24 yan 12:38Yazar

Lixtenşteynin önünə kimlə çıxaq?

Türkiyəli qardaşlarımızın reklamlarında çox maraqlı bir deyim eşitmişdim: “Xəyaldı, gerçək oldu”. AFFA rəhbərliyinin də bu il keçiriləcək Avropa çempionatının final mərhələsinə yüksəlmək kimi bir xəyalı var idi. Gecə-gündüz ondan danışırdılar. Yaxşı xəyal idi, amma gerçək olmadı. Çünki bu xəyalın reallıqla yaxından-uzaqdan heç bir əlaqəsi yox idi. Xaricdən milyonluq məşqçilər gətirməklə, əcnəbilərə pasport paylamaq ilə futbolu inkişaf etdirmək, mundiallarda, böyük turnirlərdə mükafat qazanmaq mümkün olsaydı, çinlilərlə ərəblər bunu bizdən çox-çox əvvəl edərdilər. Onlar bacarmayıblarsa, özlərini ərəb şeyxləri kimi aparan, pula pul deməyən AFFA rəhbərliyi heç bacarmaz. Di gəl ki, “boz bina”da oturanlar bu həqiqəti yaxına buraxmaq istəmirlər. Elə bu səbəbdən də Azərbaycan builki Avropa çempionatının final mərhələsinə evsahibliyi edənlərin arasında yeganə ölkədi ki, ancaq qonaqları qarşılayıb-yola salmaqla məşğul olacaq. Bəli, dostlar. Belə gülməli duruma düşəcəyimiz xəyal idi, gerçək də oldu. AFFA-nın sayəsində...
Biz inanmasaq da, onlar özlərini Azərbaycanın qitə çempionatının final mərhələsinə çıxacaq gücdə olacağına inandırmışdılar. Əllərindəki bütün təbliğat resurslarından yararlanır, mirzələrinə yazılar yazdırır, telekanallarından evimizə yalan püskürürdülər. Deyirdilər ki, Qurban Qurbanov bacarmadı, yaxşı bir əcnəbi məşqçiylə bacaracağıq. Avropanın köklü futbol ölkələrinə əlcək atacaq, onları qrupdan saxlayacağıq. “Köhnə qitə” bizim sürətli inkişafımızdan ağızdolusu danışacaq, AFFA-nın təcrübəsini öyrənməyə təkcə Qırğızıstandan yox, dünyanın dörd bir yanından qonaqlar gələcək. Əcnəbilər ağızlarını ayırıb, Elxan Məmmədovun mühazirələrini dinləyəcək, “uğurunun sirri”ni öyrənməyə çalışacaqlar. Bizimkilər də türkün sözü, ənayi deyillər ki, sirrimizi onlara açmayacaq, əsas hissəni özümüz üçün saxlayacaqdıq. Elə bu fikirlə də 2018-ci ilin dekabrında Qurban Qurbanovu milli komandadan uzaqlaşdırdılar. Nəymiş ki, əcnəbi çalışdırıcı gətirəcəklərmiş, həmin o əcnəbi də bunların xəyallarını gerçəkləşdirəcəkmiş. Ay-hay, ölmüşdü elə Xankişi...
Tarixin təkərini geri çevirmək, keçmişə qayıtmaq mümkünsüzdü. Amma AFFA-nın başbilənləri bunu bacarıb. Bəli, xəyal idi, gerçək oldu. Avropa çempionatının final mərhələsinə yüksəlməyi demirəm, tarixin təkərini geri çevirməyi, keçmişə qayıtmağı deyirəm. AFFA-nın baş katibi Elxan Məmmədovun dühası, qurumun prezidenti Rövnəq Abdullayevin ona inanması, yan-yörəsində olanların da bu fitnəyə əl çalması sayəsində biz geri qayıtdıq. Özü də müstəqilliyimizin ilk illərinə, dünya futbol ailəsinə qoşulduğumuz dövrlərə. 1994-cü ilin payızında yeni yola çıxmış, AÇ-96-nın seçmə mərhələsində ilk dəfə müstəqil ölkə kimi çıxış etmişdik. UEFA siyasi qərarla millimizi doğma meydana həsrət qoymuş, komandamız bütün oyunları Azərbaycandan uzaqda keçirməli olmuşdu. Bununla belə, seçmə mərhələni xalsız başa vurmamışdıq, bizim üçün qürur mənbəyinə çevrilən bir xalı qazanmağı bacarmışdıq. “Peraşki” yeyib, meydana çıxan milli üzvləri müharibə şəraitindəki ölkəmizin qaçqın həyatını yaşayan komandasının şərəfini layiqincə qorumaq üçün əllərindən gələni etmişdilər. Ondan sonra yüksələn xətlə qrafik cızıb, xal ehtiyatımızı artırmışdıq. AFFA-nın uzaqgörənliyi, Elxan Məmmədovun tapıb, milliyə calaşdırdığı Nikola Yurçeviçin sayəsində 24 il geriyə qayıtdıq. Yağ-bal içində üzən, səfərə çarterlə yollanıb, beşulduzlu otellərdə gecələyən yığmamız AÇ-2020-nin seçmə mərhələsini 1 xalla başa vurdu. AFFA-nın final mərhələsi xəyalları bu cür gülünc şəkildə gerçək oldu, “0” çəkmədiyimizə şükr etdik. Yurçeviçin komandasından bunu da gözləmək olardı.
Görünən odu ki, 25 il geriyə elə qayıtmışıq ki, müasir dövrə geridönüş etməyimiz xeyli çətin olacaq. Rəhmətlik Fuad Musayevin AFFA-nın prezidenti olduğu illərdə, yəni AFFA-nın kövrək addımlar atdığı vaxtlarda millimiz Maltaya toplanışa gedər, orda yerli komandayla yanaşı, digər “cırtdanlar” ilə yoxlama oyunlarında qüvvəsini sınayardı. Belə yoxlama oyunlarında qeydə alınan heç-heçələr, təsadüfi qələbələr bizi dünyanın xoşbəxtinə çevirər, xeyli ümidləndirərdi. Yenə həmin nöqtədəyik. Millimiz martın 23-dən 31-nə kimi Maltada təlim-məşq toplanışında olacaq. Orda yerli yığmayla və köhnə dostumuz Lixtenşteynlə yoxlama görüşü keçirəcəyik. Bu xəbərə çox sevindim. Təklif edirəm ki, Vaqif Sadıqovu da millinin boş qalan baş məşqçi postuna gətirsinlər. Qoy keçmişə səyahətimiz tamamlansın. Onsuz da həmin illərdən fərqimiz nəticə baxımından heç yoxdu. Sadıqov indi də futbolumuzun sayılıb-seçilənlərindəndi. Kənarda niyə məşqçi axtarırıq? Nəticədən çəkinməyin, Vaqif bəy. İnanın ki, məğlubiyyətlərə öyrəşmişik, Lixtenşteynə uduzsaq da, sizi heç kim qınamayacaq. Kefinizə baxın. Xəyaldı, gerçək olsun!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
21-02-2020, 12:28 Klublar Obradoviçin anormal qərarını anlayışla qarşılayırlar 21-02-2020, 12:26 AFFA “Keşlə”nin paraqvaylı legionerini “milliləşdirir” 21-02-2020, 12:21 Ramilin dönüşünə təəssüflənirlər... 21-02-2020, 12:13 Elxan Məmmədov xidmətlərin ucuz olduğu yerlərə gedir 21-02-2020, 11:56 Turun ən məhsuldar görüşü Şamaxıda baş tutdu 21-02-2020, 11:54 “Neftçi”yə bütün veteranları əzizdi 21-02-2020, 11:51 Cavid Hüseynova sərt cəza: 4 oyun + 3200 manat! 21-02-2020, 11:49 Dosyeyə bax, AFFA! 19-02-2020, 11:50 “Sabah”ın avrokuboklara qatılmaması Adıgözəlov üçün fiasko olmayacaq 19-02-2020, 11:49 Ramil Şeydayev “Sabah”ı seçdi 19-02-2020, 11:48 Obradoviçin toplanışı nəyə xidmət edir? 19-02-2020, 11:45 “Köhlən atlar” “qartallar”ın “yuvasını dağıtdı” 19-02-2020, 11:42 “Sabah” “Sumqayıt”ı evində döydü 19-02-2020, 11:40 “Səbail”dən ardıcıl ikinci qələbə 19-02-2020, 11:34 Mövsümün ən məhsuldar həftəsi 19-02-2020, 11:29 “Neftçi” ikinci pillədəki yerini möhkəmləndirdi 14-02-2020, 12:31 “İsgəndər Cavadovun akademiyasına ayrılan vəsaiti görəndə şoka düşdük” 14-02-2020, 12:20 Elxan Məmmədovun veteranlarla görüşü təxirə salındı 14-02-2020, 12:15 AFFA “Marafon”u da Nazim Süleymanovun üzünə bağladı 14-02-2020, 12:10 Ağabalanın cəriməsini kim ödəyəcək? 14-02-2020, 11:10 AFFA telekanallara və onlayn mediaya dəvət göndərib 14-02-2020, 11:05 “Qəbələ” çilili forvardla anlaşdı 14-02-2020, 11:03 “Xəzər Lənkəran”a texniki məğlubiyyət verilib 14-02-2020, 11:01 Ruslan “Neftçi” ilə görüşü də buraxacaq 14-02-2020, 11:00 “Birinci işimiz sonuncu pillədən qurtulmaqdı” 14-02-2020, 10:56 Rauf yenə Prezidentə müraciət etdi, anası 1333 səs topladı 14-02-2020, 10:55 Cəmşid Məhərrəmov azadlıqda 12-02-2020, 11:55 Elvin Yunuszadə “Çelik”i Ümit Özata görə seçib 12-02-2020, 11:53 Samir Abasovun seçkidən xəbəri olmayıb 12-02-2020, 11:51 “Sumqayıt” itirdiyi mövqeyi qaytardı 12-02-2020, 11:31 “Qarabağ” “Neftçi”nin yaxınlaşmasına imkan vermədi 12-02-2020, 11:28 İsgəndər Cavadov AFFA-ya əl açıb 12-02-2020, 11:26 “Forza Neftçi” 11 yaşını Mərdəkanda qeyd etdi 12-02-2020, 11:24 Səmra Əliyeva şərhinin birmənalı qarşılanmayacağını bilirmiş 7-02-2020, 22:09 Məşqçilər Komitəsi namizədləri iki saat müzakirə edib 7-02-2020, 22:07 “Qəbələ” pasportun məsuliyyətini AFFA-nın üzərinə atdı 7-02-2020, 22:06 Ağatahir Əzimov futzal hakimlərini “topa tutdu” 7-02-2020, 22:03 Riçard, belə getmək lazım idi 7-02-2020, 22:02 "Qəbələ”nin gözlədiyi hücumçu gəldi 7-02-2020, 22:00 Vüqar Aftandil Hacıyevin “gəl” mesajını gözləyir 7-02-2020, 21:49 Start ərəfəsində yüngül gəzişmə 7-02-2020, 21:47 Siz gizlənin, Rövşən danışsın... 7-02-2020, 21:44 Kamal Bayramov üçün mövsüm bitdi 5-02-2020, 11:42 Elman Ələkbərov yığmanın yaradılan şəraitin əvəzini vermədiyini düşünür 5-02-2020, 11:42 Futbolumuzun yetirməsi 50 yaşında dünyasını dəyişdi 5-02-2020, 11:40 AFFA-da Stuxlikin Bəhramovu ziyarət etməməsinin səbəbini bilmirlər 5-02-2020, 11:38 Almeydalı “Baniyas”dan növbəti qələbə 5-02-2020, 11:37 “Qarabağ” Kintananı Çin klubuna yola saldı 5-02-2020, 11:35 “Zirə”ni Qadze ilə Ramazanov sevindirdi 5-02-2020, 11:32 Rauf Məmmədov deputat olmaq istəyən anasının müdafiəsinə qalxdı 5-02-2020, 11:28 Heç kimə sərf etməyən “sülh” 5-02-2020, 11:26 İstək çox şeydi, amma hər şey deyil 5-02-2020, 11:23 Lider mövqeyini bərkitdi, ən yaxın təqibçisi dəyişdi 5-02-2020, 11:22 Əliyar Ağayev Afinada VAR-ın köməyinə ehtiyac duydu 5-02-2020, 11:17 Elvin Məmmədov “Zirə”dən ayrıldı 5-02-2020, 11:07 Mahir gözəl qolla “Qarabağ”ı sevindirdi 5-02-2020, 10:58 Yığmanın mundial arzusu “suya düşdü” Bütün xəbərlər
Ən çox oxunanlar