29 yan 18:50Yazar

Bunda da Elxan Məmmədovun əli varsa...

Nazim Süleymanov və təşkilatının İdarə Heyətində təmsil olunanlar cümə günü jurnalistlərlə rahat mühitdə görüşə bilmədi. Düzdü, görüşdülər, amma bu adi çayxana söhbəti oldu, istər-istəməz otel effekti alınmadı. Son günlər hər iki tərəfin, yəni həm Nazim bəylə çalışanların dedikləri-yazdıqları, yaydıqları fotolar ilə tanış oldum, həm də AFFA-nın baş katibi Elxan Məmmədovun özünə yaxın saytlar üzərindən ictimaiyyətə çatdırmaq istədiyi mesajları aldım. Təbii ki, bu ölkədə müxalif mövqeyi ilə seçilən istənilən qurumun, təşkilatın, lap elə qəzetin hansısa tədbir keçirmək üçün normal şərtlər altında yer icarəyə götürmək, fikrini ictimaiyyətə çatdırmaq imkanı məhduddu. Prezident İlham Əliyevin artıq vəzifədən qovduğu Əli Həsənovun və əlaltılarının ötən il “Futbol+”in Beynəlxalq Mətbuat Mərkəzində jurnalistlərlə görüşmək istəyini necə əngəllədiyindən xəbərdarsız. Bu mənada Nazim bəyin üzləşdiyi problem mənim üçün yenilik olmadı. Sirr deyil ki, bu ölkədə otellər, biznes mərkəzləri bəlli qüvvələrin, bəlli adamların sərəncamındadı və belədə Süleymanov kimi nüfuzlu veteranın da nəinki nazir statusuna malik Rövnəq Abdullayevlə, hətta onun yavəri sayılan, Azərbaycan futbolunun rəzil duruma düşməsində müstəsna xidmətləri olan Elxan Məmmədovla belə baş-başa gəlməsi çətindi. Hələ onu da nəzərə alaq ki, Süleymanovun düşərgəsindən daim AFFA-ya xəbər aparıb-gətirənlər, bu quruma nə üçün gəldiyini bilməyən və mübarizənin hansısa önəmli anında hərəkətlərini proznozlaşdırmaq çətin olacaq adamlar da var. Əfqan Talıbovla Babək Alxasovun nümunəsi ortadadı!
Daha bir önəmli məqam odu ki, elektron KİV, xüsusən də telekanallar bu kimi etiraz tədbirlərini işıqlandırası cəsarətə malik deyillər. Adı adlara qalan Əli Həsənov elə mühit yaratmışdı ki, istənilən telekanalda onun əleyhinə nəinki 2 dəqiqəlik süjetin getməsi, hətta hansısa ifadənin işlədilməsi də yasaq idi. İndi, yəni islahatların ilk dalğasından sonra vəziyyətin hansı istiqamətə dəyişməsi ilə bağlı müfəssəl bilgim yoxdu, bununla belə, əminəm ki, telekanallara demokratikləşmə dalğası hələ gec çatacaq.
...Gələk sırf “Altus”la bağlı olaya. Beh alan istənilən şəxs və qurum ya vədinə əməl etməli, ya da həmin pulu artıqlamasıyla qaytarmalıdı. İndiki nümunədə adı çəkilən otelin rəhbərliyi heç bir ciddi səbəb olmadan – turba-murbanın deşilməsi, konfrans salonunu su basması söhbəti bəhanədi – tədbirin təşkilini pozub. Əminəm ki, elə otelin daxilində istənilən başqa otaqda da narazı veteranların jurnalistlərlə görüşünə şərait yaratmaq olardı. Amma “Altus”u işlədənlərə necə təpiniblərsə, onlar da “az aşım, ağrımaz başım” prinsipinə üstünlük veriblər. İşlərin bu yerə gəlməsində, yəni müxalif mövqeli veteranların fikirlərini ictimaiyyətə çatdırmasına qoyulan maneədə Elxan Məmmədovun zərrəcə rolu varsa, bu artıq baş katibin mənəvi iflasıdı. Mənə elə gəlir ki, ağlı başında olan, gələcəyini futbolda görən bir adam özünü bu qədər aşağı səviyyəyə endirə bilməz. Baş katibi onsuz da aşağı olan imici, nüfuzu zərrəcə qayğılandırırsa, veteranlarla münaqişədən çəkinməli, onlarla AFFA arasındakı buzları əritməlidi. Bəlkə də Məmmədov Süleymanovun “Altus” planını alt-üst etməklə, bu təşkilatın səsinin Prezidentə çatmasını əngəlləməklə qalib gəldiyini düşünür. Amma lap qalib gəlsə də belə, bu müvəqqətidi, Pirr qələbəsidi, yəni məğlubiyyətə bərabər qələbə!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
14-02-2020, 12:31 “İsgəndər Cavadovun akademiyasına ayrılan vəsaiti görəndə şoka düşdük” 14-02-2020, 12:20 Elxan Məmmədovun veteranlarla görüşü təxirə salındı 14-02-2020, 12:15 AFFA “Marafon”u da Nazim Süleymanovun üzünə bağladı 14-02-2020, 12:10 Ağabalanın cəriməsini kim ödəyəcək? 14-02-2020, 11:10 AFFA telekanallara və onlayn mediaya dəvət göndərib 14-02-2020, 11:05 “Qəbələ” çilili forvardla anlaşdı 14-02-2020, 11:03 “Xəzər Lənkəran”a texniki məğlubiyyət verilib 14-02-2020, 11:01 Ruslan “Neftçi” ilə görüşü də buraxacaq 14-02-2020, 11:00 “Birinci işimiz sonuncu pillədən qurtulmaqdı” 14-02-2020, 10:56 Rauf yenə Prezidentə müraciət etdi, anası 1333 səs topladı 14-02-2020, 10:55 Cəmşid Məhərrəmov azadlıqda 12-02-2020, 11:55 Elvin Yunuszadə “Çelik”i Ümit Özata görə seçib 12-02-2020, 11:53 Samir Abasovun seçkidən xəbəri olmayıb 12-02-2020, 11:51 “Sumqayıt” itirdiyi mövqeyi qaytardı 12-02-2020, 11:31 “Qarabağ” “Neftçi”nin yaxınlaşmasına imkan vermədi 12-02-2020, 11:28 İsgəndər Cavadov AFFA-ya əl açıb 12-02-2020, 11:26 “Forza Neftçi” 11 yaşını Mərdəkanda qeyd etdi 12-02-2020, 11:24 Səmra Əliyeva şərhinin birmənalı qarşılanmayacağını bilirmiş 7-02-2020, 22:09 Məşqçilər Komitəsi namizədləri iki saat müzakirə edib 7-02-2020, 22:07 “Qəbələ” pasportun məsuliyyətini AFFA-nın üzərinə atdı 7-02-2020, 22:06 Ağatahir Əzimov futzal hakimlərini “topa tutdu” 7-02-2020, 22:03 Riçard, belə getmək lazım idi 7-02-2020, 22:02 "Qəbələ”nin gözlədiyi hücumçu gəldi 7-02-2020, 22:00 Vüqar Aftandil Hacıyevin “gəl” mesajını gözləyir 7-02-2020, 21:49 Start ərəfəsində yüngül gəzişmə 7-02-2020, 21:47 Siz gizlənin, Rövşən danışsın... 7-02-2020, 21:44 Kamal Bayramov üçün mövsüm bitdi 5-02-2020, 11:42 Elman Ələkbərov yığmanın yaradılan şəraitin əvəzini vermədiyini düşünür 5-02-2020, 11:42 Futbolumuzun yetirməsi 50 yaşında dünyasını dəyişdi 5-02-2020, 11:40 AFFA-da Stuxlikin Bəhramovu ziyarət etməməsinin səbəbini bilmirlər 5-02-2020, 11:38 Almeydalı “Baniyas”dan növbəti qələbə 5-02-2020, 11:37 “Qarabağ” Kintananı Çin klubuna yola saldı 5-02-2020, 11:35 “Zirə”ni Qadze ilə Ramazanov sevindirdi 5-02-2020, 11:32 Rauf Məmmədov deputat olmaq istəyən anasının müdafiəsinə qalxdı 5-02-2020, 11:28 Heç kimə sərf etməyən “sülh” 5-02-2020, 11:26 İstək çox şeydi, amma hər şey deyil 5-02-2020, 11:23 Lider mövqeyini bərkitdi, ən yaxın təqibçisi dəyişdi 5-02-2020, 11:22 Əliyar Ağayev Afinada VAR-ın köməyinə ehtiyac duydu 5-02-2020, 11:17 Elvin Məmmədov “Zirə”dən ayrıldı 5-02-2020, 11:07 Mahir gözəl qolla “Qarabağ”ı sevindirdi 5-02-2020, 10:58 Yığmanın mundial arzusu “suya düşdü” 4-02-2020, 12:25 “Ən azı həmin epizodda Beyli qabaqlamaqda çətinlik çəkmədim” 31-01-2020, 12:22 “Ağsu” divizionda çıxışını dayandırdı 31-01-2020, 12:20 Ölkə basketbolunda yeni səhifə - MBA Azərbaycana gəlir! 31-01-2020, 12:08 Şok: basketbol yığmamızın üzvü də danışılmış oyunlara görə tutulub! 31-01-2020, 10:56 “Sabah” Koçukla Rodrigesi transfer etdi 31-01-2020, 10:54 Bunun harası vacib oyundu ki? 31-01-2020, 10:51 Azad Rəhimov yeni federasiyaya xeyir-dua verdi 29-01-2020, 19:03 Tofiq Mikayılov Alesionun təklifini qəbul etməyib 29-01-2020, 19:02 Səfiyarlı Ozobiçin Almeydanı unutduracağını düşünür 29-01-2020, 19:00 “Qarabağ”: bir gündə iki məğlubiyyət 29-01-2020, 18:59 U-19 Şimali Makedoniyanı hər iki oyunda yendi 29-01-2020, 18:57 Füzuli Məmmədov nəticələrdən narazıdı 29-01-2020, 18:54 “Zirə”nin beşinci transferi Moldova millisinin üzvü oldu 29-01-2020, 18:52 Yığma mundiala vəsiqə uğrunda mübarizəyə başlayır 28-01-2020, 12:13 “Altus” gülünc bəhanə ilə Həmkarlar İttifaqının tədbirini pozdu 28-01-2020, 12:10 Ziya Rəcəbov İndoneziya çempionatına qələbə ilə başladı Bütün xəbərlər
Ən çox oxunanlar