28 yan 12:08Yazar

Bizimkilərin “qış yuxusu”, ermənilərin “böyük köçü”

Qazaxıstanın “Astana” klubu erməni futbolçunu heyətinə qatıb. Bu ay ərzində üçüncü dəfə eyni mövzuya toxunduğuma görə məni qınamayın. Yetərincə ciddi və aktual mövzu olduğu üçün sizin də diqqətinizi tez-tez həssas məqama yönəldirəm. Bilirəm, aranızda “Qazaxıstan çempionatı nədi ki?! Bizim premyer-liqa ordan güclüdü” deyənlər də var. Amma unutmayın ki, Azərbaycan millisinin “1 nömrə”si Emil Balayev məhz bu ölkənin çempionatında çıxış etməyə başlayanda sonra səviyyəsini ciddi mənada yüksəltməyə nail oldu. Elə bunun da nəticəsidi ki, milli komandada əsas heyət üzvünə çevrildi, etibatlı çıxışı ilə azarkeşlərin sevgisini qazandı, nəhayət, ümummilli sorğuda ilin futbolçusu seçildi. Deməli, Qazaxıstan çempionatını, oranın klublarını gözümüzdə kiçiltməklə heç də düz iş görmərik. Onu da nəzərə alaq ki, “Astana” da “Qarabağ” kimi son 5-6 ildə avrokubokların qrup mərhələsinin daimi iştirakçısıdı, Çempionlar Liqasının qrup mərhələsində də uğurla çıxış etməyi bacarıb. Bir daha xatırlayaq ki, “Astana” qrupda 4 xal toplamağı bacarmış, doğma meydandakı oyunların heç birində uduzmamışdı. Heç də sıradan məqam deyil. Üstəlik, Pedro Enerikeylə Riçard Almeyda məhz “Qarabağ”dakı yüksəlişdən sonra daha yaxşı məbləğ qarşısında “Astana”ya yollanmışdılar. Müqayisə üçün yetərincə ciddi məqamlardı. Nəticə çıxarmağı sizin öhdənizə buraxıram.
Qayıdıram ermənilərin Qazaxıstan klublarına transfer olunmasına. Tiqran Barseqyan artıq “Astana”nın futbolçusudu. Ona qədər Petros Avetisyan Qriqori Babayanın dəvəti əsasında “Tobol”a yollanmışdı. Kamo Ohanesyan isə yanvarın ilk günlərindən “Kayrat”ın futbolçusudu. Qısa müddətdə üç erməni futbolçunun Qazaxıstan zəngin və iddialı komandalarında peyda olması sıradan olay deyil. Düzdü, bu işlərdən yaxşı baş çıxaran dostlarımızdan birinin dedikləri ilə razıyam. Bəlkə sizin də xəbəriniz var. Artıq erməni futbolçular Qazaxıstanda, Rusiyada, Belarusiyada, Qırğızstanda legioner sayılmayacaqlar. Eyni statusa həmin ölkələrin futbolçuları da yiyələniblər. Həmin anlaşma bu ölkələrin təmsil oldundu Avrasiya İqtisadi Birliyi çərçivəsində imzalanan sözləşmələr paketi çərçivəsində əldə olunub. Futbolçular üçün yetərincə vacib müqavilədi. Onlar da bundan yaxşı faydalanırlar. Ən çox da ermənilər. Qazaxıstan millisinin üzvü, “Kayrat”ın yetirməsi Baurjan İslamxan da məhz bu müqavilənin yaratdığı imkanlar sayəsində “Zenit”ə dəvət alıb.
Bütün bunlar öz yerində. Amma çox vacib bir məqam da var, onu görməzdən gəlməyə bilmərik. Tiqran Barseqyan bu sözləşmədən əvvəl də legioner idi, elə Qazaxıstanda çıxış edirdi. Qızıl-Orda “Kaysar”ının əsas heyət üzvü sayılan Tiqran komandasının ölkə kubokunu qazanmasında da əsas pay sahiblərindəndi. Gəlin razılaşaq ki, “Kaysar”la “Astana” eyni səviyyəli klublar deyil. Nə maliyyə imkanlarına, nə də iddialarına görə bu klubları müqayisə edə bilmərik. Deməli, Barseqyan “Kaysar”ı “Astana”ya dəyişməklə irəliyə doğru böyük bir addım atmış olub. Eyni sözləri Kamo Ohanesyan barədə də demək mümkündü. Kamo da “Kayrat”la anlaşmaya qədər Qazaxıstanda oynayırdı, “Jetısu”nun heyətində 58 oyuna 6 qola imza atmağı bacarmışdı. Ermənilərin Qazaxıstandakı bu yüksəlişində hər nə qədər sözügedən anlaşmanın rolu varsa, özlərinin də zəhməti və səviyyəsi həlledicidi. Bunu danmaq ədalətsizlik olar. Ermənilər öz üzərlərində çalışıb, daha yaxşı şərtlər altında güclü klublara keçiblər.
Hər nə qədər xoş olmasa da, bizimkilərin bu məqama diqqət yetirməsi, ermənilərdən bir şeylər öyrənməsi vacibdi. Qriqori Babayan uzun müddətdi ki, Emil Balayevin komandasında baş məşqçidi. Ötən müddət ərzində onun ağzından Emillə bağlı bircə kəlmə də çıxmayıb – nə yaxşılığa, nə də pisliyə. Adam öz işiylə məşğuldu, yavaş-yavaş heyət qurur, məşqlər keçir. Emilə “Tobol”da işıq görünmədiyi məlum məsələydi. Babayan da bunu gözəl bilir, elə “Tobol”un rəhbərliyi də. Erməni məşqçi də, klubun qazax rəhbərliyi də həssas mövzuda soyuqqanlı davranır, səbrlə Emilin özünə yeni klub tapmasını gözləyirlər. Bu səbəbdən də “reablitasiya” adıyla Balayevi komandanın toplanışından ayırıb, Türkiyəyə göndəriblər. Babayanın yerində bizimkilərdən kimsə olsaydı, indi sinəsini irəli verər və “gördüz, mənim olduğum yerdə azərbaycanlı qapıçı ola bilməz. Gələn kimi onu “Tobol”dan uzaqlaşdırdım. Baxmayaraq ki, ötən mövsümün “ən yaxşı qapıçısı” da seçilmişdi. Vacib olan mənim sözümdü” deyərdi.
Babayanla “Tobol”u, eləcə də başqalarını bir kənara qoyuram. Biz desək də, deməsək də, onlar öz işləriylə məşğuldular. Mənim dərdim öz futbolçularımızdı, Azərbaycan millisinin üzvləri. Hansı ki, gözümüzü onlara dikmişik, bu futbolçular bir neçə aydan sonra millinin heyətində yeni hədəflər uğrunda yarışacaqlar. Qış fasiləsi başa çatır, təlim-məşq toplanışı dövrü bitir. Alan alır, satan satır, məşqçilər komanda qurur. Amma Azərbaycan millisinin əsas heyətinin iki üzvünün, özü də böyük ümidlər bəslədiyimiz futbolçuların gələcəyi qeyri-müəyyəndi. Söhbət Emil Balayevlə Ramil Şeydayevdən gedir. Heç birinə sahib çıxmaq istəyən, pul xərcləyən, real təklif göndərən yoxdu. Sanki “qış yuxusuna gediblər”. Allah eləsin, bu yuxudan tez oyansınlar. Yoxsa sonrası heç də yaxşı olmayacaq.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 20:43 “CBC Sport” Olimpiada ilə bağlı film təqdim edəcək Bu gün, 20:34 “Qəbələ”dən daha bir statistika Bu gün, 20:23 Barselona qəhrəmanı kövrəldi... Bu gün, 20:20 Saxtakar dünya çempionu... Bu gün, 20:18 Yığma üzvü karantindən evə buraxıldı Bu gün, 20:14 Robbenin xanımı koronavirusdan qurtuldu Bu gün, 20:08 AÇ-nin ev sahibləri dəyişəcəkmi? Bu gün, 20:04 Klopp Maneni ilk görüşdə kimə bənzədib? Bu gün, 12:27 Karantin Ruslanın “başına oyun açıb” Bu gün, 12:11 AİJF Baş nazirə müraciət etdi Bu gün, 12:06 “9 aydan sonra doğuş sayında inanılmaz artım yaşansa, təəccüblənmərəm” Dünən, 21:12 Teymur Rəcəbov 100 min dollar ziyana düşüb Dünən, 21:09 Fərid Qayıbov payızı nişan verdi Dünən, 20:59 Yaşar Vahabzadəni bu gün hamıdan tez nəvəsi təbrik edib Dünən, 16:03 Mourinyo və oyunçular parkda məşq etdi Dünən, 15:59 Terim koronavirusdan qurtuldu! 7-04-2020, 22:15 Belarus çempionatında futbolçular nə qədər qazanır? 7-04-2020, 21:54 Koronavirus Qvardiolanın anasını öldürdü 7-04-2020, 21:50 Rusiya və Qətər mundialı pulla alıb? 7-04-2020, 21:40 “Düzdü, stadiondakı effekti vermir, ancaq özümü yora bilirəm” 7-04-2020, 21:28 “Qarabağ” boş dayanmır 7-04-2020, 21:19 “Doğulduğum Təbrizdə də vəziyyət ürəkaçan deyil” 7-04-2020, 21:07 Kimdi günahkar? 7-04-2020, 20:51 Evdə qal, yemək bişir! 7-04-2020, 15:17 Arif Rəhimov dəqiqliyin tərəfdarıdı 7-04-2020, 15:11 Klublarda qeyri-müəyyənlik davam edir 7-04-2020, 15:07 Azarkeş qrupları imkansızları sevindirməkdə davam edir 7-04-2020, 15:02 “Zaqatala”dan örnək addım 6-04-2020, 17:24 AGİN yığmalar üçün toplanış təşkil etməyi düşünür 6-04-2020, 17:14 Obradoviçlə Velebit gedib, Lippert Bakıdadı 6-04-2020, 16:53 FİFA yaş limitini artırmağı zəruri sayır 6-04-2020, 16:43 UEFA: milli çempionatlar sona çatdırılmalıdı! 6-04-2020, 16:40 “Barselona”ya qayıdıb yeni səhifə açmaq istəyirəm” 6-04-2020, 16:30 Karius FIFA-ya şikayət etdi 6-04-2020, 16:25 “Heç kim hadisələrin necə inkişaf edəcəyini bilmir” 6-04-2020, 16:20 Tramp da videokonfrans keçirdi 6-04-2020, 16:13 Xabib – Toni dueli 5-ci cəhddə də baş tutmadı 6-04-2020, 16:09 Türkiyəyə futbol nə vaxt “qayıdacaq”? 6-04-2020, 14:49 "Qəbələ" tarixindəki 78 penaltidən 61-ni qola çevirib 6-04-2020, 14:46 "Qəbələ": 546 oyun, 41 kapitan 5-04-2020, 11:22 Fonda daha hansı klub pul köçürəcək? 5-04-2020, 11:01 Koronavirusun öyrətdiyi ...onlayn məşqlər 3-04-2020, 21:40 “Ağsu Siti” də kampaniyaya qoşuldu 3-04-2020, 21:36 Bir daha Çingiz İsmayılova ayrılan yardım haqda 3-04-2020, 21:30 Riad Rəfiyev “asan yol” arzulamır 3-04-2020, 21:21 “Sumqayıt” 40 həmvətənimizi himayəyə götürdü 3-04-2020, 20:55 Avanürist ideya: yarımfinal bir oyundan ibarət olsun! 3-04-2020, 20:35 “Old Wolf”u üç futbolçu təbrik edib 3-04-2020, 20:32 Elvin Bakıdadı, Fərid Çexiyada məşq edir 1-04-2020, 19:25 Altay Əliyev və övladları Prezidentin çağırışına qoşuldu 1-04-2020, 19:09 "Sabah"dan sabahımız üçün jest 30-03-2020, 13:43 "Neftçi" ikinci doğma evim, Azərbaycan ikinci vətənimdi" 30-03-2020, 13:28 “Keşlə” maaşları tam ödəyəcək 30-03-2020, 13:01 Qurban Qurbanov 20 min, Elxan Məmmədov 4 min manat, Kamran Ağayev isə... 29-03-2020, 19:19 AFFA UEFA ilə məsləhətləşmələr aparır 29-03-2020, 19:18 Ağarza Rzayev dünyasını dəyişdi 29-03-2020, 19:08 Çingiz İsmayılov AFFA-nın yardımından imtina edib Bütün xəbərlər
Ən çox oxunanlar