31 yan 10:53Yazar

Baş məşqçi postu, yoxsa hərraca çıxarılan lot?

AFFA İcraiyyə Komitəsinin (İK) köhnə-yeni tərkibinin ilk iclasında yığmanın boş qalan baş məşqçi postu ətrafında da müzakirə açılıb. Elxan Məmmədova inansaq, fərqli fikirlərin bolluğunda ortaq rəy formalaşdırmaq mümkün olmayıb. Yəni İK üzvləri 32 namizədin kimliyi ilə tanış olmalı, növbəti iclasda 13-15 nəfərlik daha qısa siyahı ətrafında müzakirə getməlidi. İTV-də çalışan həmkarımız Tural Dadaşov isə Məmmədovun əlinin altındakı vərəqlərdə adı yazılan beş məşqçini müəyyənləşdirib. Bunlar Canni Di Byaci, Luici Di Byaco, Çezare Prandelli, Oleq Kononov və Branko İvankoviçdi. Deyilənə görə, qalan 27 namizəd arasında həm yerlilər var, həm də əcnəbilər. Düzdü, daha orasını bilmirəm ki, Elxan bəy yerli mütəxəssislərlə bağlı da belə rəngli təqdimatlar hazırlayıb, ya yox.
Təbii ki, dünyanın bütün işsiz məşqçilərinin adını yazmaqla nəzəri cəhətdən nəinki 32, hətta 320 nəfərlik siyahı da hazırlamaq mümkündü. Əlbəttə, məntiqi və reallıq hissini unutmaq şərti ilə. Adam, sənin futbolunun müəyyən özəllikləri, yığmanın bəlli oyun üslubu var. Hansısa siyahı hazırlayarkən ilk növbədə məhz belə məqamlara diqqət yetirmək lazımdı. Bizimkilər atletik-fiziki hazırlığa söykənən futbol oynamağı bacarmır e, zorla deyil ki. Bu məsələdə məhz illərdi formalaşan ənənələr, ölkənin futbol irsi baza rolunu oynamalı, onun üzərində müəyyən şəkil dəyişiklikləri edilməlidi. Yoxsa sən futbolunu köklərindən qopar, azərbaycanlıdan italyanın müdafiə bacarığını, almanın əzmkarlığını, ingilisin sürətini um, görməyəndə də de ki, istədiyimi ala bilmirəm. Ala bilməzsən və almayacaqsan da.
Əvvəla, mən elə hesab etmirəm ki, yerli məşqçi nəsli mamontlar kimi çoxdan ölüb-qurtarıb. Bu gün də ən azı Yurçeviçin nəticəsini təkrarlamağa qadir yerli mütəxəssislər var. İkincisi, bir ölkənin futbol qurumu yığmasını niyə belə ucuzlaşdırsın, lot əvəzi hərraca çıxarsın ki? Elxan bəy və ona “düzdü, düzdü” deyən bəylər Azərbaycan yığmasını evlilik proqramlarına çıxan, özünə ər axtaran xanımlara bənzədirlər. Deyirlər ki, gəlin adayının keyfiyyətləri budu, yaxın durmaq istəyən varsa, buyursun. İndi bu 32 nəfər sıraya düzüləcək, biri “gəlin”in dişinə, o biri qaşına-gözünə, üçüncü Allah bilir, harasına baxacaq və beləcə Azərbaycan yığması yeni çalışdırıcısına qovuşacaq.
Təbii ki, ölkə futbolunun real potensialından xəbərdar olan istənilən başqa yazar kimi, mənim də yığmanın gələcəyi, perspektivləri ilə bağlı hansısa illüziyam yoxdu. Bununla belə, baş məşqçi postu ətrafındakı belə qeyri-ciddi oyunları, faktiki vəzifənin hərraca çıxarılmasını da qəbul edə bilmərəm. Ölkənin rəmzlərindən biri ilə belə oynamaq yaraşan hərəkət deyil. 30 milyon manatlıq büdcəniz var, nə qədər oyun mexanizmi qurursuzsa-qurun, daha binəva yığmanı niyə oyunlarınıza alət edirsiz?
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
14-02-2020, 12:31 “İsgəndər Cavadovun akademiyasına ayrılan vəsaiti görəndə şoka düşdük” 14-02-2020, 12:20 Elxan Məmmədovun veteranlarla görüşü təxirə salındı 14-02-2020, 12:15 AFFA “Marafon”u da Nazim Süleymanovun üzünə bağladı 14-02-2020, 12:10 Ağabalanın cəriməsini kim ödəyəcək? 14-02-2020, 11:10 AFFA telekanallara və onlayn mediaya dəvət göndərib 14-02-2020, 11:05 “Qəbələ” çilili forvardla anlaşdı 14-02-2020, 11:03 “Xəzər Lənkəran”a texniki məğlubiyyət verilib 14-02-2020, 11:01 Ruslan “Neftçi” ilə görüşü də buraxacaq 14-02-2020, 11:00 “Birinci işimiz sonuncu pillədən qurtulmaqdı” 14-02-2020, 10:56 Rauf yenə Prezidentə müraciət etdi, anası 1333 səs topladı 14-02-2020, 10:55 Cəmşid Məhərrəmov azadlıqda 12-02-2020, 11:55 Elvin Yunuszadə “Çelik”i Ümit Özata görə seçib 12-02-2020, 11:53 Samir Abasovun seçkidən xəbəri olmayıb 12-02-2020, 11:51 “Sumqayıt” itirdiyi mövqeyi qaytardı 12-02-2020, 11:31 “Qarabağ” “Neftçi”nin yaxınlaşmasına imkan vermədi 12-02-2020, 11:28 İsgəndər Cavadov AFFA-ya əl açıb 12-02-2020, 11:26 “Forza Neftçi” 11 yaşını Mərdəkanda qeyd etdi 12-02-2020, 11:24 Səmra Əliyeva şərhinin birmənalı qarşılanmayacağını bilirmiş 7-02-2020, 22:09 Məşqçilər Komitəsi namizədləri iki saat müzakirə edib 7-02-2020, 22:07 “Qəbələ” pasportun məsuliyyətini AFFA-nın üzərinə atdı 7-02-2020, 22:06 Ağatahir Əzimov futzal hakimlərini “topa tutdu” 7-02-2020, 22:03 Riçard, belə getmək lazım idi 7-02-2020, 22:02 "Qəbələ”nin gözlədiyi hücumçu gəldi 7-02-2020, 22:00 Vüqar Aftandil Hacıyevin “gəl” mesajını gözləyir 7-02-2020, 21:49 Start ərəfəsində yüngül gəzişmə 7-02-2020, 21:47 Siz gizlənin, Rövşən danışsın... 7-02-2020, 21:44 Kamal Bayramov üçün mövsüm bitdi 5-02-2020, 11:42 Elman Ələkbərov yığmanın yaradılan şəraitin əvəzini vermədiyini düşünür 5-02-2020, 11:42 Futbolumuzun yetirməsi 50 yaşında dünyasını dəyişdi 5-02-2020, 11:40 AFFA-da Stuxlikin Bəhramovu ziyarət etməməsinin səbəbini bilmirlər 5-02-2020, 11:38 Almeydalı “Baniyas”dan növbəti qələbə 5-02-2020, 11:37 “Qarabağ” Kintananı Çin klubuna yola saldı 5-02-2020, 11:35 “Zirə”ni Qadze ilə Ramazanov sevindirdi 5-02-2020, 11:32 Rauf Məmmədov deputat olmaq istəyən anasının müdafiəsinə qalxdı 5-02-2020, 11:28 Heç kimə sərf etməyən “sülh” 5-02-2020, 11:26 İstək çox şeydi, amma hər şey deyil 5-02-2020, 11:23 Lider mövqeyini bərkitdi, ən yaxın təqibçisi dəyişdi 5-02-2020, 11:22 Əliyar Ağayev Afinada VAR-ın köməyinə ehtiyac duydu 5-02-2020, 11:17 Elvin Məmmədov “Zirə”dən ayrıldı 5-02-2020, 11:07 Mahir gözəl qolla “Qarabağ”ı sevindirdi 5-02-2020, 10:58 Yığmanın mundial arzusu “suya düşdü” 4-02-2020, 12:25 “Ən azı həmin epizodda Beyli qabaqlamaqda çətinlik çəkmədim” 31-01-2020, 12:22 “Ağsu” divizionda çıxışını dayandırdı 31-01-2020, 12:20 Ölkə basketbolunda yeni səhifə - MBA Azərbaycana gəlir! 31-01-2020, 12:08 Şok: basketbol yığmamızın üzvü də danışılmış oyunlara görə tutulub! 31-01-2020, 10:56 “Sabah” Koçukla Rodrigesi transfer etdi 31-01-2020, 10:54 Bunun harası vacib oyundu ki? 31-01-2020, 10:51 Azad Rəhimov yeni federasiyaya xeyir-dua verdi 29-01-2020, 19:03 Tofiq Mikayılov Alesionun təklifini qəbul etməyib 29-01-2020, 19:02 Səfiyarlı Ozobiçin Almeydanı unutduracağını düşünür 29-01-2020, 19:00 “Qarabağ”: bir gündə iki məğlubiyyət 29-01-2020, 18:59 U-19 Şimali Makedoniyanı hər iki oyunda yendi 29-01-2020, 18:57 Füzuli Məmmədov nəticələrdən narazıdı 29-01-2020, 18:54 “Zirə”nin beşinci transferi Moldova millisinin üzvü oldu 29-01-2020, 18:52 Yığma mundiala vəsiqə uğrunda mübarizəyə başlayır 28-01-2020, 12:13 “Altus” gülünc bəhanə ilə Həmkarlar İttifaqının tədbirini pozdu 28-01-2020, 12:10 Ziya Rəcəbov İndoneziya çempionatına qələbə ilə başladı Bütün xəbərlər
Ən çox oxunanlar