26 yan 06:31Yazar

Yunana olar, yanana yox!

Qəzetimizin dünənki sayında dərc olunan “Xoş gəldin, Vassaras! Xoş getdin, 5000 avro...” sərlövhəli yazını hiddətsiz oxumaq mümkün deyildi. Bir az vicdanı, qüruru olan istənilən azərbaycanlı bu xəbərdən hiddətlənər, səbəbkarlara, daha doğrusu, pulumuzu belə israf edənlərə lənət oxuyar. Həmin yazını qaçıranlar üçün qısa məlumat verim. Yunanıstanlı sabiq FİFA referisi, UEFA Hakimlər Komitəsinin üzvü Kiros Vassaras Bakıya növbəti dəfə səfərə gəlib. “Saralmış dəftərlər”dən hakimlərimiz üçün köhnə mühazirələrdən oxuyub, şablon epizodlar üzərindən müzakirələr aparıb. Ondan sonra da hakimlərdən laktat testinin götürülməsi mərasimində və FİFA referilərinə emblemlərin paylanmasıyla bağlı toplantıda iştirak edib. Gedərkən də cibinə 5000 avro qoyub, xoş-beşlə yola salıblar. Bu da olub avstriyalı Frits Stuxlikin yunan Vassarasa cavab jesti. Çox etibarlı mənbələrdən eşitmişəm ki, AFFA əvvəlcə yunanı Hakimlər Komitəsinə sədr gətirmək istəyirmiş. Çoxbilmiş Vassaras Bakıya gəlməyə risk etməyib, çünki belədə həm UEFA-dakı işlərini, həm də Yunanıstandakı biznesini itirə bilərmiş. Buna görə də vasitəçilik missiyasını üzərinə götürüb, Stuxliklə bizimkiləri bir-birinə calaşdırıb.
Frits Stuxlik də Azərbaycanda yağ içində böyrək kimi yaşayır. Ona “gözün üstündə qaşın var” deyən yoxdu. Vətənində olduğu kimi, burda da gənc hakimlərin üzə çıxması yolunda heç bir iş görmür. Əksinə, əlimizdə olanları da gözüm-çıxdıya salıb, FİFA referiləriylə prinsip aparır. Amma onları əvəzləyəcək birini ortaya çıxara bilmədiyinə görə dözüb, “dərdini içində çəkir”. Bununla belə, həyatından narazı deyil, Vassarasın da yaxşılığını unutmur. Onun “vasitəçilik haqqı”nın əvəzində vaxtaşırı Bakıya səfərini təşkil edir, adını da qoyur hakimlərə mühazirə oxumaq, yeniliklərlə bizimkiləri tanış etmək. Hər səfərin də öz qiyməti var. Aşağı yeri 5 min avro qonorar yazılmalıdı. Təyyarənin “biznes” sinfinə bilet, beşulduzlu oteldə nömrə və bahalı restoranlarda şam yeməyi də öz yerində. Hələ başqa nüansları demirəm, yəqin ki, özünüz başa düşdüz. Hamısı da AFFA-nın, yəni elə bizim – Azərbaycan xalqının hesabına. Pul özgənin, can özgənin. Nə veclərinə?
Təsəvvür edin ki, yunanıstanlı hakimlər bizimkilərdən heç nədə irəlidə deyillər. Vassarasın özündən başqa adlı-sanlı hansısa yunan hakimi Avropanın nüfuzlu qarşılaşmalarında iş başında görmüsüzmü? Yunanıstanlı azarkeşlər hakimlərin qərəzlərindən, səhvlərindən cana yığılıblar, onların evlərinə belə od vurmaqdan çəkinmirlər. İş o yerə gəlib çatmışdı ki, bizimkilər ötən il Yunanıstan çempionatının mərkəzi qarşılaşmalarından birinə - PAOK – “Atromitos” oyununa dəvət almışdılar. Həmin görüşü Əliyar Ağayev və köməkçiləri yüksək səviyyədə idarə etmişdi. Ötən həftə isə Əliyar Ağayev, yəni azərbaycanlı balası İsrailə dəvət olunmuşdu. Dünyanın ən ağıllı millətlərindən biri sayılan yəhudilər Əliyarı öz ölkələrinə dəvət ediblər ki, ondan öyrənsinlər. Ağayev də UEFA mentoru Haim Yakovun və İsrailin elit hakimlərinin də iştirak etdiyi seminarda mühazirələri ilə çıxış edib, təcrübəsini bölüşüb. Gülün, ürəyiniz istəyən qədər. İsraildə gənc azərbaycanlıdan öyrənirlər, Azərbaycanda isə yaşlı yunandan. Şərh etməyi hər kəsin öz öhdəsinə buraxıram.
Daha bir maraqlı məqam var. Vassarasın Bakıya gəlişini daha nə iləsə əlamətdar etmək, onu sadəlöhv insanlara vacib biri kimi təqdim etmək üçün bu ilin FİFA referilərinə müvafiq emblemləri yanvarın 21-də, "Dalğa Arena”nın ərazisində yerləşən Milli Komandaların Məşq Mərkəzində təqdim ediblər. Bu da AFFA-nın yeni tapıntısıdı. Guya Vassaras olmasaydı, hakimlərə emblemləri təntənəli şəkildə təqdim etmək alınmayacaqdı. Tarixə və məkana əbəs yerə diqqəti çəkmirəm. Məsələ ondadı ki, oxşar tədbir ötən il fevralın 4-də keçirilmişdi. Özü də Bakı Olimpiya Stadionunda. Tarixlər arasında 14 gün fərq var, məkanların arasında isə bir dünya. Səbəbini isə az əvvəl izah etdim, təqdimatda Vassarasın iştirakını təmin etmək və 5000 avro qonorarın hesabatına bunu da yazmaq. Sonra deməsinlər ki, elin yunanı qışın günü Bakıda nə iş görüb ki, ona bu qədər pul vermisiz? Heç şübhə etmirəm ki, kimlərəsə Vassarasla bu bahalı əməkdaşlığın qarşılığında bizim hakimlərə UEFA tərəfindən nüfuzlu qarşılaşmalara təyinat gələcəyi ilə bağlı vəd də verilib. Vassaras uzağı bizimkiləri Yunanıstan çempionatına, yaxud da Misir kubokuna göndərə bilər. Onun əlaqələrinin, ona ödənilən böyük məbləğlərin nə işə yarıdığını ötən ilyarımda yaxşı görmüşük.
Məlum məsələdi ki, bütün bunlar Stuxlikin başımıza açdığı böyük oyunların tərkib hissəsidi. Bu yaxınlarda həmkarım Mirağa acı statistikanı ortaya qoymuş, ötən bir ildə azərbaycanlı hakimlərin UEFA tərəfindən aldığı təyinatların hesabatını bizə təqdim etmişdi. Rəqəmlərdən də görünürdü ki, Stuxlikin gəlişindən sonra nəinki yerimizdə saymışıq, əksinə, hakimlikdə xeyli geriləmişik. UEFA azərbaycanlı hakimlərə etimad göstərmir, baş aldatmaq üçün uşaq-muşaqların oyununa təyinat göndərir. Halbuki Stuxlikin sədr təyin olunduğu ərəfələrdə şəxsən Elxan Məmmədov bu məqamı qabardır, azərbaycanlı hakimlərə UEFA tərəfindən etimadın artacağına, buna da məhz avstriyalı sədrin vasitəçi olacağına vurğu qoyurdu. Reallıq göz qabağındadı. Pulumuzu yedizdiririk, nəticəsi isə yoxdu. Neft pulu sel kimi gedir, yunanlar yeyir, ürəyi futbolumuz üçün yananlar isə yox!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 11:28 “Bülənt Korkmaz elə bilirdi ki, Azərbaycanda heç kimin futboldan anlayışı yoxdu” Dünən, 11:23 Nurlan Novruzov Moldovanı Estoniyaya dəyişdi Dünən, 11:22 AFFA oyunlarda çəkiliş aparanlara “barmaq silkələdi” Dünən, 11:20 “Doğma Bakıda futbolun incəliklərini öyrəndim” Dünən, 11:12 Aqil Nəbiyev beş aydı məşğul olduğu işi davam etdirəcək Dünən, 11:09 Tovuzlular sevindi, gəncəlilər üzüldü Dünən, 11:07 İsmayıllı futbolçuları Qəbələdən kubok apardı 21-02-2020, 12:28 Klublar Obradoviçin anormal qərarını anlayışla qarşılayırlar 21-02-2020, 12:26 AFFA “Keşlə”nin paraqvaylı legionerini “milliləşdirir” 21-02-2020, 12:21 Ramilin dönüşünə təəssüflənirlər... 21-02-2020, 12:13 Elxan Məmmədov xidmətlərin ucuz olduğu yerlərə gedir 21-02-2020, 11:56 Turun ən məhsuldar görüşü Şamaxıda baş tutdu 21-02-2020, 11:54 “Neftçi”yə bütün veteranları əzizdi 21-02-2020, 11:51 Cavid Hüseynova sərt cəza: 4 oyun + 3200 manat! 21-02-2020, 11:49 Dosyeyə bax, AFFA! 19-02-2020, 11:50 “Sabah”ın avrokuboklara qatılmaması Adıgözəlov üçün fiasko olmayacaq 19-02-2020, 11:49 Ramil Şeydayev “Sabah”ı seçdi 19-02-2020, 11:48 Obradoviçin toplanışı nəyə xidmət edir? 19-02-2020, 11:45 “Köhlən atlar” “qartallar”ın “yuvasını dağıtdı” 19-02-2020, 11:42 “Sabah” “Sumqayıt”ı evində döydü 19-02-2020, 11:40 “Səbail”dən ardıcıl ikinci qələbə 19-02-2020, 11:34 Mövsümün ən məhsuldar həftəsi 19-02-2020, 11:29 “Neftçi” ikinci pillədəki yerini möhkəmləndirdi 14-02-2020, 12:31 “İsgəndər Cavadovun akademiyasına ayrılan vəsaiti görəndə şoka düşdük” 14-02-2020, 12:20 Elxan Məmmədovun veteranlarla görüşü təxirə salındı 14-02-2020, 12:15 AFFA “Marafon”u da Nazim Süleymanovun üzünə bağladı 14-02-2020, 12:10 Ağabalanın cəriməsini kim ödəyəcək? 14-02-2020, 11:10 AFFA telekanallara və onlayn mediaya dəvət göndərib 14-02-2020, 11:05 “Qəbələ” çilili forvardla anlaşdı 14-02-2020, 11:03 “Xəzər Lənkəran”a texniki məğlubiyyət verilib 14-02-2020, 11:01 Ruslan “Neftçi” ilə görüşü də buraxacaq 14-02-2020, 11:00 “Birinci işimiz sonuncu pillədən qurtulmaqdı” 14-02-2020, 10:56 Rauf yenə Prezidentə müraciət etdi, anası 1333 səs topladı 14-02-2020, 10:55 Cəmşid Məhərrəmov azadlıqda 12-02-2020, 11:55 Elvin Yunuszadə “Çelik”i Ümit Özata görə seçib 12-02-2020, 11:53 Samir Abasovun seçkidən xəbəri olmayıb 12-02-2020, 11:51 “Sumqayıt” itirdiyi mövqeyi qaytardı 12-02-2020, 11:31 “Qarabağ” “Neftçi”nin yaxınlaşmasına imkan vermədi 12-02-2020, 11:28 İsgəndər Cavadov AFFA-ya əl açıb 12-02-2020, 11:26 “Forza Neftçi” 11 yaşını Mərdəkanda qeyd etdi 12-02-2020, 11:24 Səmra Əliyeva şərhinin birmənalı qarşılanmayacağını bilirmiş 7-02-2020, 22:09 Məşqçilər Komitəsi namizədləri iki saat müzakirə edib 7-02-2020, 22:07 “Qəbələ” pasportun məsuliyyətini AFFA-nın üzərinə atdı 7-02-2020, 22:06 Ağatahir Əzimov futzal hakimlərini “topa tutdu” 7-02-2020, 22:03 Riçard, belə getmək lazım idi 7-02-2020, 22:02 "Qəbələ”nin gözlədiyi hücumçu gəldi 7-02-2020, 22:00 Vüqar Aftandil Hacıyevin “gəl” mesajını gözləyir 7-02-2020, 21:49 Start ərəfəsində yüngül gəzişmə 7-02-2020, 21:47 Siz gizlənin, Rövşən danışsın... 7-02-2020, 21:44 Kamal Bayramov üçün mövsüm bitdi 5-02-2020, 11:42 Elman Ələkbərov yığmanın yaradılan şəraitin əvəzini vermədiyini düşünür 5-02-2020, 11:42 Futbolumuzun yetirməsi 50 yaşında dünyasını dəyişdi 5-02-2020, 11:40 AFFA-da Stuxlikin Bəhramovu ziyarət etməməsinin səbəbini bilmirlər 5-02-2020, 11:38 Almeydalı “Baniyas”dan növbəti qələbə 5-02-2020, 11:37 “Qarabağ” Kintananı Çin klubuna yola saldı 5-02-2020, 11:35 “Zirə”ni Qadze ilə Ramazanov sevindirdi 5-02-2020, 11:32 Rauf Məmmədov deputat olmaq istəyən anasının müdafiəsinə qalxdı Bütün xəbərlər
Ən çox oxunanlar