20 yan 11:11Yazar

Region Liqasının acı mənzərəsi

El arasında yaxşı bir məsəl var. Deyirlər ki, adamı geyiminə görə qarşılayırlar, amma ağlına görə yola salırlar. Xalqımızın qədim adətlərindən biri də budu. Düzdü, zaman keçdikcə bu məsəlin reallıqla əlaqəsi bir qədər azalıb. Ona görə ki, ağıla diqqət yetirənlərin sayı daha əvvəlki qədər deyil. Bir də görürsən ki, adamı geyiminə görə qarşılayıb, elə geyiminə görə də yola salırlar. Yaxud da qarşılayırlar, baxırlar ki, cibindən nə çıxacaq, zəngindi, yoxsa kasıb. Yola salarkən də bunu nəzərə alırlar. Kasıbı yola salmağa heç həvəs olmur, az qalırlar arxasınca bir qara daş da atsınlar. Dodaqlarının altında deyinirlər: “buna bax, bu boyda kişidi, ordan bura əli də, cibi də boş gəlib”. Yaxud deyirlər ki, “ağlı olsaydı, elə pulu da olardı da, pulu yoxdusa, ağlı da olmaz”. Ona görə də indiki zəmanədə ağlın rolu azdı. Əsas yaxşı geyinib-keçinmək, danışarkən özünü yuxarıdan aparmaq, cibindən də pul çıxarmağı bacarmaq lazımdı. Belə edə bilsən, hörmətin də olacaq, bir yerə gedəndə yaxşı qarşılanacaq, elə o cür də yola salınacaqsan.
AFFA-nın baş katibi Elxan Məmmədov yaxşı geyinməyi sevən adamdı. Özü də müsahibələrinin birində etiraf etmişdi ki, marka seçimində xüsusən diqqətlidi, qarderobuna həssas yanaşır. Onunla çəkilişdə olan dostlarımızdan biri nəql etmişdi, efirə saniyələr qalana kimi baş katib qalstukuna düzən vermək, hansısa xırda qırışı aradan qaldırmaq üçün xeyli əmək xərcləməli olubmuş. Zəmanə adamıdı. Bilir ki, qədirbilən xalqımız onun nə danışmasından daha çox geyim-keçiminə diqqət yetirəcək. Qalstuku və kostyumu bahalıdısa, xarici görkəmi səliqəlidisə, ağzından çıxanları da yüksək səviyyəli kəlamlar kimi qəbul edib, hər dediyinə inanacaqlar. Daha baxmayacaqlar ki, cənab Məmmədovun dediklərinin 99 faizi reallıqdan uzaq, Azərbaycan futbolunun bu günü ilə daban-dabana zidd olan cəfəngiyyatdı. Əsas odu ki, həmin yalanları danışan adam özünə intelligent görkəmi verməyi bacarıb, üst-başına yaxşıca çəki-düzən verib, bahalı markalara verəcək qədər pulun sahibidi. Başının içi boş, dedikləri yalan olsa da, problem yoxdu. Elxan Məmmədovun iziylə gələn, onun futbolumuza doldurduğu funksionerlər, yəni qohum-əqrəbası, dost-tanışı da baş katib kimi geyinməyə, onun kimi danışmağa, bir sözlə, ideala çevirdikləri rəhbərləri kimi yaşamağa çalışırlar.
Bu geyim məsələsinə toxunmağım heç də əbəs yerə deyil. AFFA-nın rəsmi saytında dünən Regional Liqasında mübarizə aparan komandaların nümayəndələri ilə görüş keçirilməsi haqda məlumat yer almışdı. Cəmi üç cümlədən ibarət olun həmin xəbər əməlli-başlı söz yığnağı idi. Təsəvvür edin ki, həmin o üç cümlədə 53 sözdən istifadə olunmuşdu. Orta hesabla hər cümləyə 18 söz düşür. İnanmırsızsa, özünüz də saya bilərsiz: “Bu gun AFFA-nın inzibati binasında Region Liqasında mübarizə aparan komandaların nümayəndələri ilə ilk dövrənin yekunlarına həsr olunmuş görüş keçirilib. Məşqçilər Komitəsinin üzvlərinin də iştirak etdiyi görüşdə komandaların problemləri dinlənilib, ikinci dövrənin hazırlığı ilə bağlı fikir mübadiləsi aparılıb. Komandaların təkliflərinin müzakirə olunduğu tədbirdə Region Liqasının daha da inkişafı üçün görüləcək işlər barədə fikir mübadiləsi aparılıb”. Yəqin ki, saydınız və dediklərimi təsdiqləyə bilərsiz. Bu üç cümləlik xəbərə düz 13 fotoşəkil əlavə ediblər. Hiss olunur ki, toplantıya ciddilik qazandırmağa, iştirakçıların əməlli-başlı müzakirə apardığına bizi inandırmağa çalışıblar. Fotoqraf dostlarımız müxtəlif rakurslardan çəkilən şəkillərlə zalı dolu, iştirakçıların sayının çox olduğunu göstərməyə də cəhd ediblər. İştirakçıların müxtəlif sıralara səpələnməsi səbəbindən oturacaqlardakı boşluq “gözə girir”. Sadə hesablamayla onların sayının 15 nəfərdən çox olmadığını da müəyyənləşdirmək mümkündü. Yuxarıda, yəni Rəyasət Heyətində isə düz 5 nəfər əyləşib. Deməli, hər üç qonağa bir nəfər “böyük adam”. Məşqçilər Komitəsinin 4 üzvü və AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri, Region Liqasının İşçi Qrupunun üzvü Yusif Vəliyev. Yusif bəyin vəzifəsinin adı elə AFFA-nın rəsmi saytında verilən xəbərlərdəki cümlələr qədər mürəkkəbdi.
Biz bilmirik ki, həmin görüşdə nələr müzakirə olunub, Region Liqasında iştirak edən komandaların nümayəndələri hansı problemləri səsləndiriblər. Stadionların yararsızlığından, yerli İcra Hakimiyyətlərinin komandalara diqqət ayırmamasından, AFFA-nın mövsümün sonunda qaliblərə veriləcək mükafatı aylarla gecikdirməsindən, onları incitməkdən həzz almasından danışılıb, ya yox. Danışılsaydı, AFFA-nın rəsmi saytında bunlar əks olunardı. Bir də ki, Vaqif Sadıqov, Şahin Diniyev, Ağasəlim Mircavadov, Şakir Qəribov hansı problemi həll edəcək səlahiyyət sahibidilər? Olsa-olsa, Qəribov rayonlardan gələn qonaqlara palçıqdan konfet düzəltməyin mümkünlüyü barədə xatirələrini danışa bilər, Mircavadov da “Ağasəlim harda, çempionluq orda” şüarının harda yaranmasını izah edər. Vaqif Sadıqovun fikri-zikri vitse-prezident olması üçün qurulan planların yanındadı. Diniyev isə çoxdandı ki, dünyanın faniliyinə qapılıb, ağrımayan başa dəsmal bağlamaq onluq deyil. Yusif Vəliyevin adını qəsdən sona saxladım. Adam toplantının ən seçiləni idi. Başqalarının nimdaş geyimlərinin fonunda Yusif bəyin səliqə-səhmanı, özünə düzən verməsi dərhal hiss olunurdu. Vacib olan da budu. Futbolu boş verin, üst-başınızı qaydaya salın.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
21-02-2020, 12:28 Klublar Obradoviçin anormal qərarını anlayışla qarşılayırlar 21-02-2020, 12:26 AFFA “Keşlə”nin paraqvaylı legionerini “milliləşdirir” 21-02-2020, 12:21 Ramilin dönüşünə təəssüflənirlər... 21-02-2020, 12:13 Elxan Məmmədov xidmətlərin ucuz olduğu yerlərə gedir 21-02-2020, 11:56 Turun ən məhsuldar görüşü Şamaxıda baş tutdu 21-02-2020, 11:54 “Neftçi”yə bütün veteranları əzizdi 21-02-2020, 11:51 Cavid Hüseynova sərt cəza: 4 oyun + 3200 manat! 21-02-2020, 11:49 Dosyeyə bax, AFFA! 19-02-2020, 11:50 “Sabah”ın avrokuboklara qatılmaması Adıgözəlov üçün fiasko olmayacaq 19-02-2020, 11:49 Ramil Şeydayev “Sabah”ı seçdi 19-02-2020, 11:48 Obradoviçin toplanışı nəyə xidmət edir? 19-02-2020, 11:45 “Köhlən atlar” “qartallar”ın “yuvasını dağıtdı” 19-02-2020, 11:42 “Sabah” “Sumqayıt”ı evində döydü 19-02-2020, 11:40 “Səbail”dən ardıcıl ikinci qələbə 19-02-2020, 11:34 Mövsümün ən məhsuldar həftəsi 19-02-2020, 11:29 “Neftçi” ikinci pillədəki yerini möhkəmləndirdi 14-02-2020, 12:31 “İsgəndər Cavadovun akademiyasına ayrılan vəsaiti görəndə şoka düşdük” 14-02-2020, 12:20 Elxan Məmmədovun veteranlarla görüşü təxirə salındı 14-02-2020, 12:15 AFFA “Marafon”u da Nazim Süleymanovun üzünə bağladı 14-02-2020, 12:10 Ağabalanın cəriməsini kim ödəyəcək? 14-02-2020, 11:10 AFFA telekanallara və onlayn mediaya dəvət göndərib 14-02-2020, 11:05 “Qəbələ” çilili forvardla anlaşdı 14-02-2020, 11:03 “Xəzər Lənkəran”a texniki məğlubiyyət verilib 14-02-2020, 11:01 Ruslan “Neftçi” ilə görüşü də buraxacaq 14-02-2020, 11:00 “Birinci işimiz sonuncu pillədən qurtulmaqdı” 14-02-2020, 10:56 Rauf yenə Prezidentə müraciət etdi, anası 1333 səs topladı 14-02-2020, 10:55 Cəmşid Məhərrəmov azadlıqda 12-02-2020, 11:55 Elvin Yunuszadə “Çelik”i Ümit Özata görə seçib 12-02-2020, 11:53 Samir Abasovun seçkidən xəbəri olmayıb 12-02-2020, 11:51 “Sumqayıt” itirdiyi mövqeyi qaytardı 12-02-2020, 11:31 “Qarabağ” “Neftçi”nin yaxınlaşmasına imkan vermədi 12-02-2020, 11:28 İsgəndər Cavadov AFFA-ya əl açıb 12-02-2020, 11:26 “Forza Neftçi” 11 yaşını Mərdəkanda qeyd etdi 12-02-2020, 11:24 Səmra Əliyeva şərhinin birmənalı qarşılanmayacağını bilirmiş 7-02-2020, 22:09 Məşqçilər Komitəsi namizədləri iki saat müzakirə edib 7-02-2020, 22:07 “Qəbələ” pasportun məsuliyyətini AFFA-nın üzərinə atdı 7-02-2020, 22:06 Ağatahir Əzimov futzal hakimlərini “topa tutdu” 7-02-2020, 22:03 Riçard, belə getmək lazım idi 7-02-2020, 22:02 "Qəbələ”nin gözlədiyi hücumçu gəldi 7-02-2020, 22:00 Vüqar Aftandil Hacıyevin “gəl” mesajını gözləyir 7-02-2020, 21:49 Start ərəfəsində yüngül gəzişmə 7-02-2020, 21:47 Siz gizlənin, Rövşən danışsın... 7-02-2020, 21:44 Kamal Bayramov üçün mövsüm bitdi 5-02-2020, 11:42 Elman Ələkbərov yığmanın yaradılan şəraitin əvəzini vermədiyini düşünür 5-02-2020, 11:42 Futbolumuzun yetirməsi 50 yaşında dünyasını dəyişdi 5-02-2020, 11:40 AFFA-da Stuxlikin Bəhramovu ziyarət etməməsinin səbəbini bilmirlər 5-02-2020, 11:38 Almeydalı “Baniyas”dan növbəti qələbə 5-02-2020, 11:37 “Qarabağ” Kintananı Çin klubuna yola saldı 5-02-2020, 11:35 “Zirə”ni Qadze ilə Ramazanov sevindirdi 5-02-2020, 11:32 Rauf Məmmədov deputat olmaq istəyən anasının müdafiəsinə qalxdı 5-02-2020, 11:28 Heç kimə sərf etməyən “sülh” 5-02-2020, 11:26 İstək çox şeydi, amma hər şey deyil 5-02-2020, 11:23 Lider mövqeyini bərkitdi, ən yaxın təqibçisi dəyişdi 5-02-2020, 11:22 Əliyar Ağayev Afinada VAR-ın köməyinə ehtiyac duydu 5-02-2020, 11:17 Elvin Məmmədov “Zirə”dən ayrıldı 5-02-2020, 11:07 Mahir gözəl qolla “Qarabağ”ı sevindirdi 5-02-2020, 10:58 Yığmanın mundial arzusu “suya düşdü” Bütün xəbərlər
Ən çox oxunanlar