22 yan 12:10Yazar

Onların məhləsi, yaxud bir qrupun komitəsi

AFFA İcraiyyə Komitəsinin yeni tərkibi üçün namizədliyi verilən şəxslərin siyahısına baxdım və uşaq vaxtı başıma gələn bir hadisəni xatırladım. Əvvəlcə onu sizə nəql edim, sonra yenidən İcraiyyə Komitəsinə namizədlikləri irəli sürülən şəxslər barədə danışarıq. Çox-çox illər əvvəl, təxminən 1990-nın sonlarında bizim kənddən Salyanın başqa bir kəndinə toya getmişdik. Bəlkə də həyatımda ilk dəfə başqa kənddə toya baxacaqdım. Buna səbəb qonşumuzun həmin kənddən evlənməsiydi. Kolxozun “alabaş” avtobusuyla yola düşdük, qaranlıq yeni çökməyə başlamışdı ki, qız toyu keçirilən həyətə çatdıq. Yəqin ki, həmin vaxtlar Azərbaycanın hər yerində eyni vəziyyət idi. İnsanlar nəinki başqa rayondan gələnə, hətta qonşu kəndin sakinlərinə də yad gözüylə baxır, onları düşmən kimi qəbul edirdilər. Bəhanə də var idi, guya qonşu kəndin oğlanları gəlib onların toyxanasındakı qızlara baxacaq. Uzun sözün qısası, “alabaş” avtobusdan düşən kimi bizi həmin kəndin yeniyetmələri qarşıladı. Hamının eşidəcəyi şəkildə “məhlə bizim məhlədi, qalan məhlə fəhlədi”, “dəstə bizim dəstədi, sizinkilər xəstədi” deməyə başladılar. Həm gülməli idi, həm də ağlamalı.
Cəhalət, bölücülük qoxulu belə fikirlər 25-30 il əvvəl insanların, xüsusən də yeniyetmələrin beyninə hakim idi. Düşüncəsizlikdən beyinlərini bu cür mənasız şeylərlə məşğul edir, dünyaya açıq gözlə baxmağı bacarmırdılar. Geridəqalmışlıq, cəhalət zamanla azaldı, indi insanlar sosial şəbəkələr vasitəsiylə dostlaşır, müasir dünya ilə ayaqlaşmağa çalışırlar. Sevinirəm ki, bütün bunları geridə buraxmışıq, gənclər belə zərərli vərdişlərdən uzaqlaşıblar. Amma AFFA-nın başbilənlərinin davranışları hələ də 30 il əvvəlki savadsız, cahil yeniyetmələrin hərəkətlərini xatırladır. Dəstə onların dəstəsidi, qalanları isə “xəstədilər”, ən yaxşı məhlə də Elxan Məmmədovun məhləsidi, digərləri fəhlədilər. Baxırsan, heyrət edirsən. Vallah, kimsə deyəndə ki, AFFA-nı ağıllı adamlar idarə edir, mənim buna gülməyim gəlir. Nə olsun ki, geyim-keçimləri müasirdi, ingilis dilində yaxşı danışılar. Təfəkkürləri geridə qalmışdı, ideologiyaları sovet dövrünün ucqar kəndlərində yaşayanlardan heç nə ilə fərqlənmir. Doğrudanmı “boz bina”dakı ağıl sahibləri elə düşünürlər ki, biz onların çıxardığı oyunlardan heç nə anlamırıq, yalanlarına inanırıq?
Korrupsiya, dəstəçilik, futbol təsərrüfatına nəzarəti bir əldə cəmləşdirmək, milyonlara sahib olmaq ehtirası o qədər güclüdü ki, artıq adamlar ətrafda başverənləri də təhlil edə bilmirlər. AFFA-nı SSRİ kimi idarə etməklə, dünyəvi dəyərlərə arxa çevirməklə nə qədər uzağa gedə biləcəksiz, ay cənablar? SSRİ-dən güclüsü, nəhəngi yox idi ki, çürük ağac kimi aşdı. Çünki içini qurd yemişdi, əsən yellərə davam gətirə bilməzdi. Yaxşı, bundan ibrət götürmədiz. Qucaqlaşdığınız, bağrınıza basdığınız Yozef Blatterin, Mişel Platininin aqibətinə baxın. Birincinin üzünə ahıl yaşında pul çırpdılar, ölüb yerə girsəydi, ondan yaxşı idi. İkinci futbol oynaya-oynaya topladığı bütün hörməti UEFA prezidenti vəzifəsində itirdi, bütün dünyaya rüşvətxor, korrupsioner məmur kimi tanındı. Bundan sonra da yaddaşlarda elə qalacaq. Axıtdığı tər, çəkdiyi zəhmət boşa getdi. Bütün bunları hamımız gözəl bilirik. Platini ilə Blatterin aqibəti sizin üçün dərs olmadımı?
Azərbaycanı islahat dalğası bürüyüb, ölkə başçısı az qala hər çıxışında gənc kadrlara yer verməyin, yol açmağın vacibliyindən danışır. Bunun da nəticəsini az qala hər sahədə görürük, təkcə AFFA-dan savayı. 80 yaşlı Kazbek Tuayev İcariyyə Komitəsinin üzvü kimi hansı müstəsna xidmət sahibidi? Adam bu yaşında belə kreslodan ikiəlli yapışıb. Ölkənin şimalında Qusar, Quba, Xaçmaz, Siyəzən, Şabran böyük futbola həsrətdi, nəinki elitada, heç divizionda təmsil olunmurlar, amma AFFA-nın baş katibi Elxan Məmmədovu İcraiyyə Komitəsinə namizəd görürlər. Ay sizin yalanınıza. Bu adamlar harda toplandılar, hansı keyfiyyətlərinə görə Məmmədovu, Tuayevi, Cavadovu İcraiyyə Komitəsinə layiq bildilər?! Klubların namizədləri ilə bağlı vəziyyət isə daha gülməlidi. “Səbail” canı ilə əlləşir, sabaha çıxıb-çıxmayacağı bilinmir. “Neftçi”nin düşdüyü duruma rəhmətlik Böyükağa Hacıyev demişkən, bir dəstə arvad lazlmdı ki, dəsmal götürüb ağlasın. “Keşlə” ilə “Sumqayıt” da digər iki klub kimi bilavasitə AFFA-nın nəzarətindədi. Bu klubların dördü də İcraiyyə Komitəsində təmsil olunmaq üçün namizəd göstərir, amma “Qarabağ”a bu hüquq tanınmır. Mən hələ bölgədə yaratdığı akademiyaya görə Azərbaycanın ən yaxşısı olan “Qəbələ”ni demirəm. Eyni münasibət “Zirə” ilə “Sabah”a münasibətdə də sərgilənib. AFFA-dan asılı olmayan klublar nə üçün İcraiyyə Komitəsində təmsil olunmurlar, yaxud onlara bu imkan tanınmır? Komitədəki 13 yerə eyni sayda namizədin irəli sürülməsi də ssenarini xeyli gülməli edir. Adamlar seçkidən, rəqabətdən o qədər qorxurlar ki, əlavə namizədin irəli sürülməsinə də imkan vermilər. Birdən planları pozular. Azərbaycan futbolunun, klubların “Qarabağ”dan, “Qəbələ”dən öyrənəsi çox şeyi var, nəinki oyuncağa çevrilən “xalq komandası”ndan, “Səbail”dən, “Sumqayıt”dan, “Keşlə”dən. Bununla belə, AFFA özünü 90-cı illərin kənd uşaqları kimi aparır. Amma hara kimi belə olacaq?!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
21-02-2020, 12:28 Klublar Obradoviçin anormal qərarını anlayışla qarşılayırlar 21-02-2020, 12:26 AFFA “Keşlə”nin paraqvaylı legionerini “milliləşdirir” 21-02-2020, 12:21 Ramilin dönüşünə təəssüflənirlər... 21-02-2020, 12:13 Elxan Məmmədov xidmətlərin ucuz olduğu yerlərə gedir 21-02-2020, 11:56 Turun ən məhsuldar görüşü Şamaxıda baş tutdu 21-02-2020, 11:54 “Neftçi”yə bütün veteranları əzizdi 21-02-2020, 11:51 Cavid Hüseynova sərt cəza: 4 oyun + 3200 manat! 21-02-2020, 11:49 Dosyeyə bax, AFFA! 19-02-2020, 11:50 “Sabah”ın avrokuboklara qatılmaması Adıgözəlov üçün fiasko olmayacaq 19-02-2020, 11:49 Ramil Şeydayev “Sabah”ı seçdi 19-02-2020, 11:48 Obradoviçin toplanışı nəyə xidmət edir? 19-02-2020, 11:45 “Köhlən atlar” “qartallar”ın “yuvasını dağıtdı” 19-02-2020, 11:42 “Sabah” “Sumqayıt”ı evində döydü 19-02-2020, 11:40 “Səbail”dən ardıcıl ikinci qələbə 19-02-2020, 11:34 Mövsümün ən məhsuldar həftəsi 19-02-2020, 11:29 “Neftçi” ikinci pillədəki yerini möhkəmləndirdi 14-02-2020, 12:31 “İsgəndər Cavadovun akademiyasına ayrılan vəsaiti görəndə şoka düşdük” 14-02-2020, 12:20 Elxan Məmmədovun veteranlarla görüşü təxirə salındı 14-02-2020, 12:15 AFFA “Marafon”u da Nazim Süleymanovun üzünə bağladı 14-02-2020, 12:10 Ağabalanın cəriməsini kim ödəyəcək? 14-02-2020, 11:10 AFFA telekanallara və onlayn mediaya dəvət göndərib 14-02-2020, 11:05 “Qəbələ” çilili forvardla anlaşdı 14-02-2020, 11:03 “Xəzər Lənkəran”a texniki məğlubiyyət verilib 14-02-2020, 11:01 Ruslan “Neftçi” ilə görüşü də buraxacaq 14-02-2020, 11:00 “Birinci işimiz sonuncu pillədən qurtulmaqdı” 14-02-2020, 10:56 Rauf yenə Prezidentə müraciət etdi, anası 1333 səs topladı 14-02-2020, 10:55 Cəmşid Məhərrəmov azadlıqda 12-02-2020, 11:55 Elvin Yunuszadə “Çelik”i Ümit Özata görə seçib 12-02-2020, 11:53 Samir Abasovun seçkidən xəbəri olmayıb 12-02-2020, 11:51 “Sumqayıt” itirdiyi mövqeyi qaytardı 12-02-2020, 11:31 “Qarabağ” “Neftçi”nin yaxınlaşmasına imkan vermədi 12-02-2020, 11:28 İsgəndər Cavadov AFFA-ya əl açıb 12-02-2020, 11:26 “Forza Neftçi” 11 yaşını Mərdəkanda qeyd etdi 12-02-2020, 11:24 Səmra Əliyeva şərhinin birmənalı qarşılanmayacağını bilirmiş 7-02-2020, 22:09 Məşqçilər Komitəsi namizədləri iki saat müzakirə edib 7-02-2020, 22:07 “Qəbələ” pasportun məsuliyyətini AFFA-nın üzərinə atdı 7-02-2020, 22:06 Ağatahir Əzimov futzal hakimlərini “topa tutdu” 7-02-2020, 22:03 Riçard, belə getmək lazım idi 7-02-2020, 22:02 "Qəbələ”nin gözlədiyi hücumçu gəldi 7-02-2020, 22:00 Vüqar Aftandil Hacıyevin “gəl” mesajını gözləyir 7-02-2020, 21:49 Start ərəfəsində yüngül gəzişmə 7-02-2020, 21:47 Siz gizlənin, Rövşən danışsın... 7-02-2020, 21:44 Kamal Bayramov üçün mövsüm bitdi 5-02-2020, 11:42 Elman Ələkbərov yığmanın yaradılan şəraitin əvəzini vermədiyini düşünür 5-02-2020, 11:42 Futbolumuzun yetirməsi 50 yaşında dünyasını dəyişdi 5-02-2020, 11:40 AFFA-da Stuxlikin Bəhramovu ziyarət etməməsinin səbəbini bilmirlər 5-02-2020, 11:38 Almeydalı “Baniyas”dan növbəti qələbə 5-02-2020, 11:37 “Qarabağ” Kintananı Çin klubuna yola saldı 5-02-2020, 11:35 “Zirə”ni Qadze ilə Ramazanov sevindirdi 5-02-2020, 11:32 Rauf Məmmədov deputat olmaq istəyən anasının müdafiəsinə qalxdı 5-02-2020, 11:28 Heç kimə sərf etməyən “sülh” 5-02-2020, 11:26 İstək çox şeydi, amma hər şey deyil 5-02-2020, 11:23 Lider mövqeyini bərkitdi, ən yaxın təqibçisi dəyişdi 5-02-2020, 11:22 Əliyar Ağayev Afinada VAR-ın köməyinə ehtiyac duydu 5-02-2020, 11:17 Elvin Məmmədov “Zirə”dən ayrıldı 5-02-2020, 11:07 Mahir gözəl qolla “Qarabağ”ı sevindirdi 5-02-2020, 10:58 Yığmanın mundial arzusu “suya düşdü” Bütün xəbərlər
Ən çox oxunanlar