13 apr 19:13Yazar

Hikmətə sevgi, yalana nifrət

Ali məktəbdə oxuyanda dəyərli müəllim Ərəstun Baxşəliyev bizə fəlsəfədən dərs keçirdi. Sağdısa, Allah uzun ömür versin, dünyasını dəyişibsə, yeri behişt olsun. İlk dəfə mühazirəyə gələndə və bizə fəlsəfənin nə olduğunu anlatmağa çalışanda sözünə bu cümlə ilə başlamışdı: “Fəlsəfə hikmətə sevgi deməkdi”. Üstündən azı 16-17 il keçib. Amma həmin səs qulağımda, mənzərə gözlərimin önündədi. Bilirəm ki, çoxunuzun xatirələrində həm ali məktəb, həm də elə fəlsəfə fənninin özü ilə bağlı bu cür anlar yetərincədi. Mən də hər dəfə fəlsəfədən söhbət düşəndə Ərəstun müəllimin o cümləsini xatırlayıram. Saçını auditoriyalarda, fəlsəfə fənnini tədris etməklə ağardan ziyalı insan məndə həmin cümləsiylə maraq oyada, diqqətimi cəlb edə bilmişdi. Elə onun nəticəsidi ki, illər keçsə də, Baxşəliyevin ilk cümləsini unutmamışam, fəlsəfəyə olan sevgim də azalmayıb. Fəlsəfəni sevmək bizə hər bir hadisədə hikmət axtarmaq, mahiyyəti düşünmək həvəsi verib. Özümüz üçün də bu cür həyat yolu seçmişik. Yalançı hikmətlərdən uzaq olmuşuq. Sonralar isə qarşımıza cürbəcür adamlar çıxıb, onları davranışlarını, yalanlarını və bu yalanlarına “fəlsəfə donu” geydirmək istəklərini görəndə Ərəstun müəllimə, onun tədris etdiyi fənnə sevgimiz daha da artıb.
Məhəmməd Qurbanovda “gizli istedad” gördüyünü deyən, Azərbaycan millisinin düşərgəsini dağıstanlı futbolçuların oylağına çevirən Robert Prosineçkiləri nəzərdə tuturam. Çalışdırıcı Almaniya ilə oyundan əvvəl və sonra keçirilən mətbuat konfranslarında öz oyun fəlsəfəsinin nə olduğunu və Nizami Hacıyevin hansı göstəricilərinə görə həmin fəlsəfəyə uyğun gəlmədiyini izah edə bilmədi. Bundan sonra neçə belə mətbuat konfransı olsa, yenə də izah etməyi mümkünsüzdü. Necə ki, illər öncə Asif Məmmədova millinin qapılarını bağlayan Berti Foqts Murad Hüseynovdan, Daniel Axtyamovdan yapışmışdı. İndi Asif yenə də Azərbaycanın iki ən iddialı klubundan birində oynayır, sabit və istedadlı futbolçu kimi ad çıxarıb. Amma Muradla Axtyamovun harda olduğunu heç AFFA-nın boz binasında oturanlar da bilmir. Eləcə də Məhəmməd Qurbanov Prosineçkinin “gördüyü” istedadını heç cür aça bilmədi. Zaman sübut etdi ki, həmin istedad, ümumiyyətlə, mövcud deyilmiş. Adamın qiymətini qaldırıb, “Neftçi”yə sırıdılar. Sonra da heç nə olmamış kimi geri qaytardılar. Gözünə döndüyüm Qurbanov da orda gününü keçirməyə davam edir.
İstedadlı olan Nizamidi. “İnter”in sabahı bilinmir. Aylardı pul üzünə həsrətdilər. AFFA tərəfindən himayə olunmur, millinin məşqçilərinin diqqətini çəkməyəcəyi də gün kimi aydındı. Amma çıxır, yenə də öz oyununu oynayır. Vurduğu qollarla, etdiyi məhsuldar ötürmələrlə komandasının qələbələrinə, xal qazanmasına, bürünc medalları qazanıb avrokuboklara vəsiqəni təmin etməsinə töhfəsini verib. Əminəm ki, çempionat bitməsəydi, mayın sonuna qədər davam etsəydi, Nizami yenə də heç nə olmamış kimi meydana çıxacaq, öz işini görəcəkdi. Adam mövsüm ərzində rəqib qapılarına 7 top vurub. 8 komandanın mübarizə apardığı, “qol kralı”nın cəmi 11 dəfə fərqləndiyi premyer-liqa üçün yetərincə ciddi nəticədi. Onu da nəzərə almaq lazımdı ki, “İnter”in əsas “qol silahı” Nizami deyil. Bu missiyanı ölkə futbolunun son illərdə yetişdirdiyi ən istedadlı hücumçulardan olan Rauf Əliyev öz üzərinə götürüb. Heç Əliyevin də göstəriciləri pis deyil. Prosineçkinin sevimlilərindən olmayan Rauf zədə səbəbindən tez-tez meydandan və məşqlərdən uzaq qalsa da, 9 qolla Ozobiçdən sonra ikinci ən məhsuldar futbolçudu. Futbolda bundan vacib daha hansı fəlsəfə olmalıdı? Kazbek Tuayevin sözü olmasın, Almaniyanın gəzə-gəzə 4 top vurduğu, Belfastdan da 0:4 hesablı məğlubiyyətlə qayıtmış komandanın baş məşqçisi hansı fəlsəfədən danışır? Futbolun fəlsəfəsi elə rəqibdən qorxmamaq, meydanda can qoymaq, daim qol vurmaq həvəsiylə irəli atılmaqdı. Biz bu oyunun hikmətini belə qəbul etmişik, onu bu cür sevmişik. Nizami Hacıyev də, Rauf Əliyev də meydana çıxır və öz işlərini ölkənin əsas komandasına cəlb olunan “milliləşdirilmişlərdən” heç də pis görmürlər. İctimai qınağı, mətbuatın tənqidlərini vecinə almayan Prosineçki Nizamini görməzlikdən gəlir, Raufu isə candərdi milliyə çağırır.
İslam Həmrəyliyi Oyunlarında Mərakeşdən, Səudiyyə Ərəbistanından gələcək gənclərə qarşı Yaşar Vahabzadənin meydana çıxarmaq istədiyi heyətə baxdım və orda da Nizaminin adını görmədim. Anladım ki, Prosineçkinin “fəlsəfəsi” Yaşar bəyə də sirayət edib. Özündən soruşsaq, o da xorvatiyalı kimi mücərrəd sözlərlə öz “fəlsəfəsi”nin müdafiəsinə qalxacaq, amma heç kimi inandıra bilməyəcək ki, Hacıyev hansı göstəricilərə görə başqalarından geri qalır. İşinizdə olun. Amma öz yalanlarınızla fəlsəfi baxış yaratmağa çalışmayın. Biz hikmətdən anlayan, onu sevən və yalana nifrət edənlərik!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:16 AÇ üçün heyət açıqlandı Dünən, 23:15 Ölkə çempionatı başa çatdı Dünən, 23:14 Ukrayna ilə bacarmadıq Dünən, 23:13 Nağı Səfərova yenə etimad göstərildi Dünən, 23:12 Bakıda “Red Bull”dan əzələ nümayişi Dünən, 23:10 Kamran Şahsuvarlı finalda Dünən, 23:08 Əliyar Ağayev “Rusenborq”un oyununa təyinat aldı Dünən, 23:07 UEFA-nın MDB üzrə əlaqələndiricisi “Futbol+”ə danışdı Dünən, 23:05 “Zirə”nin oyununda təcrübəsiz qazax Dünən, 22:56 “Qarabağ” oyuna çıxır, “Samtredia” hücumçuyla gücləndi Dünən, 22:55 “Neftçi” rəsmisi gördüyü işdən danışmaq istəmədi Dünən, 22:44 “Zirə”də yayın məsələsində qeyri-müəyyənlikdi Dünən, 22:43 “Dalğa Arena” avrokubok oyunlarına hazırdı Dünən, 22:42 Patrik Klyuvert “Vətən”ə təşəkkür edib Dünən, 22:37 Sloveniyada AÇ-yə gerisayım başlayır Dünən, 22:36 Fransa millisinin sabiq yarımmüdafiəçisi “Qəbələ”də Dünən, 22:34 Futzal millimiz yenə braziliyalıya tapşırılacaq Dünən, 22:33 Yığmamız qrupda qaldı Dünən, 22:31 BOK prezidenti MOK-a məktub göndərdi Dünən, 22:30 Ayxan Abbasov “Zirə”ni Avroliqaya hazır sayır Dünən, 22:27 "Zirə" rumın müdafiəçi transfer etdi Dünən, 22:09 TRANSFER DOSYESİ Dünən, 22:07 Zirə azarkeşləri oyunun Mərdəkanda keçirilməsindən razıdı Dünən, 22:06 “Sumqayıt” jurnalistlər üçün iftar süfrəsi açdı Dünən, 22:03 “Zirə”nin legionerləri Türkiyədə ləngidi 23-06-2017, 20:23 Avropa Yay Olimpiya Festivalına lisenziya qazandılar 23-06-2017, 20:22 Otellərin sayı artsa, Bakıya daha çox “Formula-1” azarkeşi gələcək 23-06-2017, 20:20 Ronaldoya millinin forması hədiyyə olundu 23-06-2017, 20:17 Emil Balayev “Səbail”ə keçərkən Qurban Qurbanovla danışmayıb 23-06-2017, 20:14 “Zirə” biletlərin qiymətini açıqladı 23-06-2017, 20:12 Əliyar FİFA karyerasına sıfırdan başlayır... 23-06-2017, 20:09 “Samtredia” ilə ilk oyunun başlama vaxtı dəqiqləşdi 23-06-2017, 20:08 “İnter”in rəqibi son çempionu məğlub etdi 23-06-2017, 20:06 Avroliqanın debütantı mübarizəyə hazırdı 23-06-2017, 20:00 Sumqayıtda mükafatlandırma 23-06-2017, 19:56 Yığmanın baş məşqçisi Ermənistanla oyundan danışdı 23-06-2017, 19:55 Avroliqada ikinci dövrə başlayır 23-06-2017, 19:52 Divizionda çıxış edəcək “Binə”nin büdcəsi 150 min manatdı 23-06-2017, 19:47 Stamenkoviç “Mladost”un bəxtinin gətirmədiyini düşünür 23-06-2017, 19:44 Fanklub rəhbərləri “Milan” azarkeşlərinə haqq qazandırdı 23-06-2017, 19:42 “Fənərbaxça”nın baş məşqçisi Antalya kampından danışdı 23-06-2017, 19:40 Millinin heyəti açıqlandı 22-06-2017, 19:21 Subaşiç “Mladost” haqda gizli heç nə qoymadı 22-06-2017, 19:18 “İnter” “Mladost”u “Dalğa Arena”da sınağa çəkəcək 22-06-2017, 19:17 Zaur Axundov Azərbaycana söz verdi 22-06-2017, 19:15 “Axmat” “Qarabağ”ı da bir qolla üstələdi 22-06-2017, 19:13 “Zirə” vətənə məğlub döndü 22-06-2017, 19:11 “İnter” və “Zirə” siyahını açıqladı 22-06-2017, 19:10 Vyana “Qarabağ”ının Bakıda fanklubu olacaq 22-06-2017, 19:08 “Mladost”la oyunu böyük ümidlərlə gözləyirik” 22-06-2017, 19:06 “Bursa BB”də qaldı 22-06-2017, 19:05 Erməni baş məşqçidən etiraf 22-06-2017, 19:03 Əsgərlərə açıq məktub yazdılar 22-06-2017, 19:00 Çimərlik futbolu yığması Belarusa gedir 22-06-2017, 18:58 Hakimlərimizdən videotəkrara fərqli yanaşma 22-06-2017, 18:57 “Səbail” Emil Balayevi saxladı 22-06-2017, 18:55 Elnur Cəfərov da “Neftçi”ylə müqavilə bağladı Bütün xəbərlər
Ən çox oxunanlar