26 yan 05:34Yazar

Saxtakarların ...saxtakarlığa ehtiyac duymadığı seçki

Beləliklə, çərşənbə axşamı AFFA-nın növbəti konfransı keçiriləcək. Həmin gün həm AFFA prezidenti, həm də İcraiyyə Komitəsinin (İK) yeni tərkibi seçiləcək. Təbii ki, yeni təsis olunan icraçı vitse-prezident postunun sahibi, yeni vitse-prezidentlər də bilinəcək. Seçki nə deməkdi? O deməkdi ki, müəyyən vəzifələrə seçilmək istəyən adamlar platformasını açıqlayır, bununla da niyə məhz onlara səs verməli olduğumuzu əsaslandırırlar. Gördüyünüz kimi, fevralın 9-da keçiriləcək Milli Məclisə seçki ətrafında ölkədə əməlli-başlı həyəcan yaşanır. Parlamentdəki 125 yerə bundan təxminən 10 dəfə artıq vətəndaşımız iddialıdı. Hər yerdə - avtobusda, metroda, qəzetdə, saytda, sosial şəbəkələrdə ancaq və ancaq seçki müzakirəsi gedir, hətta etiraf etmək lazımdı ki, bəzən bu müzakirələrdən bezirik də. Amma söhbət demokratiya yolunda irəliləməkdən, alternativli seçkidən gedirsə, bu durumla barışmalı, platformaları dinləməli, oxumalı, ürəyimizə yatan adamlara səs verməliyik. Kəsəsi, demokratiyanın əlifbası budu.
Bəs AFFA nə edir? Konfransa hələ 4 gün qalsa da, artıq İcraiyyə Komitəsinin tərkibi də bəllidi, köhnə-yeni prezident də. Qəzetimizin ötən saylarında az-çox müstəqil klubların İK-dan kənarda qalması, AFFA-ya üzv olan qurumlardan İK üzvlüyünə namizədlərin göstərilməsi ilə bağlı iclasların əslində şərti xarakter daşıması, heç bir iclas keçirilməməsi, seçilməsi gözlənilən yeni tərkibin ölkə futbolunu irəli aparmasının mümkünsüzlüyü ilə bağlı müxtəlif yazılar dərc olunub. Belə fikirlərin davamı kimi onu da etiraf etmək lazımdı ki, mahiyyətcə saxtakarlığa meyilli adamların “məharəti” sayəsində yanvarın 28-də məhz saxtakarlığa ehtiyac duyulmayan, alternativsiz seçki baş tutacaq. İcraiyyə Komitəsindəki 13 yerə elə bu qədər namizəd varsa, təbii ki, nə seçkiyə ehtuyac var, nə də hansısa saxtakarlığa. Elə məhz bu məqamı nəzərə alıb, konfransla bağlı yanaşmamızı haqlı olaraq, belə müəyyənləşdirmişik: seçki yox, təyinat!
Saxtakarların ...saxtakarlığa ehtiyac duymadığı seçkinin Azərbaycan futbolunun gələcəyi baxımından heç nəyə yaramayacağına, İK-nın yeni tərkibinin iclaslarında da ciddi müzakirə ovqatının yaşanmayacağına əminəm. Toplananların yerini dəyişəndə cəm dəyişmədiyi kimi, Elxan Məmmədovun ömrünün bundan sonrakı hissəsini baş katib yox, icraçı vitse-prezident kimi keçirməsi də heç bir önəmli dəyişikliyə səbəb olmayacaq. Çox adi struktur dəyişikliyidi ki, bunu da həm AFFA divarları arasında, həm də medianın gerçəkçi kəsimində anlayanların sayı çoxdu.
Bütün bu proseslərdə diqqətimi cəlb edən daha bir məqam Rövnəq Abdullayevin nədənsə müqavimətsiz-zadsız müqəvva roluna girməyə, bu obrazın bütün tələblərinə sonuna qədər əməl etməyə razılaşmasıdı. Aylardı mediadan uzaq qaçır, sonuncu dəfə futbol mövzusunda verdiyi hansısa açıqlamanı xatırlayan yoxdu. Belə görünür ki, adam zorən prezident statusu ilə barışıb, sadəcə, bu vəzifədən gedişini dövlətə rəhbərlik edənlərlə razılaşdırmaq üçün münasib zaman və mühit gözləyir. Hər nə isə, ölkə kimi, AFFA da seçkiyə hazırlaşır. Prezident İlham Əliyev cənabları Davosda verdiyi açıqlamada parlamentdə əhalinin etibar etdiyi adamların təmsil olunmasının vacibliyini dedi. Təbii ki, bu ifadəni AFFA-da keçiriləcək seçkiyə qətiyyən aid etmək olmaz. Elxan Məmmədov başının dəstəsi ilə elə hörümçək toru yaradıb, futbolu elə inhisara alıb ki, hansısa yad adamın, demokratik düşüncəli ziyalının ora düşməsi mümkün deyil. Hərəyə üç-dörd vəzifə götürüblər, bala-bala, xımır-xımır futbolu fırladırlar da özləri üçün. Xeyirli olmasın!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 11:28 “Bülənt Korkmaz elə bilirdi ki, Azərbaycanda heç kimin futboldan anlayışı yoxdu” Dünən, 11:23 Nurlan Novruzov Moldovanı Estoniyaya dəyişdi Dünən, 11:22 AFFA oyunlarda çəkiliş aparanlara “barmaq silkələdi” Dünən, 11:20 “Doğma Bakıda futbolun incəliklərini öyrəndim” Dünən, 11:12 Aqil Nəbiyev beş aydı məşğul olduğu işi davam etdirəcək Dünən, 11:09 Tovuzlular sevindi, gəncəlilər üzüldü Dünən, 11:07 İsmayıllı futbolçuları Qəbələdən kubok apardı 21-02-2020, 12:28 Klublar Obradoviçin anormal qərarını anlayışla qarşılayırlar 21-02-2020, 12:26 AFFA “Keşlə”nin paraqvaylı legionerini “milliləşdirir” 21-02-2020, 12:21 Ramilin dönüşünə təəssüflənirlər... 21-02-2020, 12:13 Elxan Məmmədov xidmətlərin ucuz olduğu yerlərə gedir 21-02-2020, 11:56 Turun ən məhsuldar görüşü Şamaxıda baş tutdu 21-02-2020, 11:54 “Neftçi”yə bütün veteranları əzizdi 21-02-2020, 11:51 Cavid Hüseynova sərt cəza: 4 oyun + 3200 manat! 21-02-2020, 11:49 Dosyeyə bax, AFFA! 19-02-2020, 11:50 “Sabah”ın avrokuboklara qatılmaması Adıgözəlov üçün fiasko olmayacaq 19-02-2020, 11:49 Ramil Şeydayev “Sabah”ı seçdi 19-02-2020, 11:48 Obradoviçin toplanışı nəyə xidmət edir? 19-02-2020, 11:45 “Köhlən atlar” “qartallar”ın “yuvasını dağıtdı” 19-02-2020, 11:42 “Sabah” “Sumqayıt”ı evində döydü 19-02-2020, 11:40 “Səbail”dən ardıcıl ikinci qələbə 19-02-2020, 11:34 Mövsümün ən məhsuldar həftəsi 19-02-2020, 11:29 “Neftçi” ikinci pillədəki yerini möhkəmləndirdi 14-02-2020, 12:31 “İsgəndər Cavadovun akademiyasına ayrılan vəsaiti görəndə şoka düşdük” 14-02-2020, 12:20 Elxan Məmmədovun veteranlarla görüşü təxirə salındı 14-02-2020, 12:15 AFFA “Marafon”u da Nazim Süleymanovun üzünə bağladı 14-02-2020, 12:10 Ağabalanın cəriməsini kim ödəyəcək? 14-02-2020, 11:10 AFFA telekanallara və onlayn mediaya dəvət göndərib 14-02-2020, 11:05 “Qəbələ” çilili forvardla anlaşdı 14-02-2020, 11:03 “Xəzər Lənkəran”a texniki məğlubiyyət verilib 14-02-2020, 11:01 Ruslan “Neftçi” ilə görüşü də buraxacaq 14-02-2020, 11:00 “Birinci işimiz sonuncu pillədən qurtulmaqdı” 14-02-2020, 10:56 Rauf yenə Prezidentə müraciət etdi, anası 1333 səs topladı 14-02-2020, 10:55 Cəmşid Məhərrəmov azadlıqda 12-02-2020, 11:55 Elvin Yunuszadə “Çelik”i Ümit Özata görə seçib 12-02-2020, 11:53 Samir Abasovun seçkidən xəbəri olmayıb 12-02-2020, 11:51 “Sumqayıt” itirdiyi mövqeyi qaytardı 12-02-2020, 11:31 “Qarabağ” “Neftçi”nin yaxınlaşmasına imkan vermədi 12-02-2020, 11:28 İsgəndər Cavadov AFFA-ya əl açıb 12-02-2020, 11:26 “Forza Neftçi” 11 yaşını Mərdəkanda qeyd etdi 12-02-2020, 11:24 Səmra Əliyeva şərhinin birmənalı qarşılanmayacağını bilirmiş 7-02-2020, 22:09 Məşqçilər Komitəsi namizədləri iki saat müzakirə edib 7-02-2020, 22:07 “Qəbələ” pasportun məsuliyyətini AFFA-nın üzərinə atdı 7-02-2020, 22:06 Ağatahir Əzimov futzal hakimlərini “topa tutdu” 7-02-2020, 22:03 Riçard, belə getmək lazım idi 7-02-2020, 22:02 "Qəbələ”nin gözlədiyi hücumçu gəldi 7-02-2020, 22:00 Vüqar Aftandil Hacıyevin “gəl” mesajını gözləyir 7-02-2020, 21:49 Start ərəfəsində yüngül gəzişmə 7-02-2020, 21:47 Siz gizlənin, Rövşən danışsın... 7-02-2020, 21:44 Kamal Bayramov üçün mövsüm bitdi 5-02-2020, 11:42 Elman Ələkbərov yığmanın yaradılan şəraitin əvəzini vermədiyini düşünür 5-02-2020, 11:42 Futbolumuzun yetirməsi 50 yaşında dünyasını dəyişdi 5-02-2020, 11:40 AFFA-da Stuxlikin Bəhramovu ziyarət etməməsinin səbəbini bilmirlər 5-02-2020, 11:38 Almeydalı “Baniyas”dan növbəti qələbə 5-02-2020, 11:37 “Qarabağ” Kintananı Çin klubuna yola saldı 5-02-2020, 11:35 “Zirə”ni Qadze ilə Ramazanov sevindirdi 5-02-2020, 11:32 Rauf Məmmədov deputat olmaq istəyən anasının müdafiəsinə qalxdı Bütün xəbərlər
Ən çox oxunanlar