçisi xəbəri mətbuatdan oxuyur. Sonra əsəbləşir, başlayır açıqlama verməyə. Ki, bəs “əməyim boşa getdi”, “niyə komandanı dağıtdılar?”, “orda azyaşlı uşaqlar var idi, onlar ki günahsızdı”, - deyə üsyan etməyə. Daha sonra isə işsiz məşqçiyə göz ağardıldı. Ki, “ağıllı ol”. Dərhal da Əsədov açıqlama almaq istəyənlərə “özümü pis hiss edirəm, üzürlü sayın” dedi. Olsun, biz açıqlama dərdində deyilik. Onsuz da aylardı aşağı-yuxarı eyni sözləri eşidirdik Zaur bəydən. Sadəcə, dərdimiz futboldu.
Yəni dağılacaq klub belə sabah başına nə gələcəyini bilmir. Aylardı proses davam edir, gizli saxlanılır. Və çempionatın başlamasına bir neçə gün qalmış açıqlanır. Niyə son günlərə saxlanılır? Bu boyda məsələdən niyə klub rəhbərinin və məşqçilər heyətinin xəbəri olmur? Çox sadədi. Çünki klub müstəqil deyil. Divizionda komanda olsun deyə, bir günə yaradılıb, lazım olanda tapşırıqlar verilib. Lazım olmayan kimi də “silinib”. Silinsin. Varlığı ilə yoxluğu arasında heç bir fərq yoxdu! Ancaq hələ də insanlar kimdənsə asılıdı. Rahat iki-üç cümləlik açıqlama verə bilmirlər. Öz əməyinin qarşılığı uğrunda belə mübarizə apara bilmirlər. Əlbəttə, Zaur Əsədovun komandada əməyi olub. İndi hamısının üstündən xətt çəkildi. Ancaq Əsədov “bir neçə oyunçuya görə niyə komandamı dağıdırsız”, - deyə hayqıra bilmir. Səsini eşitdirə bilmir. Çünki hələ də sistemdən asılıdı. “Bura olmaz, başqa yer olar”, - deyə düşünür. Hər şeyi məhv edən bu yanaşma futbolu da dizüstə çökdürür. Günah Zaur Əsədovdadı? Təbii ki, yox.
Bu yaxınlarda AFFA-mızın növbədənkənar Konfrası keçirildi. Konfransın ardından Elxan Məmmədov jurnalistlərin suallarını cavablayıb. Məmmədova bu məsələ - oyun satanlar ilə bağlı da sual verilib. O da mübarizə aparırıq, ancaq hələ də tam təmizlənməyib dedi. Və dərhal da dünyanın hər yerində bu vəziyyətin olduğunu bildirdi. Düzdü, bu bəla hər yerdə var. Ancaq belə klublar heç yerdə yoxdu. Hansı baş məşqçi klubunun dağıldığını mətbuatdan öyrənir? Yoxdu örnəyi. Çünki bu ölkədə nə klubu, nə də onun baş məşqçisini ciddiyə alan var. Elə-belə kluba təyin edib, özləri nəzarət edirlər. Bax, həll olunmalı problem budu. Ancaq heç də həll olunana oxşamır. Elə son Konfransa nəzər salaq. Gördüz, konfrans bitər-bitməz Məşqçilər Komitəsinin sədri Vaqıf Sadıqov böyük ürəklə “klubların sayını artırmalıyıq”ı necə dedi? Yadıma “Yol əhvalatı” filmindəki “kollektivin qeydinə qalmaq lazımdı” sözü düşdü. Üstəlik, futbolu bölgələrə yaymalı olduqlarını da əlavə etdi. Ay maşallah, ağzından bal tökülürdü müəllimin. Bilir axı, illərdi şablonlaşmış bu fikirlər hamının ürəyincədi. Hamı da elə bilir ki, iki bölgə komandası ilə güllük-gülüstanlıq olacaq hər şey. Sizin yaradacağınız və ya gətirəcəyiniz klub yenə müstəqil olmayacaqsa, sadə bir epizodda belə baş məşqçisi hakimlikdən danışa bilməyəcəksə, onun dağıtdığınız “Ağsu”dan nə fərqi olacaq? Biz “komandaların sayını artırmalıyıq” deyəndə bunu nəzərdə tutmurduq. Biz də bilirik ki, 8 yox, 10 olsa, hər şey möhtəşəm olmayacaq, milli komanda hamını udmayacaq. Biz də bunların fərqindəyik. Ancaq siz yenə bizi yola verdiz. Öz aləminizdə “dediz arıtırın, biz də artırdıq” deyirsiz. Artırın, anca kömək edin müstəqil olsunlar. Siz olmasaz belə, yaşaya bilsinlər. Söhbət bundan gedir. Yoxsa “biz nə dedik odu” prinsipi ilə çempionatda 50 komanda olsa belə, heç bir problem həllini tapmayacaq, yığmanı gücləndirməyə futbolçu tapılmayacaq.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
14-02-2020, 12:31 “İsgəndər Cavadovun akademiyasına ayrılan vəsaiti görəndə şoka düşdük” 14-02-2020, 12:20 Elxan Məmmədovun veteranlarla görüşü təxirə salındı 14-02-2020, 12:15 AFFA “Marafon”u da Nazim Süleymanovun üzünə bağladı 14-02-2020, 12:10 Ağabalanın cəriməsini kim ödəyəcək? 14-02-2020, 11:10 AFFA telekanallara və onlayn mediaya dəvət göndərib 14-02-2020, 11:05 “Qəbələ” çilili forvardla anlaşdı 14-02-2020, 11:03 “Xəzər Lənkəran”a texniki məğlubiyyət verilib 14-02-2020, 11:01 Ruslan “Neftçi” ilə görüşü də buraxacaq 14-02-2020, 11:00 “Birinci işimiz sonuncu pillədən qurtulmaqdı” 14-02-2020, 10:56 Rauf yenə Prezidentə müraciət etdi, anası 1333 səs topladı 14-02-2020, 10:55 Cəmşid Məhərrəmov azadlıqda 12-02-2020, 11:55 Elvin Yunuszadə “Çelik”i Ümit Özata görə seçib 12-02-2020, 11:53 Samir Abasovun seçkidən xəbəri olmayıb 12-02-2020, 11:51 “Sumqayıt” itirdiyi mövqeyi qaytardı 12-02-2020, 11:31 “Qarabağ” “Neftçi”nin yaxınlaşmasına imkan vermədi 12-02-2020, 11:28 İsgəndər Cavadov AFFA-ya əl açıb 12-02-2020, 11:26 “Forza Neftçi” 11 yaşını Mərdəkanda qeyd etdi 12-02-2020, 11:24 Səmra Əliyeva şərhinin birmənalı qarşılanmayacağını bilirmiş 7-02-2020, 22:09 Məşqçilər Komitəsi namizədləri iki saat müzakirə edib 7-02-2020, 22:07 “Qəbələ” pasportun məsuliyyətini AFFA-nın üzərinə atdı 7-02-2020, 22:06 Ağatahir Əzimov futzal hakimlərini “topa tutdu” 7-02-2020, 22:03 Riçard, belə getmək lazım idi 7-02-2020, 22:02 "Qəbələ”nin gözlədiyi hücumçu gəldi 7-02-2020, 22:00 Vüqar Aftandil Hacıyevin “gəl” mesajını gözləyir 7-02-2020, 21:49 Start ərəfəsində yüngül gəzişmə 7-02-2020, 21:47 Siz gizlənin, Rövşən danışsın... 7-02-2020, 21:44 Kamal Bayramov üçün mövsüm bitdi 5-02-2020, 11:42 Elman Ələkbərov yığmanın yaradılan şəraitin əvəzini vermədiyini düşünür 5-02-2020, 11:42 Futbolumuzun yetirməsi 50 yaşında dünyasını dəyişdi 5-02-2020, 11:40 AFFA-da Stuxlikin Bəhramovu ziyarət etməməsinin səbəbini bilmirlər 5-02-2020, 11:38 Almeydalı “Baniyas”dan növbəti qələbə 5-02-2020, 11:37 “Qarabağ” Kintananı Çin klubuna yola saldı 5-02-2020, 11:35 “Zirə”ni Qadze ilə Ramazanov sevindirdi 5-02-2020, 11:32 Rauf Məmmədov deputat olmaq istəyən anasının müdafiəsinə qalxdı 5-02-2020, 11:28 Heç kimə sərf etməyən “sülh” 5-02-2020, 11:26 İstək çox şeydi, amma hər şey deyil 5-02-2020, 11:23 Lider mövqeyini bərkitdi, ən yaxın təqibçisi dəyişdi 5-02-2020, 11:22 Əliyar Ağayev Afinada VAR-ın köməyinə ehtiyac duydu 5-02-2020, 11:17 Elvin Məmmədov “Zirə”dən ayrıldı 5-02-2020, 11:07 Mahir gözəl qolla “Qarabağ”ı sevindirdi 5-02-2020, 10:58 Yığmanın mundial arzusu “suya düşdü” 4-02-2020, 12:25 “Ən azı həmin epizodda Beyli qabaqlamaqda çətinlik çəkmədim” 31-01-2020, 12:22 “Ağsu” divizionda çıxışını dayandırdı 31-01-2020, 12:20 Ölkə basketbolunda yeni səhifə - MBA Azərbaycana gəlir! 31-01-2020, 12:08 Şok: basketbol yığmamızın üzvü də danışılmış oyunlara görə tutulub! 31-01-2020, 10:56 “Sabah” Koçukla Rodrigesi transfer etdi 31-01-2020, 10:54 Bunun harası vacib oyundu ki? 31-01-2020, 10:51 Azad Rəhimov yeni federasiyaya xeyir-dua verdi 29-01-2020, 19:03 Tofiq Mikayılov Alesionun təklifini qəbul etməyib 29-01-2020, 19:02 Səfiyarlı Ozobiçin Almeydanı unutduracağını düşünür 29-01-2020, 19:00 “Qarabağ”: bir gündə iki məğlubiyyət 29-01-2020, 18:59 U-19 Şimali Makedoniyanı hər iki oyunda yendi 29-01-2020, 18:57 Füzuli Məmmədov nəticələrdən narazıdı 29-01-2020, 18:54 “Zirə”nin beşinci transferi Moldova millisinin üzvü oldu 29-01-2020, 18:52 Yığma mundiala vəsiqə uğrunda mübarizəyə başlayır 28-01-2020, 12:13 “Altus” gülünc bəhanə ilə Həmkarlar İttifaqının tədbirini pozdu 28-01-2020, 12:10 Ziya Rəcəbov İndoneziya çempionatına qələbə ilə başladı Bütün xəbərlər
Ən çox oxunanlar